Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2331/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr, kirayə müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi tələbinə” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-293/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qətnaməsində cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 6 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 99-OZ736 nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, ““Volvo”” markalı model FH Yük Yəhərli dartıcı tipli avtomobilin və **-ZK-*** nömrə nişanlı “SCMİTZN” markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşqunun sahibi İddiaçıdur. 2. 28 mart 2023-cü il tarixli “Ölümlü/X4 Tespit Tutanağından” qərarı ilə X8 X1 aparılmış sənədləşməyə əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:30-da sürücü Maharram İbrahimov sevk və idaresindeki **-OZ-*** plaka sayılı çekici ve bu çekiciye bağlı **-ZK-*** plaka sayılı römork ile D825-02 Devlet Karayolu üzərinde Kayseri İli istikametindən Görsun İlçesi istikametine seyir alindeyken Km:10+950 (Keklikoluk) mevkiin e geldiğınde araçının direksiyan hakimiyetini kaybederek araçının sağ kısımlarıya daha öncə mevkid kaza yapmış olan ve yol daşında bulanan 33-FR-29 plaka sayılı çekicye bağlı 33-CET-06 plaka sayılı yarı römorkum sol kısımlarına çarparak yaklaşık 20 metr ileride durması ele sonuncu iki araçlı yaralanmalı ve maddi hasarlı trafik kazası meydana gəlmişdir. Bu kazanın oluşumunda **-OZ-*** plaka sayılı araç sürücüsü Maharram İbrahimova 2918 sayılı X2 52/1b (Araçlarının hızını aracın) yük ve texnik özelliğıne görüş yol hava durumunun gerektirdiği şartlara uydurmamak) kuralını ihlal ettiği görüş ve kanaatine varılmıştır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh tərəfin dən ona vurulmuş 26265 manat və 379.22 ABŞ dolları məbləğində zərərin və dövlət rüsumu olaraq ödədiyi 171 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona məxsus **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, “Volvo” markalı model FH Yük Yəhərli dartıcı tipli avtomobilini və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşqunu xx.xx.2023-cü il tarixli, 179 nömrəli etibarnamə ilə idarə edərkən xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikası Kahramanmaraş ili Görsun ilçesi Keklikoluk mahallesi ərazisində qəza törətmişdir. Bununla bağlı olaraq X6 X7 Düzenleme və denetleme büro amirliği tərəfindən MB 15559949 nömrəli Karar tutan ağı (qərar) tərtib edilmiş, Cavabdeh 1979 türk lirəsi cərimə edilmişdir. Cavabdeh tərəfindən törədilmiş qəza nəticəsində avtomobil və yarımqoşuya zərər dəymiş, cavabdeh avtomobilin yanacaq çənindəki yanacağı da sataraq avtomobili sahibsiz qoyaraq qaçmış və ona zərər vurmuşdur. Bilavasitə dartıcı avtomobil və yarımqoşquya dəymiş zərər və təmiri üçün çəkilmiş xərc, avtomobili və yarımqoşqunu sahibsiz ataraq qaçması və geriyə gətirməməsi səbəbindən onun Türkiyə Respublikasına getmək üçün X5 adlı şəxsə verdiyi etibarnamə və aldığı aviabilet xərcləri və "xxxx" MMC Müstəqil qiymətləndirici tərəfindən xx.xx.2023-cü il tarixli, 35/2023 nömrəli qiymətləndirmə rəyində **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli “Volvo” markalı model FH Yük Yəhərli dartıcı və **-ZK-*** nömrə nişanlı SCHM İTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşquya ehtiyat hissələri və təmir xərcləri birlikdə cəmi 26265 manat müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2534 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Volvo” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı, sarı rəngli FH YÜK modelli yəhərli dartıcıya və 2008-ci il buraxılışlı “SCHMİTZ” markalı 99- ZK-449 dövlət qeydiyyat nişanlı qoşqunun təmir-bərpa xərci aşınma daxil olmaqla hadisə baş verən tarixə təxminən 24265 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 23 065 manat, təmir-bərpa işlərinin qiyməti 1200 manat təşkil etmişdir.
6. Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(039)-509/2024 nömrəli qətnaməsi ilə (hakim K.Əliyev) iddia qismən təmin olunmuş, vurulmuş zərərin əvəzi olaraq 24265 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 162,8 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pulun Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
7. Məhkəmə ilk növbədə qeyd etmişdir, ki, İddiaçı mülkiyyətində **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, “Volvo” markalı model FH Yük Yəhərl i dartıcı tipli avtomobilin və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşqu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikası, Kahramanmaraş ili, Görsun ilçesi Keklikoluk mahallesi ərazisində İddiaçı məxsus olan **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, “Volvo” markalı model FH Yük Yəhərli dartıcı tipli avtomobil və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşqu ilə hərəkətdə olarkən həmin istiqamətdə hərəkətdə olan Türkiyə Respublikasında qeydiyyatda olan Botan Trans Sanayi və Dış Ticarət Limited Şirkətinə məxsus “Ford” markalı, 33BFR29 dövlət qeydiyyat nişanlı digər yük avtomobili arasında toqquşma baş vermiş, hadisə ilə bağlı həmin tarixdə Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdehin təqsiri ücbatından baş vermiş hadisə nəticəsində İddiaçı mülkiyyətində **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, “Volvo” markalı model FH Yük Yəhərli dartıcı tipli avtomobilə və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip Tentli-Furqon Yarımqoşquya ümümilikdə 24265 manat dəyərində (dəyişilməli hissələrin qiyməti 23065 manat, təmir-bərpa işlərinin qiyməti 1200 manat olmaqla) zərər dəymişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı mülkiyyətində olan sözügedən yük avtomobilini xarici ölkədən Azərbaycan Respublikasına gətirmək üçün X3 müvafiq etibarnamə və tapşırıq verdiyini, bunun üçün 379,22 ABŞ dolları dəyərində avi abilet aldığını bildirsə də, qeyd olunan tapşırığın verilməsi və icra olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
9. Göründüyü kimi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162,8 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.2.6, 21, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qiymətləndirməni qəbul edərkən ekspertlərin müəyyən etdiyi ödəniş həddinin şişirdildiyini, habelə Cavabdeh Əmlak üzərində heç bir maddi məsuliyyətinin olmadığını nəzərə almamışdır. İşin hallarından göründüyü kimi qeyd olunan avtomobil hazırkı iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının qarşısında heç bir məsuliyyət daşıyıcısı deyil. Cavabdeh hadisə zamanı ağır yaralanmışdır. Ciddi xəsarət almışdır. Baş verən hadisə Türkiyə Cümhuriyyətində baş vermişdir. İddiaçının istəyinə müvafiq olaraq bu avtomobili idarə etmişdir. Ayıq şəki ldə avtomobili idarə etmişdir. Baş verən hadisələrlə bağlı üzərində heç bir maddi məsuliyyət mövcud deyil. Ən əvvəl Cavabdeh ilə avtomobil sahibinin arasında müqavilə olmalı, bu müqavilə çərçivəsində onun avtomobil üzərində məsuliyyəti müəyyən edilməlidir. Şəxs ondan avtomobilin sərhəddən keçirib müəyyən bir əraziyə aparmağı xahiş etmişdir. Onun qarşısında baş verə biləcək hər hansı bir hadisə üçün cavabdeh deyil. Əgər belə bir hal mövcud olsaydı bu onların qarşılıqlı münasibətlərində əks olunardı. Göründüyü kimi belə bir hal mövcud deyildir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçı tərəfin birbaşa vəzifəsidir. Ümumiyyətlə mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflər in üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh avtomobilə dəyən zərəri ödəməli deyil. Mülkiyyətçinin istəyi ilə avtomobili idarə etmişdir. Tərəfindən avtomobilə qəsdən zərər vurulmayıb. Bu səbəbdən də mülkiyyətçi ilə heç bir müqavilənin olmadığını, həmin avtomobil üzərində müqavilə öhdəliyinin olmadığından baş verən qəzanın sığortası vardır. Avtomobilə dəyən zərər sığorta vasitəsi ilə ödənilib. Hər bir xaricə çıxarışın üzərində yaşıl kart deyilən sığorta yükü var. Həmin sığorta həmin avtomobilin zəmanətidir. Bütün bunlar normal çərçivədə ədalətli araşdırılma aparılmaqla iddianın əsassızlığı ortaya qoyulmaqla iddia təmin edilə bilməzdi. Ona görə də hesab etmişdir ki, məhkəmə iddianı təmin etməkdə səhv nəticəyə gəlmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-293/2025 nömrəli mülki iş üzrə 16 aprel 2025ci il tarixli qətnaməsi ilə (hakimlər Elman İsayevin (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən, təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırmış, əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
15. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, işdə olan “Pakı Group MMC” Müstəqil qiymətləndirici tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 35/2023 nömrəli rəyinə əsasən 2010-cu il buraxılışlı “Volvo” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı, sarı rəngli FH YÜK modelli yəhərli dartıcıya və 2008-ci il buraxılışlı “SCHMİTZ” markalı **-ZK*** dövlət qeydiyyat nişanlı qoşqunun təmir-bərpa xərcləri 2023-cü ilin sentyabr ayı üçün real bazar qiyməti 26265 manat təşkil etmişdir.
16. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, **-OZ-*** nömrə, nişanlı YV2AG20ASAB559649 şassi nömrəli, “Volvo” markalı model FH Yük Yəhərli dartıcı tipli avtomobilin və **-ZK-*** nömrə nişanlı SCHMİTZ markalı, WSM**********0498 şassi nömrəli tip tentli-furqon yarımqoşqunun üzərində İddiaçı əmlak hüququ vardır, onun həmin əmlakdan istifadə, sahiblik və sərəncam hüququ vardır. O, əmlak üzərində hüquqlarının istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir.
17. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmamışdır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Ona görə də Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(039)-509/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlan ılmalıdır.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 1096.1, 1096.2 və 1097.1-ci, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur.
21. Məhkəmə ehtiyatsızlıqdan baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyana gö rə məsuliyyət daşımalı olmadığını, iddiaçı ilə belə bir razılaşmanın olmadığını, nəqliyyat vasitəsini iddiaçının tapşırığı ilə, onun xeyrinə idarə etdiyini, hadisə nəticəsində özünün də ağır xəsarət aldığını nəzərə almamışdır. b)
22. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır..
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan ) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-c i maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasını n tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-293/2025 nömrəli iş üzrə 16 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.