Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2332/2024 01.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Kamil Əyyubov adına 12 №-li tam orta məktəbinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmək haqqı və s. tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Kamil Əyyubov adına 12 №- li tam orta məktəbinə qarşı “işə bərpa, əmək haqqının ödənilməsi və sair” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1631/2024 nömrəli, 28 fev ral 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 01 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Bakı şəhəri Kamil Əyyubov adına 12 №-li tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat fənn müəllimi vəzifəsinə işə qəbul edilmişdir.
2. Bakı şəhəri Kamil Əyyubov adına 12 №-li tam orta məktəbin Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli 7 nömrəli protokolundan görünür ki, məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin qanunauyğun olması qərara alınmış, onun xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixdə işə gəlməməsinə müxtəlif bəhanələrlə doğrultmağa çalışaraq heç bir sənəd təqdim etməməsi və digər işçilərin də onun hərəkətini doğru hesab etmədiyini bildirmişlər. Bakı şəhəri 12 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 148 nömrəli məktubu ilə xx.xx.2021-ci il tarixli təqdimata baxıldığı və İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin mövcud əmək qanunveriicliyinin tələblərinə uyğun olduğu bildirilmişdir.
3. Bakı şəhəri Kamil Əyyubov adına 12 №-li tam orta məktəbin direktoru Rahim Noruzovun 17 sentyabr 2021-ci il tarixli, 107 saylı əmri ilə, Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə 17 sentyabr 2021ci il tarixdən Azərbay can Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, həmin tarixdə də bildiriş elektron informasiya sistemində qeydiyyata alınmışdır. 4. xx.xx.2021-ci il tarixli, 018/2021 nömrəli “X1 İştirak Edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sesiyasında iştirak etmiş, lakin Bakı şəhəri Kamil Əyyubov adına 12 №-li tam orta məktəbə mediasiya sessiyası barədə xəbərdarlıq edilsə də məktəbin nümayəndəsi iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Kamil Əyyubov adına 12 №-li tam orta məktəbinə (bundan sonra cavabdeh) qarşı “işdən çıxarılma barədə əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun xidmətinə verilən maddənin götürülməsi, işə bərpa olunması, xx.xx.2021-ci il tarixdən maaşının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Kamil Əyyubov adına 12 №-li tam orta məktəbdə Azərbaycan dili Ədəbiyyat müəlliməsi kimi çalışırdı. xx.xx.2021-ci il tarixində işlədiyi məktəbə gedib əmək məzuniyyətindən qayıtmağı barədə ərizə təqdim etmişdir. xx.xx.2021-ci il tarixində COVİD virusundan xalası, xx.xx.2021-ci il tarixində hərbiçi polkovnik qardaşı X2 vəfat etmişdir. O, bu barədə məktəbə Tədris üzrə direktor müavininə məlumat vermişdir. Başı yaslara qarışdığından psixoloji sarsıntı keçirmişdir. Bu zaman məktəb qrupunda bildirmişlər ki, peyvənd olunmayanlar məktəbə buraxılmırlar. Təbii olaraq, COVİD-dən yaxınlarını itirdiyi üçün qorxmuş, peyvənd olunmadığı üçün məktəbə gedə bilməmiş, xx.xx.2021-ci il tarixində “Pfizer” peyvəndi olunmuşdur. Bu ona pis təsir etmiş, qolu şişmiş, təzyiqi qalxmış, qızdırması olmuşdur. Müalicə olunmuş və bu barədə Tədris işləri üzrə müavinə məlumat vermişdir. xx.xx.2021-ci il tarixində işə çıxmışdır. Təbii olaraq günləri tutulmuş, əmək haqqı yazılmamış, amma o, etiraz etməmişdir. Direktora işə gəlməməyini üz-üzə izah edərkən bildirmişdir ki, onu maddə ilə işdən çıxardır. Ümumiyyətlə bununla bağlı ondan nə izahat alınıb, nə də ki bununla bağlı xəbərdarlıq edilib. O, direktora bildirmişdir ki, gəlmədiyi günlərin əmək haqqı ondan tutulub, zatən dərs olmamış, ətrafda imzalanmalı tabel olmamışdır. O, bir daha vəziyyəti izah etmiş, lakin direktor Rahim Novruzov israrla ona bildirmişdir ki, onu işdən azad edir. xx.xx.2021-ci il tarixində onlayn şəkildə pedaqoji şura keçirilmiş və o, bura dəvət olunmamışdır. İclasda qeyd olunub ki, məktəbin müəlliməsi maddə ilə işdən azad olunub. 28 illik müəllimlik fəaliyyəti, qazandığı nailiyyətlər, cəmiyyətə bəxş etdiyi savadlı, nümunəvi insanlar nəzərə alınmadan onun haqsız yerə işdən azad olunması ona maddi və mənəvi təsir etmişdir.
7. Cavabdeh məktəbin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırkı iş üzrə iddiaçı tutduğu vəzifəyə bərpa edilməsi və dəymiş zərərə görə təzminatın ödənilməsinə dair iddia ərizəsini verərkən iddia müddəti barədə qanunvericiliyin tələblərinə riayət etməmiş və hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından müəyyən olunur ki cavabdeh, Bakı şəhəri 12 nömrəli tam orta məktəbin xx.xx.2021-ci il tarixli, 107 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixində ləğv edilmişdir. İddiaçı yaranmış hal üzrə hüquqların təmin edilməsi məqsədilə yuxarıda göstərilmiş halın ona məlum olmasından 3 aydan çox vaxt keçəndən sonra irəli sürmüşdür və iddia müddəti ötürülmüşdür. Beləliklə, mülki iş üzrə iddia müddətini tətbiq edərək, iddiaçının cavabdeh məktəbə qarşı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(007)-614/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbi rədd edilmişdir.
9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işə gəlməmiş, gəlməməsinin üzrlü olması ilə bağlı heç bir sübut göstərməmiş, işə gəldikdən sonra işə gəlməməsi ilə bağlı qeyd etdiklərinə dair də mötəbər sübut təqdim etməmişdir. Həmçinin məktəb direktoru tərəfindən işə gəlməməsi barədə izahat yazılması tələb edilsə də, iddiaçı yazılı izahat yazmaqdan imtina etmiş, məktib direktoruna təhqir və qarğışlar etmiş və bu hala da məktəbin digər işçiləri tərəfindən şa hid olunmuş və bu barədə akt tərtib edilmişdir. İddiaçı eyni zamanda müəllimlərin etik davranış Qaydalarını pozmuş, peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməmiş, məktib direktoruna təhqir və qarğışlar etmişdir.
10. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, göründüyü kimi iddiaçı işə məlumat vermədən gəlməməklə əmək qanunvericiliyinin tələblərinə əməl etməmişdir. Beləliklə, Kamil Əyyubov adına 12 №-li tam orta məktəb “İşəgötürən” ilə İddiaçı “İşçi” arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir.
11. Məhkəmə onu da qeyd etmişdir ki, s übut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh məktəbin nümayəndəsi, məktəbin qəbul etdiyi əmrlərin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir.
12. Məhkəmə iddia tələbinin “xx.xx.2021-ci il tarixdən əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinin həmin hissəsi irəli sürülən “cavabdehin 04 noyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının “onun xidmətinə verilən maddənin götürülməsi, işə bərpa olunması” tələbindən irəli gələn, törəmə tələbdir, əsas tələbin əsassız olması, təmin edilməməli olmaması müəyyən edildiyi halda törəmə tələbin də təmin edilməsi üçün əsaslar yoxdur, ona görə məhkəmə hesab etmişdir ki, idd ia həmin hissədə də təmin edilməməlidir.
13. Məhkəmə iddiaçının nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli əmr iddiaçının Nizami rayonunda qeyd olunan ünvanına həmin gün göndərilmiş, lakin vabadeh tərəfindən iddiaçının həmin əmri nə vaxt alması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə göndərilmiş poçt göndərişinin çatdırılması müddətinin 3-5 gün qəbul edilə bilən hal olması nəzərə alınmaqla iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edilərkən iddia müddəti ötürülməmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-4405/2021 nömrəli, xx.xx.2021 tarixli qərardadı ilə iddiaçı məhkəmədən qabaq mediasiya prosesindən keçmədiyindən iddia ər izəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra iddiaçı tərəfindən qərardad rəsmi qaydada alındıqdan sonra mediasiya şurasına müraciət edilmiş və xx.xx.2021-ci il tarixdə mediasiya prosesindən keçmiş və yenidən xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi iddiaçı ilk dəfə məhkəməyə müraciət etdiyində 1 ay iddia müddətini ötürməmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 7-ci maddəsinin 2-ci hissəsinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 296.5-ci maddəsinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasinin 6 noyabr 2014-cü il, 1/2 №-li qərarı ilə təsdiq edi lmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.5, 4.3.3, 6.3.6-cı bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 88, 106.1, 14.2 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, əmrdən çıxarışda məktəbin Həmkarlar Təşkilatına xx.xx.2021-ci il tarixdə müraciət etdiyi qeyd edilmiş, Həmkarlar Təşkilatı da xx.xx.2021-ci il tarixdə təcili iddiaçının iştirakı olmadan, onu xəbərdar etmədən, ona məktub göndərmədən, iddiaçının izahatı alınmadan, təqd imat və sənədlər araşdırılmadan, “skayp” proqramı vasitəsi ilə onlayn iclas keçirmişdir. Göründüyü kimi, Həmkarlar Təşkilatı üzərinə düşən vəzifəni yerinə yetirməmiş, məktəbin müraciətindən sonrakı gün təcili, məsələni araşdırmadan, onlayn iclas keçirmişdir. Həmkarlar Təşkilatı iddiaçının 40 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olmasını, həmin məktəbdə 28 il müəllim işləməsini, indiyə qədər heç bir pozuntusu olmamasını, bütün imtahanlardan yüksək balı iddiaçının yığmasını, müəllimlərin yarısının işə gəlmədiyi halda, bəzilərinin xaricdə olduğu halda niyə yalnız iddiaçı barədə Təşkilata müraciət edildiyini araşdırmamışdır. 12 saylı orta məktəb tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16.1-ci maddəsinin tələbləri pozulmuşdur. Lakin, məhkəmə müvafiq maddənin tələblərinin 12 saylı orta məktəb tərəfindən pozulmasını nəzərə almamaqla əsassız qətnamə qəbul etmişdir. Belə ki, 12 saylı orta məktəbin direktoru və direktor müavini Natəvan Mustafayeva iddiaçıya qarşı qərəzli olmuşlar. Direktor müavini Natəvan Mustafayevanın xx.xx.2021-ci il tarixli səs yazısında müəllimlərin işə gəlib gəlməmələrinə nəzarət cədvəlinin ləğv olunduğunu, müəllimlərin qeydiyyatının onun tərəfindən aparıldığını, müəllimlərin yarısının məktəbə gəlmədiyini, bəzi müəllimlərin xaricdə olduğunu bildirmişdir. Buna baxmayaraq ancaq iddiaçının işə gəlməməsinə görə əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə, məktəbin tədris üzrə direktor müavini Natəvan Mustafayevanın və direktorun ona qarşı qərəzli olmaları onlar tərəfindən tərtib edilən sənədlərdən də müəyyən olunur. Belə ki, xx.xx.2021-ci il tar ixli əmrdən çıxarışda qeyd edilmişdir ki, guya iddiaçı məktəb direktorunu iş otağında təhqir etmiş “Sizi Allah tapşırıram, pis günə düşəsiniz” demişdir. İddiaçı onlara “pis günə düşəsiniz” demədiyi, qapını çırpmadığı halda əmrdən çıxarışda qeyd edilmişdir. Həmçinin, “Sizi Allaha tapşırıram” sözünün təhqir olmadığını hər kəs bildiyi halda, 12 saylı orta məktəbin direktoru və direktor müavini niyəsə həmin sözü təhqir kimi qəbul etməklə, israrla hər sənəddə qeyd etmişlər. Göründüyü kimi cavabdeh iddiaçıya qarşı qərəzli olmuş digər müəllimlər və əməkdaşlar da məktəbə gəlmədikləri halda yalnız iddiaçıya qarşı qərəzli mövqe tutaraq işdən çıxarılmışdır. Qeyd edilən maddələrin tələbləri pozulmuş, məhkəmə tərəfindən həmin maddələrin tələblərinin pozulmasına diqqət yetirilməmişdir. 12 saylı orta m əktəb tərəfindən Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti təqdim edilməli olduğu halda iddiaçıya əmrdən çıxarış təqdim edilmişdir. 12 saylı məktəb Əmək Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun əmr tərtib etməmişdir. Əmək Məcəlləsinin 84.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Lakin, məhkəmə iddiaçıya qarşı qərəzli və əsassız qəbul edilmiş, qanunvericiliyin tələblərinə zidd tərtib edilmiş əmri etibarsız hesab etməli olduğu halda etməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1631/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, qüvvədə saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə üzrə müəyyən edilməli hallar - 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işə gəlməmiş, gəlməməsinin üzrlü olm ası ilə bağlı heç bir sübut göstərməmiş, işə gəldikdən sonra işə gəlməməsi ilə bağlı qeyd etdiklərinə dair də mötəbər sübut təqdim etməmişdir. Həmçinin məktəb direktoru tərəfindən işə gəlməməsi barədə izahat yazılması tələb edilsə də, iddiaçı yazılı izahat yazmaqdan imtina etmiş, məktib direktoruna təhqir və qarğışlar etmiş və bu hala da məktəbin digər işçiləri tərəfindən şahid olunmuş və bu barədə akt tərtib edilmişdir. İddiaçı eyni zamanda müəllimlərin etik davranış Qaydalarını pozmuş, peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməmiş, məktib direktoruna təhqir və qarğışlar etmişdir.
19. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddiaçı işə məlumat vermədən gəlməməklə əmək qanunvericiliyinin tələblərinə əməl etməmişdir. Məhkəmə kollegiyası mülki işin halları nı araşdırarkən işə götürən tərəfindən iddia ərizəsində göstərilən pozuntuların həqiqiliyinə dair hər hansı bir hal aşkar etməmişdir. Belə ki, cavabdeh orta məktəb “İşəgötürən” ilə iddiaçı “İşçi” arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir.
20. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh orta məktəbin nümayəndəsi, məktəbin qəbul etdiyi əmrlərin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir.
21. Məhkəmə kollegiyası iddia tələbinin “xx.xx.2021-ci il tarixdən əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinin həmin hissəsi irəli sürülən “cavabdehin 04 noyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının “onun xidmətinə verilən maddənin götürülməsi, işə bərpa olunması” tələbindən irəli gələn, törəmə tələbdir, əsas tələbin əsassız olması, təmin edilməməli olmaması müəyyən edildiyi halda törəmə tələbin də təmin edilməsi üçün əsaslar yoxdur, ona görə məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir.
22. Məhkəmə kollegiyası iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli əmr iddiaçının Nizami rayonunda qeyd olunan ünvanına həm in gün göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının həmin əmri nə vaxt alması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda xx.xx.2021-ci il tarixdə göndərilmiş poçt göndərişinin çatdırılması müddətinin 3-5 gün qəbul edilə bilən hal olması nəzərə alınmaqla iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edilərkən iddia müddəti ötürülməmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-4405/2021 nömrəli, xx.xx.2021 tarixli qərardadı ilə iddiaçı məhkəmədən qabaq mediasiya prosesindən keçmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra iddiaçı tərəfindən qərardad rəsmi qaydada alındıqdan sonra mediasiya şurasına müraciət edilmiş və xx.xx.2021-ci il tarixdə mediasiya prosesindən keçmiş və yenidən xx.xx.2021-ci il tarixd ə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi iddiaçı ilk dəfə məhkəməyə müraciət etdiyində 1 ay iddia müddətini ötürməmişdir.
23. Apelyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 7-ci maddəsinin 2-ci hissəsinə, 11-ci maddəsinin 1-ci hissəsinə, 70, 71, 287, 288, 292, 296.5-ci maddələrinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 6 noyabr 2014-cü il, 1/2 №-li qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.5, 4.3.3, 6.3.6-cı bəndlərinə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2, 372.6, 377.1, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyas iya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, nə birinci instansiya, nə də apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində ciddi səhvə yol verilmiş, eyni zamanda iş üçün əhəmiyyətli olan hallar tam şəkildə aydınlaşdırılmadan, sübutları lazımınca araşdırmadan əsassız qərar qəbul edilmişdir. Belə ki, məhkəmə, məktəb tərəfindən əmək qanunvericiliyin tələblərinə riayət edildiyini yoxlamamış, məktəb tərəfindən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin qanunvericiliyin tələblərinə tərtib edilməsi araşdırılmamış, müəlliml ərin işə gəlib gəlməmələrinə nəzarət cədvəlini, məktəbin Həmkarlar Təşkilatına müraciət etməsinə dair sənədini tələb edilməmiş, iddiaçının Həmkarlar Təşkilatının iclasına çağırılmamasını bildirməsinə baxmayarq iddiaçının Həmkarlar Təşkilatına çağırılmasına dair sübut tələb edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Natəvan Mustafayevanın səs yazıları araşdırılmamışdır. Bundan əlavə, məhkəmə araşdırmamışdır ki, Həmkarlar Təşkilatının iclası onlayn keçirildiyi halda məktəb tərəfindən təqdimat Həmkarlar Təşkilatına göndərilmişdirmi, əgər iddiaçıdan başqa hər kəs işə gəlirdisə Həmkarlar Təşkilatı iclası niyə onlayn “skayp” proqramı vasitəsi ilə keçirmişdir. Məhkəmə tərəfindən maddi və prossesual hüquq normalarının pozuntularına yol verilməsi ilə işə obyektiv baxılmayıb və sonda düzgün olm ayan qətnamə çıxarılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
26. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
27. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
28. Maddə 14 (1-ci hissə). Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
29. Maddə 35.2 (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
30. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
31. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
32. Maddə 69 (4-cü hissə). Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
33. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
34. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həm in müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
35. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməs i qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
36. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
37. Maddə 84 (3-cü hissə). Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edil ə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
38. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
39. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 76.1. tərəflərin tələb və etirazla rını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur.
45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialla rında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səla hiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
58. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1631/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.