Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2333/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili V oğlunun, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2 və vəkili Soğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)***/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi R ayon Məhkəməsinin (hakim E.Əliyev) xx.xx.2019-cu il tarixli, 2(001)-*/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin 6 saylı region üzrə DƏM-ə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, işgüzar nüfuza vurulmuş ziyanın ödənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Şamayev, M.Məmmədov, Ş.Məhərrəmova) xx.xx.2019-cu il tarixli, 2(103)-***/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- */2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, işgüzar nüfuza vurulmuş ziyanın ödənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının HRC/01/19 nömrəli, xx xxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi, onun Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının Hüquq Departamentinin hüquqşünası vəzifəsinə bərpa edilməsi, Cavabdeh şirkətinin Azərbaycan Resp ublikasındakı filialı tərəfindən ona məcburi iş buraxma müddəti üçün (xx xxxxxx 2019-cu il tarixindən hesablanmaqla işə bərpa olunma tarixinədək) əmək haqqının ödənilməsi, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından vurulmuş mənəvi zərərin həcmini təşkil edən 100000 manat və işgüzar nüfuza vurulmuş ziyanın həcmini təşkil edən 25000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili V oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi kimi işin faktiki hallarına, iddiaçının irəli sürdüyü dəlillərə heç bir əhəmiyyət verməmiş, işin f aktiki hallarını və sübutları düzgün qiymətləndirməmişdir. İş materiallarından məlumdur ki, cavabdeh şirkət iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsinin əsası kimi iddiaçı tərəfindən Hüquq Departamentinin müdiri Vüqar İsgəndərovun xx.xx.2019-cu il tarixdə nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi barədə vermiş olduğu tapşırığı yerinə yetirməməsini göstərmişdir. Lakin cavabdeh şirkət verilmiş tapşırığın iddiaçı tərəfindən yerinə yetirilməməsini bildirsə də, iş materiallarına irəli sürdüyü dəlilləri təsdiq edəcək sübut əlavə edə bilməmişdir. Şirkətin nümayəndəsinin məhkəmə iclasında iddia etdiyi tapşırıq iddia etdiyi qaydada deyil, bu məzmunda olmuşdur ki, xx.xx.2019-cu il tarixdə Vüqar İsgəndərov iddiaçıya şifahi tapşırıq verərək şirkətə məxsus nəqliyyat vasitələrinin mə hz Azərbaycan Respublikası DİN BDYPİ-nin xüsusi müəssisəsində texniki baxışdan keçməli olmasını, yaxud texniki baxışın başqa müəssisələrdə və ya Şirkətin öz qarajında keçirilməsinin mümkün olub-olmaması məsələsini araşdırmağı tapşırmışdır. Nəzərə çatdırmaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirləri Kabinetinin xx.xx.1999-cu il tarixli, 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə, onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” nümunəvi Əsasnamənin ləğv edilmiş 2.1 və 3-cü bəndlərinin iddiaçıya verilmiş tapşırığa aidiyyəti yoxdur. Belə ki, Əsasnamənin qeyd edilmiş 2.1 və 3-cü bəndlərinin nəqliyyat vasitələrinin harada texniki baxışdan keçirilməsinə təsiri yoxdur və nəqliyyat vasitələrinin harada texniki baxışdan keç irilməsi bu bəndlərlə tənzimlənməmişdir. Bu səbəbdən də cavabdehin qeyd edilən bəndlərə istinad etməklə iddiaçı tərəfindən tapşırığın yerinə yetirilməməsi qənaətinə gəlməsinin əsası yoxdur. Sumqayıt şəhərinin daha yaxın olması və şirkətə məxsus nəqliyyat vasitələrinin oraya getməsinin daha rahat olması barədə cavabdehin dəlilləri əsassızdır. Belə ki, AR DİN BDYPİ şirkətə Sumqayıt şəhərindən daha yaxın olmaqla bilavasitə şirkətin Saziş ərazisinin daxilində yerləşir. Həmçinin hazırki halda cavabdeh şirkət tərəfindən iş materiallarına iddiaçı tərəfindən verilmiş tapşırığın icra edilməməsini təsdiq edən sənəd-akt əlavə edilməmişdir. Aktın əlavə edilməməsinin səbəbi odur ki, həmin akt yoxdur və ola da bilməzdi. Ona görə ki, iddiaçı tərəfindən onun birbaşa tabe olduğu rəhbəri Vüqar İsgəndərov tə rəfindən verilmiş tapşırıq icra edilmişdir. Bundan əlavə, işə baxan məhkəmələr cavabdeh şirkətin mübahisələndirilən əmrini yalnız texniki cəhətdən, yəni bundan əvvəl verilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli töhmət əmrlərinin ardınca verilməsinin düzgün olub-olmaması baxımından yoxlamışlar. Halbuki, məhkəmələr əmri bu cəhətdən deyil, həmin əmrin verilməsinə əsas olmuş tapşırığın yerinə yetirilib-yetirilməməsi baxımından, yəni əmrin mahiyyətcə düzgün olubolmaması və ədalətliliyi baxımından yoxlamalı idilər. İşə baxan məhkəmələr maddi hüquq normalarına düzgün istinad etsələr də, həmin maddi hüquq normalarını iş üzrə düzgün tətbiq etməmişlər. Beləliklə, məhkəmələr maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişlər. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-***/2019 nömrəli qətnaməsinin ləğv edilərək iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin 3-cü şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX- nin 6 saylı region üzrə DƏM-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili V oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X4 və vəkili Soğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-***/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəm əsi İddiaçı iddia ərizəsində əmrin məzmununa münasibətdə düzgün qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması əsasları 70-ci maddədə göstərilmiş və əmək müqaviləsi yalnız həmin maddədə əks olunmuş hallara əsaslanmaqla işəgötürən tərəfindən ləğv oluna bilər. Həmin maddənin “ç” bəndində nəzərdə tutulan “əmək vəzifələrinin kobud şəkildə pozuntuları”na hansı hərəkətlərin aid olması isə Məcəllənin 72ci maddəsində göstərilmişdir. İşçinin əmək müqaviləsi Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunmadan öncə, həmin işçinin Məcəllənin 72-ci maddəsində göstərilən hansı pozuntunu törətdiyi müəyyən edilməlidir. Odur ki, hazırki iş üzrə İddiaçıla bağlanmış əmək müqaviləsinin xitam olunması barədə xx xxxxxx 2019-cu il tarixli əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad edərək həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qanunauyğundur və əmrin məzmununda bununla bağlı nöqsan yoxdur. Bununla bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, işəgötürən tərəfindən iddiaçı barəsində mübahisələndirilən əmrin qəbulu zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuş və qanuna uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğ v edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Məcəllənin 72-ci maddəsində açıqlanmışlar. Həmin maddənin “ə” bəndinə əsasən əmək funksi yasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 186-ci maddəsinin ikinci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbehlərindən birini olaraq əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək hüququna malikdir. Beləliklə, apelyasiya kollegiyası hesab etmişdir ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə ona Hüquq Departament inin rəhbəri tərəfindən qanunvericilikdə avtomobillərin texniki baxışının keçirilməsi qaydalarına dəyişikliyin olub-olmaması ilə bağlı verilmiş tapşırığı natamam və keyfiyyətsiz yerinə yetirdiyindən işəgötürənin onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinə uyğun olaraq intizam tənbeh tədbiri tətbiq etmək hüququ olmuşdur. Apelyasiya kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçı barəsində əvvəllər də tətbiq olunmuş intizam tənbeh tədbirləri qüvvədə olduğundan, işəgötürən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 72-ci maddəsinin “ə” bəndinə istinad etməklə Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəmə si mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının kasasiya şikayətinin dəlilləri əsasında apelyasiya kollegiyasının qəbul etdiyi qətnamə yoxlanılarkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. İddiaçı kasasiya şikayətində onun tərəfindən rəhbəri tərəfindən verilmiş tapşırığın yerinə yetirilməsinə, məhkəmələrin əmrin əsassızlığını düzgün əsaslarla araşdırmadığına istinad etsə də, iş materiallarında olan sübutlarla iddiaçının ona verilm iş tapşırığı yerinə yetirməsi, onunla bağlanması əmək müqaviləsinə xitam verilməsinin əsassızlığı öz təsdiqini tapmır. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyy ətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-***/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2333/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2333/2020
09.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver