Məhkəmə qərarları › İş №2(102)-2333/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2333/2024

16.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2333/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı (X5 qanuni nümayəndəsi) Cavabdeh qarş (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9, X7 və X6 cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: vərəsələrin miras paylarının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı (X5 qanuni nümayəndəsi) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9, X7 və X6 cəlb edilməklə Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mü lki Kollegiyasının 2(103)-405/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Miras qoyan X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür.

2. Onun 5 nəfər sağ qalan qanun üzrə vərəsələri var: a) Anası - X9; b) Arvadı - Cavabdeh; c) Cavabdeh ilə nikahdan doğulmuş uşaqları - X7 və X6; d) Nikahdan kənar doğulmuş uşağı - xx.xx.2012-ci il təvəllüdlü X8.

3. X19 xx.xx.1992-ci il tarixdən Cavabdeh ilə rəsmi nikahda olub. Onların nikah müddətində əldə olunmuş aşağdakı əmlakların miras əmlak kimi bölünməsi tələb olunur: a) Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzil; b) ünvan 1də 0,1 ha torpaq sahəsi; c) Bakı şəhə ri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22, 95 saylı mənzil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (X5 qanuni nümayəndəsi) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin adına mərhum X3 ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzilə, ünvan 1də 0,1 ha torpaq sahəsinə və Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22, 95 saylı mənzilə xx.xx.2012-ci il təvəllüdlü qızı X5 1/10 hissədə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o miras əmlakın qəbulu ilə bağlı şifahi qaydada notariat kontoruna müraciət etməsi nə baxmayaraq, cavabdeh tərəfindən ona süni maneələr yaradılmış, cavabdehin və digər vərəsələrin notariat kontoruna gəlməmələri səbəbiylə miras əmlak açılmamışdır. Həmçinin məhkəmədə iddia tələbinin verilməsi ilə bağlı sübutların toplanılmasında cavabdeh maneə yaradaraq digər qanun üzrə vərəsələr barədə, eləcə də əmlakların siyahısı barədə müvafiq sənədləri iddiaçıya verməkdən imtina etmişdir. Yalnız məhkəmə tərəfindən verilmiş sorğular əsasında vərəsələr və miras qalan əmlaklar müəyyən edilmişdir. Mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzil,; ünvan 1də 0,1 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22, 95 saylı mənzili mərhum X1 cavabdehlə birgə nikahı dövründə alğı-satqı müqaviləsi əsasında əldə edilməklə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınmışdır. Vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariusa vaxtında müraciət olunsa da, cavabdeh gəlmədiyindən bu mümkün olmamışdır. Notariusa müaciət vaxtını isə dəqiq bilmir və müraciətinə dair məhkəməyə sübut təqdim edə bilmir. Çünki iddiaçı 5 saylı Notariat Kontoruna müraciət etsə də, sənədlərin tələbi ilə maneələr yaranmışdır. Hətta onun tərəfindən verilmiş sorğuya cavabda iddiaçının notariusa müraciət etmədiyi bildirilsə də, iddiaçı rəsmi olaraq notariusa müraciət etdiyini bildirir. Hesab edir ki, C.Mirqiyasovun ölməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlaklar ümumi mülkiyyət hüququ ilə mərhuma aid olan hissədə miras əmlakına daxil olmuşdur. Ona görə də cavabdehin ona aid hissəsi çıxılmaqla və digər qanun üzrə v ərəsələr nəzərə alınmaqla mərhuma aid hissə vərəsələr arasında bölündükdə vərəsələrin hər birinə 1/10 hissə pay düşür. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir.

6. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı miras əmlakı nə formal, nə də faktiki qəbul etməmiş, ümumiyyətlə vərəsəlik işi açılmamışdır. İddiaçı miras qoyanın vəfat etməsindən xəbərdar olmuş, lakin vaxtında notariat kontoruna müraciət etməmiş və buna dair məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə, mübahisə predmeti olan əmlaklar mərhumla birgə nikah dövründə əldə edilməsinə baxmayaraq, mərhumun həmin əmlaklara aidiyyəti olmamış və birgə nikah dövründə əldə edilmiş vəsait hesabına alınmamışdır. Mərhumun sağlığından isə onlar ın payları müəyyən edilməmişdir. İddiaçı əmlakların mərhumla cavabdehin birgə vəsaiti hesabına əldə edilməsi və ya mərhumun payının müəyyən edilməsinə dair sübut təqdim etməmişdir. Odur ki, mübahisə predmeti olan əmlaklar miras əmlaka daxil olmamaqla tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus olmuş və adına reyestrdə dövlət qeydiyyatına alınmışdır. Göstərilənlərlə yanaşı mübahisə predmeti olan əmlaklar əldə edilərkən mərhumun iddiaçı ilə münasibəti olmamış, övladı isə dünyaya gəlməmişdir. Eyni zamanda, cavabdeh iddiaçının vərəsə olan övladına mərhumun adında olan və miras əmlakına daxil olmuş digər əmlaklarla bağlı miras paylarının bölünməsinə etiraz etmir. Hətta mərhum sağlığında iddiaçı üçün lazımı şərait yaratmışdır. Cavabdeh isə bir neçə əmlak təklif etsə də iddiaçı razı olmamışdır. Mə rhumun vərəsələri nikahda olduğu arvadı, anası, oğlu və qızıdır. Bütün göstərilənləri nəzərə alaraq, iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********72 nömrəli məktubundan müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzil xx.xx.2010-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixdə, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi ev 22, 95 saylı mənzil (yeni qaydalarla Ə.Cavad küçəsi 32, M1, m1) xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə, ünvan 1 ünvanında y erləşən ümumi sahəsi 0,1 ha olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi xx.xx.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Həmin məktuba əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və bu barədə xx.xx.2011-ci il tarixdə qeydiyyat aparılmışdır. Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli, 1605 saylı sərəncamından müəyyən edilir ki, həmin torpaq sahəsinin Mirqiyasova (Rəfiyeva) Pərvanə Nail qızının adına rəsmiləşdirilməsinə və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

8. Bakı şəhər i Yasamal Rayon Məhkəməsinin 2(004)-228/2023 nömrəli, 03 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisə predmeti olan əmlakın cavabdehlə miras qoyanın birgə nikah dövründə əldə edilməsi təsdiq edilir. Lakin cavabdeh həmin əmlakın birgə nikah dövründə əldə edilməsinə baxmayaraq birgə vəsait hesabına alınmamasını iddia etməsinə və sübutetmə vəzifəsinin onun üzərində olmasına baxmayaraq buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin onların əmlak üzərində payları müəyyən edilməsə də, məhkəmə hesab edir ki, həmin əmlaklar üzərində ər və arvadın ½ hissədə bərabər payları olmuşdur. Bu da onu deməyə əsas verir ki, mübahisə predmeti olan və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzilin, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi ev 22, 95 saylı mənzilin (yeni qaydalarla Ə.Cavad küçəsi 32, M1, m1) və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin ½ hissəsi X19 ölməsi məqamında onun miras kütləsinə daxil olmuşdur. Odur ki, iddiaçının övladı X5 atasının qanun üzrə vərəsəsi olaraq miras əmlakından pay almaq hüququ olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin dəlilləri bu hissədə əsassızdır. 10.Məhkəmə qeyd edib ki, iddiaçının X19un xx.xx.2022-ci il tarixdə ölümü barədə kifayət qədər məlumatlı olmuşdur. İddiaçı ərizəsində, eləcə də onun məhkəmə iclasında iştirak edən nümayədəsi - vəkili izahatında qanunla müəyyən edilmiş 6 aylıq müddət ərzində iddiaçının mirasın qəbulu ilə bağlı 5 saylı Notariat ofisinə müraciət etməsini, lakin cavabdeh tərəfindən süni maneələr yaradılmasını bildirməsinə baxmayaraq buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş və maneələrin konkret olaraq nədən ibarət olması əsaslandırılmamışdır. Nümayəndə-vəkil maneə olaraq cavabdehin notariat ofisindən gəlməkdən imtina etdiyini bildirməsinə baxmayaraq məhkəmə hesab edir ki, bu hal maneə kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının kifayət qədər vaxt imkanı olmuşdur ki, notariat orqanına rəsmi qaydada müraciət edib cavab alsın.

11. İddiaçı mirasın qəbul olunması ilə bağlı iki üsuldan biri üzrə mirası qəbul etməli idi. Mirasın qəbulunun birinci üsulu iddiaçı mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə v erməklə, ikincisi əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə olması nəzərdə tutulmuşdur. İddiaçı övladının qanuni nümayəndəsi olaraq miras əmlakı qəbul etmək üçün sözügedən üsulların heç birindən istifadə etməmişdir. Bundan əlavə, iş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da görünür ki, iddiaçı həmin mənzillərdə ümumiyyətlə yaşamamışdır. İddiaçıdan fərqli olaraq cavabdeh həmin əmlakı faktiki qəbul etmişdir. Həmin mənzil hüquqi və faktiki olaraq cavabdehə məxsus olmuş və ona sahiblik etmişdir. 12.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 1145, 1159.1.1, 1162, 1243.2, 1246, 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəllənin 37.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 13.İddiaçı apellyasiya şikayəti vərərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X5 adına mərhum atası X4 02 fevral 2022-ci il tarixdə vəfat etdikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 05 saylı Notariat ofisində "mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə" rəsmi qeydiyyatdan keçmiş ərizəsi mövcuddur. Bu sənədlərdən də görünür ki, iddiaçı vərəsəliklə bağlı müddəti ötürməyib. 03 dekabr 2012-ci il təvəllüdlü X5 mərhum X2 övladı olması da mülki iddianın mü bahisəsiz halı olaraq nəzərə alınmalıdır. İddia tələbində göstərdiyi əmlaklar mərhum ilə cavabdehin birgə nikahı dövründə əldə olunduğundan miras kütləsinə daxildir. Məhkəmə gedişatında da iddiaçı azyaşlı övladı X5 05 saylı notariat ofisinə müraciət etdiyini bildirsə də, məhkəmə icraatında işlərin çoxluğunu bəhanə gətirərək Ədliyyə Nazirliyi xidmətlər baş idarəsinin məhkəmə sorğusuna cavabına əsaslanaraq, iddiaçının notariat kontoruna müraciətinin olmadığı və yaxud müddəti ötürdüyü kimi fərziyyələrə əsaslanmışdır. 15.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-405/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti tə min edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmiş, Cavabdeh adına olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzilə, ünvan 1, 0,1 ha torpaq sahəsinə və Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22, 95 saylı mənzilə xx.xx.2012-ci il təvəllüdlü qızı X5 1/10 hissədə vərəsəlik hüququnun (payının) tanınması qət edilmişdir. 16.Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən Mülki Məcəllənin 1246-cı maddəsinə əsaslanmış, məhz mirasın qəbulu ilə bağlı müddətlərin ötürülməsi səbəbindən iddia tələbini rədd etmiş, işin digər halları ilə bağlı isə iddiaçının övladının adından pay tələb etdiyi əmlakların miras əmlakın kütləsinə daxil olması, o cümlədən X5 atasının qanun üzrə vərəsəsi olaraq miras əmlakından pay almaq hüququnun olmasını qeyd etmiş, cavabdeh tərəfindən qeyd edilən hallar hər hansı formada mübahisələndirilməmişdir. 17.Məhkəmə kollegiyası hesab etmişdir ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə birinci instansiya məhkəməsinin hazırki işdə tətbiq etdiyi mirasın qəbulu müddətləri ilə bağlı Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edildiyindən və həmin qərar məhkəmələrin icraatında olan mübahisələrə şamil olunduğundan, iş materialları iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 1136 və 1159-cu maddələrinə uyğ un olaraq vərəsəlik hüququnun mövcudluğu, mövcud olduğu halda, miras əmlakda payının müəyyən edilməsi baxımından araşdırılmalı və buna uyğun qanuni qərar qəbul edilməlidir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti olan əmlaklar miras kütləsinə daxil olmaqla cavabdehlə X19un birgə nikah dövründə əldə edilmişdir. Cavabdeh həmin əmlakların birgə nikah dövründə əldə edilməsinə baxmayaraq birgə vəsait hesabına alınmamasını iddia etmiş, sübutetmə vəzifəsinin onun üzərində olmasına baxmayaraq buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

19. Həmçinin onların əmlak üzərində payları müəyyən edilməsə də, məhkəmə hesab edib ki, həmin əmlaklar üzərində ər və arvadın ½ hissədə bərabər payları olmuşdur. Yəni, mübahisə predmeti olan və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzilin, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi ev 22, 95 saylı mənzilin (yeni qaydalarla Ə.Cavad küçəsi 32, M1, m1) və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin ½ hissəsi X19un ölməsi məqamında ondan qalan mirasın kütləsinə daxil olduğundan, iddiaçının övladı X5 atasının qanun üzrə vərəsəsi olaraq miras əmlakından pay almaq hüququ yaranmışdır.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, X19un hər 5 vərəsəsi, o cümlədən hazırki iş üzrə iddiaçının qanuni nümayəndə olaraq təmsil etdiyi övladı X8 miras qoyana məxsus olan əmlakların həcminə görə onlardan 1/5 hissədə pay əldə etmək hüququna malikdirlər.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1 133.2, 1136, 1159.1, 1145, 1151.1, 1151.2, 1159.1.1, 1162, 1243.2, 1243.3, 1244, 1274 və 1291-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 22.Cavabdeh qətnamədən (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. 23.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddianın predmeti olan əmlaka mülkiyyət hüququ rəsmi şəkildə tanınmış və həmin əmlaka o, faktiki olaraq qanunla qorunan mülkiyyət hüququnu – sahiblik, istifadə və sərəncam hüququnu həyata keçirir. Qeyd olunan hüquqlar konstitusion hüquqdur və qanunla müəyyən edilmiş hallar istisna olmaqla məhdudlaşdırıla bilməz. Belə ki, iddiaçının cavabdehin mülkiyyət hüququ qanunla qorunan və rəsmi tanınan daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatda olan əmlakına əsassız olaraq “vərəsəlik hüququ” adı altında iddia qaldırması və apellyasiya instansiya məhkəməsinin bunu təmin etməsi tamamilə qanunsuz olmaqla kobud hüquq pozuntusudur. 24.Həmçinin, iddianın predmeti olan mənzil cavabdeh tərəfindən onun şəxsi vəsaiti hesabına alınmışdır. Yəni iddianın predmeti olan əmlak mərhum X3 ilə Cavabdeh birgə mülkiyyətinə aid deyildir. 25.Birinci instansiya məhkəməsi düzgün hüquqi mövqedən yanaşaraq işə baxarkən Mülki Məcəllənin 1246-cı maddəsinə əsaslanmış, məhz mirasın qəbulu ilə bağlı müddətlərin ötürülməsi səbəbindən iddia tələbini rədd etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən həmin qətnamə qanunsuz və əsassız olaraq ləğv ed ilmişdir. Mülki iş üzrə iddiaçı tərəf iddia müddətini ötürdüyü üçün iddia tələbi rədd edilməlidir. İddiaçının cavabdehin mülkiyyətində olan əmlaka dair iddia qaldırdığı müddətdə MM-nin 1246-cı maddəsi qüvvədə idi, bu baxımdan həmin vaxt üçün iddia müddətini ötürmüş hesab edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

29. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçmə si) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

30. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

31. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

32. Maddə 1136. Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalar ına çatası mirasdan pay tələb edə bilərlər.

33. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

34. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

35. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);...

36. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbu l etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

37. Maddə 1247. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.

38. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

39. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

40. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

41. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus ol an əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

42. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 44. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri 49.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 50.Hazırkı kassasiya şikayətində qətnam ə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 51.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 52.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. 53.Məhkəmə ko llegiyası qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. 54.Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). 55.Bu mənada mirasın kütləsi vərəsəlik institutunun vacib aspektlərindən biridir. Ona görə də mirasın bö lünməsi tələblərində həll olunmalı məsələlərdən biri – mirasın nədən ibarət olması, yəni mirasın kütləsinin müəyyən olunmasıdır. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay da daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. 56.Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, təl əb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. 57.İşə baxmış apelyasiya məhkəməsi Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzili, ünvan 1də 0,1 ha torpaq sahəsini, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22, 95 saylı mənzin ½ hissəsini Cavad Mirqiyasovdan qalmış mirasın kütləsinə aid etmişdir. Çünki həmin əmlak, X12 Mirqiyasovanın birgə nikahı müddətində əldə oluynmuş əmlaklardır. Məhkəmənin mübahisəli əmlakların ½ hissəsinin miras qoyanın mülkiyyəti hesab etməsi, Ailə Məcəlləsinin 32.1, 37.1-ci, habelə Mülki Məcəllənin 1151.1 və 1151.2-ci maddələrinin tələblərinə uyğundur. 58.Kassatorun dəlillərindən biri ondan ibarətdir ki, iddiaçı mirası qəbul etməmişdir və buna görə də mirasdan pay almaq hüququnu itirmişdir. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti açıqlanaraq qeyd edilib ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəs ələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

59. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında isə qeyd olunmuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.

60. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsasla ndırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.

61. Göründüyü kimi vərəsəlik hüququ (miras əmlakdan pay almaq hüququ) xüsusi qəbul müddətinə bağlı tutulmur. Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu qayda həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir.

62. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarı qəbul edilən müddətdə hazırda baxılan mülki iş məhkəmənin icrtaatında olduğuna görə, apelyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfindən mirasın qəbul edilməsini araşdırmasına ehtiyac qalmamışdır.

63. İddianın predmeti olan mənzilin cavabdeh tərəfindən onun şəxsi vəsaiti hesabına alınması barədə kas satorun dəlili də əsassızdır. Çünki əmlakın nikah müddətində əldə olunması faktı, həmin əmlakın birgə mülkiyyət olması və bu əmlakdakı payların bərabər olması prezumpsiyasını yaradır (Ailə Məcəlləsinin 32.1 və 37.1-ci maddələri). Hazırkı iş üzrə mübahisə predmeti olan mənzilin birgə əmlak olması və əmlakdakı paylarının qeyribərabər bölünməsi üçün qeyd olunan prezumpsiyadan kənara çıxmaq üçün zəruri əsaslar və diqqətəlayiq hallara dair kassator tərəfindən heç bir sübut təqdim olunmamışdır.

64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

65. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-405/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar