Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2334/2020 24.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili X7, Cavabdeh x adına Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən cavabdeh x adına Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh x adına Elmi-X1rşı iddia qaldıraraq, xx xxxx 2019-cu il tarixli, 197-K nömrəli əmrinin ləğv edilməsi və onun əvvəlki (Elmi Katib) vəzifəsinə bərpa edilməsinə və məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Xəlilov (sərlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayədnsəsi və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəb ləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2016-cı il tarixdən müddətsiz olaraq İddiaçı Elmi katib vəzifəsinə əlavə iş yeri olmaqla qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli, 197-K №-li əmrdən görünür ki, İddiaçı ilə bağlanmış 30 №-li əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı X10 İnstutundan 197 №-li xx.xx.2019-cu il tarixli əmrlə, Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli ərizələrdən görünür ki, İddiaçı x adına Cavabdehna müraciət edərək, əmək müqaviləsinin özünü və ya təsdiq edilmiş surətini, habelə tutduğu vəzifədən azad edilməyi ilə bağlı əmrin təsdiq edilmiş surətini, eləcə də işdən çıxarılmağına əsas olmuş əmrin verilməsinə əsas olmuş sənədlərin surətinin ona təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi- X2 xx.xx.2016-cı il tarixli 78 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixindən 0,75 ştat vahidi ilə elmi k atib vəzifəsinə əvəzçilik üzrə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 2 saylı region üzrə X9 xx.xx.2019-cu il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X12 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 4000 manat məbləğində cərimə edilmişdir. Xx.xx.2019-cu il tarixli qərarından görünür ki, X8 Azərbaycan RX MXi yanında X16 Xidmətinin 2 saylı region üzrə X9 xx.xx.2019-cu il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı qeyd etmişdir ki, İddiaçı x adına Cavabdeh fəaliyyət göstər məsi və həmin müəssisədən əmək haqqı alması işin mübahisəsiz təsdiq olunmuş halıdır, bunu hər iki tərəf təsdiq edir. Cavabdehin dəlili isə iş materiallarına əlavə edilmiş digər sübutlar ilə də inkar olunur. Belə ki, Xyanında X16 Xidmətinin 2 saylı region üzrə X9 xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdən etibarən əmək münasibətləri mövcud olmuşdur. Mülki işin 110-cu səhifəsində olan əmrin surətindən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə cavabdeh x adına Cavabdeh direktoru vəzifəsini icra edən A.B.Baxşəliyev tərəfindən verilmiş əmrə əsasən işə qəbul edilmişdir. A.B.Baxşəliyev apelyasiya icraatı zamanı məhkəməyə ünvanladığı notariat qaydada təsdiq edilmiş məktubla iddiaçı ilə 2016-cı ildə müddətsiz əmək müqaviləsi bağl adığını təsdiq etmişdir. Cavabdeh bildirir ki, X16 tərəfindən işçinin əmək müqaviləsi olmadan işləməsi səbəbi ilə 4.000 manat məbləğində cərimə edilməsi tərəflər arasında əmək münasibətlərinin olmadığını bir daha təsdiq edir. Əmək qanunvericiliyinin tələblərinə əsasən, işçi ilə işəgötürən arasında əmək münasibətləri əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsindən və işəgötürənə bu barədə müvafiq qaydada məlumat verilməsindən sonra yaranır. Cavabdeh də məhz bu əsasla, X16 tərəfindən inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakin hazırkı iş üzrə bildiriş elektron informasiya sisteminə daxil edilməsə də iddiaçı 2016-cı ildən həmin müəssisədə fəaliyyət göstərmiş, işçi üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş, hüquqları həyata keçirmiş, məcburi sosial sığorta haqlarını ödəmişdir. Apelyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, əmək müqaviləsi üzrə bildirişin qeydə alınmaması işçi üçün məhrumiyətlərə səbəb olmamalıdır. Çünki bildirişin qeydə alınması işçinin deyil, işəgötürənin vəzifəsidir. Bundan başqa, cavabdeh müəssisə tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edilməsi özlüyündə tərəflər arasında əmək müqaviləsinin olduğunu birbaşa təsdiq edir. Çünki əmrdən görünür ki, İddiaçı ilə bağlanmış 30 №-li əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. Əks halda mövcud olmayan əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmrin qəbul edilməsi məntiqi və ağlabatan deyil. Cavabdeh bildirir ki, işçinin əvvəlki direktor ilə bağlanmış 30 saylı müqaviləsi xx.xx.2016-cı il tarixdə tərəflərin qarşılı qlı razılığı ilə xitam edilmiş, sonradan isə İddiaçı ilə müqavilə bağlanmamışdır və müqavilə bağlanması ilə bağlı müraciət sonradan daxil olmamış və yenidən müqavilə bağlanmamışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan dəlil əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, İddiaçı ilə bağlanmış 30 №-li əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunan hallar ona dəlalət edir ki, hazırda xitam verilməsi nəzərdə tutulan müqavilə 30 saylı, xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilədir. Həmçinin cavabdeh həmin əmək müqaviləsinə xitam verilməsini sübut edə bilməmişdir. Göründüyü kimi xx.xx.2016-cı il tarixdə bağlanmış müqaviləyə xitam verilməmiş, əmək münasibətləri xx.xx.2019-cu il tarixədək davam etmişdir. Azə rbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik X adına Elmi X2 197 №-li, xx.xx.2019-cu il tarixli əmri ilə işçi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə Əmək müqaviləsinə xitam verilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi ö zünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 84.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq əmrdən görünür ki, əmrdə müqaviləyə hansı əsasla xitam verilməsi göstərilməmiş, ə mək müqaviləsinin ləğv olunmasının zəruriliyi əsaslandırılmamışdır. Sonradan iddiaçı hazırkı tələbi irəli sürdükdən sonra cavabdeh təşkilat işçinin işdən çıxarılması üçün 70-ci maddənin “ç” bəndində nəzərdə tutulan əsasların mövcudluğuna da istinad etmişdir. Cavabdehin bu dəlili də əsassızdır. Çünki qeyd olunan norma ilə işçinin işdən azad olunmasının fərqli qaydaları nəzərdə tutulmuşdur ki, işəgötürən onlara riayət etmədiyindən bununla bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur. Bir məsələni qeyd etmək kifayətdir ki, X11 İttifaqı Azərbaycan Respublikası Komitəsinin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə bildirilir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işdən azad olunması əsaslandırılmamış, yazılı əmək müqaviləsinin olmaması əsası ilə işdən azad olunması əsas sız olmuşdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da qeyd edir ki, Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Cavabdeh İddiaçı ilə müddətsiz əmək müqaviləsi münasibətində olması elə cavabdehin özünün tərtib edərək xx.xx.2019-cu il tarixdə elektron informasiya sisteminə daxil etdiyi əmək müqaviləsi bildirişi ilə təsdiqlənir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-c i hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir və kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2334/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2334/2020
24.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver