Məhkəmə qərarları › İş №2(102)-2334/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2334/2021

07.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2334/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər Ş.A.Məmmədova, E.Ə.Mehdiyev, X.Ə.Sarıyev iş 2(103)-7732/2020) İddiaçı Bakı şəhəri Nərimanov rayo n Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, iddia tələbi əmək münasibətlərindən irəli gəlməklə yanaşı, hər hansı inzibati qərarın və ya öhdəliyin icrası ilə deyil, inzib ati orqanın inzibati qərar qəbul etməsi və ya inzibati qərar qəbul etmək öhdəliyi ilə bağlı olmadığı üçün hazırki iddia tələbi mülki xarakterlidir. Həmçinin, məsələylə bağlı inzibati məhkəmənin qətnamə və qərardadı təqdim olunsa da, apellyasiya məhkəməsi bu haqda qərardadda qeyd etməmiş və hüquqi münasibət bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddianın əsasını və predmetini, həmçinin mübahisənin tərəfləri və mahiyyətini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iddia tələbinə aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalıdır. İş materiallarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(104)-578/2018 saylı qərarı ilə İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2017-ci il tarixli, 11/974 saylı əmri ləğv edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F-372 nömrəli əmrinə əsasən İddiaçı Daşkəsən rayon Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işdən azad edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinin ləğv edilməsi və işə (de yure) bərpa edilməsi barədə yeni əmr verildiyindən, Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, buraxılmış müddət üçün əmək haqqıının ödənilməsini xahiş etmiş, lakin müraciəti təmin olunmamışdır. Hazırda iddiaçı işdən azad olunduğu xx.xx.2016-cı il tarixdən işə faktiki bərpa olunduğu xx.xx.2020-ci il tarixədək məcburi buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələbini irəli sürmüşdür. Apellyasiya məhkəməsi yuxarıda qeyd olunanları, mübahisənin xarakterini, subyektiv tərkibini, iş m ateriallarında mövcud olan və iddiaçının işinə bərpa olunmasına əsas olmuş müvafiq inzibati məhkəmənin qərarlarını, həmçinin işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının hazırkı tələbinə mülki icraat qaydasında baxıla bilməz. Belə ki, bu iş üzrə yaranmış mübahisənin kökünü əvvəlki məhkəmə prosesləri ilə baxılıb qiymət verilmiş iddiaçının vəzifədən azad elməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2017-ci il tarixli, 11/974 saylı əmrinin ləğvi təşkil edir. X1 Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(104)- 578/2018 saylı qərarı ilə ləğv olunmuşdur. Bundan sonra, bu mübahisə ilə bağlı digər tələblərə də apellyasiya və kassasiya instansiya məhkəmələrində inzibati mübahisə kimi inzibati məhkəmə ic raatı çərçivəsində baxılmışdır. Bu tələb də qeyd edilən inzibati mübahisədən törəyən tələb olduğu üçün inzibati mübahisədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbi ridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələblərinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 saylı qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmişdir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələr inə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmi n Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Həmçinin, apellyasiya məhkəməsi iddiaçıya izah etmişdir ki, hazırkı tələbi ilə bağlı əvvəllər verdiyi iddia ərizəsinin inzibati məhkəmə icraatı çərçivəsində qəbul edilmiş qərardadla qeyri-mümkün sayılması iddiaçının inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yeni iddia ilə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar