Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2335/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi, buraxılmış prosessual müddətin bərpasından imtina, qətnamənin elektron kabinetə yerləşdirilməsi, prosessual müddətin axımı, müddətin buraxılma səbəbənin üzrlü olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və B alakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X1 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-361/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 8İ-2015 nömrəli, 13 fevral 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Balakən Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(019)-48/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Hümbət Səlimov)
3. İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-361/2025 saylı 12 mart 2025-ci il tarixli, qətnaməsi ilə iddiaçının аpellyasiya şikayətinin təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(019)-48/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 14 mart 2025-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron məhkəmə sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayə ndə 16 may 2025-ci il tarixdə kassasiya şikayəti verilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(107)-361/2025 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti, prosessual müddətin ötməsi əsası ilə geri qaytarılmışdır.
8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə 28 may 2025-ci il tarixində elektron kabinet vasitəsilə kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə vermiş, ərizəyə qətnamədən verilmiş kassasiya şikayətini əlavə etmişdir.
9. Müddətin bərpası barədə ərizədə göstərilmişdir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdə Balakən Rayon Məhkəməsinin e-2(019)-48/2024-032 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qərarından verilmiş şikayət üzrə Şəki Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 361/2025-004 saylı, xx.xx.2025-ci il tarixli qərarı qəbul edildiyi və həmin qərarın Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirildiyi qeyd edilmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur. Həmin qətnamənin hansı tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetində yerləşdirilməsi barədə nə iş materiallarında, nə də iddiaçının nümayəndəsi və vəkilinin elektron adresinə məlumat göndərilməmişdir. Belə olan halda isə sözügedən qətnamənin iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdə göstərilən tarixdə elektron kabinetdə yerləşdirildiyini z ənn etməklə xx.xx.2025-ci il tarixində kassasiya şikayəti vermişlər.
10. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-361/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməmiş, qətnamədən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Elman İsayev, Elçin Mehdiyev)
11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron məhkəmə informasiya sistemində olan elektron kabinetinə yerləşdirilməklə iddiaçıya 14 mart 2025-ci ildə çatdırılmışdır. Onun sözügedən qətnamədən kassasiya şikayəti vermə müddəti 14 may 202 5-ci ildə başa çatmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi müddəti 2 gün ötürülmüşdür.
12. Belə olan halda, kassasiya şikayəti verilmə müddəti iddiaçının öz təqsiri ucbatından ötürülmüşdür və hazırkı ərizədə göstərilənlər Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 130.1, 133.1, 133.3, 133.4, 133.5, 400, 402.2.3 və 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, Şəki Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(107)-36 1/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün işin Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti müddətin bərpası barədə ərizənin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, prosessual hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə apellyasiya instansiya məhkəməsinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə sənədi o halda rəsmi qaydada verilmiş hesab olunur ki, məhkəmə sənədi "Elektron məhkəmə" informasiya sistemində qeydiyyatdan keçmiş şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilsin və bu barədə məlumat onlara həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS va s. vasitəsilə) çatdırılsın. Göründüyü kimi, məhkəmə qətnaməsinin elektron kabinetə yerləşdirilməsi həmin qətnamənin tərəfə rəsmi qaydada verilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, bu barədə məlumat mütləq şəkildə tərəfə həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndə rilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçd ikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qət namə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri
16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
17. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
18. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkə məsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, barəsində şikayət verilən Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2024-cü il tarixli qətnaməsi 30 yanvar 2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilib, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitdikdən sonra kassasiya şikay ətini elektron kabinetə yerləşdirməklə göstərilən müddəti ötürmüşdür.
21. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdehin dəlilləri əsassızdır.
22. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
23. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
24. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə görə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
25. İşdən görünür ki, qətnamə iddiaçının elektron kabinetinə 30 yanvar 2024-cü ildə yerləşdirimişdir.
26. Nəzərə alınsa ki, MPM-in 135.5-ci maddəsinə görə həmin Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir və MPM-in 10-1.8 və 135.6-cı maddələrinə görə də elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir və məhkəmə sənədləri elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır, belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
27. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında hüquqi mövqe ondan ibarət olub ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
28. İddiaçı isə öz iradəsindən asılı və özü tərəfindən dəf edilməsi mümkün olmayan dəlillərə istinad etməmişdir.
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini Mülki Prosessual Məcəllənin 10-1.3, 10-1.5, 10-1.8, 135.5 və 135.6-cı maddələrinin tələbləri baxımından əsassız sayır. Belə ki, həmin normalara görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olması və digər tələblər imperativ qaydada müəyyən edilmişdir.
30. İddiaçının kassasiya şikayətinin dəlilləri isə imperativ qaydada müəyyən edilən qaydanın istisna edilməsinə yönəlmişdir ki, bu da “Elektron məhkəmə” informasiya sisteminin əhəmiyyətini heçə endirməklə yolverilm əz hesab edilməlidir.
31. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-361/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.