Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2336/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili Vəkil, cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-3216/2018, ha kim İ.N.K.Abbasova) İddiaçıcavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-9093/2018, hakimlər İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 36, 43 saylı mənzil ö zəlləşdirilməmiş mənzil olmaqla həmin mənzillə bağlı Xətai Rayon İcra Hakimiyyətinin 17.05.1993-cü il tarixli sərəncamı ilə ailə tərkibi 5 nəfər olmaqla (özü, arvadı və 3 övladı) iddiaçının atası Cavanşir Cəbrayılovla kirayə müqaviləsi bağlanmışdır. İddiaçı son 11 ildə həmin mənzildə yaşamamış, anası Cavabdeh1 onun həmin mənzilə istifadə hüququnun itirilməsinə dair məhkəmədə iddia qaldırmış, Xətai Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi ilə həmin iddia təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2017-ci il tarixli qətnaməsi ilə birinici instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, Cavabdeh1 iddiası rədd edilmiş, İddiaçı həmin mənzilə köçürülməsinə dair qarşılıqlı iddiası təmin edilmişdir. İddiaçı 23.06.2017-ci il tarixdə hazırki iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 qızının, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladları 05.12.2006-cı il təvəllüdlü X2 və 11.10.2005-ci il təvəllüdlü X1 ilə birlikdə həmin mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və şahid ifadələrinə düzgün hüquqi qiymət verməmiş, qanunu səhv təfsir edərək mövcud iş üzrə tətbiq edilməli olmayan qanunu tətbiq etmişdir. Cavabdehlərdən Cavabdeh2 ailə qurduqdan sonra qeyd olunan mənzildə yaşamır. Digər Cavabdeh1 da mübah isəli mənzili kirayə verərək qızı ilə birlikdə yaşayır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər vəkilsiz iştirak etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələb inin əsasını tərəflərin istifadə hüquqları olduğu mənzilə cavabdehlərin 12 ildən artıq müddətdə yaşamamaları əsası ilə istifadə hüquqlarına xitam verilməsi təşkil edir. Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya məhkəməsinin də istinad etdiyi 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edil məsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, yalnız Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edildiyi halda icarədar və ya onun ailə üzvlərinin mənzildən istifadə hüquqlarına xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvlə ri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İş üzrə araşdırılmış sübutlar məcmusu ilə mübahisəsiz qaydada görünür ki, son 10 ildən artıq müddətdir ki, mübahisəli mənzil cavabdehlərin faktiki sahibliyində və istifadəsində olmaqla iddiaçı uzun illər həmin mənzildə yaşamamışdır. Bu halda iddiaçının həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddianın rədd edilməsi və iddiaçının həmin mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi barədə qanuni qüvvədə olan qətnamənin olması öz-özündə hazırki iş üzrə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə iddianın təmin edilməs i üçün əsas hesab edilə bilməz. Əksinə həmin qüvvədə olan məhkəmə aktları ilə iddiaçının həmin mənzildə yaşamaması və mübahisəli mənzilin son 10 ildən artıq müddətdə yalnız cavabdehlərin sahibliyində və istifadələrində olması təsdiq edilmişdir. Bu halda hazırki iddia tələbi üzrə iddiaçının cavabdehlərin həmin mənzildə uzun müddət yaşamamaları əsası ilə həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilmələri tələbi iş üzrə müəyyən edilmiş həqiqi hallarla uzlaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilməsi üçün mənzil qanunvericiliyi ilə müəyyən edilən əsaslar olmadığ ından iddianın rədd edilməsi barədə birinci instansiya məhkməsinin qətnaməsini dəyişdirilmədən saxlanılması barədə apellyasiya məhkəməsi tərəfindən gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2336/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2336/2019
28.03.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver