Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2337/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 oğluna Cəlal qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2337/22 Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(107)-1854/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh1 adına verilmiş 10 avqust 2020-ci il tarixli Çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında Balakən şəhəri C.Məmmədquluzadə küçəsi, 18 saylı ünvünda, 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair 31 avqust 2020ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Z.Tahirov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 10 avqust 2020-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 18 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. 31 avqust 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ona məxsus olan ünvan 2 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən sahəsi 131.30 kv.metr olan fərdi yaşayış evini ailə üzvlərinin razılığı ilə 22.500 manata Cavabdeh2 satıb. 18 sentyabr 2020-ci il tarixli Çıxarıqa əsasən, ünvan 1 ünvanda yerləşən, 18 saylı ev tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. Həmçinin, 17 aprel 1983-cü il tarixdə notarial orqanı tərəfindən verilmiş “Mülkiyyət hüququna dair” Şəhadətnaməyə əsasən 09 yanvar 1982-ci il tarixdə ölmüş X1 şəhəri C.Məmmədquluzadə küçəsi 20 saylı ünvanda yerləşən 1947-ci ildə tikilmiş iki otaqlı, sahəsi 34 kv.metr olan fərdi yaşayış evinin yarısına Fizza Allahyarovanın adına qeydiyyata alınıb. 01 mart 2017-ci il tarixli Çıxarışa əsasən, ünvan 4 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kv.metr olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə Fizza Allahyarova və İddiaçı adlarına qeydə alınıb. Daha sonra, 02 mart 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, 15 oktyabr 1990cı il tarixdə ölmüş Fizza Allahyarovanın vərəsəsi İddiaçıdur və ünvan 5 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kv.metr olan fərdi yaşayış evinin Fizza Allahyarovaya düşən 1/2 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınıb. 03 mart 2017-ci il tarixli Çıxarışa əsasən, ünvan 4 ünv anda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Eyni zamanda, Balakən şəhər XDS İcraiyyə Komitəsinin 20 fevral 1989-cu il tarixli, 2 saylı iclas protokoluna əsasən, Balakən şəhəri, Cəlil Məmmədquluzadə küçəsində boş sahədən Cavabdeh1 torpaq sahəsi ayrılıb. 09 yanvar 1982-ci ildə Əlirza Allahyarov, 15 oktyabr 1990-ci ildə Fizza Allahyarova ölübər. Göründüyü kimi İddiaçı sözügedən evə və torpaq sahəsinə heç bir hüququ olmadığı halda hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edib. Belə ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi ev ünvan 2 ünvanda yerləşir. Həmin ev Cavabdeh1 atası Gündüz Allahyarovun yaşadığı ərazidə yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi Bal akən şəhər XDS İcraiyyə Komitəsinin 20 fevral 1989-cu il tarixli, 02 saylı iclas protokoluna əsasən Cavabdeh1 verilib və 2020-ci il ilin avqust ayınadək orada yaşayıb. 31 avqust 2020-ci ildə Cavabdeh1 ünvan 2 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən sahəsi 131.30 kv.metr olan fərdi yaşayış evini ailə üzvlərinin razılığı ilə 22.500 manata Cavabdeh2 satıb. Bundan sonra mübahisələndirilən ev Cavabdeh2 mülkiyyətinə keçib. Ümumiyyətlə ünvan 2 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən sahəsi 131.30 kv.metr olan ev İddiaçı atası Əlirza Allahyarovun adına olmayıb və onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 139.2, 140cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilm əsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1 -ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlə t tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 213.1 -ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dairetirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həd dində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə sinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 10 avqust 2020-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 18 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. 31 avqust 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ona məxsus olan ünvan 2 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən sahəsi 131.30 kv.metr olan fərdi yaşayış evini ailə üzvlərinin razılığı ilə 22.500 manata Cavabdeh2 satıb. 18 sentyabr 2020-ci il tarixli Çıxarıqa əsasən, ünvan 1 ünvanda yerləşən, 18 saylı ev tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. Həmçinin, 17 aprel 1983-cü il tarixdə notarial orqanı tərəfindən verilmiş “Mülkiyyət hüququna dair” Şəhadətnaməyə əsasən 09 yanvar 1982-ci il tarixdə ölmüş X1 şəhəri C.Məmmədquluzadə küçəsi 20 saylı ünvanda yerləşən 1947-ci ildə tikilmiş iki otaqlı, sahəsi 34 kv.metr olan fərdi yaşayış evinin yarısına Fizza Allahyarovanın adına qeydiyyata alınıb. 01 mart 2017-ci il tarixli Çıxarışa əsasən, ünvan 4 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kv.metr olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə Fizza Allahyarova və İddiaçı adlarına qeydə alınıb. Daha sonra, 02 mart 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə ə sasən, 15 oktyabr 1990-cı il tarixdə ölmüş Fizza Allahyarovanın vərəsəsi İddiaçıdur və ünvan 5 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kv.metr olan fərdi yaşayış evinin Fizza Allahyarovaya düşən 1/2 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınıb. 03 mart 2017-ci il tarixli Çıxarışa əsasən, ünvan 4 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Eyni zamanda, Balakən şəhər XDS İcraiyyə Komitəsinin 20 fevral 1989-cu il tarixli, 2 saylı iclas protokoluna əsasən, Balakən şəhəri, Cəlil Məmmədquluzadə küçəsində boş sahədən Cavabdeh1 torpaq sahəsi ayrılıb. 09 yanvar 1982-ci ildə Əlirza Allahyarov, 15 oktyabr 1990-ci ildə Fizza Al lahyarova ölübər. Göründüyü kimi İddiaçı sözügedən evə və torpaq sahəsinə heç bir hüququ olmadığı halda hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edib. Belə ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi ev ünvan 2 ünvanda yerləşir. Həmin ev Cavabdeh1 atası Gündüz Allahyarovun yaşadığı ərazidə yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi Balakən şəhər XDS İcraiyyə Komitəsinin 20 fevral 1989-cu il tarixli, 02 saylı iclas protokoluna əsasən Cavabdeh1 verilib və 2020-ci il ilin avqust ayınadək orada yaşayıb. 31 avqust 2020-ci ildə Cavabdeh1 ünvan 2 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən sahəsi 131.30 kv.metr olan fərdi yaşayış evini ailə üzvlərinin razılığı ilə 22.500 manata Cavabdeh2 satıb. Bundan sonra mübahisələndirilən ev Cavabdeh2 mülkiyyətinə keçib. Ümumiyyətlə ünvan 2 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən sahəsi 131.30 kv.metr olan ev İddiaçı atası Əlirza Allahyarovun adına olmayıb və onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqi qliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dairetirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1 -ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 213. 1 -ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə iddiaçının apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən evə və evin yerləşdiyi torpaq sahəsinə hazırda Cavabdeh2 mülkiyyət hüququ vardır və onun mülkiyyət hüquqları qanunla qorunur və onun evə olan mülkiyyət hüquqlarına müdaxilə edilməsi üçün qanunda göstərilmiş hallar və əsaslar mövcud deyil. Belə ki, Cavabdeh2 evə və torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı reyestrin tamamlığı və düzgünlüyü prezumpsiyası qüvvədədir. Ona də bu mülkiyyət hüququnun qeydiyyatının və Çıxarışın etibarsızlığı üçün əsaslar görmür. Həmçinin, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, etibarsızlığı tələb olunan sözügedən daşınmaz əmlakla bağlı 10 avqust 2020-ci il tarixli Çıxarış qüvvədə olduğu üçün İddiaçı ümumiyyətlə onun etibarsızılığı ilə bağlı iddia qaldırmaq üçün müvafiq subyektiv hüququ olmayıb. “M.Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 may 2007-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya ins tansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(107)-1854/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2337/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2337/2022
31.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver