Məhkəmə qərarları › İş №2(102)-2338/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2338/2023

12.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2338/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Naiqin-K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X7, X10, X8 (üçüncü şəxslər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi, Tovuz Rayon İcra Hakimiyyəti ); iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı bir icraatda birləşdirilmiş işlər üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın qüvvəsi, məhkəmə aktının əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X4 ibarət tərkibdə, iddiaçı Naiqin-K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı şəhadətnamənin etibarsızlığı və qanunsuz müdaxiləyə son qoyma; iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılma tələblərinə dair bir icraatda birləşdirilmiş mülki işlər üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-490/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə “Tovuz-Baltiya LTD” şirkəti (hazırkı adı Naiqin-K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət i) arasında bağlanılmış 02 avqust 1994-cü il tarixli müqaviləyə əsasən “Tovuz” üzümçülük maldarlıq sovxozunun əmək kollektivinin ümumi yığıncağının 02 avqust 1994-cü il tarixli qərarına əsasən 29 iyul 1994-cü ildən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi öz sərəncamında olan Tovuz rayonu “Tovuz” üzümçülük-maldarlıq sovxozunun 25 il müddətinə, yəni xx.xx.2019-cu il tarixinədək şirkətin icarəsinə verilmişdir.

2. Tovuz Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli 14 saylı qərarına əsasən, Cavabdeh1, X2, X5, X3 və X8 Tovuz rayonu İbrahimhacılı kəndi ərazisindən 0,41 ha həyətyanı torpaq sahəsi verilmiş və Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 782F saylı (kod ********) şəhadətnamə tərtib edilmişdir.

3. Tovuz Rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 2002-ci il tarixli qərarı ilə 1986-cı ildə tikilmiş ferma kompleksi, 2,5 ha torpaq sahəsi ilə birlikdə “Tovuz-Baltiya LTD” şirkətinə satılmış və mülkiyyət hüququ ilə adına qeydə alınmışdır.

4. Tovuz Rayon İbrahimhacılı Bələdiyyəsinin 14 oktyabr 2004-cü il tarixli qərarı ilə 3,5 ha torpaq sahəsi kənd təsərrüfatı və sahibkarlıq məqsədi ilə Naiqin-K "xxxx" MMC-yə satılmış və bununla bağlı Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1049 nömrəli (kod ********) şəhadətnamə tərtib edilmişdir.

5. JN-782G saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Tovuz Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh1, X2, X5, X3 və X8 Tovuz rayonu İbrahimhacılı kəndi ərazisindən 0,21 ha həyətyanı torpaq sahəsi verilmişd ir.

6. Gəncə İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(114)-1348/2021 saylı qərardadı ilə Naiqin-K "xxxx" MMC-nin Tovuz Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Cavabdeh1, X2, X5, X3, X8 və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə) qarşı 11 aprel 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olan Tovuz Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli 14 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardad Tovuz Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli 14 saylı qərarının Tovuz Rayon Dövlət arxivində aşkar edilmədiyi ilə əsaslandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. Birinci iş üzrə iddiaçı Naiqin-K "xxxx" MMC iddi a ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X7, X10, X9 və X6 adına verilmiş JN-782G (kod********) saylı 11 aprel 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, cavabdehlərin MMC-nin Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən 3,5 ha torpaq sahəsinin zəbt edilmiş 0,40 ha hissəsindən məcburi qaydada çıxarılması və həmin torpaqda özbaşına inşa edilmiş tikililərin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Tovuz Rayon Məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmətikinti və torpaqşünaslıq ekspertizası təyin edilmişdir.

9. X1 12 oktyabr 2020-ci il tarixli 354 saylı rəyində göstərilmişdir ki, Cavabdeh1 və onun ailə üzvlərinə Tovuz Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il ta rixli 14 saylı qərarı ilə verilmiş 0,21 ha torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN-782G, kod 50300158 saylı şəhadətnamə Naiqin-K "xxxx" MMC-nin adına qeydiyyata alınmış 3,5 ha torpaq sahəsinin ilkin torpaqqayırma sənədlərinin üzərinə əsassız işlənmişdir. Naiqin-K "xxxx" MMC-nin mülkiyyətində olan kənd təsərrüfatı və sahibkarlıq məqsədli 3,5 ha torpaq sahəsinin 0,21 ha şəhadətnamə üzrə əsassız verilmiş həyətyanı sahəsi və 0,13 ha əlavə tutulmuş sahə, cəmi 0,34 ha sahə Cavabdeh1 tərəfindən zəbt edilərək istifadə olunur.

10. Rəyin təsviri hissəsində qeyd olunmuşdur ki, Cavabdeh1 Naiqin-K "xxxx" MMCnin mülkiyyətində olan 0,34 ha hissəsindən istifadə etməklə, həmin ərazidə 370 kv.metr ölçüdə tikili (tövlə) inşa etdirmişdir.

11. İkinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən xüsusi mülkiyyətində olan JN-782G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,21 ha torpaq sahəsinə cavabdehlərin qanunsuz müdaxiləsinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Tovuz Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərardadına əsasən həmin mülki işlə Tovuz Rayon Məhkəməsinin icraatında olan iddiaçı Naiqin-K "xxxx" MMC-nin Cavabdeh1 və qeyrilərinə qarşı qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair 2(062)37/2022 saylı mülki iş 2(062)-37/2022 saylı iş kimi bir icraatda birləşdirilmişdir.

13. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-37/2022 nömrəl i qətnaməsi ilə (hakim N.Q.Mustafayev) birinci iş üzrə iddiaçı Naiqin-K "xxxx" MMC-nin iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X7, X10, X9 və X6 adına verilmiş JN-782G (kod********) saylı 11 aprel 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, X7, X10, X9 və X6 iddiaçı "xxxx" MMC-nin Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən 3,5 ha torpaq sahəsinin zəbt edilmiş 0,34 ha hissəsindən məcburi qaydada çıxarılması və həmin torpaqda Cavabdeh1 tərəfindən inşa edilmiş sahəsi 370 kv.metr olan tikilinin (tövlə) Cavabdeh1 hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, ikinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddiasının təmin edilmə məsi qət edilmişdir.

14. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,34 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt edilərək istifadə olunur.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və onun iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışd ır ki, məhkəmə torpaq sahəsinin ona və ailə üzvlərinə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə verildiyini və bu barədə müvafiq şəhadətnamə olduğunu nəzərə almamışdır. Halbuki digər tərəfə torpaq sahəsi Tovuz rayon İbrahimhacılı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə verilmişdir. Eyni zamanda, məhkəmə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1348/2021 saylı qərardadına düzgün qiymət verməmişdir.

18. Naiqin-K "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, “Tovuz” üzümçülük maldarlıq sovxozunun əmək kollektivinin ümumi yığıncağının 02 avqust 1994-cü il tarixli qərarına əsasən bütün torpaq sahələri mülkiyyəti ilə birlikdə 25 il müddətinə, yəni xx.xx.20 19-cu il tarixinədək Naiqin-K "xxxx" MMC-nin icarəsinə verilmişdir. İcarəyə götürülmüş mülklər hasarın içərisində olmaqla, torpaq sahəsini əhatə etmişdir. Tovuz Rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 2002-ci il tarixli qərarı ilə 1986-cı ildə tikilmiş ferma kompleksi hasarın içərisində olan 2,5 ha torpaq sahəsi ilə birlikdə Naiqin-K "xxxx" MMC-nin adına mülkiyyət kimi qeydiyyata alınaraq, müvafiq olaraq, səlahiyyətli dövlət orqanı tərəfindən qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Həmin ərazi çəpərə alınmışdır. Tovuz Rayon İbrahimhacılı Bələdiyyəsinin 14 oktyabr 2004-cü il tarixli qərarı ilə ferma kompleksinin altında və ətrafında olan 3,5 ha torpaq sahəsi kənd təsərrüfatı və sahibkarlıq məqsədi ilə Naiqin-K "xxxx" MMC-yə satılmış və JN-1094 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Cavabdeh tərəfə verilmiş 11 aprel 2005-ci il tarixli, JN-782G saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə isə mövcud olmayan qərar əsasında işlənilmiş və bu barədə Gəncə İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(114)-1348/2021 saylı qərardadı hazırda qanuni qüvvədədir. Cavabdeh tərəfin 41 sot həyatyanı torpaq sahəsi və orada yaşayış evləri olduğu halda, onlara aid sahibkarlıq təyinatı olan torpaq sahəsində həyətyanı torpaq sahəsinin verilməsi mümkün deyildir. Cavabdeh tərəf onlara aid torpaq sahəsində 2020-ci ildə tövlə tikərkən məlum olmuşdur ki, cavabdehə aid torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur.

19. Gəncə Apellyasiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-37/2022 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1, X7, X10, X9 və X6 adına verilmiş JN-782G (kod********) saylı, 11 aprel 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə işə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, iş üzrə icraata xitam verilmişdir.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-490/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi) İslam Həsənov və Şamil Rzaquliev) apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-37/2022 nömrəli qətnaməsi birinci iş üzrə iddiaçı Naiqin-K "xx xx" MMC-nin Cavabdeh1 qarşı qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddiasının qismən təmin edilmiş - cavabdehlər Cavabdeh1, X7, X10, X9 və X6 iddiaçı "xxxx" MMC-nin Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən 3,5 ha torpaq sahəsinin zəbt edilmiş 0,34 ha hissəsindən məcburi qaydada çıxarılması və həmin torpaqda Cavabdeh1 tərəfindən inşa edilmiş sahəsi 370 kv.metr olan tikilinin (tövlə) Cavabdeh1 hesabına sökülməsi hissəsində, ikinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın qismən təmin edilmiş hissəsində və iddiaçı Cavabdeh1 iddiasının təmin edi lməmiş hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları həmin hissədə düzgün müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlillərinin qətnamənin həmin hissədə ləğv edilməsin üçün hüquqi əsasları yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh1 (Vəkil İmsayıl oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin əsaslandığı ekspert rəyi obyektivlikdən uzaq olduğu üçün tərəflərindən təkrar ekspertiza keçirlməsinə dair vəsatət verilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi buna münasibət bildirməmişdir. Ekspert rəyinə şübhə isə onunla əsaslandırılır ki, ekspert mübahisəli ərazidə olmamışdır. Rəyin verilmə tarixindən 27 aprel 2022-ci il tarixədək məhkəmənin işə baxmama səbəbi məlum deyil.

24. Kassasiya şikayəti Mülki Məcəllənin 146.2, 152.1, 152.5-ci, MPM-in 14.1, 387.2.2-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmə dən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

28. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs.

30. Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfində n ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

31. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı

32. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfin dən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.

33. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

34. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəm ə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir

35. Maddə 2.2.5. İnzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllə

36. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassas iya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:...417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

41. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:...418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2005-ci il tarixli qərarı

42. Bənd

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn ni zamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.

43. Bənd 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

44. Bənd 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

45. Bənd

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olundu ğu nəzərə alınmalıdır.

46. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması ba rədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

47. Bənd

17. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidi r. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh1 kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi Naiqin-K "xxxx" MMC-nin Cavabdeh1 və qeyrilərinə qarşı qanunsuz müdaxiləyə son qoyulması tələbinin qismən təmin edilmiş, Cavabdeh1 cavabdehlər Ca vabdeh2 və Cavabdeh3 qarşı iddiasının təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır.

51. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ziddiyyətli olmaqla, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmamışdır.

52. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xü susi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğ unu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yö nələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhk əmələrdə baxılmalıdır (2, 3.1, 4, 5.1 və 17-ci bəndlər). 53. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

54. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş mülki məhkəmə məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

55. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-37/2022 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1, X7, X10, X9 və X6 adına verilmiş JN-782G (kod********) saylı, 11 aprel 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraat a mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan xitam verilmişdir. Həmin məhkəmə aktından kassasiya şikayəti verilmədiyi üçün qərardad qanuni qüvvəyə minmişdir.

56. Bu mənada inzibati orqanın icraata xitam verilmiş hissə üzrə mübahsələndirilən aktı - Cavabdeh1, X7, X10, X9 və X6 adına verilmiş JN-782G (kod********) saylı, 11 aprel 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hal-hazırda qüvvədədir. 57. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

58. Mövcud vəziyyətdə qeyd olunan akt inzibati məhkəmə icraatı qaydasında mübahisələndilmədən (ləğv edilmədən və ya etibarsız hesab olunmadan) Naiqin-K "xxxx" MMC-nin Cavabdeh1 qarşı qanunsuz müdaxiləyə son qoyulması tələbinin qismən təmin olunmasının, Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddiasının təmin edilməməsinin hüquqi əsasları qeyri-müəyyəndir.

59. Apellyasiya instansiyası məhkəməsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinin inzibati məhkəməyə aid olması və eyni əsasla iş üzrə icraata xitam verilməsi barədə qənaətə gəlməsinə baxmayaraq, qətnamənin dəyişdirilmədən saxlanılmış hissəsində mövqeyini onun əsasında duran digər inzibati aktın (Aqrar İslahat Komissiyasının qərarının) surətinin arxivdə mövc ud olmadığı, həmin inzibati aktın qeyri-mötəbər olması, yəni şəhadətnamənin Naiqin-K "xxxx" MMC-nin adına qeydiyyata alınmış 3,5 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin üzərinə əsassız işləndiyi ilə əsaslandırmış, bununla da son nəticədə inzibati məhkəmənin səlahiyyətlərini öz üzərinə götürərək, inzibati aktın qanuniliyi məsələsinə hüquqi qiymət vermişdir. Məhkəmə belə bir ziddiyyətli nəticəyə gəlmişdir ki, şəhadətnamənin ləğvi məsələsinin inzibati məhkəmə icraatı qaydasında həll edilməli olması nəzərə alınmaqla, həmin şəhadətnamənin mövcudluğu hazırkı iddianın rədd edilməsinə hüquqi əsas vermir.

60. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hak imiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

61. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008 -ci il tarixli qərarı).

62. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

63. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.

64. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırm aq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar).

65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş bu qərarın əsaslandırıcı hissəsində ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(104)-490/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar