Məhkəmə qərarları › İş №2(102)-2339/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2339/2022

05.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2339/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2339/22 (Açar sözlər: evə köçürülmə) Bakı şəhəri, 05 may 2022-ci il 05.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı “evə köçürmə” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2764/2021 nömrəli, 07 oktyabr 2021ci il tarixli qətnaməsindən iddiaçı Məlikova (Yusubova) Fəmilə Alim qızının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) X5 (bundan sonra “cavabdeh”) ilə 2010-cu ildə rəsmi nikaha daxil olub. İddiaçı cavabdehin validenylərinin Salyan şəhəri, Aşağı Kürkənd kəndində olan yaşayış evinə gəlin köçüb və həmin evdə ümumi təsərrüfat aparmaqla cavabdehlə birlikdə 5-6 il yaşayıb. Tərəflərin birgə nikahdan 19.10.2011-ci il təvəllüdlü Nazlı və 18.09.2015-ci il təvəllüdlü Məhluqə adlı iki uçağı var. 2. 2012-ci ildə Aşağı Kürkənd kəndində olan yaşayış evinin istifadəsində olan torpaq sahəsində ev tikilib və 2015-ci ilin oktyabr ayında iddiaçı bu evə köçərək, 04.04.2021-ci ildək həmin evdə yaşayıb. Hazırda cavabdeh qeyd edilən evdə yaşamır. Mübahisə də bundan yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinc i instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək,19.10.2011-ci il təvəllüdlü X7 və 18.09.2015-ci il təvəllüdlü X3 Salyan rayonu Aşağı Kürkənd kəndində yerləşən, hazırda cavabdehin yaşadığı evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, hazırda iddiaçı ilə cavabdehin ailə münaisbətləri pozulub, cavabdeh iddiaçını uşaqları ilə birgə evdən çıxarıb, iddiaçı valideylərinin evində yaşamağa məcbiryyətində qalıb. Halbuki həmin evi nikaha daxil olandan sonra cavabdehlə birgə iddiaçı tikib.

5. Evə dair heç kimin mülkiyyət hüququ tanınmamış və hazırda mübahisəli ev qanunsuz tikilidir.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 27.1, 27.3-cü və Mənzil Məclləsinin 123-cü maddələrinə istinad edib.

7. Cavabdeh iddiaya etiraz edib. Etirazın dəlilləri: - cavabdeh iddiaçı ilə 2010-cu ildə nkha daxil olub, bir müddət onlar cavabdehin anasına məxsus bir evdə yaşayıblar; - 2012-ci ildə cavabdehin valideynlərinin köməkliyi ilə cavabdehin valideyninə məxsus torpaq sahəsinə ev tikiblər. 2015-ci ildə cavabdeh iddiaçı ilə birgə bu evə köçüb; - 2021-ci ildə iddiaçı ilə birgə yaşamaq istəmidiyi üçün iddiaçı aprel ayında uşaqlarını da götürüb öz valideyni evinə qayıdıb; - torpaq sahəsi və ev cavabdehin valideynlərinə məxsus olduğu üçün iddia rədd edilməlidir.

8. Salyan Rayon Məhkəməsinin 2(057)-827/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı 19.10.2011-ci ildə anadan olmuş Nazlı, 18.09.2015-ci ildə anadan olmuş Məhluqə adlı uşaq ları ilə birlikdə Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən cavabdeh X1 yaşadığı 2 mərtəbəli, 5 otaqlı evə köçürülməsi qət edilmişdir. (hakim Ağarza Səmədov)

9. Birinci instansiya məhkəməsi müəyyən edib mki, iddiaçı 2010-cu ildə cavabdehlə nikaha daxil olmuş, sonradan Salyan rayonu, Aşağa Kürkənd kəndinə yerləşən cavabdehin valideyinlərinin evinə gəlin kimi köçmüş, orada bir müddət yaşamış və daha sonra qayınanasının həyətyanı torpaq sahəsində tikilmiş evə 2015-ci ildə köçərək 2021-ci ilin aprel ayına kimi orada yaşamışdır. Mübahisəli ev tərəflərin heç birinin mülkiyyətində deyil, tərəflər həmin evin kimin mülikiyyətində olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər.

10. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, qeyd olunan mənzildə cavabdeh hansı statusdad ırsa, iddiaçı da həmin statusdadır. Ona görə də iddiaçının həmin evdə yaşamaq hüququnun məhdudlaşdırılması qanunvericiliyin tələblərinə ziddir. İddiaçı mübahisəli mənzilə 2015-ci ildə qeyd- şərtsiz köçərək orada cavabdehlə ailə üzvü kimi birgə yaşadığından və onunla ümumi təsərrüfat apardığından o, uşaqları ilə birlikdə mübahisəli evə köçürülməlidir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 11, Mənzil Məcəlləsinin 68.1, 68.2-ci, Mülki Prosessual Məcllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd ediləmsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri: - cavabdehin Salyan rayonu, Aşağa Kürkənd kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı evdə yaşaması iddiaçının həmin evə köçürülməsinə əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinə əlavə edilən Çıxarışa əsasən və DƏDRX-in 13 saylı Şirvan Ərazi İdarəsinin verdiyi texniki pasporta əsasən həmin əmlak X6 xeyrinə yüklü edilib və sonuncunun istifadəsindədir. Bu səbəbdən iddiaçının həmin evə köçürülməsi barədə qətnamə qanunsuzdur.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2764/2021 nömrəli, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Salyan Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(057)-827/2021 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh X2 qarşı evə köçürmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. (hakimlər Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi), Sa mir Mayılov, İlahm Əsədov)

15. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışına təqdim edilmiş sübutlara əsasən müəyyən edib ki, Salyan şəhəri, Aşağı Kürkənd yaşayış massivi ev 12, mənzil 1 Salyan rayon İcra Hakimiyyətinin Mənzil İstismar Təmir İstehsalat Birliyi MMC-nin 01.05.2019-cu il tarixli 22 nömrəli mənzil kirayə müqaviləsinə əsasən X4 xeyrinə yüklü edilmiş və 13.06.2019-cu ildə qeydiyyata alınmışdır. Lakin iddiaçı həmin mənzilə deyil, həmin mənzilin istifadəsində olan torpaq sahəsində tikilmiş iki mərtəbəli, 5 otaqlı yaşayış evinin cavabdehlə birgə nikah dövründə tikilməsini əsas gətirməklə həmin evə köçürülməli olduğunu göstərmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsi işi tam və h ərtərəfli ararşdırmayıb, təqdim edilmiş sübutları işin halları üzrə qiymətləndirməyib, maddi və prosessual hüquq normalarını pozmaqla səhv nəticəyə gəlib, görə də qətnamə ləğv, iddia rədd edilməlidir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mənzil Məclləsinin 30.4-cü maddəsi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. K assasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutlara, apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya şikayətində cavabdeh mübahisə olunan evin X4 xeyrinə yüklü edilməsinə düzgün qiymət verilməməsini qeyd edib. Halbuki iddiaçının X4 xeyrinə yüklü edilən evə köçürülmə barədə tələbi olmayıb. İddiaçının köçürülməsi tələb edilən ev tamam başqadır və M.Yusubovanını xeyrinə yüklü edilən evlə heç bir əlaqəsi yoxdur; - iddiaçının köçmək istədiyi evin bütün kommunal xidməti cavabdehə aiddir. - apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsini əsassız olaraq tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin ke çmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə ç ıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiya sı məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə b ilsin. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayə tə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

25. Belə ki, apellyasiya məhkəməsi iddianı rədd edərkən Mənzil Məcəlləsinin 30.4ci maddəsinin məzmununu qeyd etməklə kifayətlənmiş, eyni zamanda həmin maddəni də iddianın rədd edilməsi baxımından əsas götürüb-götürmədiyini qətnamədə əsaslandırmamışdır. Halbuki qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamənin əsaslandırıcı hissəsində iş in məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilməlidir. (Mülki Prosessual Məcəllə, 218.1. 220.4, 392.1.5-ci maddələr)

26. Bundan başqa, tərəflər ailə münasibətlərini pozulmasını bildirsələr də, apellyaisya məhkəməsi tərəflərin nikahına rəsmi qaydada xitam verilib-verilməməsinə aydınlıq gətirməyib. Halbuki istinad edilən Mənzil Məcəlləsinin 30.4-c i maddəsinin tətbiq üçün tərəflərin nikahda olub-olmamaları, başqa sözlə, ailə münaisbətlərinə xitam verilibverilməməsi də əsas şərtlərdən biridir.

27. Həmçinin apellyasiya instansiyası məhkəməsi bir tərəfdən Salyan şəhəri, Aşağı Kürkənd yaşayış massivi ev 12, mənzil 1-in 01.05.2019-cu il tarixli 22 nömrəli mənzilin kirayə müqaviləsinə əsasən X4 xeyrinə yüklü edilməsini, digər tərəfdən də iddiaçının tələbinin həmin mənzilə deyil, mənzilin istifadəsində olan torpaq sahəsində tikilmiş iki mərtəbəli, 5 otaqlı yaşayış evinə köçürülməsi barədə olduğunu müəyyən edib, sonda isə müəyyən etdiyi işin bu hallarına hər hansı aydınlıq gətirməyərək, bu halları açıq saxlayıb. Ümumiyyətlə, iddia tələbinin qeyd edilən bu iki halın hansına münasibətdə təmin edilməməsi qətnamədən görünmür.

28. Eyni zamanda apellyasiya məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarlarına formal şəkildə istinad edib, istinad etdiyi hüquq norması və Qərarların hazırki işin müəyyən edilmiş halları ilə bağlı hansı əlaqəsi olmasını qətnamədə əsaslandırmayıb.

29. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə isə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Azərbayca n Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edə n bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

32. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini əsaslı hesab etmir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qa nuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmi ş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

35. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2764/2021 nömrəli, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar