Məhkəmə qərarları › İş №2(102)-2339/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2339/2023

09.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2339/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2339/2022 Açar sözlər: müqavilənin bağlanmış hesab edilməsi Bakı şəhəri, 9 avqust 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və X4 qarşı “alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2(104)-396/2023 s aylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X8 ilə İddiaçı arasında sadə yazılı formada bağlanmış 20 iyun 2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 20 iyun 2000-ci il tarixdə X8 ona məxsus Xanlar şəhəri, Vidadi küçəsi 1 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsini X1 300 ABŞ dollarına satmış və həmin məbləği iddiaçıdan təhvil almışdır.

2. Həmçinin, həmin müqavilə ilə X8 alqı-satqının rəsmiləşdirilməsi üçün 1 ay müddətində evin sənədlərini X təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ni şahid qismindən Maraqlı şəxs1 da imzalamışdır.

3. X8 06 iyul 2000-ci il tarixdə ölmüşdür.

4. Xanlar rayon XDS İcraiyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli, 05 saylı qərarı əsasında mərhum X7 fərdi yaşayış evinin tikintisi üçün şəhərin 10 və 11-ci məhəlləsi deyilən ərazidə 0,06 ha həyətyanı torpaq sahəsi verildiyi göstərilmişdir.

5. Torpağın mülkiyyətə verilməsinə dair JN-1258A, Kod 50801004 saylı şəhadətnaməyə əsasən Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə Xanlar şəhərində yerləşən 0.04 ha torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir.

6. Xanlar rayon XDS İcraiyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli, 05 saylı qərarı əsasında mərhum X7 fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha həyətyanı torpaq sahəsi verilməsinə baxmayaraq, JN-1 258A, Kod 50801004 saylı Şəhadətnamə səhvən mexaniki olaraq 0,04 ha göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və X4 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,06 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yuriy Hacıyev alqı-satqı müqaviləsini notariusda rəsmiləşdirmək üçün 1 ay müddətində torpağın sənədlərini ona təqdim edəcəyini öhdəsinə götürmüş, bu barədə aralarında qeyri-rəsmi müqavilə tərtib etmişlər. Lakin, 1 ay keçməmiş eşitmişdir ki, mərhum Hacıyev Yuriy 06 iyul 2000-ci il tarixdə vəfat etmişdir. Həmin müddətdən hal-hazıra kimi satın aldığı torpaq sahəsini özü əkib becərir və sahəsi 29 kv.m olan 1 otaqdan ibarət yaşayış evi tikdirmişdir. Hal-hazırda həmin mülkdə yaşayır. Lakin həmin mülkü və torpaq sahəsini öz adına keçirə bilmir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Maraqlı şəxs1 məhkəmədə iddianı etiraf edərək göstərib ki, həqiqətən mərhum atası X8 20 iyun 2000-ci il tarixdə özünə məxsus olan 0,06 ha torpaq sahəsini onun və qardaş bacılarının iştirakı və razılığı ilə 300 ABŞ dolları iddiaçıya satmış və bu barədə aralarında qeyri rəsmi akt tərtib etmişlər. Mərhum atası Y.Hacıyev 06 iyul 2000-ci il tarixdə qəflətən vəfat etdiyindən alqı-satqını notariusda rəsmiləşdinnək mümkün olmamışdır. Hazırda qardaşı Maraqlı şəxs2 alqı sat qının rəsmiləşdirilməsinə razı olması barədə ərizə göndərib, bacıları Maraqlı şəxs3 və X6 yaşadıqlanna görə məhkəməyə gələ bilməsələrdə alqı- satqının rəsmiləşdirilməsinə razıdırlar. İddiaçı ondan alqı satqının rəsmiləşdirməyi tələb edir o, isə bunun üçün sənədlər toplamalıdır. Sənədləri toplamaq uçün maddi imkanı çatmadığına görə alqı satqının məhkəmədə bağlanmasına razıdır.

10. Xanlar Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 22 yanvar 2008-ci il tarixli, 2(066)-24/2008 saylı qətnaməsi ilə (hakim E.Həsənova) iddia təmin edilərək, İddiaçı ilə mərhum X5 arasında Xanlar şəhəri, Vidadi küçəsi, 01 saylı ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və 0,06 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qət edilmiş dir.

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Xanlar şəhəri, Vidadi küçəsi, 01 saylı ünvanda mərhum X5 adına 0,06 ha torpaq sahəsi, torpağa dair arxiv arayışı, akt və sxematik plan var vardır. Mərhum xx.xx.2000-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən və 0,06 ha torpaq sahəsini 300 ABŞ dollara İddiaçı satmış, pulu alarkən öhdəlik götürmüşdür ki, müqaviləni 1 ay müddətinə notariatda təsdiqləyəcəkdir. Müqavilə tərəfindən tərəfindən tamamilə icra edilmiş, o, razılaşdırılmış 300 dolları ödəyib aldığı torpaq sahəsini təhvil götürmüşdür. 2000-ci ilin iyun ayından torpaq iddiaçının istifadəsindədir. Y.Hacıyev 06 iyul 2000-ci il tarixdə vəfat etdiyindən alqı-satqını Notariusda rəsmiləşdirmək mümkün olmamışdır. Mərhumun uşaqları maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 v ə X10 maddi imkanı ilə əlaqədar olaraq alqı-satqının notariusda rəsmiləşdirməmişlər. Maraqlı şəxslər alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə etiraz etmirlər.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xanlar Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-29/2008 saylı qətnaməsi Göygöl Rayon Məhkəməsi tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2 022-ci il tarixində məlumat üçün göndərildiyindən Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən şikayət vermək hüququ yaranmışdır. Bildirirlər ki, İddiaçı 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olmuş müraciəti ilə bağlı aparılmış araşdırma zamanı torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş sənədlər aşkar edilməmişdir. Hesab edirlər ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qətnamə ləğv olunmalıdır. Xanlar Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-29/2008 saylı qətnaməsində qeyd olunan 0.06 ha torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmamışdır. Bununla yanaşı torpaq sahəsinin xx.xx.2008-ci il tarixli, 2-29/2008 saylı qətnamədə də məhkəmə tərəfindən torpağın hansı hüquq müəyyənedici sənəd əsasında alqı-satqı predmeti olduğu göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbləri pozulmuşdur. Alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması barədə məhkəmənin bu cür qətnamə qəbul etməsi dolayı yolla qanunsuz əqdin və qeydiyyatın rəsmiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsi xahiş edirlmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-396/2023 saylı, 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.H.Hüseynzadə, Ş.Q.Rzaquliyev, İ.T.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçının tələbindən, eləcə də işin mahiyyətindən göründüyü kimi mülki işə birinci instansiya məhkəməsində iddia icraatı qaydasında baxılmışdır. Lakin, iddiaçı iddia ərizəsində, birinci instansiya məhkəməsi isə qətnaməsində həmin şəxsləri maraqlı şəxs qismində göstərsə də əslində onlar cavabdehlər olmuşlar ki, məhkəmə kollegiyası tərəfindən də həmin şəxslər cavabdeh qismində qəbul olunmuşlar. Birinci instansiya məhkəməsinin qətnaməsi isə formal əsasa görə ləğv edilməməlidir. Belə ki, Azərba ycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. Hüquq və vəzifələrinə toxunan şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi (VəkilA) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 24 i yun 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335-ci maddəsi:

20. Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

27. Maddə 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

29. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

31. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (v ə ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. İş üzrə kassasiya şikayətndə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan h üquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə g əlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-396/2023 nömrəli mülki iş üzrə 17 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar