Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2339/2025 19.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı x qızının cavabdehlər Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisələri, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X Cavabdeh3 x qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)- 1321/2025 nömrəli qətnaməsindən cavabdeh Ağayeva Aı̇ də Adı̇ l qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1984-cü il tarixli, 89/10331 saylı qərarı ilə Səbail rayonu, Abdulla Şaiq küçəsi 5 saylı evin kirayəçisi Səriyyə Mirdadaş qızının sahibliyində olan 1 otaqlı, 7 saylı 14 kv.metrlik mənzildə 13 nəfər ailə üzvü (o cümlədən 1991-ci ildən etibarən Cavabdeh2, 1998-ci ildən onun əri və digər Cavabdeh1, sonradan isə onların övladları) qeydiyyatda olmaqla yaşamışlar və həmin qərarla boşalmış 9 və 10 kv.metrlik yaşayış sahələri də sonuncuya ayrılmışdır. Daha sonra Səbail rayon İHB-nin xx.xx.2000-ci il tarixli, 1019 saylı sərəncamı ilə mənzilin kirayə müqaviləsi mərhum Səriyyə Mirdadaş qızının 3 oğlu arasında 3 hissəyə bölünmüş, 7 saylı mənzil iddiaçıya onun mərhum həyat yoldaş ı Dəmirov Aydının əvəzinə, yeni sıra nömrəsi 4 olan Cavabdeh2 qardaşı Dəmirzadə Pərvizə onun atası Dəmirov Adil əvəzinə, yeni sıra nömrəsi 6 olan mənzil isə Dəmirov Rəcəbə atası Dəmirov Salman əvəzinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 oğluna «yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi 5 saylı evin 7 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi 5 saylı evin 7 saylı mənzili iddiaçının faktiki mülkiyyətindədir. Həmin mənzilə dair dövlət reyestrindən çıxarış ala bilmir. Belə ki, bunun üçün mənzildə yaşayan şəxslərin ərizəsi tələb olunur. Cavabdehlər qeyd olunan mənzildə yaşamırlar. Buna baxmayaraq pasport qeydiyyatından da çıxmamışlar.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)2256/2024 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia rədd edilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, Məhkəmə araşdırılması zamanı mübahisəli evə dair mülkiyyət, istifadə və ya sahiblik hüququ üzrə hər hansı sübut məhkəməyə təqdim edilməmiş və Dövlət Reyestr Xidməti tərəfindən verilmiş məktubla, işin halları və iş materialları ilə, mübahisəli evin mülkiyyət, istifadə və ya sahiblik hüququ üzrə hər hansı şəxsə məxsus olması müəyyən edilm əmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, üzərində istifadə hüquqlarının tanınması iddia edilən ev özbaşına tikili olmaqla, hər hansı müvafiq razılıq və ya icazə alınmadan inşa edilmişdir
6. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı «yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, həmin mübahisə predmeti olmuş evə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmiş, bununla belə mübahisə edilən evin özbaşına tikili olması özü-özlüyündə qanunvericiliyə zidd olduğundan, həmin özbaşına tikiliyə iddia edilən hüquqlar şəxsin dövlət tərəfindən tanınan və qorunan hüquqlara aid edilə bilməz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməmə lidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 180.1, 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı apellyasiya şikayəti və ona əlavə verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti və ona əlavə iddianın dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 22 noyabr 2000-ci il tarixli, 1019 nömrəli Sərəncamından göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi, 5 saylı evin 7 saylı mənzilin icarəçisi hesab e dilib. Eyni zamanda bu fakt məhkəmənin mübahisəli mənzilin özbaşına tikili olmasına dair gəldiyi nəticənin yalnış olmasını təsdiq edir.
10. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, atası 1968-ci ildə ailə qurmuş, anası mübahisəli evə gəlin köçmüş, burada o da daxil olmaqla 3 uşağı dünyaya gəlmişdir. Anası onları atmış, atası rəhmətə getmiş, həmin evdən bibisigilə getmişlər və oradan 1994-cü ildə ailə həyatı quraraq Razin adlanan əraziyə köçmüşdür. 30 ildir ki, həmin evdə yaşamırlar.
11. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Balaxanı ərazisində kirayədə yaşayırlar, kirayə müq avilələri yoxdur. Adına Zabratda torpaq sahəsi olsa da, üzərində ev yoxdur.
12. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Abdıyev) xx.xx.2025-ci il tarixli, 2(103)-1321/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 2256/2024 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mübahisə olunan Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi 5 saylı evin 7 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində də yanlışlığa yol vermişdir.
14. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1984-cü il tarixli, 89/10331 saylı qərarı ilə Səbail rayonu, Abdulla Şaiq küçəsi 5 saylı evin kirayəçisi Səriyyə Mirdadaş qızının sahibliyində olan 1 otaqlı, 7 saylı 14 kv.metrlik mənzildə 13 nəfər ailə üzvü (o cümlədən 1991-ci ildən etibarən Cavabdeh2, 1998-ci ildən onun əri və digər Cavabdeh1, sonradan isə onların övladları) qeydiyyatda olmaqla yaşamışlar və həmin qərarla boşalmış 9 və 10 kv.metrlik yaşayış sahələri də sonuncuya ayrılmışdır. Daha sonra Səbail rayon İHB-nin xx.xx.2000-ci il t arixli, 1019 saylı sərəncamı ilə mənzilin kirayə müqaviləsi mərhum Səriyyə Mirdadaş qızının 3 oğlu arasında 3 hissəyə bölünmüş, 7 saylı mənzil iddiaçıya onun mərhum həyat yoldaşı Dəmirov Aydının əvəzinə, yeni sıra nömrəsi 4 olan Cavabdeh2 qardaşı Dəmirzadə Pərvizə onun atası Dəmirov Adil əvəzinə, yeni sıra nömrəsi 6 olan mənzil isə Dəmirov Rəcəbə atası Dəmirov Salman əvəzinə verilmişdir. Lakin hazırki iş üzrə Cavabdeh2 və onun ailə üzvləri öz atasına və sonradan qardaşına verilmiş mənzilə qeydiyyata düşməmiş, sonradan iddiaçıya keçmiş mənzildə qeydiyyatda qalmağa davam etmişlər.
15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 və onun ailə üzvləri 2000-ci ilin 01 sentyabrdan əvvəl qeyd edilən mübahisəli mənzilə qeydiyyata düşmüşlər və həmin tarixdən də istifadə hüquqları yaranmışdır. Ona görə də qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırki iddia üzrə mübahisəyə köhnə Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) müddəaları tətbiq edilməlidir və birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır.
16. Həmin Məcəllənin 53 və 54-cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
17. İcarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüququn aradan qalxma əsasları da nəzərdə tutulmuşd ur.
18. Həmin Məcəllənin 60-cı maddəsinə görə, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. 19. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.
20. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir.
21. Apellya siya məhkəməsi yuxarıda qeyd olunan qanunvericilik normalarını əsas tutaraq qeyd etmişdir ki, iş materiallarından, o cümlədən cavabdehlərin izahatlarından göründüyü kimi, Cavabdeh2 mübahisəli mənzilə 1991-ci ildə qeydiyyata düşsə də, öz iradəsi ilə həmin mənzili tərk etmiş, 1994-cü ildə isə ailə həyatı quraraq yaşamaq üçün başqa yerə köçmüşdür. Həmçinin onun əri Cavabdeh1 da 1998-ci ildə həmin evə qeydiyyata düşməsinə baxmayaraq orada yaşamamış, Cavabdeh2 və övladları, yəni digər cavabdehlər ilə Sabunçu rayonu ərazisində məskunlaşmışdır.
22. O cümlədən, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qonşular tərəfindən tərtib edilmiş aktda qeyd olunur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 oğlu Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi 5 saylı evin 7 saylı mənz ilində heç vaxt yaşamamışlar və hal-hazırda da yaşamırlar.
23. Həmçinin iş materiallarında olan sübutların tədqiqi zamanı məlum olmuşdur ki, Cavabdeh1 mülkiyyətində ünvan ünvanında 0.0383 ha torpaq sahəsi qeydə alınmış, həmin ünvana xx.xx.2022-ci il tarixdə qaz sayğacı da quraşdırılmışdır.
24. Beləliklə, iş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi cavabdehlər və onların ailə üzvləri mübahisəli mənzildə nəinki 6 ay, ümumiyyətlə, yaşamadığından (Cavabdeh2 isə 1994-cü ildən etibarən yaşamadığından) və hazırki mənzilə ehtiyaclarının müəyyən olunmaması səbəbindən onların həmin mənzilə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Həmçinin qeyd edilənlər hazırki halda mübahisəli mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir.
25. Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə işə mövcud sübutlar əsasında baxaraq hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun saxlanmasına dair hər hansı qanuni əsas müəyyən edilmədiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh Ağayeva Aı̇ də Adı̇ l qızı (vəkil - Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinınxx.xx.2025-ci il tarixli 2(103)-1321/2025 saylı qətnaməsinin tamamilə ləğv еdilməsi və İddiaçı cavabdehə qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia tələblərinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul еdilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,152.5, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci maddələrinə istinad etmişdir, lakin nəzərə almamışdır ki, iddiaçının qeyd etdiyi Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi 5 saylı evin 7 saylı mənzilinə dair iş materiallarında olan Dövlət Reyestr Xidməti tərəfindən məhkəm ənin sorğusuna əsasən ünvanlanmış məktubunda ünvan mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat olmadığı qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı mübahisəli evə dair mülkiyyət, istifadə və ya sahiblik hüququ üzrə hər hansı sübut məhkəməyə təqdim edilməmiş və Dövlət Reyestr Xidməti tərəfindən verilmiş məktubla, işin halları və iş materialları ilə, mübahisəli evin mülkiyyət, istifadə və ya sahiblik hüququ üzrə hər hansı şəxsə məxsus olması müəyyən edilməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, üzərində istifadə hüquqlarının tanınması iddia edilən ev özbaşına tikili olmaqla, hər hansı müvafiq razılıq və ya icazə alınmadan inşa edilmişdir. Məhkəmə bu hallara qiymət verməyərək iddiaçının iddia tələblərini əsassız olmasını nəzərə almamışdır.
29. Birinci instansiya mə hkəməsi iddia tələblərini rədd etməklə haqlı olmuşdur, apellyasiya instansiyası məhkəməsi isə işin hallarına lazımi hüquqi qiymət verməmiş, iddianı tamamilə rədd etmək əvəzinə formal mülahizələrlə qətnaməsini əsaslandırmağa çalışmışdır.
30. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu səbəbdən iddia tələblərinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməli idi. Lakin buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən 1-ci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və əsassız iddia təmin edilmişdir.
31. Bakı Apellyasiya Məhkəməsinin mülki mühakimə icraatının fundamental prinsipini pozaraq yalnız və yalnız tərəflərin çəkişmə prinsipi əsasında təqdim etdikləri sübut və dəlillərə qiymət verməli olduğu halda, belə bir iradə ifadəsi olmadan, yalnız bir tərəfin-iddiaçının iradə ifadəçisi rolunda çıxış etməsi, cavabdehlərin dəlillərinə isə hüquqi qiymət verməyərək səhv nəticəyə gəlmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmiş hallara və toplanmış sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir.
33. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8, 14,88, 217-ci maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı (nümayəndə Qanuni nümayəndə) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətində heç bir mötəbər sübuta söykənmədiyini, etirazında cavabdehin ədalət mühakiməsinə dəfələrlə qüsurlu məlumatlar verdiyini, belə ki, Bakı şəhərində müxtəlif ünvanlarda hər bir şəraiti olan yaşayış sahələri ilə təmin olunsa da, bu faktları etiraf etmədiyini qeyd edərək kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka ( əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
37. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat apara n digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
38. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
39. Maddə
60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
40. Maddə
87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. H azırkı kassasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 münasibətdə təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Səbail Ra yon İcra Hakimiyyətinin xx.xx.1984-cü il tarixli, 89/10331 saylı qərarı ilə Səbail rayonu, Abdulla Şaiq küçəsi 5 saylı evin kirayəçisi Səriyyə Mirdadaş qızının sahibliyində olan 1 otaqlı, 7 saylı 14 kv.metrlik mənzildə 13 nəfər ailə üzvü (o cümlədən 1991-ci ildən etibarən Cavabdeh2, 1998-ci ildən onun əri və digər Cavabdeh1, sonradan isə onların övladları) qeydiyyatda olmaqla yaşamışlar və həmin qərarla boşalmış 9 və 10 kv.metrlik yaşayış sahələri də sonuncuya ayrılmışdır. Daha sonra Səbail rayon İHB-nin xx.xx.2000-ci il tarixli, 1019 saylı sərəncamı ilə mənzilin kirayə müqaviləsi mərhum Səriyyə Mirdadaş qızının 3 oğlu arasında 3 hissəyə bölünmüş, 7 saylı mənzil iddiaçıya onun mərhum həyat yoldaşı Dəmirov Aydının əvəzinə, yeni sıra nömrəsi 4 olan Cavabdeh2 qardaşı Dəmirzadə Pərvizə onun at ası Dəmirov Adil əvəzinə, yeni sıra nömrəsi 6 olan mənzil isə Dəmirov Rəcəbə atası Dəmirov Salman əvəzinə verilmişdir. Lakin hazırki iş üzrə Cavabdeh2 və onun ailə üzvləri öz atasına və sonradan qardaşına verilmiş mənzilə qeydiyyata düşməmiş, sonradan iddiaçıya keçmiş mənzildə qeydiyyatda qalmağa davam etmişlər.İş materiallarından, o cümlədən cavabdehlərin izahatlarından göründüyü kimi, Cavabdeh2 mübahisəli mənzilə 1991-ci ildə qeydiyyata düşsə də, öz iradəsi ilə həmin mənzili tərk etmiş, 1994-cü ildə isə ailə həyatı quraraq yaşamaq üçün başqa yerə köçmüşdür. Həmçinin onun əri Cavabdeh1 da 1998-ci ildə həmin evə qeydiyyata düşməsinə baxmayaraq orada yaşamamış, Cavabdeh2 və övladları, yəni digər cavabdehlər ilə Sabunçu rayonu ərazisində məskunlaşmışdır. O cümlədən, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qonşular tərəfindən tərtib edilmiş aktda qeyd olunur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 oğlu Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi 5 saylı evin 7 saylı mənzilində heç vaxt yaşamamışlar və hal-hazırda da yaşamırlar.Beləliklə, iş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi cavabdehlər və onların ailə üzvləri mübahisəli mənzildə nəinki 6 ay, ümumiyyətlə, yaşamadığından (Cavabdeh2 isə 1994-cü ildən etibarən yaşamadığından) və hazırki mənzilə ehtiyaclarının müəyyən olunmaması səbəbindən onların həmin mənzilə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Həmçinin qeyd edilənlər hazırki halda mübahisəli mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir.
55. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin Cavabdeh2 münasibətdə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin həm in hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 münasibətdə təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1321/2025 nömrəli qətnaməsi iddianın Cavabdeh2 münasibətdə təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.