Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-234/2023 16.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X4 Kompleksi” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X4 Kompleksi” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5297/2022 nömrəli mülki iş üzrə 23 avq ust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçının adına olan Əmək kitabçasının sürətindən görünür ki, iddiaçı xx.xx.2009cu il tarixdən "xxxx" MMC - Aqrofina ASC pambıq istehsalı üzrə birgə təsərrüfatında fəhlə kimi işə başlamış, xx.xx.2009-cu il tarixdən həmin birgə təsərrüfatda mühafizəçi işinə keçirilmiş, daha sonra xx.xx.2011-ci il tarixli əmr əsasında struktur dəyişikliyi ilə əlaqədar Təcrübə sınaq təsərrüfatına mühafizəçi işləmişdir. İşə götürülmə haqqında bu qeydlər "xxxx" MMC-nin direktorları tərəfindən əmək kitabçasına daxil edilmiş və müəssisənin möhürü ilə təsdiq olunmuşdur. 2. xx.xx.2019-cu il tarixli, 68 nömrəli əmək müqaviləsinə və xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişə əsasən, xx.xx.2019-cu il tarixdə işəgötürən “X4 Kompleksi” MMC ilə işçi İddiaçı arasında Biləsuvar Təcrübə-sınaq Təsərrüfatına gözətçi işinə qəbul edilməklə 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə “növbəti 3 ay müddətinə uzadılma” dəyişiklikləri edilmişdir.
3. Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-2(86)-673/16 nömrəli qətnaməsi ilə, "xxxx" MMC-dən 251157524,32 manat məbləğində borcun tutularaq "xxxx" BOKT QSC-yə ödənilməsi qət olunmuş və xx.xx.2017-ci il tarixli icra sənədinə "xxxx" MMC-nin əmlakları hesabına ödənilməsinə qərar verilmişdir.
4. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2017-ci il tarixli Fərmanı əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Həmin Fərmanın 3.5-ci bəndinə görə, "xxxx" ASC-nin nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun mülkiyyətində (balansında) olan və "xxxx" ASC-nin mülkiyyətinə (balansına) veriləcək əmlak hesabına formalaşır. 5. “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, Fərmanının tətbiqi ilə əlaqədar” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 04 dekabr tarixli 1704 nömrəli Fərmanında göstərilir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – "xxxx" QSC) "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində y erləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı, habelə alınacaq aktivlər üzrə tələb hüququ "xxxx" Açıq Səhmdar Cəmiyyətindən "xxxx" QSC-yə ötürülmüş X2 “Fujairah” azad iqtisadi zonasında yerləşən pambıq iplik istehsalı üzrə “United Textiles FZE” müəssisəsinin maşın və avadanlıqları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – "xxxx" ASC) mülkiyyətinə (balansına) verilsin. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4 Kompleksi” MMC-nin 02 dekabr 2021-ci il tarixli K-03-2021-1272 nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv olunması, işə bərpa edilməsi, cavabdeh tərəfindən məcburi iş buraxmaya görə əmək haqqının, 110 manat hüquqi yardım göstərilməsi xərcinin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat məbləğində pulun İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, işəgötürənlə sonuncu əmək müqaviləsi 01 iyun 2019-cu il tarixdə (№ 68) bağlanmışdır. Əmək müqaviləsinə görə işəgötürən "xxxx" MMC-nin Təcrübə-sınaq təsərrüfatının direktoru olmuşdur. Əmək müqaviləsinin 1.2-ci bəndinə əsasən iddiaçının iş yeri Təcrübə-sınaq təsərrüfatı, peşəsi isə “gözətçi” qeyd edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. 01 iyun 2019-cu il tarixli əmək müqaviləsindən əvvəl mövcud olmuş əmək müqavilələri iddiaçı X1 təqdim olunmamışdır. Cavabdeh “X4 Kompleksi” MMC t ərəfindən iddiaçı Niyammədin Bayramova 02 dekabr 2021-ci il tarixində əmək müqaviləsinin ləğvi barədə bildiriş təqdim edilmiş, elə həmin tarixdə, yəni 02 dekabr 2021-ci il tarixində onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən cavabdeh “X4 Kompleksi” MMC-nin K-03-2021-1272 nömrəli əmri ilə ləğv edilmişdir. Daha sonra işçinin (iddiaçının) əmək kitabçasında müvafiq qeydlər aparılmaqla 02 dekabr 2021-ci il tarixində əmək kitabçası iddiaçıya təqdim edilmişdir. Cavabdeh “X4 Kompleksi” MMC-nin 02 dekabr 2021-ci il tarixli K-03-2021-1272 nömrəli əmri iddiaçıya aid olan hissədə qanunsuzdur. Belə ki, iddiaçıya məxsus sonuncu 01 iyun 2019-cu il tarixli 68 nömrəli əmək müqaviləsində işəgötürən “X4 Kompleksi” MMCnin Bəhruz Camalov deyil, Biləsuvar Təcrübə-s ınaq təsərrüfatının direktoru Əlitahir Xammədov qeyd edilmişdir. Biləsuvar Təcrübə-sınaq təsərrüfatının isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair əmri mövcud deyil. Cavabdeh “X4 Kompleksi” MMC-nin iddiaçının əmək müqaviləsini ləğv etmək səlahiyyəti olmadığı halda iddiaçının ******* nömrəli əmək kitabçasının 4-cü səhifəsində əmək müqaviləsinin ləğv olunması əsası kimi 02 dekabr 2021-ci il tarixli K-03-2021-1272 nömrəli əmr qeyd edilmişdir. Eyni zamanda bildirir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsi müddətli müqavilə hesab edilə bilməz. 11 noyabr 2011-ci il tarixindən əmək müqaviləsi ləğv edildiyi tarixədək Biləsuvar Təcrubə-sınaq təsərrufatında eyni peşədə, eyni iş yerində 10 ildən artıq müddətdə işləməsi nəzərə alınarsa, burada işin müvəqqəti xarakter daşımağ ından, bu səbəbdən də, əmək müqaviləsinin müddətli bağlanmasından söhbət gedə bilməz. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanması halları sadalanmışdır. İddiaçının tutduğu peşə, yerinə yetirdiyi işin xarakteri və digər hallar Əmək Məcəlləsinin 47-ci maddəsinin əhatə dairəsinə düşmür. Lakin “X4 Kompleksi” MMC və onun filialı Biləsuvar Təcrubə-sınaq təsərrüfatı əmək münasibətləri tərəflərinin hüquq bərabərliyi prinsipini ciddi şəkildə pozaraq iddiaçını və digər işçiləri çıxılmaz vəziyyətdə qoyaraq, onları müddətli əmək müqaviləsinə imza etmələrinə nail olur. Bu isə beynəlxalq və milli hüquq normalarının və əmək qanunvericiliyinin prinsiplərinə ziddir. Bundan başqa, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli xxxxxxx000202 nömrəli bil dirişdən görünür ki, əmək müqaviləsinə keçmiş tarixə dəyişiklik edilmiş, müddətli əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2021-ci il qeyd edilmişdir. Bununla cavabdeh 3 ay əvvəlki vaxta əmək müqaviləsinə qanunsuz dəyişiklik etmişdir. Qeyd edilən dəyişiklikdən işçinin (iddiaçının) məlumatı olmamış, əmək müqaviləsinin məzmununda qeyd edilən dəyişiklik göstərilməmişdir. Halbuki, 01 iyun 2019-cu il tarixli 68 nömrəli əmək müqaviləsinin 8.1-ci bəndində qeyd edilmişdir ki, bu əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna g örə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. Məhkəmə təcrübəsi nəzərə alınarsa, iddiaçı X.Məlikovun cavabdeh “Azneft” İB-yə qarşı eyni məzmunlu tələbi üzrə Ali Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(102)-7723/2019 nömrəli qərarındakı hüquqi mövqeyi belə olmuşdur ki, iddiaçının yerinə yetirdiyi əmək funksiyası daimi xarakterə malik olmaqla, qabaqcadan bəlli olduğundan və Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hallara aid edilmədiyindən, onunla müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Əmək qanunvericiliyi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir.
8. Cavabdehin nümayəndəsi etirazında göstərmişdir ki, iddiaçı iddia ərizəsində 10 ildən artıq müddətdə cavabdeh müəssisədə işlədiyini qeyd etsə də, Şirvan İnzibati- İqtisad Məhkəməsinin 2-2(86)-673/16 nömrəli qətnaməsi ilə, "xxxx" MMC-dən 251157524,32 manat məbləğində borcun tutularaq "xxxx" BOKT QSC-yə ödənilməsi qət edilmiş və xx.xx.2017-ci il tarixli icra sənədinə "xxxx" MMC-nin əmlakları hesabına ödənilməsi qərarı verilmişdir. Bundan sonra, "xxxx" ASC-nin yaaradılması haqqında xx.xx.2017-ci il tarixli Prezident Fərm anı verilmişdir. Həmin Fərmanın 3.5-ci bəndindən və eləcə də, həmin fərmanın tətbiqi ilə əlaqədar xx.xx.2017-ci il tarixli Fərmandan aydın olur ki, "xxxx" MMC-nin təsisçisi "xxxx" BOKT QSC, “X4 Kompleksi” MMC-nin təsisçisi isə "xxxx" ASC-dir. Yəni "xxxx" MMC "xxxx" MMC-nin hüquqi varisi deyil və iddiaçı "xxxx" MMC-də cəmi 2 il yarım müddətə işləmişdir. Göstərilənlərə əsasən, iddia tələbi təmin edilməməlidir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Axundov) e-2(004)1068/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əvvəl işlədiyi "xxxx" MMC başqa bir hüquqi şəxsdir və hazırda da vergi ödəyicisi olmaqla fəaliyyət göstərir. İşdə olan vergi ödəyicilərinin məlumatlarından elektron çıx arışdan görünür ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) xx.xx.2004-cü il tarixdə VÖEN almaqla, hüquqi ünvanı Şirvan şəhəri, M.Qədirov ev 1, Şirvan-Salyan şossesinin 5-ci km-dir. Göründüyü kimi, iddiaçının 2009-cu ildən 2019-cu ilədək işlədiyi müəssisə "xxxx" MMC olmuş, 2019cu il 01 iyun tarixindən işlədiyi "xxxx" MMC adlı başqa bir hüquqi şəxs isə ölkədə pambıq tədarükü, pambıq məhsullarının emalı və ixracı məqsədilə "xxxx" ASC-nin tərkibində 2018ci ildə yaradılmışdır və hər iki hüquqi şəxsin təsisçiləri fərqlidir. Bundan əlavə, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlarında göstərmişdir ki, onunla bağlanmış 01 iyun 2019-cu il tarixli 68 nömrəli əmək müqaviləsi Biləsuvar Təcrübə-sınaq təsərrüfatının direktoru Əlitahir Xammədov tərəfindən, işdənçıxma əmri isə “X4 K ompleksi” MMC-nin direktoru Bəhruz Camalov tərəfindən, yəni müxtəlif işəgötürənlər tərəfindən imzalamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı "xxxx" MMC-nin tərkibində fəaliyyət göstərir. Göründüyü kimi, cavabdeh “X4 Kompleksi” MMC başqa bir hüquqi şəxs olmaqla, əvvəlki "xxxx" MMC-nin hüquqi varisi sayıla bilməz. Nəticədə, iddiaçı "xxxx" MMC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilədək müddətli əmək müqaviləsi əsasında işlədiyi üçün və bu müddət Əmək Məcəlləsinin 45-ci maddəsində göstərilən 5 ildən artıq təşkil etmədiyi üçün onun əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilə bilməz.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin b bəndi, 45, 47, 68.1, 73.1, 73.2 və 83. 1-ci maddələri, Mülki Məcəllənin 55.1 və 56.5-ci və MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında sonuncu dəfə 3 ay müddətinə bağlanmış əmək müqaviləsinin qanuniliyinə birinci instansiya məhkəməsində qiymət verilərkən ilk növbədə iddiaçının son 13 il müddət ərzində əvvəl "xxxx" MMC-nin tərkibində olan “Biləsuvar Təcrübə-Sınaq Təsərrufatı” filialında, sonradan isə yeni yaranmış "xxxx" MMC-nin tərkibində “Biləsuvar Təcrübə-Sınaq Təsərrufatı” filialında fasiləsiz və etirazsız işləməsi, habelə onun gördüyü işin, xidmətin daimi xarakterə daşıması nəzərə alınmaqla, tərəflərin hər bir dəlilinə, o cümlədən mübahisənin diqqətəlayiq bütün digər hallarına düzgün hüquqi qiymət verilməli idi. Eyni zamanda, hazırki əmək mübahisəsinin xarakteri baxımından iddiaçıya münasibətdə işəgötürənin daha üstün statusda olması nəzərə alındıqda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması ilə əlaqədar sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq iddiaçının üzərinə qoyulması qanuni və əsaslı sayıla bilməz. Belə ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin b) bəndinin tələblərinə görə Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində məhz işəgötürənin əsas vəzifəsi sayılır. Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərq li olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi hamıya məlum olan haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamve rcici səlahiyyətlərə malik olur. 14. 10 il müddət ərzində fasiləsiz və etirazsız olaraq "xxxx" MMC-nin tərkibində olan “Biləsuvar Təcrübə-Sınaq Təsərrufatı”ında işləmiş iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən sonra yeni yaradılmış və nəticə etibarı ilə eyni istiqamətlər üzrə fəaliyyət göstərən "xxxx" MMC-nin tərkibində “Biləsuvar Təcrübə-Sınaq Təsərrufatı” filialının onunla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlaması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5297/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1068/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzr ə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin olunması, “X4 Kompleksi” MMC-nin 02 dekabr 2021-ci il tarixli K-03-2021-1272 nömrəli əmri İddiaçı aid hissədə (əmrin ikinci paraqrafı) ləğv edilməsi, İddiaçı “X4 Kompleksi” MMC-nin Biləsuvar Təcrübə-Sınaq Təsərrüfatı filialında “gözətçi” işinə bərpa olunması və qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir.
16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, əvvəla, işdən görünür ki, "xxxx" MMC iddiaçının əvvəl işlədiyi "xxxx" MMC-nin hüquqi varisi olmasa da, hər iki hüquqi şəxs eyni istiqamətlər üzrə fəaliyyət göstərib, sonuncunu bazasında eyni fəaliyyətlə məşğul olan cavabdeh müəssisə yaradılıb.
17. Digər tərəfdən, iddiaçının əvvəlki iş yerində işi gözətçilikdən-mühafizədən ibarət olub. Başqa sözlə, iddiaçının əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum olub. Əmək qanunvericiliyi isə işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir.
18. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, iddiaçı 2009-cu ildən müqavilə müddəti bitənədək fasiləsiz və etirazsız olaraq eyni iş yerində eyni vəzifədə işlədiyindən, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakt erə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan har hansı halların müəyyən edilmədiyindən iddia tələbləri bu hissədə təmin edilməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 3.5, 45.1, 45.4, 47-f,73.1 və 300.1-ci və Mülki Prosessual Məcəllənin 14.2-cü, 77.1, 80, 88, 106.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5297/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsini ləğv edilməsi və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmiş dir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC- nin eyni istiqamətlər üzrə fəaliyyət göstərməsi onların işə götürən olaraq hər birinin ayrıca əmək müqaviləsi bağlamalarını və cavabdeh ilə iddiaçı arasındakı əmək münasibətlərinin müqavilə bağlandığı tarixdən, yəni 01 iyun 2019-cu il tarixdən yaranmasını istisna etmir. Tərəflər arasında 01 iyun 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi işəgötürən cavabdehin 02 dekabr 2021-ci il tarixli, K-03-201-1772 saylı əmri əsasında xitam verilmişdir. Bununla da tərəflər arasında bağlanılmış əmək müqaviləsi 2 il 6 ay davam etdiyindən və müddəti beş ildən çox olmadığından əmək müqaviləsi müddətsiz hesab edilə bilməz. Bundan başqa, məhkəmə qətnaməsində hüquqi varisliyinin olmadığı faktı təsdiqlənsə də, 01 iyun 2019 -cu il tarixdən əvvəl "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsi səhvən “cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış müddətsiz əmək müqaviləsi” olaraq qiymətləndirmişdir. Həmçinin, nəzərə alınmamışdır ki, hüquqi varislik olmadığına görə cavabdeh “X4 Kompleksi” MMC ilə İddiaçı arasında yaranmış əmək münasibətlərinin beş ildən çox olması qeyri-mümkündür. Belə ki, “X4 Kompleksi” MMC 25 may 2018-ci il tarixdə təsis edilmiş, dövlət qeydiyyatına alınmış və 25 may 2023-cü il tarixdə təsis edilməsinin 5 ili tamam olacaqdır. Buna baxmayaraq, məhkəmə hüquq varisliyi olmadığını təsdiqlədiyi halda sadəcə fəaliyyət istiqamətlərinin oxşar olmasını əsas gətirərək “X4 Kompleksi” MMC ilə iddiaçı arasında bağlanılan əmək müqaviləsinin qüvvədə olma müddətinə sanki əvvəl də işə götürən tər əf cavabdehmiş kimi iddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsi müddətini də daxil etmişdir. Bununla da məhkəmə əmək münasibətlərinin 5 ildən çox olduğu qənaətinə gələrək tərəflər arasında olan əmək müqaviləsinin müddətli olmadığını qət etməkdə səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
23. Maddə 3.2. İşçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.
24. Maddə 12. 1-ci hissənin "b” bəndi. Həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsidir.
25. Maddə 45.4. Əmək funksi yasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
26. Maddə
47. Bənd "f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
27. Maddə 68.1.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
28. Maddə
51. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.
29. Maddə 68.2. bə nd "b” Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır.
30. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
31. Mad də 296. 2-ci bənd. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
32. Maddə 300. 1 -ci bənd. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarım araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qə tnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
33. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarı: “...işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur”. Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri cavabdeh tərəfindən iddia ərizəsinə və apellyasiya şikayətinə etirazda göstərilən dəlillərlə eynidir, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması və qiymətləndirməsi ilə razılaşır, əlavə dəyərləndirməyə zərurət görmür.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaət ə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5297/2022 nömrəli mülki iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.