Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2340/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)12524/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-4180/2019) İddiaçı Cavabdehnə qarşı işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının x x xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh filologiya və jurnalistika fakültəsinin nəzdində xarici ölkələr ədəbiyyatı kafedrasında müəllim vəzifəsində işləyərkən Universitetin rektorunun xx xxxxxx 2019-cu il tarixli əmri ilə əmək funksiyasını yerinə yetirmədiyinə və əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. İşdən çıxarılmasını əsassız sayan İddiaçı 2019-cu ilin iyun ayında iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraci ət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa olunmaqla məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, ona dəymiş maddi ziyana görə 40.000 manat, mənəvi ziyana görə 100.000 manat, cəmi 140.000 manat cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək xx xxxxxx 2018-ci il tarixdə Universitetin rektorunun hərəkətlərindən Təhsil Nazirliyinə yazdığı şikayətlə əlaqədar təqib olunub işdən çıxarılmasını, lakin işə baxan məhkəmənin sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla iddianı rədd etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və idd ianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdehin vəkili kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı Universitetin müəllimi vəzifəsində işləyərkən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə görə cavabdehin xx xxxxxx 2018-ci il tarixli əmri ilə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət, əmək funksiyasını tam yerinə yetirmədiyinə və əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinə 2 “b” bəndinə əsasən ona cavabdehin xx xxxxxx 2019-cu il tarixli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. 2019-cu ilin 29-31 yanvar tarixlərində iddiaçı heç bir üzrlü səbəb olmadan bütün iş günü ərzində işdə olmadığı üçün cavabdehin xx xxxxxx 2019-cu il tarixli əmri ilə onun la bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olunmuşdur. Qanunun həmin normasına görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsi pozula bilər. İddiaçının 2019-cu ilin 29-31 yanvar tarixində işdə olmaması cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunduğundan və iddiaçı məhkəməyə bunun əksini təsdiq edən və yaxud işə çıxmamanın bunun üçün əsas verən üzrlü səbəblərdən baş verməsini təsdiq edən sübutlar təqdim etmədiyindən apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2 019-cu il tarixli əmrin əsaslı olması barədə nəticəyə gəlmişdir. Müəyyən olunmuşdur ki, həmin əmr əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə verilmiş, bu zaman iddiaçı ilə əmək müqaviləsinin pozulmasına X1 Komitəsi də razılıq vermişdir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə əməl olunmaqla həll edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qü
Məhkəmə qərarları › İş №2(102)-2340/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2340/2020
24.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver