Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2340/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı; Cavabdeh İddiaçı, X oğluna və X19 qarşı iş üzrə QƏRARİ (əşyaların çıxarılması, əldən çıxmış faydanın ödənilməsi, yaşayış sahəsinə köçürlmə, cehiz əşyalarının alınması, dəymiş ziyanın ödənilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh vəkili X20 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzr ə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 11.06.2002-ci il tarixli, 584 nömrəli “Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2201 saylı, 30.12.2000-cı il tarixli sərəncamının ləğvi və həmin sərəncamla vət. X11 ayrılmış 600,0 kv.m. torpaq sahəsinin vət. İddiaçı adına keçirilməsi barədə” Sərəncamı ilə müəyyən edilmişdir ki, xyaşayan vət. x X6 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2201 saylı, 30.12.2000-ci il tarixli sərəncamı ilə Xocəsən qəsəbəsi ərazisində vət. X11 ayrılmış 600,0 kv.m. torpaq sahəsinin, notarial qaydada təsdiq edilmiş qarşılıqlı razılığa əsasən fərdi yaşayış evinin tikintisi üçün onun adına keçirilmə sinə icazə verilməsini xahiş etmişdir. Qeyd edilənlər nəzərə alınaraq Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2201 saylı, 30.12.2000-cı il tarixli sərəncamı ilə Xocəsən qəsəbəsində, Xocəsən qəsəbəsi ərazisində vət. X11 ayrılmış 600,0 kv.m. torpaq sahəsi vət. İddiaçı adına keçirilmiş, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2201 saylı, 30.12.2000-cı il tarixli sərəncamının ləğv edilmişdir. Qeyd olunan Sərəncam Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən 27.08.2014-cü il tarixdə təsdiq edilmişdir.
2. İddiaçı oğlu X30 xa 13 oktyabr 2010-cu ildə nikaha girmişlər və İddiaçıla birgə onun evində yaşamışlar. Bu nikahdan 27 avqust 2011-ci il təvəllüdlü x, 24 mart 2013-cü il təvəllüdlü xvə 11 yanvar 2016-cı il təvəllüdlü x adlı uşaqları doğulmuşdur. 2016-cı ildə adları çək ilən ər-arvadın ailə münasibətləri pozulmuş və ayrı yaşamağa başlamışlar. x xanın əşyaları həmin evdə qalmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.11.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh X24 arasındakı nikah pozulmuş, uşaqlae ananın yanında saxlanılmış və X8 aliment tutulmuşdur.
3. İddiaçı və Cavabdeh qeyd edilən yaşayış sahəsi və əşyalarla bağlı aşağıdakı tələbləri irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus evdən cavabdehə aid bir ədəd taxt çarpayının, iki ədəd tumboçkanın, bir ədəd paltar şkafının, bir ədəd güzgülü termonun, bir ədəd mətbəxt şkafının, bir ədəd Vest el markalı soyuducunun, bir ədəd Vestel markalı paltaryuyanın, bir ədəd qaz peçinin, bir ədəd divar şkafının, bir ədəd divanın, iki ədəd kreslonun və bir ədəd jurnal masasının cavabdeh tərəfindən çıxarılaraq əşyaların yerləşdiyi otaqların tam boşaldılıb ona təhvil verilməsi və 2018-ci ilin noyabr ayından 2019-cu ilin noyabr ayına kimi əldə çıxmış faydanın əvəzi olaraq aylıq 250 manat hesablanılmaqla 2750 manat pulun və əlavə olaraq qətnamə icra edilənə kimi aylıq 250 manat məbləğində pulun hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı nümayəndəsi və vəkili X25 iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin tam rədd edilməsi, ünvan 1 ünvanında yerləşən iddiaçı-cavabdehə məxsus ev dən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya aid yataq mebel dəstinin (iki nəfərlik taxt, 2 ədəd tumba, beş qapılı şifoner, güzgülü kamot), yumşaq mebel dəstinin (divan, 2 ədəd kreslo, jurnal stolu), mebelin (qorka), Vestel markalı soyuducunun, Vestel markalı paltaryuyanın, qaz sobasının, mətbəx mebel dəstinin, 6 ədəd stulun, LG markalı televizorun, televizor altlığının, uşaq çarpayısının, 3 ədəd xalçanın, 3 ədəd çilçırağın, 8 ədəd pərdənin, 3 ədəd döşəyin, 9 ədəd yastığın, 4 ədəd yorğanın, 2 ədəd odeyalın, 3 dəst yataq çuxolunun, 3 ədəd vedrənin, 3 ədəd podnosun, 1 ədədgüldanın, 4 ədəd süfrənin, 1 dəst hamam dəstinin, 6 ədəd mürəbbə qabının, 2 ədəd soyuducu və paltaryuyan örtüyünün, 1 dəst yemək dəstinin, 1 dəst çay dəstinin, 3 ədəd qazan dəstinin, Samsunq markalı tozsovuranın, şirəçəkən maşının, qaşıq dəstinin, 1 dəst qrafınkanın (6 ədəd bakal), 3 ədəd böyük çaynikin, 2 ədəd dəm üçün çaynikin, qırmızı rəngli qazan dəstinin, 3 ədəd qəndqabının, 6 ədəd maskuranın, 6 ədəd kasanın, 6 ədəd bakalın, 6 ədəd armudu stəkanın, 2 dəst çaşkanın, 6 ədəd nəlbəkinin, ütünün, gecə lampasının, 12 ədəd rumkanın, yemək termosun, 6 ədəd Tiens bankasının, 3 ədəd meyvəqabının, 2 ədəd külqabının, güzgünün, qab-qacaqların (mətbəx), 8 ədəd hamam dəsmalının, 2 ədəd Tefal markalı tavanın, 2 ədəd divan örtüyünün, 6 ədəd çay dəsmallarının, 12 ədəd boşqabın, çay termosunun, mikserin, 2 ədəd xrustal lodkanın, 1 dəst qaşığın, divar saatının, 2 ədəd quranın cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən çıxarılaraq əşyaların yerləşdiyi otaqların tam boşaldılıb iddiaçı-cavabdehə təhvil verilməsi və 2018-ci ilin noyabr ayından 2019-cu ilin noyabr ayına kimi əldən çıxmış faydanın əvəzi olaraq aylıq 250 manat hesablanılmaqla 2750 manat pulun və əlavə olaraq qətnamə icra edilənə kimi aylıq 250 manat məbləğində pulun hesablanaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan tutulub iddiaçıcavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, X1 xƏləkbər qızı ilə ailə həyatı quraraq 13 oktyabr 2010-cu il tarixində Xəzər Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 27 avqust 2011-ci il təvəllüdlü X23, 24 mart 2013-cü il təvəllüdlü X26 və 11 yanvar 2016-cı il təvəllüdlü X28 adlı üç övladı dünyaya gəlmişdir. ilə xailə qurduqdan sonra İddiaçıla birlikdə yaşamışlar. Buna baxmayaraq ailələrini qoruyub saxl amaq mümkün olmamış və tərəflər xarakterlərinin bir-birinə uyğun gəlməməsi və nikahlarının formal xarakter daşıması, həmçinin ailə münasibətlərinin düzəlməsinin qeyri-mümkün olması səbəbindən ayrılmış və xata evi olan ünvan 2 ünvanına qayıtmışdır. Bundan xeyli müddət keçdikdən sonra cavabdeh nikahlarının pozulması üçün məhkəməyə müraciət etmiş və nikahları 14 noyabr 2018-ci il tarixli, 2(010)4515/2018 saylı qətnamə ilə pozulmuşdur. O gündən bu günə artıq neçə ildir ki, tərəflərin heç bir münasibəti mövcud deyildir. Lakin artıq neçə ildir ki, Cavabdeh İddiaçı evində yaşamamasına baxmayaraq, prinsipial olaraq özünə aid olan əşyaları İddiaçı məxsus olan evdə qoyub və çıxartmaq istəmir. Dəfələrlə Pərvanəyə xəbər edilmişdir ki, gəlib əşyalarını aparsın, lakin cavabdeh qanunsuz olaraq bu tələblə rə məhəl qoymur. İddiaçı yaşadığı evdən sərbəst isifadə edə bilmir. Onun əşyaları bir otağı tamamilə məşğul edib. Evləri kiçik olduğu üçün cavabdeh əşyalarını götürməməsi səbəbindən evdə normal yaşamaq olmur və öz əşyalarını yerləşdirə bilmirlər. Cavabdehə məxsus əşyalar, tərəflər arasındakı ailə münasibətlərinə xitam verildikdən sonra evin 2-ci mərtəbəsində bir otağa yerləşdirilmişdir. Həmçinin Cavabdeh İddiaçı maddi zərər də vurmuş və vurmaqda da davam edir. Belə ki, cavabdeh tərəfindən zəbt edilən otaq 2018-ci ilin noyabr ayından etibarən aylıq 250 AZN ödəniş əsasında kirayəyə verilsəydi, 2019-cu ilin noyabr ayına kimi təxminən 2750 manat məbləğində pul vəsaiti qazanmış olacaqdı. Göründüyü kimi, cavabdehin qanunsuz əməlləri nəticəsində İddiaçı böyük məbləğdə maddi zərər vurulmuşdur. Bun unla yanaşı o qeyd etdi ki, qarşılıqlı iddia tələbi əsassızdır. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bundan əlavə, həmin ev a deyil, İddiaçı məxsusdur.
7. Cavabdeh İddiaçı, X18 və X19 qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı olan “əşyaların çıxarılması və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair” ilkin iddia tələbinin tam rədd edilməsi, onun 3 nəfər azyaşlı uşaqları ilə birlikdə (27.08.2011-ci il təvəllüdlü X 23, 24.03.2013-cü il təvəllüdlü X26 və 11.01.2016-cı il təvəllüdlü X28 ilə) cavabdehlər İddiaçı, X12 və X13 yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 233 saylı evə köçürülməkləri, cavabdehlər - İddiaçı, X9 və X8 iddia ərizəsində adları qeyd olunan 16035 manat məbləğində olan cehiz əşyalarının alınaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 233 saylı evə yerləşdirilməsi, çatışmayan cehiz əşyalarının dəyərinin onun xeyrinə olaraq cavabdehlərdən müştərək qaydada tutulması və o, həmin evə köçürülənədək cehiz əşyalarından ailə üzvləri ilə birlikdə cavabdehlərin istifadə etmələrinə qadağa qoyulması, cavabdehlər - İddiaçı, X9 və X8 cehiz əşyalarından istifadə etdiklərinə görə müştərək qaydada onun x eyrinə olaraq 6450 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2010-cu ildə X24 ilə xnişanlı olduğu vaxtlarda X evinin olduğunu, həmin evi onun özünün tikdiyini və ailə qurduqdan sonra həmin evdə birlikdə yaşayacaqlarını demişdir. deyirdi ki, evinin birinci mərtəbəsindən hazırda ata-anası, ikinci mərtəbəsindən isə ailə olaraq onlar istifadə edəcəklər. ın dediklərini həm ata-anası, həm də yaxın qohumları təsdiq edirdilər. X toyları olan ərəfədə Sulutəpə qəsəbəsində yerləşən həmin evin 2-ci mərtəbəsində yaşayacaqlarına əmin olduqdan sonra valideynləri borc-xərclə 2-ci mərtəbəni tam şəkildə mebel və digər avadanlıqlarla, məişət əşyaları ilə təmin etdilər. Onun cehiz əşyaları toylarından əvvəl həmin evin 2-ci mərtəbəsinə yerləşdirildi və toydan sonra oraya gəlin köçdü. Təxminən 5-6 il bir yerdə yaşadılar, birgə təsərrüfat apardılar. Ailə üzvlərinin hamısı ı evin sahibi kimi tanıyırdı. da həmişə özünü həmin evin sahibi olduğunu bəyan edirdi. xn ona qarşı olan haqsız hərəkətlərinə, habelə onu dəstəkləyən qayınatası xnin və qaynanası Nəzirənin hərəkətlərinə dözməyərək 24 may 2016-cı il tarixində faktiki olaraq 2010-cu ildən, yəni gəlin köçdüyü vaxtdan yaşadığı ünvan 3 ünvanda olan 2 mərtəbəli fərdi yaşayış evindən 3 azyaşlı uşaqları ilə birlikdə çıxmağa məcbur oldu. Özünə və azyaşlı uşaqlarına aid geyim əşyalarından başqa qalan əmlakları, o cümlədən bütün cehiz əşyaları həmin evdə qalmışdır. Pərvanənin 2012-ci ildə döyülmə faktı ilə bağlı əvvəlcə Nizami rayon 25-ci Polis Bölməsində, sonra isə 40- cı Bölmədə araşdırmalar aparılmışdır. Həmin vaxtdan valideynlərinin yaşadığı yataqxananın bir otağında yaşayırlar. Qeydiyyatı xə olsa da, həmin mənzil 25-26 ildir ki, “məcburi köçkün”lər tərəfindən zəbt olunmuşdur. Hal-hazıradək də onlar həmin mənzildə yaşayırlar. Hətta Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə məcburi köçkünlərin mənzildən çıxarılmaları qət olunsa da, bu günə kimi qətnamə icra olunmamışdır. 2010-cu ildən gəlin köçdüyü Sulutəpə qəsəbəsində olan həmin evdə 5-6 il müddətində daimi yaşadığı və 3 azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yerləri olmadığından həmin evə dəfələrlə köçmək istəsə də, cavabdehlər onu cehiz əşyaları olan həmin evə köçməyinə imkan verməmişlər. Həmin evdən çıxmağa məcbur olduğu vaxtdan, yəni 24.05.2016-cı il tarixindən etibarən cavabdehlər onun razı lığı olmadan qanunsuz olaraq həmin evdə qalmış bütün cehiz əşyalarından istifadə edirlər. Bu müddətdə cavabdehlər uşaqlarının saxlanılmasına maddi cəhətdən köməklik etməmişlər, valideynlərinin maddi və mənəvi dəstəyi ilə onları saxlayır. Hal-hazırda cavabdehlərdən xn ona 8000 manata yaxın aliment borcu vardır. Keçmiş qayınatası İddiaçı Əiabas oğlunun ona qarşı iddia qaldırmasının da əsas səbəbi onun oğlu ın hal-hazırda ona 8000 manata yaxın aliment borcunun olması ilə əlaqədardır. O, oğlu ın aliment borclarını ödəməkdən yayındırmaq məqsədilə belə bir iddia qaldırmışdır. Bununla yanaşı, evlə bağlı məsələyə münasibət bildiərək qeyd etdi ki, Sərəncama əsasən xun adına ayrılmış torpaq sahəsi İddiaçı adına keçirilmişdir. Həmçinin Sərəncamda torpaq sahəsinin Xocahəsəndə yerləşdiyi, mübahisəli ev in isə Sulutəpədə olduğu görünür. Göründüyü kimi Xocahəsən və Sulutəpə qəsəbələri ayrı-ayrı ünvanlardır. Sərəncam barədə arxiv arayışı olsa da arxiv arayışının kötüyündən də görünür ki, 2014-cü il tarixdə verilmişdir. Bundan əlavə, qarşı tərəfin təqdim etdiyi sxemlə də razı olmadığını bildirərək qeyd etdi ki, həmin sənəddə tarix yoxdur. Evin layihəsi də müəmmalıdır, belə ki, hazırda MMC-lər pulu ilə istənilən evin lahiyəsini çəkə bilirlər və mülkiyyətçi kimi tərəfin təqdim etdiyi adı yazırlar.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim T.Mahmudova) 28 fevral 2020-ci il tarixli, 2(010)-471/2020 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus evdən Cavabdeh aid yataq mebel dəsti (iki nəfərlik taxt, 2 ədəd tumba, beş qapılı şifoner, güzgü lü kamot), yumşaq mebel dəsti (divan, 2 ədəd kreslo, jurnal stolu), mebel (qorka), Vestel markalı soyuducu, Vestel markalı paltaryuyan, qaz sobası, mətbəx mebel dəsti, 6 ədəd stul, LG markalı televizor, televizor altlığı, uşaq çarpayısı, 3 ədəd xalça, 3 ədəd çilçıraq, 8 ədəd pərdə, 3 ədəd döşək, 9 ədəd yastıq, 4 ədəd yorğan, 2 ədəd odeyal, 3 dəst yataq çuxolu, 3 ədəd vedrə, 3 ədəd podnos, 1 ədəd güldan, 4 ədəd süfrə, 1 dəst hamam dəsti, 6 ədəd mürəbbə qabı, 2 ədəd soyuducu və paltaryuyan örtüyü, 1 dəst yemək dəsti, 1 dəst çay dəsti, 3 ədəd qazan dəsti, Samsunq markalı tozsovuran, şirəçəkən maşın, qaşıq dəsti, 1 dəst qrafınka (6 ədəd bakal), 3 ədəd böyük çaynik, 2 ədəd dəm üçün çaynik, qırmızı rəngli qazan dəsti, 3 ədəd qəndqabı, 6 ədəd maskura, 6 ədəd kasa, 6 ədəd bakal, 6 ədəd armudu stək an, 2 dəst çaşka, 6 ədəd nəlbəki, ütü, gecə lampası, 12 ədəd rumka, yemək termosu, 6 ədəd Tiens bankası, 3 ədəd meyvə qabı, 2 ədəd külqabı, güzgü, qab-qacaq (mətbəx), 8 ədəd hamam dəsmalı, 2 ədəd Tefal markalı tava, 2 ədəd divan örtük, 6 ədəd çay dəsmalları, 12 ədəd boşqab, çay termosu, mikser, 2 ədəd xrustal lodka, 1 dəst qaşıq, divar saatı, 2 ədəd quran - əşyaların Cavabdeh tərəfindən çıxarılaraq yerləşdikləri otaqların tam boşaldılıb İddiaçı təhvil verilməsi qət edilmiş, ilk iddia qalan hissədə, qarşılıqlı iddia isə tam təmin edilməmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli ev üzərində xüsusi mülkiyyət hüququ qeydə alınmayıb. Buna baxmayaraq, iş materiallarına əlavə edilən sənədlərdən görünür ki, həmin ev özbaşına tikili deyil, müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında ayrılmış torpaq sahəsində, müvafiq icazə verilməklə tikilmişdir. Həmin evin tikilməsində ilkin iddia üzrə cavabdehin hər hansı formada iştirak etməsi öz təsdiqini tapmayıb. Milli qanunvericilik mənzilə köçürmə tələbinin əsaslılığını iki halla şərtləndirir. Bunlardan biri şəxsin köçürülməsini tələb etdiyi mənzildən (evdən) istifadə hüququnun yaranmış olması, digəri isə, şəxsin bilavasitə özünün və ya birgə təsərrüfat apardığı ailə üzvləri ilə birlikdə inşa etdiyi və ya dövlətə məxsus olsa da, orada uzun müddət yaşamaqla, yeganə yaşayış yeri kimi mənzil şəraitinin qurulması halıdır. Birinci halla bağlı qanunvericilik konkret əsaslar nəzərdə tutub. Mənzil qanunvericiliyində və mülki qanunvericilikdə istifadə hüququ bir qayda olaraq mülkiyyətdə olan mənzilə (evə) münasibətdə yaranır və mülkiyyətçi ilə qarşılıqlı hüquq və vəzifələr yaradır. Hazırkı işdə iddiaçının köçürülməsini tələb etdiyi ev xüsusi mülkiyyətdə deyil, buna görə də, həmin evdən istifadə hüququ yarana bilməz. Köçürülmə ilə bağlı ikinci əsasa gəldikdə isə, iş materialları ilə iddiaçının həmin evdə bir müddət yaşaması təsdiq edilsə də, həmin evin iddiaçı tərəfindən tikilməsi və həmin evin onun yeganə yaşayış yeri olması halı öz təsdiqini tapmır. İş materiallarından da göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı başqa yaşayış yerində daimi yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. Onun mübahisəli yaşayış sahəsinə ehtiyacının olmaması uzun zamandan bəri mübahisəli evdə yaşamaması, bunu qeyri-mümkün edən və ona hər hansı maneə yaradan hala qarşı hansısa formada etiraz etməməsi ilə də təsdiq ed ilir. Hazırkı iddianı isə o, yalnız ona qarşı ilkin iddia irəli sürüldükdən sonra qaldırmışdır. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli yaşayış yerinə köçürülməsini tələb etsə də, bu tələbinin əsasını təşkil edən hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı sahibliyində olan evdən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, məhkəmə hesab edir ki, 2018-ci ilin noyabr ayından 2019-cu ilin noyabr ayına kimi əldə çıxmış faydanın əvəzi olaraq aylıq 250 manat hesablanılmaqla 2750 manat pulun və əlavə olaraq qətnamə icra edilənə kimi aylıq 250 manat məbləğində pulun hesablanaraq cavabdehdən alınması ilə bağlı iddia tələbi təmin edilməməlidir. Çünki, iddiaçı daha əvvəl belə bir tələblə cavabdehə müraciət etməmiş, evinin boşaldılmasın ı tələb etməmiş, bu vəziyyətə susmuşdur. Belə olan halda, evin əvəzsiz istifadəsinə görə hesablanmış məbləğ əldən çıxmış fayda hesab oluna bilməz. Bununla yanaşı, iddiaçı mübahisəli evin aylıq kirayə haqqının 250 manat olmasını bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) 15 sentyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-471/2020 saylı mülki iş üzrə 28 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilk iddia ərizəsinin qismən təmin olunmuş hissəsində və qarşılıqlı iddia ərizəsinin təmin olunmamasına dair hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, ilkin iddianın tam rədd, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X24 ilə nişanlı olduqları vaxtlarda (2010-cu ildə) Cavabdeh və valideynlərinə bildirmişdir ki, x vardır, həmin evi özü tikmişdir və ailə qurduqdan sonra həmin evdə yaşayacaqlar. Ona görə də valideynləri borca girərək ona cehiz əşyaları alaraq, həmin evin 2-ci mərtəbəsini m ebel və digər məişət əşyaları ilə tam təmin etdilər. Toylarından dərhal sonra həmin evə gəlin köçmüş və 5-6 il onunla yaşayaraq birgə təsərrüfat aparmışlar. Qayınatası və qaynanası da həmişə ın həmin evin sahibi olduğunu demişlər. xn ona qarşı olan haqsız hərəkətlərinə, habelə onu dəstəkləyən qaynatası və qayınanasının hərəkətlərinə dözməyərək 24.05.2016-cı il tarixində 2010-cu ildən, yəni gəlin köçdüyü vaxtdan yaşadığı x mərtəbəli evlərindən 3 azyaşlı uşaqlarıyla birlikdə çıxmağa məcbur olmuşlar. Özünə və azyaşlı uşaqlarına aid geyim əşyalarından başqa qalan əmlaklarını, o cümlədən bütün cehiz əşyaları həmin evdə qalmışdır. O vaxtdan da valideynlərinin yaşadığı yataqxananın - Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi, ev 30, yataqxana, 3 saylı otağında yaşamağa məcbur qalmışlar. İddia çının qeydiyyatı xə olsa da, həmin mənzil 26-27 ildir ki, Laçın rayonundan olan məcburi köçkünlər tərəfindən zəbt olunmuşdur. Hal-hazıradək onlar həmin mənzildə yaşayırlar. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)183/2019 saylı, 15.02.2019-cu il tarixli qətnaməsi ilə məcburi köçkünlərin mənzillərindən çıxarılmaları qət olunsa da, bu günə kimi həmin qətnamə icra olunmamışdır. Bu barədə məhkəmə iclasında nümayəndəsi olan atası və vəkili bildirsə də, məhkəmə tərəfindən bu fakta düzgün hüquqi qiymət verilməmişdir. Hətta qətnamədə əsassız olaraq qeyd olunmuşdur ki, guya iddiaçı daimi yaşayış yeri olmaqla qeydiyyatda olduğu ünvanda yaşayır. Halbuki, həqiqətdə 3 azyaşlı uşaqları ilə birlikdə ata-anasının yaşadığı yataqxananın 1 otağına sığınmaq məcburiyyətində qalmışdır. Cavabdeh 3 azyaşl ı uşaqlarında birlikdə daimi yaşamağa başqa yeri olmadığından dəfələrlə Sulutəpə qəsəbəsində olan həmin evə köçmək istəsə də, Cavabdeh iddiası üzrə cavabdehlər cehiz əşyalarını olan həmin evə köçməyinə icazə verməmişlər. Həmin evdən çıxmağa məcbur olduğu vaxtdan, yəni 24.05.2016-cı il tarixindən etibarən Cavabdeh razılığı olmadan orada qalmış bütün cehiz əşyalarından qanunsuz olaraq istifadə edirlər. Bu müddətdə cavabdehlər uşaqlarının saxlanılmasına maddi cəhətdən köməklik etməmişlər, valideynlərinin maddi və mənəvi köməkliyi sayəsində onları saxlamışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.11.2018-ci il tarixli qətnaməsinə əsasən, onunla X24 arasında 13.10.2010-cu ildə bağlanmış nikahları pozulmuş, 3 azyaşlı uşaqları Cavabdeh yanında saxlanılmış və onların saxlanılması üçün X8 ali ment tutulması qət edilmişdir. X39 məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentdən ödəniş etməmiş və hazırda onun 9000 manatdan artıq aliment borcu vardır. Məhkəmə Kollegiyasının dəyişdirilmədən saxladığı birinci instansiya məhkəməsinin adı çəkilən qətnaməsində qeyd olunmuşdur ki, Bakı şəhəri Binəqədi RİH Başçısının 11.06.2002-ci il tarixli, 584 nömrəli “Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2201 saylı, 30.12.2000-cı il tarixli Sərəncamının ləğvi və həmin sərəncamla vət. X11 ayrılmış 600,0 kv.m. torpaq sahəsinin vət. İddiaçı adına keçirilməsi barədə" Sərəcamından görünür ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində vət. X11 ayrılmış 600,0 kv.m. torpaq sahəsi vət. İddiaçı adına keçirilmişdir. Bu fakt da onu təsdiq edir ki, iddiaçı-cavabdeh X22 qəsəbəsində yerləşən torpaq sahəsində olan evlə əlaqədar iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı ayrılmış torpaq sahəsi Sulutəpə qəsəbəsində deyil, Xocəsən qəsəbəsində yerləşir. Dəfələrlə məhkəmədə İddiaçı Əlabas oğluna verilmiş torpaq sahəsinin Binəqədi rayonu, Xocəsən qəsəbəsində olması, Cavabdeh köçmək istədiyi evin (keçmiş əri xa aid) isə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində olması barədə bildirsə də, məhkəmə kollegiyası tərəfindən qərəzli olaraq bu fakta da düzgün hüquqi qiymət verilməmişdir. Belə olan halda məhkəmə tərəfindən məhkəmə iclasında araşdırılan sübutlara qərəzli olaraq iddiaçı-cavabdehin xeyrinə qiymət verməsi tam təsdiq olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məh kəmə iclasında iştirak edən Cavabdeh vəkili X kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanun vericilik normaları tətbiq edilir (qanunun analogiyası).
19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
1. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiy yətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
2. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
3. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
4. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. K assasiya baxışının hədləri
5. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
6. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfində n mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
8. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
9. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 11.06.2002-ci il tarixli, 584 nömrəli sərəncamına əsasən, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2201 saylı, 30.12.2000-cı il tarixli sərəncamı ilə Xocəsən qəsəbəsində Xocəsən qəsəbəsi ərazisində vət. X11 ayrılmış 600,0 kv.m. torpaq sahəsi vət. İddiaçı adına keçirilmiş, Bin əqədi rayon İcra Hakimiyyəti Başçısının 2201 saylı, 30.12.2000-cı il tarixli sərəncamı ləğv edilmişdir.
10. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli, X saylı qətnaməsi ilə cavabdehlər X14, X3, X15 və X4 Bakı şəhəri, ünvan 4 ünvanından çıxarılması, iddiaçılar X5, X2 və Cavabdeh Bakı şəhəri, ünvan 4 ünvanına köçürülməsi qət edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin 13.05.2019-cu il tarixli, X saylı qətnaməsi ilə cavabdehlər X14, X3, X15 və X4 apelyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin X saylı iş üzrə 15.02.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.11.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh X24 arasında 13 oktyabr 2010-cu ildə Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1042 N-si ilə qeyd edilmiş nikahın pozulması, 27 avqust 2011-ci il təvəllüdlü X10, 24 mart 2013-cü il təvəllüdlü X16 və 11 yanvar 2016-cı il təvəllüdlü X21 boşanmadan sonra iddiaçı Cavabdeh yanında qalmaları, cavabdeh X8 iddiaçı Cavabdeh xeyrinə 27 avqust 2011-ci il təvəllüdlü X23 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat aliment, 24 mart 2013-cü il təvəllüdlü X26 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat aliment və 11 yanvar 2016-cı il təvəllüdlü X28 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat alimentin tutulması qət edilmişdir.
13. Bakı Apelyasiya Məhkəməsinin 13. 01.2020-ci il tarixli, X saylı qətnaməsi ilə cavabdeh X12 apelyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.11.2018ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 233 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar olunmamışdır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X n şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Alı Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.
16. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquq ları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində ti tulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, mülkiyyət” kimi qiymətləndirilə bilər. Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsini n mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin maddənin tələbinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüquq saxlanılmır.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik mənzilə köçürmə tələbinin əsaslı lığını iki halla şərtləndirir. Bunlardan biri şəxsin köçürülməsini tələb etdiyi mənzildən (evdən) istifadə hüququnun yaranmış olması, digəri isə, şəxsin bilavasitə özünün və ya birgə təsərrüfat apardığı ailə üzvləri ilə birlikdə inşa etdiyi və ya dövlətə məxsus olsa da, orada uzun müddət yaşamaqla, yeganə yaşayış yeri kimi mənzil şəraitinin qurulması halıdır. Birinci halla bağlı qanunvericilik konkret əsaslar nəzərdə tutub. Mənzil qanunvericiliyində və mülki qanunvericilikdə istifadə hüququ bir qayda olaraq mülkiyyətdə olan mənzilə (evə) münasibətdə yaranır və mülkiyyətçi ilə qarşılıqlı hüquq və vəzifələr yaradır.
20. Hazırkı işdə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh köçürülməsini tələb etdiyi ev xüsusi mülkiyyətdə deyil, buna görə də, həmin evdən istifadə hüququ yarana bilməz. K öçürülmə ilə bağlı ikinci əsasa gəldikdə isə, iş materialları ilə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının həmin evdə bir müddət yaşaması təsdiq edilsə də, həmin evin onun tərəfindən tikilməsi və onun yeganə yaşayış yeri olması halı öz təsdiqini tapmır. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd edir ki, mübahisəli yaşayış sahəsi onun Abbasovla 2010-cu ildə nikaha daxil olmazdan əvvəl mövcud olmuş, o, ailə qurduqdan sonra həmin evə köçmüşdür.
21. Mülki qanunvericilik eyni zamanda şəxsin yaşayış sahəsinə köçürülməsi üçün zəruri ehtiyacın olmasını şərt kimi nəzərdə tutur. Bu o deməkdir ki, şəxsin yaşayış sahəsindən istifadə hüququ əvvəllər yaranmış olsa belə, sonra bu ehtiyac aradan qalxıbsa, istifadə hüququ da aradan qalxır.
22. Belə ki, Cavabdeh başqa yaşayış yerində daimi yaşayış yeri üz rə qeydiyyatda olmaqla yaşayır. Cavabdeh mübahisəli yaşayış sahəsinə ehtiyacının olmaması uzun zamandan bəri mübahisəli evdə yaşamaması, bunu qeyri-mümkün edən və ona hər hansı maneə yaradan hala qarşı hansısa formada etiraz etməməsi ilə də təsdiq edilir. Hazırkı iddianı isə o, yalnız ona qarşı ilkin iddia irəli sürüldükdən sonra qaldırmışdır.
23. Apellyasiya məhkəməsi vurğulamışdır ki, Cavabdeh mübahisəli yaşayış yerinə köçürülməsini tələb etsə də, bu tələbinin əsasını təşkil edən hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Habelə, Cavabdeh mübahisəli evdən istifadə hüququ olmadığı üçün əşyalarını həmin evin istədiyi otağına yığılmasını və saxlanmasını tələb etmək hüququ da yoxdur. Bununla yanaşı, Cavabdeh həmin evə köçürülənədək cehiz əşyalarından ailə üzvləri ilə birlikdə cavabdeh lərin istifadə etmələrinə qadağa qoyulması, İddiaçı, X9 və X8 cehiz əşyalarından istifadə etdiklərinə görə müştərək qaydada onun xeyrinə olaraq 6450 manat məbləğində pulun tutulması tələbi də əsassızdır. Belə ki, Cavabdeh əşyalarının cavabdehlərin uzun müddət əvəzsiz istifadəsinə etiraz etməmiş, müvafiq iddia qaldırmamaqla bu halın davam etməsinə şərait yaratmışdır. Belə olan halda, həmin dövr üçün əvəz tələb edilməsi əsassızdır. Cavabdeh mübahisəli evə köçürülənədək cehiz əşyalarından ailə üzvləri ilə birlikdə istifadə etmələrinə qadağa qoyulması tələbi də təmin edilə bilməz. Belə ki, iddiaçı özü həmin əşyalardan imtina edib, onların çıxarılmasını tələb edir və bu hissədə mübahisə olmadığından həmin tələb öz əhəmiyyətini itirmiş olur.
24. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiy mətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
25. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
26. Qeyd olunanları nəzərə alaraq Kollegiy a belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.