Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2341/2025 19.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş pulun və mediasiya xərcinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqın ın, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş pulun və mediasiya xərcinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2168/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əmək kitabçasında olan qeydlərə əsasən İddiaçı xx.xx.2000-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Kəpəz rayon filialının Pens iya Təminatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 2. xx.xx.2024-cü il tarixli bildirişə əsasən işəgötürən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən işçi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir.
3. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2193 nömrəli əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, müqavilənin müddəti 3 ay təşkil etmişdir.
4. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-171/341992/2024 nömrəli əmrinə əsasən müəyyən edilir ki, Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional f ilialının Vətəndaş müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi İddiaçı 17 avqust 2020-ci il tarixli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə 04 noyabr 2024-cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş pulun və mediasiya xərcinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər şöbəsində aparıcı müffəttiş vəzifəsinə qəbul edilmişdir. xx.xx.2000-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə çalışmışdır. Ümumiyyətlə iddiaçı əmək fəaliyyəti dövründə bir dəfə də olsun intizam tənbehi almamışdır. Fondda hər il keçirilən qiymətləndirilmə imtahanında yüksək nəticələr göstərdiyi üçün pul mükafatına da layiq görülmüşdür. İşçi ilə bağlanmış müddətli əmək müqaviləsi onun iradə ifadəsi olmamışdır. İddiaçı ilə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə müddətli əmək müqaviləsinə cavabdeh qurum tərəfindən qərəzli şəkildə xitam verilmişdir. Odur ki, müvafiq əmr ləğv edilməlidir.
7. İddiaçı tərəfin arqumentinin yoxlanılması məqsədilə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı övladı X1 təyin edilmiş sosial yardım xx.xx.2024-cü il tarixdə dayandırılmış və Fondun Daxili nəzarət departamenti tərəfindən İddiaçı izahatı alınmışdır (izahat əlavə edilmişdir).
8. İş materiallarına əlavə edilmiş hüquqi xidmətlərin göstərilməsi barədə müqaviləyə və ödəniş qəbzinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisə üzrə hüquqi xidmətin göstərilməsinə görə 3500 manat ödəniş edilmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1032/2025 nömrəli 6 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-4-19 92/2024 nömrəli əmrin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Gəncə-Daşkəsən regional Filialının Vətəndaş müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi vəzifəsinə, bu mümkün olmadıqda ona bərabər vəzifədə işə bərpa edilməsi, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə daşıdığı vəzifə üçün müəyyən edilmiş orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi, ödənilmiş 60 manat mediasiya xərci, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 3500 manat pul cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı əmək kitabçasında olan qeydlərə əsasən işçi İddiaçı xx.xx.2000- ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna işə qəbul edilmişdir. Sturuktur dəyişiklikləri ilə əlaqədar xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının (işçi) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Kəpəz rayon filialının Pensiya Təminatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli bildirişə əsasən işəgötürən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən işçi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Dövlət Sosial Müdafiə Fo ndu publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2193 nömrəli əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, müqavilənin müddəti 3 ay təşkil etmişdir. İşəgötürən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-171/3-4- 1992/2024 nömrəli əmrinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialının Vətəndaş müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi İddiaçı 17 avqust 2020-ci il tarixli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə 04 noyabr 2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı tərəfin arqumentinin yoxlanılması məqsədilə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı övladı X1 təyin edilmi ş sosial yardım xx.xx.2024- cü il tarixdə dayandırılmış və Fondun Daxili nəzarət departamenti tərəfindən İddiaçı izahatı alınmışdır (izahat əlavə edilmişdir). Həmin izahata əsasən İddiaçı övladı X4 qızının sosial yardım üçün müraciət etməsindən məlumatı olmamışdır.
11. Məhkəmə tərəfindən hazırlıq iclasında cavabdeh qurumun nümayəndəsinə anoloji müqavilələr üzrə (əgər varsa) 3 aylıq deyil, fərqli müddətə bağlanmış əmək müqavilələrinin təqdim edilməsi təklif edilmişdir. Təklifin mahiyyəti, hazırki mübahisə üzrə faktiki halları digər işçilərin əmək müqavilələri üzrə müddətlə qarşılaşdırmaqla həmin müqavilələr üzrə müəyyən edilmiş müddətin işçinin iradə ifadəsini əks etdiribetdirməməsini müəyyən etmək olmuşdur. Yəni, əgər bağlanmış müqavilə həqiqətən də işçinin iradə ifadəsidirsə (müddətlə bağ lı hissədə) onda cavabdeh qurumda işləyən 2500 nəfər işçinin iradə ifadəsi standart formada eynilik təşkil edə bilməz. İradə ifadəsi şəxslərə görə fərqləndiyindən müqavilə müddətlərində də əsaslı olaraq cüzi də olsa (45-6-8-9 ay və s.) fərq olmalıdır. Lakin, cavabdeh qurum tərəfindən fərqli müddətə bağlanmış digər müqavilə (lər) məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə prezumpsiya olaraq hesab etmişdir ki, fərqli müddətə bağlanmış müqavilə cavabdeh qurumda mövcud deyildir. Deməli, hazırki mübahisə üzrə əmək münasibətləri üzrə 3 aylıq müddətin müəyyən edilməsi işçinin deyil, işəgötürənin iradə ifadəsidir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Münasibətin xarakteri n əzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan və müvafiq əmri qəbul edən cavabdehin üzərindədir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndi, 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin İİ hissəsinin “b” bəndi və 73-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icr ası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. İşəgötürən Fond ilə əmək müqaviləsi bağlamış digər işçilərin əmək müqavilələrinin məhkəmə sübut qismində təqdim olunması yolverilməz hal kimi qiymətləndirilməlidir. Belə ki, ayrı-ayrı işçilərin əmək müqavilələrində onlar barədə fərdi məlumatlar əks olunduğundan məhkəmənin yuxarıda qeyd olunan təklifi cavabdehin nümayəndəsi tərəfindən ağlabatan hesab edilməmiş, hazırkı işə hər hansı sübuti təsir göstərəcəyi müəyyən edilməmişdir. Əvəzində isə işəgötürən Fond ilə işçi İddiaçı bağladığı əmək müqavilələri sübut qismində qiymətləndirilməlidir. Belə ki, onunla bağlanmış sonuncu, yəni xx.xx.2024 -cü il tarixli əmək müqaviləsi İddiaçı tərəfindən “Əmək Müqaviləsi” Alt Sistemində (ƏMAS) elektron imza vasitəsilə imzalanmışdır. Aydın olduğu kimi, elekton imzalanma artıq hər hansı kənar müdaxilənin və təsirin mövcud olmasını istisna edir. Həmçinin bildiririk ki, xx.xx.2024-cü il tarixdə imzalanmış müqavilə əvvəlkilərdən fərqli olaraq 2 aylıq bağlanmışdır. Bununla da əmək müqaviləsində işçinin iradə ifadəsi özünü aşkar büruzə verir. Belə ki, işçi ilə işəgötürən əvvəl 3 aylıq müqavilə bağlasa da, sonradan tərəflərin hüquq bərabərliyi çərçivəsində bu müqavilənin müddəti 2 aya endirilmişdir. Hazırkı iş üzrə də bu müqavilənin yalnız işəgötürənin mövqeyini əks etdirdiyi ilə bağlı əsaslandırma işin halları ilə uyğunlaşmır. İddiaçının iddia etdiyi və məhkəmə əsaslandırmasının bir hissəsini təşk il edən hallar məhkəmə prosesi zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmə sorğusuna cavab olaraq təqdim olunan məktubda da yuxarıda qeyd olunan hallarla işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi arasında hər hansı səbəbli əlaqə müəyyən edilməmişdir. Bildiririk ki, ehtimal olunan pozuntularla bağlı işçi barədə hər hansı məlumatın əldə olunması işəgötürənin qadağan olunmayan hüququdur. Sözügedən izahatın alınmasının işçi ilə işəgötürən arasında mövcud olan əmək münasibətlərinə təsiri aşkar edilməmişdir. İş üzrə vəkilin xidmət haqqı üçün 3500 manat məbləğin cavabdehdən tutulması ağlabatan olmadığında n məhkəmənin gəldiyi nəticə bu hissədə də əsassız olmuşdur. Belə ki, “müqavilə azadlığı” kimi hüquqi yanaşmanın hazırda mövcud işə tətbiqi mütənasib olmamışdır. Qətnamədə aydındır ki, məhkəmə 3500 vəkil haqqının tutulmasını ağlabatan hesab etsə də, bu nəticəyə gəlməsi üçün əsas olan halları müəyyən edə bilməmişdir. İddiaçının sonuncu müqaviləsində əmək haqqının 2000 manat olması, həmçinin iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdən bugünədək işsiz olması və şəxsin aylıq xərcləri nəzərə alınmaqla, 3500 manat vəkil haqqı iş üzrə ağlabatan məbləğ hesab oluna bilməz.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2168/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apelly asiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2000-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Kəpəz rayon filialının Pensiya Təminatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli bildirişə əsasən işəgötürən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən işçi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləs inin müddətinin qurtarması) əsası ilə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3171/3-4-1992/2024 nömrəli əmrinə əsasən müəyyən edilir ki, Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialının Vətəndaş müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi İddiaçı 17 avqust 2020-ci il tarixli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə 04 noyabr 2024-cü il tarixdə xitam verilmişdir.
18. Apellyasiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin iddianın təmin edilməsi barədə qənaəti qanuni və əsaslıdır. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müqavilə müddətinin qurtarması əsası ilə xitam verilmişdir.
19. İddiaçının dövlət qulluqçusu kimi 2000-ci ildən işlədiyi qurumda xx.xx.2020-ci ildə “öz xahişi ilə” əmə k müqaviləsinə xitam verilməsi, xx.xx.2020-ci ildə cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Belə ki, onun, 2000-ci ildən uzun müddət həmin təşkilatda müxtəlif vəzifələrdə çalışdığı halda, xx.xx.2020-ci ildə hansısa səbəbdən əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi ağlabatan deyil.
20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 5 ildən artıq müddətdə cavabdeh təşkilatda işləmişdir və yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisə doğurmur, belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan suiistifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır.
21. Apellyasiya məhkəməsinin qənaətinə görə, uzun illər eyni müəssisədə çalışmış işçi ilə 2 və ya 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.
22. İddiaçı cavabdeh təşkilatda 5 ildən artıq işlədiyindən, onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi, ona görə də xx.xx.2020-ci il tarixli yeni əmək müqaviləsinin, həmin müqavilənin 3 ay müddətinə bağlanmasına aid hissəsi etibarsızdır.
23. Hüquqi yardıma görə məhkəmənin tutduğu 3.500 manatın ağlabatan olmaması ilə bağlı şikayətin dəlilinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırki bazar iqtisadiyyatı şəraitində və hazırki işin xarakterinə münasibətdə bu qiymət yüksək hesab olunmur. Hər bir vəkil gördüyü işin, göstərdiyi xidmətin dəyərini müəyənləşdirməkdə sərbəstdir və qanunla buna məhdudiyyət qoyulmamışdır. Həmin məbləğdən vergi və digər icbari ödənişlər tutulduqdan sonra qalan məbləğ vəkilin qazancı sayılır. Odur ki, apellyasiya məhkəməsi göstərilən məbləği hazırkı işə münasibətdə ədalətli və ağlabatan hesab etmişdir.
24. Apelyasiya şikayətində qeyd olunanlar qanuni və əsaslı olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
25. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilən apellyasiya şikayətin ə etirazda iddiaçının hüquqlarının Bakı Apellyasiya Məhkəməsində müdafiəsi üçün bağlanmış müqavilənin əvəzi olaraq 1300 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir.
26. Etiraza əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 1300 manat pul köçürülmüşdür. Ödənişin təyinatı xx.xx.2025-ci il tarixli müqavilə olmuşdur.
27. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
28. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya icraatında iddiaçının hüquqlarının təmsil edilməsinin dəyərinin 1300 manat gös tərilməsi ağlabatandır. Bu səbəbdən də qeyd edilən məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1, 4 və 5-ci hissələrinə, 47-ci maddəsinin “f” bəndinə, 68-ci maddəsinin “b” bəndinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 2-ci hissəsinə, 300-cü maddəinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 121.1-ci maddələrinə də istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (vəkili - X2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)- 2168/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbini n rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçi ilə bağlanmış əmək müqaviləsində göstərilən müddət qurtardığından işəgötürən əmək münasibətlərinin davam etdirilməsini deyil, xitam verilməsini tələb etmiş və buna dair işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-259304/2024 nömrəli məktubla işçiyə məlumat verilmişdir. Məlumdur ki, müddət bitdikdə işəgötürən tərəfindən əmək münasibətlərinin davam etdirilməsi və ya əmək müqaviləsinə xitam verilməsi işəgötürənin hüququdur. İşəgötürən isə öz hüququndan istifadə edərək əmək münasibətlərini davam etdirməmiş və əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır
32. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, işçinin əmək funksiyası daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan iş kateqoriyalarına aid olduğundan onunla əmək müqaviləsi müddətli bağlanıla bilməzdi. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin kontekstində yanaşdıqda müəyyən olunur ki, hətta işçinin əmək funksiyası daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan iş kateqoriyalarına aid olduğu hallarda belə tərəflər əmək müqaviləsini qarşılıqlı razılıq əsasında müddətli bağlaya bilərlər.
33. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı tərəfimizdən işin bütün hüquqi və faktiki hallarına əsaslanan etiraz, eyni zamanda bu halları ehtiva edən sübutlar məhkəməyə təqdim olunmuşdur. Buna baxmayaraq, hakim tərəfindən sözügedən etiraz və sübutlara münasibət bildirilməmiş, qətnamənin qəbul edilməsi əsasları kimi yalnız iddiaçının lehinə şərh oluna biləcək hallar sadal anmışdır. Əlavə olaraq, tərəflərindən iddiaçının iddia ərizəsində göstərdiyi məlumatların öz təsdiqini tapmaması barədə kifayət qədər sübutlar təqdim edilsə də, hakim tərəfindən həmin sübutlara da münasibət bildirilməmişdir.
34. Məhkəmə qətnamə qəbul edərkən iddiaçının işçi statusunda yol veridiyi nöqsanlara, onun iddia ərizəsində qeyd etdiyi etirafedici ifadələrinə, eyni zamanda iddia tələbinə qarşı etirazda ətraflı və aydın şəkildə sadalanan hallara hər hansı aydınlıq gətirməmişdir. Bu kimi faktiki halların məhkəmə tərəfindən aydınlaşdırılmaması obyektiv məhkəmə araşdırılmasının təmin olunmaması anlamına gəlməkdədir.
35. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə vəkilin xidmət haqqı üçün 3500 manat məbləğin cavabdehdən tutulması ağlabatan olmadığından məhkəmənin gəldiyi nəticə bu hissədə də əsassız olmuşdur. Belə ki, “müqavilə azadlığı” kimi hüquqi yanaşmanın hazırda mövcud işə tətbiqi mütənasib olmamışdır. Qətnamədən aydındır ki, məhkəmə 3500 manat və 1300 manat vəkil haqqının tutulmasını ağlabatan hesab etsə də, bu nəticəyə gəlməsi üçün əsas olan halları müəyyən edə bilməmişdir. İddiaçının sonuncu müqaviləsində əməkhaqqının 2000 manat olması, həmçinin iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdən bugünədək işsiz olması və şəxsin aylıq xərcləri nəzərə alınmaqla, 3500 manat və 1300 manat vəkil haqqı iş üzrə ağlaba tan məbləğ hesab oluna bilməz.
36. Kassasiya şikayəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə, 45, 47-ci maddələrinə, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 73-cü maddəsinin 1-ci hissəsinə, b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya məhkəməsionin qətnaməsinin qüvvədə saxlanılmasını, kassasiya icraatı zamanı iddiaçı tərəfindən vəkilə göstərdiyi yardıma görə ödənilmiş 970 manat xərcin də cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən alınaraq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Etiraza əlavə edilmiş 5 saylı Vəkil Bürosunun rəhbəri X3, vəkil Nümayən də1 və İddiaçı tərəfindən imzalanmış 24 iyul 2025-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin 1.2-ci bəndinə əsasən tapşırığın mahiyyəti əmək mübahisəsikassasiya şikayətinə etirazın hazırlanması və göndərilməsidir. 1.3-cü bəndinə əsasən tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan Ali Məhkəmədir. Müqavilənin 2.1-ci bəndə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılığa əsasən 970 (doqquz yüz yetmiş) manat müəyyən olunur.
39. Etiraza əlavə olunmuş 24 iyul 2025-ci il tarixli qəbzə əsasən 5 saylı Vəkil Bürosunun hesabına 970 (doqquz yüz yetmiş) manat ödənilmişdir.
40. Etiraza müvafiq etibarnamə və order də əlavə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
41. Maddə 45
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir
42. Maddə
47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;
43. Maddə 68.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:... b) əmək müqaviləsinin müddətinin qurtarması;
44. Maddə 73. 45.
1. Müddətli əmək m üqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
46. Maddə 296....
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
47. Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 6 9, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya məhkəməsi Azərbaycan Respublikasının MPM-in 121.1-ci maddəsini pozaraq birinci və apellyasiya instansiyası məhkəmələrində vəkilin iddiaçıya göstərdiyi hüquqi xidmətlərə görə haqqın məbləğini ağlabatan məbləğdə müəyyənləşdirməmişdir. Belə ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində iddiaçıya g östərilən hüquqi yardıma görə vəkilə ödənilmiş xərcə görə cavabdehdən alınıb iddiaçıya verilməli ağlabatan məbləğin 3500 manat olması ilə razılaşmış, apellyasiya instansiyası məhkəməsində isə iddiaçıya göstərilən hüquqi yardıma görə vəkilə ödənilmiş xərcə görə cavabdehdən alınıb iddiaçıya verilməli ağlabatan məbləği isə 1300 manat məbləğində müəyyənləşdirmiş, lakin mövqeyini kifayət qədər əsaslandıra bilməmişdir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş məbləğlər hüquqi yardım göstərilməsi barədə müqavilənin tərəflərinin qarşılıqlı razılığı ilə müəyyənləşdirilir. Belə olan təqdirdə həmin müqavilədə göstərilən istənilən məbləğin ağlabatan hesab edilməsi mümkün deyildir.
61. Nəzərə almaq lazımdır ki, hazırkı məhkəmə işi mürəkkəb iş də sayıla bilməz və birinci və apelyasiya instansiyası məhkəmələrində ayrı-ayrılıqda çoxsaylı məhkəmə iclasları da keçirilməmişdir. Bu hallar da vəkilin iddiaçıya göstərdiyi yardıma görə cavabdehdən alınıb iddiaçıya verilməsi məqsədilə xərclərin ağlabatan məbləğinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
62. Məhkəmə kollegiyası hesab edir ki, işin konkret halları və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, iddiaçıya birinci instansiya məhkəməsində göstərilmiş hüquqi yardıma görə xərcin (haqqın) ağlabatan məbləği 700 (yeddi yüz) manat, apellyasiya instansiyası məhkəməsində göstərilmiş hüquqi yardıma görə xərcin (haqqın) ağlabatan məbləği 500 (beş yüz) manat müəyyən edilməli, ona görə də kassasiya şikayəti qismən təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(10 3)2168/2025 nömrəli qətnaməsi hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş pul məbləğlərinin cavabdehdən tutulması hissəsi pul məbləğlərinə dair hissədə dəyişdirilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində hüquqi xidmətin göstərilməsi üçün vəkilə edilmiş ödəməyə görə 700 (yeddi yüz) manat, Bakı Apellyasiya Məhkəməsində hüquqi xidmətin göstərilməsi üçün vəkilə edilmiş ödəməyə görə 500 (beş yüz) manat Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməlidir.
63. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qalan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaları nın pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən qalan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi mübahisələndirilən qalan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, habelə həmin hissə üzrə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin mübahisələndirilən qalan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
65. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilə n qalan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
66. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)2168/2025 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
67. İddiaçı tərəf kassasiya instansiyası məhkəməsində hüquqi yardım göstərilməsinə görə vəkilə 970 (doqquz yüz yetmiş) manat ödənilməsini təsdiq edən sənədlər təqdim edərək 970 manat xərcin də cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən alınaraq İddiaçı ödənilməsi barəd ə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası belə hesab edir ki, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə vəkilin kassasiya instansiyası məhkəməsində iddiaçıya göstərdiyi yardıma görə xərcin (haqqın) ağlabatan məbləği 500 (beş yüz) manat müəyyənləşdirilməli və Azərbaycan Respublikasının Ali Məhkəməsində hüquqi xidmətin göstərilməsi üçün vəkilə edilmiş ödəməyə görə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən 500 (beş yüz) manat tutularaq İddiaçı ödənilməlidir.
68. Azərbaycan Respublikasının MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərar a alır.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-2168/2025 nömrəli qətnaməsi hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş pul məbləğlərinin cavabdehdən tutulması hissəsi pul məbləğlərinə dair hissədə dəyişdirilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində hüquqi xidmətin göstərilməsi üçün vəkilə edilmiş ödəməyə görə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən 700 (yeddi yüz) manat tutularaq İddiaçı ödənilsin. Bakı Apellyasiya Məhkəməsində hüquqi xidmətin göstərilməsi üçün vəkilə edilmiş ödəməyə görə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən 500 (beş yüz) manat tutularaq İddiaçı ödənilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-2168/2025 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Ali Məhkəməsində hüquqi xidmətin göstərilməsi üçün vəkilə edilmiş ödəməyə görə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən 500 (beş yüz) manat tutularaq İddiaçı ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.