Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2343/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili X4, Cavabdeh1, vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-146/2018, hakim K.B.Əsədov) İd diaçı cavabdehlər İddiaçı və Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “reyestr kitabında aparılmış qeydlərə düzəliş edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8393/2018, hakimlər R.Ə.Eyvazov, S.F.Hacıyev, F.Ş.Talışinski) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 11 yanvar 2017-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayeva küçəsində yerləşən 10 saylı fərdi yaşayış evinin “B” literli tikilinin ümumi sahəsinin 74.7 kv.m göstərilmiş 2 yaşayış otağı üzərində X1 xüsusi hüququna dair 02 saylı reyestr kitabının 144-cü səhifəsində 23.09.2000-ci il tarixdə 30/19537 reyestr nömrəsi ilə aparılmış qeyddən “ümumi sahəsi 74.7 kv.m” sözlərinin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulm uş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlnılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. 11 avqust 2000-ci il tarixli müqavilə əsasında İddiaçı Abasəli oğlu xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 36,9 m2, ümumi sahəsi 74,7 m2 olan 2 otağını qardaşı X2 bağışlamışdır. X1 qeyd edilən yaşayış evinin «B» tikilisi, 2 yaşayış otağı 36,9 m2, ümumi sahəsi 74,7 m2 olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı 11 avqust 2000-ci il tarixli bağışlama müqaviləsinə əsasən mübahisəli yaşayış evinin «B» tikilinin yalnız sahəsi 36,9 m2 olan 2 yaşayış otağını cavabdehə bağışladığına, lakin qeydiyyat vəsiqəsində, yəni daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd düzgün olmadığna, ümumi sahə kimi 74,7 m2 göstərildiyinə istinad edərə k qeyddən «ümumi sahəsi 74,7 m2» sözlərinin çıxarılması barədə hazırki iddia tələbini irəli sürmüşdür. Apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi şəxslərin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsaslarından biri də, bağışlama müqaviləsidir. Mübahisəli yaşayış evi - «A», «B», «V» və «Q» literli tikililərindən ibarətdir. Mübahisə obyekti olan «B» tikilisi sahələri 18,0 m2 və 18,9 m2 olan 2 yaşayış otağı və sahəsi 37,8 m2 olan qalereya olmaqla, 74,7 m2 ümumi sahədən ibarətdir. 11 avqust 2000-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, iddiaçı mülkiyyətində olan mübahisəli yaşayış evinin yaşayış sahəsi 36,9 m2, ümumi sahəsi 74,7 m2 olan 2 otağını cavabdehə bağışlamış, bundan sonra qeyd edilən hissədə cavabdehin daşınmaz əmlak ın dövlət reyestrində mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd bağışlama müqaviləsinə uyğun olmuşdur. Bağışlama müqaviləsi isə tərəflərin özü və ya məhkəmə tərəfindən ləğv olunmamış, onun hər hansı şərti etibarsız sayılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həm in məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddə sinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2343/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2343/2019
28.03.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver