Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2343/2025 20.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-628/2025 nömrəli iş üzrə, 14 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh İddiaçı oğludur. Cavabdeh görmə qabiliyyətinin 95 faizini itirmişdir, buna görə 700 manat pensiya alır.
2. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 3, mənzil 21 (bundan sonra – mübahisəli ev) iddiaçının mərhum əri, cavabdehin atasından miras əmlak kimi qalmış və hazırda iddiaçının xüsusi mülkiyyətindədir.
3. Cavabdeh nikaha daxil olduqdan sonra mübahisəli evdən çıxaraq atasının adına olan digər mənzildə yaşamağa başlamışdır. Həmin evdə 15 ilə yaxın yaşamış və nikahı pozulduqdan sonra təxminən 4 il əvvəl mübahisəli mənzildə yeni ailəsi ilə yaşamağa başlamışdır. İddiaçının əri vəfat etdikdən sonra cavabdehin əvvəllər yaşadığı həmin mənzil satılmış və cavabdehə Biləcəri qəsəbəsində sənədsiz 3 otaqlı fərdi yaşayış evi alınmışdır. Həmin evi cavabd eh 300 manata kirayə vermiş və iddiaçı ilə birlikdə yaşamağa davam etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 3, mənzil 21 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh birgə yaşayış qaydasını pozaraq ona rahat yaşamağa imkan vermir. Cavabdehə alınmış evin yaşamaq üçün bütün kommunal şəraiti vardır. Cavabdehə köçüb orada yaşamasını dəfələrlə bildirsə də, könüllü qaydada mənzildən çıxmamışdır. Cavabdehin onun iradəsinə zidd olaraq mənzildə yaşaması mülkiyyətçi kimi hüquqlarını pozur.
6. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, atası vəfat etdikdən sonra anası onu vərəsəlikdən imtina etməyə məcbur etmişdir. İddiaçı onun xəbəri olmadan atasının ona aldığı 1 otaqlı evi ondan xəbərsiz satmışdır. Hansı ki, həmin evdə o, artıq 15 il idi ki yaşayırdı. 2023-cü ildə Biləcəridən alınan evin isə 3000 manatını o kredit götürərək vermişdir. Atasından kifayət qədər pul və 3 ev miras qalmışdır. O, Biləcəridəki evi kirayə vermişdir və ordan aldığı pulu müalicəsinə xərcləyir. Əgər anası ona əlavə 1 otaqlı ev alarsa evdən çıxmağa razı olar. O, Biləcəridəki evi 300 manat kirayəyə vermişdir, əlilliyi ilə bağlı isə 700 manat pensiya alır. Həmin məbləğ onun xərclərini ödəmir.
7. Bakı şəhəri Binəqədi Rayo n Məhkəməsinin 2(001)-3385/2024 saylı, 9 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia təmin edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil əvvəlcə tərəflərin müvafiq olaraq ər və atasının mülkiyyətində olmuş və həmin şəxslər bir yerdə həmin mənzildə yaşamışlar. Lakin cavabdeh daimi əsasla mənzili tərk edərək başqa yerdə yaşamışdır. Cavabdehin həmin vaxtdan istifadə hüququ itirilmişdir. Bununla belə, cavabdeh Mənzil Məcəlləsinin qüvvəyə mindiyi vaxtdan, yəni 2009-cu ildən sonra əvvəlki mülkiyyətçinin, daha sonra iddiaçının razılığı ilə həmin mənzildə yenidən yaşamağa başlamışdır. Halbuki, cavabdehin bu zaman da, indi olduğu kimi yaşamağa başqa yeri olmuşdur.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin Biləcəri qəsəbəsində 3 ota qlı fərdi yaşayış evi vardır və həmin evdən istifadə etməsinə hər hansı maneə yoxdur. Cavabdehin həmin evi kirayəyə verərək iddiaçının xüsusi mülkiyyətində olan evdə yaşaması və mənzildən çıxmaq üçün 60.000 manat kompensasiya tələb etməsi hüqudan sui-istifadə hesab olunur. Bundan əlavə, başqa yaşayış sahəsi olan cavabdehin maddi və fiziki durumu mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas vermir. Odur ki, cavabdehin ona mənzil alınaraq daimi əsaslarla köçdüyü vaxtdan istifadə hüququ itirildiyindən, hal-hazırda da başqa evi olmaqla yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün onun istifadə hüququnun saxlanması üçün əsas olmadığından iddiaçının tələbi əsaslı olmuşdur.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci, Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə i stinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun olduğu bildirilən evin ona aid olduğunu təsdiq edən heç bir qanuni sənəd yoxdur və bu iddiaçının əsassız subyektiv fikri olmuşdur. Həmçinin cavabdeh qeyd edilən həmin evə köçməmiş və daima hazırda yaşadığı ünvanda yaşamış və yaşamaqda da davam edir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-628/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Məhəmməd Rüstəmli və Səadət Səlimova) apellyasi ya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
15. Belə ki, mübahisəli mənzil əvvəllər iddiaçının mərhum ərinin, yəni cavabdehin atasının mülkiyyətində olmuş və həmin şəxslər bir yerdə həmin mənzildə yaşamışlar. Lakin sonradan cavabdeh daimi əsasla mənzili tərk edərək başqa yerdə yaşamışdır. Cavabdehin Biləcəri qəsəbəsində 3 otaqlı fərdi yaşayış evi vardır və həmin evdən istifadə etməsinə hər hansı maneə yoxdur. Cavabde h apellyasiya baxışı zamanı izahatında fərdi yaşayış evi alındığını etiraf etmiş, lakin həmin evdə yaşamadığını, onu kirayə verdiyini, kirayə pulunu isə müalicəsinə və aliment ödənilmsinə sərf etdiyini göstərmişdir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin ona mənzil alınaraq daimi əsaslarla köçdüyü vaxtdan istifadə hüququ itirildiyindən, hal-hazırda da başqa evi olmaqla yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün onun istifadə hüququnun saxlanması üçün əsas olmadığından iddiaçının tələbi əsaslıdır olmuşdur. a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellaysiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şika yətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
21. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçi sinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norm aları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
32. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiy a şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də, şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. M əhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-628/2025 nömrəli iş üzrə, 14 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.