Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2344/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2344/2019 01 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, V*** Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli, 2(103)9776/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 189-190 N-li orta mək təbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N-li tam orta məktəb (direktor ) tərəfindən qəbul edilmiş 02 may 2018-ci il tarixli, 31 №-li əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, vəzifəsi üzrə işə bərpa olunması və 02 may 2018-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxmaya görə ala bilmədiyi əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Z.Abdullayev) 20 iyun 2018-ci il tarixli, 2(009)-2093/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.A.Mərdanova, İ.Ş.Vəliyev və Q.F.Məmmədov) 11.09.2018-ci il tarixli, 2(103)-9776/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili X4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili X4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işdən azad edilməyi barədə ərizənin ləğv edilməsi barədə cavabdehə ərizə verərkən cavabdeh onun yerinə başqa bir işçi götürdüyü barədə ona rəsmi qaydada xəbərdarlıq verməmişdir. Lakin sonradan ona məlum ol muşdur ki, cavabdeh əmək məcəlləsinin 69.4-cü maddəsinin tələblərini pozaraq ona heç bir xəbərdarlıq məktubu vermədən vəzifəsinə başqa bir işçini götürmüşdür. Məhkəmə tərəfindən qətnamədə işdən azad edilməyi barədə ərizəsinin ləğv edilməsinə dair cavabdehə yazdığı həmin ərizəyə heç bir hüquqi qiymət verilməməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Qanunun tələbinə görə o, 1 ay əvvəlcədən cavabdehi yazılı xəbərdar etməklə əmək müqaviləsini ləğv etməliydi. Lakin cavabdeh ona təzyiq göstərib işdən azad edilməyi barədə 02.05.2018-ci il tarixli ərizə yazdırdığı eyni gündə yəni 02.05.2018-ci il tarixli işdən azad edilməyi barədə 31 saylı əmr vermişdir. Yəni cavabdeh 1 ay vaxt keçmədən elə ərizənin yazıldığı tarixdə əmr verməklə ona qarşı qərəzli olduğunu, ərizənin təzyiq altında yazıldığını təsdiq etmişdir. Məhkəmə tərəfindən cavabdehin Əmək Məcəlləsinin 69.1-ci maddəsinin tələblərini pozmasına da əhəmiyyət verilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə uyğun olaraq işə onun izahatı alınmadan baxılmışdır. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 11.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı 1992-ci ildən Səbail rayonu, 189-190 nömrəli məktəbdə müəllimə vəzifəsində işləmiş və işdən azad olunana qədər ibtidai sinif müəlliməsi olmuşdur. İbtidai sinif müəlliməsi kimi məktəbin 1a sini fi iddiaçıya həvalə olunmuş və iddiaçı həmin məktəbdə öz vəzifələrini icra etmişdir. 01.05.2018-ci il tarixdə iddiaçının rəhbərlik etdiyi sinifdə oxuyan *** adlı şagirdin valideyni Xanım *** şikayət ərizəsi ilə məktəbə müraciət edərək, övladının müəllimə tərəfindən işgəncəyə məruz qaldığını bildirmiş və bununla bağlı tədbir görülməsini xahiş etmişdir. Həmin şikayət ərizəsi ilə əlaqədar məktəbin direktoru tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddiaçı «X3 Qaydaları»nın 4.1.1, 4.1.3, 4.1.9 və 4.2.6-cı bəndlərinin tələblərini pozmuşdur. Bununla əlaqədar iddiaçı tərəfindən izahat yazılmış və həmin izahatda iddiaçı etiraf etmişdir ki, şagirdə xəsarət onun tərəfindən xətkeşlə yetirilmişdir. Bununla əlaqədar məktəbin direktoru iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi barədə razılığın alınması üçün təqdimatla məktəbin həmkarlar Komitəsinə müraciət etmişdir. Həmkarlar Komitəsinin 02 may 2018-ci il tarixdə keçirilən iclasda qəbul edilmiş qərarı ilə məktəbdaxili intizam qaydalarını, eləcə də «X3 Qaydaları»nın 4.1.1, 4.1.3, 4.1.9 və 4.2.9-cu bəndlərinin tələblərini pozduğuna, bununla da əmək fəaliyyətində yol verdiyi nöqsanlarla əlaqədar iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Həmkarlaq Komitəsinin qərarı barədə iddiaçıya məlumat verilmiş və bundan sonra iddiaçı onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə 02.05.2018-ci il tarixli ərizə ilə məktəbin direktoruna müraci ət etmişdir. *** nömrəli məktəbin direktorunun 02.05.2018-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69 maddəsinin 3-cü hissəsi ilə xitam verilmiş və iddiaçı işdən azad edilmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, *** nömrəli məktəb üzrə intizam tənbehi verilməsi barədə 29.12.2017-ci il tarixli 121 nömrəli əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndi ilə töhmət verilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasını n Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 69.1-ci bəndinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgö türəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 3-cü bəndinə əsasən, işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin maddənin 4-cü məndinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddə ti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək düzgün olaraq qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, iddiaçının öz iradə ifadəsini əks etdirən ərizəsini nəzərə alaraq, qanunvericiliyin tələblərinə riayət et mişdir, bu səbəbdən də iddiaçının tələbi əsaslı sayıla bilməz. *** məktəb tərəfindən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi barədə razılığın alınması üçün təqdimatla məktəbin həmkarlar Komitəsinə müraciət edilsə də, sonradan iddiaçının işdən azad olunması barədə ərizə əsasında onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69 maddəsinin 3-cü hissəsi ilə xitam verilməsi qanunvericiliyin tələblərini pozmamışdır. Belə ki, əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Apellyasiya instansiyası məhkəməsi iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsini araşdıraraq düzgün olaraq hesab etmişdir ki, iddianın həmin hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən asılı olduğundan və iddiaçının həmin tələbi əsassız olduğundan, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbi də əsaslı sayıla bilməz. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddaçı işdən azad olunmasını qanunsuz hesab edərək, əvvəlki iş yeri olan *** nömrəli məktəbdə müəllimə vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə cavabdehdən onun xeyrinə əmək haqqının tutulmasını tələb etsə də, bu barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Əks inə, məhkəmə kollegiyasının iclası zamanı cavabdeh tərəfindən təqdim edilmiş video görüntülər proses iştirakçıları ilə birlikdə tədqiq edilərkən müəyyən edilmişdir ki, cavabdeh tərəfin göstərdiyi dəlillər həqiqətə uyğun olmaqla yanaşı, iddiaçı tərəfindən digər şagirdlərə də zorakı hərəkətlərin edilməsi müəyyən edilmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına qanunvericiliyinin tətbiqi baxımından düzgün qiymət verərək, iddia tələblərinin rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçir ilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəmə sinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçı ərizəsini təzyiq altında yazdığını qeyd etsə də, bu dəlil üzrə sübutetmə yükünün üzərində olmasına baxmayaraq, öhdəsindən gələ bilməmişdir. Bu baxımdan aşağı instansiya məhkəmələri Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etməklə düzgün olaraq iddianı rədd etmişlər. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsa sən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli, 2(103)-9776/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-2344/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2344/2019
01.04.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - İşə bərpa - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver