Məhkəmə qərarları › İş №2(102)-2346/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2346/2025

12.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2346/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin ödənilməsi, tələbin maddi hüquqi əsası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 aprel 2025-ci il tarixli 2(103)-2223/2025 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 1 2 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı və Cavabdeh 07 dekabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 01 oktyabr 2019-cu il təvəllüdlü Güntən və 18 oktyabr 2021-cı il təvəllüdlü Mənsurə adlı uşaqları doğulmuşdur.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaqların analarının himayəsində saxlanılması və uşaqlar 18 yaşına çatanadək onların saxlanılması üçün Cavabdeh aliment tutulması qət edilmişdir.

3. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)1580/2023 saylı qətnaməsi ilə “Audi A7” markalı, **-DL-*** dövlə t qeydiyyat nişanlı, 2018ci il buraxılışlı, WAUZZZF22KN063582 ban nömrəli avtomobil üzərində İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə payları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh” ilə nikah dövründə əldə olunmuş “AUDİ A7” minik markalı **-DL-*** dövlət nömrə nişanlı, AD730338 nömrəli xx.xx.2020-ci il tarixli şəhadətnaməsi olan 2018-ci buraxılış illi qara metallik rəngli, ban nömrəsi WAUZZF22KN063582 olan nəqliyyat vasitəsinin (bundan sonra “mübahisəli avtomobil”) (dəyəri 99.500.00 manat təşkil edən) dəyərinin ½ hissəsi olan 49750 manat pul vəsatinin, həmin məbləğə görə ödədiyi 239,25 manat dövlət rüsumunun və 300 manat vəkilin xidmətinə ödədiyi vəsaitin cavabdehdən alınmaqla ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobil üzərində paylarını müəyyən edən qətnamə icraya yönəldilmiş olsa da, indiyə qədər icra olunmamış və avtomobil cavabdeh tərəfindən idarə olunmaqla istismarı ilə əlaqədar iddiaçıya ziyan dəyir. Avtomobilin üzərinə həbs qoyulmasına baxmayaraq indiyə qədər cavabdeh tərəfindən idarə olunur. Buna görə də həmin avtomobilin məhkəmə qətnaməsi çıxarılan vaxtda olan 99.500 manat dəyərinin ½ hissəsinin dəyəri olan 49750 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

6. Cavabdeh elektron kabinet vasitəsi ilə iddia tələbinə etiraz göndərərək göstərmişdir ki, iddiaçının iddiası ab surd və əsassızdır. Belə ki, iddiada 49750 manat pul tələbi ümumiyyətlə əsaslandırılmamış və bu tələbə əsas ola biləcək hüquqi normalar qeyd olunmamışdır. İddiada əsas kimi qeyd olunan hüquqi normalar normativ hüquqi aktlarda əks olunmuş insan və vətəndaş hüquqlarının ümumi müddəalara aiddir. Məlum olduğu kimi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1580/2023 nömrəli qüvvəyə minmiş qətnaməsi ilə mübahisəli avtomobil üzərində tərəflərin hər birinin ½ hissədə payı müəyyən edilmişdir. Həmin qətnamədə məhkəmə iddiada qeyd olunan və mülkiyyətə dair normaları “pul” tələbinə deyil, pay bölgüsünə əsas olan hüquqi normalar kimi müəyyən etmişdir. Eyni zamanda, məhkəmənin mövqeyinə əsasən iddia tələbində iddiaçının hansı əsasla 49750 manat pulu (əlavə tələblər çıxdıqdan sonra) cavabdehdən təl əb etməsi aydın deyil. Belə ki, avtomobilin qiymətləndirilməsi aparılmayıb. İddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin avtomobili qiymətləndirmə rəyi hər-hansı bir bazar qiymətlərinə əsaslanmayan və eyni zamanda, hüquqi qüvvəsi olmayan kağız parçasıdır. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə uyğun olaraq, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirmə ilə tərəflərin hər hansı biri razı olmadığı halda, avtomobilin açıq hərracdan satılaraq dəyərinin paylara uyğun bölünməsi təmin edilir. Digər tərəfdən, hüquq və azadlıqların məhkəmə müdafiəsi müvafiq məhkəmə aktının qəbul edilməsi ilə yanaşı onun icra edilməsi ilə təmin olunur. Azərbaycan Respublikasında məhkəmə və digər orqa nların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir, icra məmuru tərəfindən icra sənədi əsasında icraata başlanılır. Məhkəmə aktları ilə icra məmuru icraata başlayır və icra hərəkətləri aparılmaqla şəxsin pozulmuş hüquqlarının müdafiəsi təmin edilir. Məhz bu səbəbdən də, mülki prosessual qanunvericiliyə əsasən pozulmuş hüququn məhkəmədən kənar müdafiəsi mümkündürsə, belə bir qayda qanunvericiliklə nəzərdə tutulmuşdursa, o zaman həmin qaydaya uyğun olaraq, məhkəmədən kənar həyata keçirilir. Hazırda baxılan mülki iş materiallarından aydın olur ki, qeyd edilən məsələ üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)1580/2023 nömrəli qüvvəyə minmiş qətnaməsi mövcuddur və icra mərhələsində həll edilməlidir. Tərəflərinin hər birinin ½ hissədə avtomobil üzərində payı m üəyyən edilməsi barədə məhkəmənin qüvvəyə minmiş qətnaməsi olduğunu nəzərə alınarsa, avtomobilin qiymətləndirilməsi, satılması və paylar üzrə tərəflərə çatacaq pulun ödənilməsi 2(001)1580/2023 nömrəli məhkəmə qətnaməsinin icra üsulu və qaydasıdır. Belə ki, hazırkı iddiaya baxılarkən avtomobilin pay bölgüsü aparılmır və onun məbləği müəyyən edilmir. Həmçinin, cavabdehin məsələyə məhkəmə tərəfindən təkrar baxılması üçün səbəb olan məhkəmə qətnaməsinin icrasına maneçilik törətməyinə və ya qərəzli şəkildə icra etməkdən yayınmağına dair icra şöbəsindən hər hansı sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Hətta belə bir hal mövcud olsaydı, iddiaçı deyil, icra şöbəsi məhkəməyə müraciət etməli idi. Bundan əlavə, hazırkı iddiada qeyd olunan “avtomobilin üzərinə həbs qoyulmasına baxmayaraq indiyə qədər cavabdeh tərəfindən idarə olunmasında davam etdirilir” ifadəsi yalandır. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16(001)29/2023 nömrəli qüvvəyə minmiş qərarı ilə avtomobilin üzərinə bir aylıq (xx.xx.2023-cü il tarixədək) həbs qoyulmuşdur. Vicdanlı tərəf olaraq cavabdeh avtomobili satmamış, məhkəmə çəkişmələrinin bitməsini və icra şöbəsi tərəfindən məhkəmə qətnaməsinin icrasını gözləmişdir. Həmçinin avtomobilin sifarişi üçün ödəmələr (bank köçürmələri) rəsmi nikah bağlandıqdan əvvəl həyata keçirilmişdir. Cavabdeh sadəcə azyaşlı övladının (1 yaşa qədər) olduğunu nəzərə alaraq qarşı tərəfin boşanmaya razı olması üçün tərəfindən sədəqə olaraq avtomobilin bölünməsi vəd edilmiş və həmin vədə tərəfindən əməl edilmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli e-2(001)996/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən “AUDİ A7” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin (dəyəri 99.500.00 manat təşkil edən) dəyərinin ½ hissəsi həcmində 49750 manat pul vəsatinin tutularaq iddiaçıya ödənilməsi, hüquqi xidmətin göstərilməsi ilə bağlı Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına ödənilmiş 300 manat və dövlət rüsumu ilə bağlı ödənilmiş 239,25 manat olmaqla, ümumilikdə 539,25 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim E.Mustafayev)

8. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddia tələbinin əsasını təşkil edən avtomobil üzərində tərəflərin 1/2 hissədə payları, habelə həmin avtomobilin dəyəri artıq qanuni qüvvəyə minmiş məhkə mə aktı ilə təsbit olunmuşdur. Hazırda isə iddiaçı əmlakdan düşən payına uyğun onun dəyərini tələb edir. Hazırda iddiaçının birgə nikah dövründə əldə olunmuş nəqliyyat vasitəsinin (dəyəri 99.500.00 manat təşkil edən) dəyərinin ½ hissəsi həcmində 49750 manat məbləğində pul vəsatini cavabdehdən tələb etmək hüququ vardır.

9. Birinci instansiya məhkəməsi mübahisəli avtomobilin qiymətini "xxxx" MMC qiymətləndirmə şirkətinin 31 avqust 2022-ci il tarixli rəyinə əsasən müəyyən etmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 213, 220, 225-ci, Ailə Məcəlləsinin 32.1, 32.3, 36.1, 37.1-ci maddələri, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tar ixli Qərarının 6.18 və 6.19-cu bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yəni qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu məbləğ avtomobilin dəyərinin yarısı kimi nəzərdə tutulmuşdursa, iddia tələbində avtomobilin dəyərinin bölünməsi deyil, avtomobilin bölünməsi göstərilmişdir. Digər tərəfdən, avtomobil faktiki olaraq cavabdehin istifadəsindədir, cavabdeh tərəfindən satılaraq dəyəri mənimsənilməmişdir. Belə olan halda iddiaçı avtomobilin açıq hərracdan satılaraq dəyərinin paylara uyğun bölünməsini tələb edə bilərdi ki, hazırkı iddia tələbində də bu tələb mövcud deyil. Digər tərəfdən, avtomobilin dəyəri hazırkı mübahisənin predmeti olmadığından, onun müəyyənləşdirilməsi üçün iddiaçı tərəfindən müstəqil qiymətləndiriciyə ödənilmiş pulun cavabdehdən tutulmasına heç bir əsas yoxdur. Göründüyü kimi, digər iş üzrə məhkəmə 49750 manat pul tələbinə açıq-aydın öz fikrini bildirmişdir. Nə həmin tələbi təmin etmiş, nə də ki, "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli rəyə hüquqi qiymət vermişdir. Belə olan halda indiki iddia tələbində məhkəmənin həmin rəyə istinad etməsi və bu formada iddianı təmin etməsi anlaşılan deyildir, məhkəmə buna düzgün hüquqi qiymət verməmişdir. "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli mütəxəssis rəyini digər işdə iddiaçı özü təqdim etmişdir, lakin hakim həmin rəyi sübut kimi qəbul etməmişdir. Lakin indi isə hakim qəbul olunmamış həmin mütəxəssis rəyinə istinad edir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2025-ci il tarixli 2(103)-2223/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia tələbi rədd edilmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova, Məhəmməd Rüstəmli)

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi avtomobilin ekspert rəyində göstərilmiş məbləğinin yarısının, yəni 49750 manatın cavabdehdən alınması barədədir. İddiaçı tələbini Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin başqa bir iş üzrə çıxarılmış xx.xx.2023-cü il tarixli qətnaməsi ilə avtomobil üzərində tərəflərin hər birinin 1/ 2 hissədə payının müəyyən edilməsi, cavabdehin isə həmin paya uyğun vəsaiti iddiaçıya ödəməməsi ilə əsaslandırır.

15. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin əsaslı olması barədə qənaətə gəlsə də, Mülki Məcəllənin 220.4-cü maddəsi paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verildiyini, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bildiyini müəyyən etmişdir.

16. Apellyasiya instansiyası məhkəməsini n mövqeyinə görə hazırkı iş üzrə mübahisə Mülki Məcəllənin 221-ci maddəsinin tələbinə uyğun həll olunmalıdır. Mülki Məcəllənin 221ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın natu rada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

17. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 6 dekabr 2024-cü il tarixli 02/2024 nömrəli qərardadında ifadə edilmiş hüquqi mövqeyə görə birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərə fin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzə rində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Əşyanın ilkin satış qiyməti və hərracdan satılması proseduru ilə bağlı məsələlər isə bu qərardadın 59-61-ci bəndlərində göstərilən qaydada həll olunmalıdır.

18. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli əmlak üzərində mülkiyyət hüququnu davam etdirmək niyyətində olduğunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi hazırkı formada təmin edilə bilməz. Belə ki, iddiaçı ilk növbədə payçının mülkiyyət hüquqlarının qorunması məqsədilə avtomobilin qapal ı hərracda satılması, əşya həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılması barədə tələb irəli sürməlidir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 5, 213, 220, 225, Ailə Məcəlləsinin 32, 36, 37-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək apellasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması, cəmi məhkəmələrə ödənişə sərf olunmuş 1279,95 manat pul vəsaitinin də cavabdehdən tutumasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşkil edərək onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, avtomobilin dəyəri ilkin iddiaya baxıldığı zaman keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir. Cavabdeh isə icra sənədinə əhəmiyyət verməyərək həmin müddət ərzində nəqliyyat vasitəsindən istifadə etməkdə davam etməklə onu istismar etməsi nəticəsində iddiaçının hüquqlarını pozmaqla yanaşı, avtomobilə müəyyən ziyan vurmuşdur. Məhkəmə baxışında cavabdeh tərəfin avtomobilin dəyəri ilə bağlı ekspert rəyinin düzgün olmadığı qənaəti də əsassız və qəbul edilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə p aylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir süb utun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillə rindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, buna görə də kollegiya qətnaməni tam yoxlayır.

25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yoxdur.

27. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

28. İddia tələbi bərabər paylı mülkiyyətdə olan avtomobilin dəyərinin yarısının cavabdehdən alınması barədədir.

29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinə işin halları və qanunuvercili k normaları baxımından qiymət verməklə, tələbin nəyə görə təmin edilməməli olmasını əsaslandırıb. Üstəlik, gəlinən nəticə vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 6 dekabr 2024-cü il tarixli 02/2024 nömrəli qərardadında əks edilən mövqeyə də uyğun olmuşdur.

30. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbi və apellyasiya şikayətinin dəlilləri üzrə hazırki qərarın 15-18-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.

31. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, iddiaçı kassasiya şikayətində avtomobilin dəyərinin ekspert rəyi ilə müəyyən edilməsinə, cavabdehin avtomobili istismar etməklə iddiaçıya ziyan vurmasına istinad etmişdir.

32. Məhkəmə kollegiyası qeyd edi r ki, iddianın təmin edilməsi üçün hüquq əsaslar olmadığından qeyd edilən dəlillərin yoxlanmasına da hər hansı lüzum qalmır.

33. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2223/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar