Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2347/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2347/21 (Açar sözlər: maddi zərər) Bakı şəhəri, xx xxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7274/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh E saylı mənzilindən çıxarılması, E saylı mənzilinin ona təhvil verilməklə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus E ünvanında yaşadığı və istifadə etdiyi 6 ay ərzində razılaşdırılan kirayə məbləğinin müxtəlif bəhanələrlə tam ödənilməməsi və mənzilə aid qaz, su və işıq sayğaclarına dəymiş maddi ziyanın, ev əşyalarının aparılıb mənimsənilməsinə görə ümumilikdə ona dəymiş 4000 manat məbləğində maddi və mənəvi zərərin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnam ə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus E ünvanında yaşadığı və istifadə etdiyi 6 ay ərzində razılaşdırılan kirayə məbləğinin müxtəlif bəhanələrlə tam ödənilməməsi və mənzilə aid qaz, su və işıq sayğaclarına dəymiş maddi ziyanın, ev əşyalarının aparılıb mənimsənilməsinə və mənəvi zərərə görə ümumilikdə 4950 manat məbləğində dəymiş zərərin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, E saylı mənzili xx.xx.2018-ci il tarixdən onun mülkiyyətindədir. 2019-cu ilin iyun ayında cavabdehlə onun həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşaması barədə ş ifahi olaraq razılığa gəlmişlər və evi ona uzun müddətli kirayəyə vermişdir. Aralarında yazılı formada kirayə müqaviləsi bağlanmamışdır. Danışıqlar zamanı kirayə haqqının aylıq 300 manat olması, kirayə haqqını hər ayın əvvəlində verilməsi barədə razılıq əldə etmişlər, Cavabdeh 2019-cu ilin iyun ayının əvvəlindən həmin mənzildə kirayə qalmağa başlamışdır. O, mənzilə köçərkən mənzildə müxtəlif mebel əşyaları olmuşdur. Belə ki, həmin əşyalar mətbəx mebeli, divan və paltar şkafı olmaqla o, mənzillə birlikdə keçmiş mülkiyyətçidən alınmışdır və onların dəyəri olaraq ümumilikdə 600 manat pul ödəmişdir. Cavabdeh bir müddət kirayə pulunu vermiş, sonradan isə müxtəlif bəhanələrlə öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh hətta evdə olan bəzi mebel əşyalarını satmaq istəmiş, mebellər cavabdehin çağırdığı şəxslər tərəfindən evdən çxarılmaq üçün söküldüyündən istifadəyə yararsız vəziyyətə düşmüşdür. Hazırda cavabdeh həmin mənzildə yaşamır. Lakin evi tərk edərkən açarları dəyişmiş, mənzilin təhvil verilməsi ilə bağlı dəfələrlə etdiyi müraciətlər heç bir nəticə verməmişdir. Mülkiyyətində olan mənzilə daxil ola bilmədiyi üçün o, məhkəməyə müraciət etmişdir. Mülki iş məhkəmənin icraatında olarkən cavabdeh həmin mənzili tam tərk etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə 4 nəfər hal şahidinin iştirakı ilə ona məxsus mənzilin qapısını açaraq oraya daxil ola bilməmişdir. Bu barədə akt tərtib olunmuşdur. Həmin akt iş materiallarına əlavə olunmuşdur. Cavabdeh ona məxsus mənzildə yaşamağına baxmayaraq, 2019-cu ilin sentyabr ayı da daxil olmaqla xx.xx.2020-ci il tarixədək kirayə haqqını ödə məmişdir. Digər tərəfdən evi ona kirayəyə verən zaman evin içi boş olmamış, evdə paltar şkafı, mətbəx mebeli dəstləri və divan olmuşdur. Cavabdeh evdən çıxarkən özünə məxsus əşyalarla yanaşı ona məxsus ev əşyalarını da ona xəbərdarlıq etmədən götürmüşdür. Belə ki, xx.xx.2020-ci il tarixdə mənzilə daxil olarkən orada ona məxsus və dəyəri ümumilikdə 600 manat olan mətbəx mebeli, paltar şkafı, divan, həmçinin dəyəri 150 manat olan su qızdırıcısı orada olmamışdır. Cavabdeh özü də dəfələrlə ona məxsus əşyaları satdığını bildirmişdir. Həmçinin ona məxsus olan qaz, su sayğacları da hazırda istifadəyə yararsız hala salınmışdır. Bütün bunlara görə ona kifayət qədər maddi ziyan dəymişdir. Həmçinin kirayə haqqını vaxtında ödəməməsi və əşyalarla əlaqədar cavabdeh ilə arasında tez-tez mübahisələr yaran mışdır. Cavabdehdən dəfələrlə mənzildən çıxmağı istəmiş lakin o buna məhəl qoymamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli, 2(011)-868/2020 nömrəli (hakim Şəhriyar Əliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh kirayə haqqının ödənilməməsinə görə 1650 manat, maddi ziyana görə isə 750 manat olmaqla ümumilikdə 2400 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manatın alınaraq İddiaçı verilməsi, cavabdeh Salmanova Əsəd qızından dövlət rüsumu qismində 20 manatın alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmməd ov küçəsi, 39 saylı evin, 03 saylı mənzili iddiaçının mülkiyyətindədir. 2019-cu ilin iyun ayından etibarən həmin mənzilin ayda 300 manat olmaqla cavabdehə kirayə verilməsi barədə tərəflər şifahi razılığa gəlmişlər. Mənzil 2019-cu ilin iyun ayından xx.xx.2020-ci il tarixinə qədər cavabdehin ixtiyarında olmuşdur. Cavabdeh sentyabr ayından etibarən kirayə haqqını ödəmir. Həmçinin məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdeh mübahisəli mənzildə iddiaçıya məxsus ümumi dəyəri 600 manat təşkil edən paltar şkafı, mətbəx mebeli və divanı, dəyəri 150 manat olan su qızdırıcısını öz şəxsi məqsədləri üçün götürməklə iddiaçıya 750 manat dəyərində maddi ziyan vurmuş, həmçinin müqavilə öhdəliklərini yerinə yetirməməklə, sentyabr ayı da daxil olmaqla xx.xx.2020-ci il tarixə q ədər 5 ay 15 gün müddət üçün kirayə haqqına görə iddiaçıya ödənilməmiş; 1660 manat borcu yaranmışdır Bununla belə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mənəvi zərər çəkməsini, həmçinin iddiaçının mülkiyyətində olan evə məxsus su, işıq və qaz sayğaclarının istifadəyə yarasız hala düşməsində cavabdehin təqsirini təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, mübahisəli mənzilə aid olan sayğacların cavabdehin hərəkətləri nəticəsində istifadəyə yararsız hala salınması barədə iddiaçının dəlillərinə münasibətdə isə hesab edir ki, bunu təsdiq edən hallar iddiaçının sübutetmə yükü ilə bağlıdır və o həmin hallara dair sübutetmə vəzifəsi daşıyır. Lakin iş materiallarına su, qaz və işıq sayğaclarının cavabdehin təqsirli hərəkətləri nəticəsində yararsız hala salınmas ını təsdiq edən sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə mənəvi zərər məsələsinə qiymət verərkən hesab edir ki, cavabdehin müqavilə öhdəliklərindən irəli gələn kirayə haqqını ödəməməsi, həmçinin mənzildə olan əşyaları öz şəxsi məqsədləri üçün götürməklə iddiaçıya 750 manat məbləğində maddi ziyan vurmasından irəli gələn təqsirli hərəkətləri nəticəsində iddiaçının mənəvi iztirab və sarsıntılar keçirməsini sübut edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 442, 675-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanu nvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilmiş hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Emin Mehdiyev) 2(103)-7274/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəi Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsnin mübahisələndirilən hissədə qismən-Cavabdeh İddiaçı xeyrinə maddi zərərin əvəz i kimi 750 manatın və ümumilikdə 2400 manatın tutulması hissəsində ləğv edilməsi, ləğv edilən hissədə iddia tələbinin təmin edilməməsi, həmin qətnamənin kirayə haqqı kimi 1600 manatın tutulmasına və məhkəmə xərclərinə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, kirayə haqqı kimi 1.650 manat tutulmasına aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 675-ci maddəsində qeyd olunub ki, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 1.650 manat kirayə haqqı borcu hər ay üçün 300 manat olmaqla 2019-cu ilin sentyabr ayından xx.xx.2020-ci il tarixədək olan 5 ay yarım üçün hesablanmış borcdur. Kirayə haqqı borcu birinci instansiya məhkəməsinin qətnaməsində düzgün əsaslandırılıb. Kirayə haqqının ödənildiyini sübut etmə vəzifəsi cavabdehin (kirayəçinin) üzərinə düşür, lakin o, kirayə haqqını ödədiyinə dair sübutları birinci instansiya məhkəməsinə təqdim etməyib, apelyasiya instansiyasına təqdim edilən sübutlar isə Mülki-Prosessual Məcəllənin 371-ci maddəsinə görə qəbul edilə bilməz. Kirayə müqaviləsinin şifahi formada bağlanması iddianın rədd edilməsinə əsas ola bilməz. Daşınmaz əşyaya dair kirayə müqaviləsinin yazılı formada bağlanması zəruridir: vergilərin ödənilməsi, daşınmaz əşyaya dair hüquqların qeydə alınması və digər məqsədlər üçün. Lakin mülki qanunvericilik yazılı formanı məcburi forma kimi müəyyən etməyib. Əgər qanunverici hər hansı müqa vilə üçün yazılı formanı məcburi forma kimi müəyyən edirsə bu barədə göstəriş imperativ formada qanunda qeyd olunur. Məs, Mülki Məcəllənin 280.1, 463.1, 471, 491.2, 655.5, 727, 740.2, 748.1, 955.1 və digər maddələri. Bu maddələrin hamısında yazılı forma ilə bağlı imperativ göstəriş var. Məhkəmə zərurətə və maddələrin sistematik təfsirinə əsaslanaraq yazılı formanı daşınmaz əşyaya dair kirayə müqaviləsi üçün məcburi forma elan edə bilməz. Belə ki, birinci, bu, məhkəmənin səlahiyyətindən kənardır; ikinci, bu, hüquqi müəyyənlik prinsipinə ziddir, fiziki və hüquqi şəxslər öz davranışlarını qabaqcadan qanunların göstərişlərinə əsaslanaraq müəyyənləşdirirlər, məhkəmə qərarı isə mübahisə yarandıqdan sonra qəbul olunur və işdə iştirak edən şəxslər üçün məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində müddəti 11 aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Bununla bağlı məhkəmə qeyd edir ki, birinci, hazırkı işdə kirayə münasibəti 11 aydan az davam edib. İkinci, müqavilədən əmələ gələn hüququn qeydə alınması üçün qeydiyyat orqanına yazılı müqavilə təqdim olunmalıdır, lakin bu o demək deyildir ki, 11 aydan artıq olan kirayə müqaviləsi üçün yazılı forma məcburi formadır, bu o deməkdir ki, 11 aydan artıq olan kirayə müqaviləsi ilə müəyyənləşdirilən istifadə hüququ qeydə alındığı andan əmələ gəlmiş sayılacaq. Belə ki, Mülki Məcəllənin 14.3-cü maddəsinə görə əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındı ğı andan əmələ gəlir. Odur ki, 11 aydan artıq olan müqavilə üzrə istifadə hüququnu dövlət reyestrində qeyd aldırmaq istəyən şəxs müqaviləni yazılı formada bağlamalıdır, əks təqdirdə istifadə hüququ əmələ gəlməyəcək. Lakin göstərilən qaydaya əməl edilməməsi kirayə müqaviləsinin etibarsızlığına səbəb olmur, kirayə müqaviləsi əqd kimi etibarlı sayılır. Əqd ilə müəyyənləşdirilmiş hüququn qeydə alınmaması əqdin etibarsızlığına səbəb olmur. Əqdin etibarsızlığına əsas kimi götürülən istənilən hal əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmalıdır, hüququn qeydə alınması əqd bağlandıqdan sonraya aid olan halıdır. Mübahisə istifadə hüququnun (kirayə müqaviləsindən əmələ gələn və qeydə alınmalı olan hüququn) müdafiəsi barədə olduğu halda reyestr qeydinin əhəmiyyəti var. Hazırkı işdə mübah isə istifadə hüququnun müdafiəsi barədə deyil, kirayə haqqının ödənilməsi barədədir. Kirayə haqqının ödənilməsi barədə mübahisə zamanı yazılı formalı müqavilənin olubolmadığından və hüququn qeydə alınıb-alınmadığından asılı olmayaraq kirayəçi kirayə haqqını ödəməlidir. Belə ki, yazılı müqavilənin və reyestr qeydinin olmaması kirayəçiyə hüquq vermir ki, özgənin əmlakından əvəzsiz istifadə etsin. Kirayə haqqı ödəmək öhdəliyinin yaranması üçün şifahi formalı müqavilə kifayətdir, pul ödəmək öhdəliyinin (vəzifənin) reyestrdə qeydə alınması tələb olunmur. Maddi zərərin əvəzi kimi 750 manat tutulmasına aid hissədə qətnamə ləğv edilməli və tələb rədd olunmalıdır. Belə ki, paltar şkafı, mətbəx mebeli və divanın (dəyəri 600 manat), habelə su qızdırıcısının (dəyəri 150 manat) cavabdeh tərəfindən məni msənildiyini təsdiq edən sübut şahidlərin ifadələridir. Həmin şahidlər iddiaçının təşəbbüsü ilə dindirilib. Məzmununa görə bu ifadələr əşyaların cavabdeh tərəfindən mənimsənildiyini təsdiq edən mötəbər sübut sayılmır. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, tələb əsassızdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili V) kasasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7274/2020 saylı qətnaməsinin ləğv edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsasl andırılmışdır ki, o, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə baxışı iclasının vaxtı və yeri barədə xəbərdar edilməmiş, nəticədə onun məhkəməyə sübutlar təqdim etmək imkanı itmiş, apelyasiya kollegiyası isə bunu nəzərə almayaraq maddi və prosessual hüquq normalarını pozmuşdur. Onun iddiaçıya heç bir kirayə haqqı borcu qalmamış, qaldığı, yəni xx.xx.2019-cu il tarixinə kimi kirayə haqqını tam ödəmiş, həmin tarixdən isə iddiaçının onun həmin evdə yaşamasına imkan verməməsi səbəbindən məcbur qalıb başqa ünvana köçmüşdür. Belə olan halda xx.xx.2020-ci il tarixdə işə aidiyyəti olmayan şəxslərin iştirakı ilə iddiaçı tərəfindən tərtib edilən uydurma akta əsasən məhkəmənin həmin tarixə kimi ondan kirayə haqqı tutması qanunsuz və əsassızdır. O, xx.xx.2019-cu il tarixdə iddiaç ının evindən çıxaraq 3-cü mkr, R.Məmmədov küçəsi 5, mənzil 19 ünvanına köçmüşdür. Bununla bağlı kirayə müqaviləsi mövcuddur. Birinci instansiya məhkəməsinin yaşamadığı aylara görə kirayə haqqını ondan tutması, apelyasiya məhkəməsinin bu halları araşdırmaması ümumiyyətlə anlaşılan deyil. Halbuki, iddiaçıya kirayə haqqınıödəmədiyi halda ən azından noyabr ayına orada yaşamasına icazə verməz və ya bununla bağlı hər hansı orqana müraciət edərdi. Göründüyü kimi, ümumiyyətlə oktyabr və noyabr ayları üçün kirayə haqqını ödəməsi mübahisə predmeti deyildir. Bu işin həm faktiki hallarından, həm də iddiaçı ilə oktyabr ayında olan yazışmalarından tam sübut edilir. Mülkiyyətçi 2019-cu il üçün noyabr ayından həmin evə daxil olaraq qanunun müəyyən etdiyi şərtlərə əməl etməyib ona heç bir rəsmi xəbərdarlıq etmədən birtərəfli qaydada müqavilə şərtlərini pozmuş, evə gələn işıq, su, qaz xəttlərini kəsməsi üçün aidiyyəti orqanlara müraciət etmiş və buna nail olmuşdur. Beləliklə o, 2019-cu ilin dekabr ayına kimi, yəni yaşadığı müddət üçün tam şəkildə iddiaçıya borcu qalmamış və o, kirayə haqqını tam ödəmişdir. Lakin məhkəmələr işin hallarına düzgün qiymət vermədən yalnız iddiaçının ifadəsinə və əsası olmayan akta əsaslanmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişlər. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili V kasasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üç ün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin m üəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Mə hkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdeh kasasiya şikayətində ilkin olaraq dəlil kimi birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasının vaxtı və yeri barədə xəbərdar edilmədiyini, apelyasiya kollegiyasının isə bunu nəzərə almadığını göstərmişdir. Həmin dəlil üzrə kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, cavabdeh qeyd edilən tarixli məhkəmə iclasının vaxtı və yeri barədə birinci instnaiya məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar edilmişdir və bu apelyasiya kollegiyası tərəfindən də müəyyən edilmişdir. Kasasiya şikayətinin kirayə haqqının tam olaraq iddiaçıya ödənilməsi, iddiaçıya kirayə haqqı borcunun qalmaması barədə dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, tərəflər arasında kirayə müqaviləsinin bağlanması işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Cavabdeh kasasiya şikayətində olduğu kimi, apelyasiya şikayətində də iddiaçıya kirayə haqqı məbləğini tam ödəməsini qeyd etmiş, lakin bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kirayə haqqının iddiaçıya ödənilməsini sübutetmə yükü cavabdehin üzərinə düşür. Beləliklə, məhk əmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7274/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.