Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2347/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq mübahisəsi, torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qeyri-qanuni sahibliyindən geri alınaraq qaytarılması tələbinə dair” ilk, Cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsinə dair” qarşılıqlı tələbləri barədə iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2(107)-1587/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı ilə XXX rayonu XXX kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (bundan sonra-mübahisəli torpaq sahəsi) verilmişdir.
2. İlk iddia üzrə iddiaçı özünə və ailə üzvlərinə məxsus olan mübahisəli torpaq sahəsinin 0.54 ha hissəsini 4000 manat qarşılığında Cavabdeh satmış, lakin bu barədə rəsmiləşmə qanunauyğun aparılmamışdır.
3. X2 özünə və ailə üzvlərinə məxsus olan 0.1 8 ha torpaq sahəsini 1500 manat qarşılığında ilk iddia üzrə cavabdehə satmışdır.
4. Mütəxəssis rəyi ilə mübahisəli torpaq sahəsinin 0.54 ha hissəsinin ilk iddia üzrə cavabdeh tərəfindən istifadə olunduğu, orada sonuncu tərəfindən qeyri-yaşayış tikilisi (tövlə) inşa edildiyi müəyyən edilmişdir.
5. Ekspert rəyi ilə mübahisəli torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış tikilisi (tövlə) üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 5746.8 manat məbləğində müəyyən edilmişdir.
6. İddiaçı torpağı müvvəqqəti olaraq Cavabdeh istifadəsinə verilməsinə istinad edərək torpaq sahəsinin özünə qaytarılması ilə bağlı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, Torpağa mülkiyyət hüququna dair JN-0777 Kod 40614018 saylı Dövlət Aktı ilə onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,79 ha torpaq sahəsinin sonuncunun qanunsuz sahibliyindən alınaraq, onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İlkin iddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı özü və ailə üzvlərinə aid olan mübahisəli torpaq sahəsini 2011-ci ilin iyun ayından cavabdehə müvəqqəti istifadəyə verərək, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının əslini də ona təqdim etmişdir. Bir müddətdən sonra cavabdehdən ona və ailə üzvlərinə məxsus mübahisəli torpaq sahəsini tələb etdikdə, sonuncu qaytarmaqdan imtina etmişdir. Cavabdeh mübahisəli torpaq sahəsini zəbt etmiş və iddiaçını həmin əraziyə buraxmır.
9. Cavabdeh X3 qarşı “dəymiş ziyanın ödənilmə si” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, qarşılıqlı iddia tələbinə əsasən 5500 manat torpağın alqısatqısına görə verilmiş, 26310 manat müxtəlif tikililərə xərclənmiş cəmi 31 810 manat vəsaitin və 50 000 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2011-ci ildə X4 Ərazi Nümayəndəliyinin binasında kənd bələdiyyəsinin sədrinin, kənd inzibati ərazi nümayəndəsinin, bələdiyyənin baş mühasibinin, İddiaçı və sonuncunun həyat yoldaşının iştirakı ilə torpaq sahəsinin satılmasına dair Akt tərtib etməklə, 4000 manat pulu 0,54 ha torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı iddiaçıya verərək “XXX” adlanan sahədə yerləşən həmin torpaq sahəsini, bundan əlavə həmin tarixdə həmi n vəzifəli şəxslərin, onun, cavabdehin, mülkiyyətçi olan X1 iştirakı ilə torpaq sahəsinin satılmasına dair digər Akt tərtib edərək “XXX” adlanan sahədə yerləşən 0,18 ha torpaq sahəsini almağı barədə aktı imzalamaqla XXX 1500 manat pulu vermişdir. O, torpağın alqı-satqısının notarial qaydada aparılmasa da, yuxarıda qeyd olunan vəzifəli şəxslərin torpaq alqı-satqısında iştirak etmələri, alıcı və satıcı olaraq aralarında heç bir narazıçılığın olmaması və torpağın dəyərinin cavabdehə o dövr üçün artıqlaması ilə ödədiyini nəzərə alaraq, müqavilənin mötəbərliyinə inanmış və keçən 9 il ərzində həmin ərazidə fərdi yaşayış evi, tövlə tikmiş, 10,500 manat vəsait xərcləmişdir. Həmin torpaq sahəsində həyətin iki tərəfinə kubik qala çəkmiş, onun tikintisinə 3050 kubik işlənib ki, ancaq kubik daşı üçü n 3050x70=2100 manat xərcləmişdir. Bundan əlavə həmin qala tikintisinə 2,5 ton sement işlənib ki, dəyəri 280 manat təşkil edir. Qalanı tikən ustalara 700+1300=2000 manat usta xərci verilmiş, tikinti bir ay davam etməklə hər gün 25 manat olmaqla, bir aya 750 manat yeməyə pul xərcləmişdir. Əraziyə 50 ədəd fındıq kolu əkmiş, yəni fındıq bağı salmışdır. Torpaq sahəsinin kənarına daş hasardan sonra şabalıd alıb basdırmış, basdırmaların ümumi sayı 80 ədəd olmaqla birini 5 manata almışdır. Bundan əlavə hər topun dəyəri 60 manat olmaqla, 3 top dəmir tor (setka), həmçinin birinin dəyəri 45 manat olmaqla 4 top kollu məftil almışdır. Ərazidə bir mərtəbəli bir otaqlı (yardımçı tikilərlə birlikdə) fərdi yaşayış evi tikmişdir ki, hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır və evin dəyəri 10 000 mana t olmuşdur. Həmçinin, həyətə daxil olmaq üçün 620 manat dəyərində dəmir darvaza qoymuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh hərəkətləri ilə onun və ailə üzvlərinin 10 illik zəhməti və əziyyəti hesabına yaratdığı təsərrüfatı məhv etməklə ailəyə 50 000 manat dəyərində mənəvi ziyan vurmuşdur.
11. Qəbələ Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(025)-5/2021 nömrəli qətnaməsi (hakim E.B.İsayev) ilə (bundan sonra - birinci instansiya məhkəməsinin qətnaməsi) ilkin iddia ərizəsi qismən təmin edilmiş, mübahisəli torpaq sahəsinin 0.54 ha hissəsi ilk iddia üzrə cavabdehin sahibliyindən geri alınaraq, ilk iddia üzrə iddiaçıya qaytarılmış, iddia qalan hissədə təmin edilməmişdir. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdehdən torpağın alqı-satqısına görə 4000 (dörd min) manat, qeyri-yaşayış tikilisinin-tövlənin tikilməsinə xərclənmiş 5746,80 (beş min yeddi yüz qırx altı manat səksən qəpik) manat, cəmi 9746,80 (doquz min yeddi yüz qırx altı manat səksən qəpik) manat pulun tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə ilkin iddia üzrə cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur.
13. Qarşılıqlı iddia ərizəsinə gəldikdə isə, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının istifadəsində yalnız 0.54 ha torpaq sahəsinin olduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin alqı-satqısı üçün ödənilmiş 4000 manat pul məbləği və ekspert rəyi ilə müəyyən olunan tikinti işləri üçün çəkilmiş xərclər üzrə 5746.8 manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra –Konstitusiya) 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1, 157.5,157.6,157.7,157.8-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 76.1, 76.2, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
15. İlk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ilk iddia tələbinin tam t əmin olunaraq, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1587/2021 nömrəlu, 8 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədov və V.İ.Məlikov) (bundan sonra – apellyasiya məhkəməsinin qətnaməsi) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunmamış, qarşılıqlı iddianın isə təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırarkən bildirir ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, öz iddiasının təmin olunmuş və cavabdehin qarşılıqlı iddiasının təmin olunmamış hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Birinci instаnsiyа məhkəməsi hər iki iddianı qismən təmin edərkən ilk iddianın təmin olunmamış, qarşılıqlı iddianın isə təmin olunmuş hissəsində düzgün nəticəyə gəlmişdir.
18. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırərkən, Konstitusiyanın 13 və 29cu, MM-in 139.1, 152.1, 157.5,157.6,157.7,157.8-ci, MPM-in 9.1, 9.3, 217.1, 217.3, 217.4, 218.1, 384.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. İlk iddia üzrə iddiaçı kassasiya şikayəti verərək (Vəkil tərəfindən tərtib olunmuş) apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya i nstansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
20. Kassator şikayətini əsaslandırarkən mübahisəli torpaq sahəsinin 0.54 ha hissəsinin deyil, tam olaraq ilk iddia üzrə cavabdehin istifadəsində olduğunu, məhkəmələrə bu barədə etiraz bildirsə də, araşdırılma aparılmadığını, eyni zamanda həmin torpaq sahəsində tikilmiş tövlənin özbaşına tikili olmasına görə, ondan dəyərinin tutulmasının heç bir hüquqi əsası olmadığını bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 13.1 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə 29.1 Hər kəsin mülkiyyət hüququ vardır.
24. Maddə 29.3 Hər kə sin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
25. Maddə 29.4 Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
27. Maddə 152.1 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 157.5 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sa hib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
29. Maddə 157.6 İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
30. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
31. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflə rin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
41. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstə rə bilər.
42. İddia tələbi bölünməz olduğundan və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
44. Kassatorun iki dəlili var. 1-ci dəlil, cavabdehin çıxarılmalı olduğu torpaq sahəsinin qətnamədə göstəriləndən daha artıq olması, 2-ci dəlil, cavabdehin xeyrinə tutulmuş vəsaitin əsassız olması. 45. 1-ci dəlillə bağlı iddiaçı işə mahiyyəti üzrə baxan məhkəmələrə sübutlar təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Ona görə işə mahiyyəti üzrə baxan məhkəmələr iddianı 0.54 ha torpaq sahəsindən çıxarma hissəsində təmin etmişlər. İşdə olan mütəxəssis rəyi ilə təsdiq olunmuşdur ki, (mülki iş, 1-ci cild, səhifə 117) cavabdeh iddiaçıya məxsus olan 0.79 ha torpaq sahəsinin 0.54 ha hissəsini zəbt etmişdir. İşdə həmin sübutu şübhə altına alan digər sübut olmadığı üçün işə baxanməhkəmə həmin sübutu mötəbər sübut kimi dəyərləndirmişdir.
47. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə c avabdehin zəbt etdiyi sahə ilə bağlı tədqiqat aparılması mümkün olmamışdır.
48. Ona görə işə baxan məhkəmələr mütəxəssis rəyinə istinad edərək 0.54 ha torpaq sahəsinin (cavabdehin faktiki istifadəsində olan sahənin) boşaldılması barədə yekun qərar qəbul etmişlər.
49. İddiaçı ona məxsus 0.79 ha torpaq sahəsinin hamısının cavabdeh tərəfindən istifadə olunmasını sübuta yetirə bilməmişdir.
50. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Nə qədər ki, iddiaçının 1-ci dəlili işin faktiki hallarının müəyyən edilməsi ilə bağlıdır, məhkəmə həmin dəlili yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edir.
51. Kassatorun 2-ci dəlili il ə bağlı məhkəmələr müəyyən etmişlər ki, XXX rayon Aqrar İslahat Komissiyasının qərarı ilə XXX rayonu XXX kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, o, özünə və ailə üzvlərinə məxsus olan mübahisəli torpaq sahəsinin 0.54 ha hissəsini 4000 manat qarşılığında Cavabdeh satmış, lakin bu barədə rəsmiləşmə qanunauyğun aparılmamışdır. Ekspert rəyi ilə mübahisəli torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış tikilisi (tövlə) üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 5746.8 manat məbləğində müəyyən edilmişdir. İşə baxan məhkəmələr həmin məbləği və torpaq sahəsinə görə ödənilmiş məbləğin cavabdehə qaytarılmasını qət etmişlər.
52. Məhkəmələrin mövqeyi onunla bağlı olmuşdur ki, nə qədər ki, mülkiyyətçi qanunla müəyyən edilən qaydada rəsmiləşdirmə aparmadan cavabdehə torpaq sahəsi satmış, əvəzində pul vəsaiti almış, cavabdehə həmin sahədə tikili inşa etməyə şərait yaratmış və hazırda torpaq sahəsini rəsmiləşdirməkdən imtina edərək onu geri tələb edir, onda torpaq sahəsinə görə və orada aparılmış tikiliyə görə ödənilmiş vəsait geri qatarılmalıdır.
53. Məhkəmələrin bu mövqeyi həm qanuni və həm də ədalətlidir. Çünki cavabdeh torpaq sahəsindən çıxarıldığı təqdirdə onun torpağa görə vermiş olduğu pul vəsaiti və orada inşa etmiş olduğu daşınmaz əmlak iddiaçının sahibliyinə keçir ki, buda onu əsassız varlandırmış olar. 54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi ma ddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu b axımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2(107)-1587/2021 nömrəli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.