Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2347/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2347/2023 Açar sözlər: iddiadan imtina edilməsi, iş üzrə icraata xitam verilməsi Bakı şəhəri, 09 avqust 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1691/2023 nömrəli mülki iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş ka ssasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə X5 25 yanvar 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmiş, nikahlarından xx.xx.2005-ci il tarixdə Aişə, xx.xx.2015-ci il tarixdə Aliyə, xx.xx.2008-ci il tarixdə Aslan adlı uşaqları dünyaya gəlmişdir.
2. Birgə nikahda olduqları dövrdə Cavabdeh ilə "xxxx" Mənzil Tikinti Kooperativi (MTK) arasında xx.xx.2010-cu il tarixdə "xxxx" müqavilə bağlanmış, müqaviləyə görə MTK, ünvan 1 ünvanında inşa edəcəyi binadakı 42 saylı 3 otaqlı mənzili Cavabdeh təhvil verməyi, Cavabdeh isə mənzilin müəyyən olunmuş dəyərini MTK-ya ödəməyi öhdələrinə götürmüşlər. 3. "xxxx" MTK tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş m aliyyə arayışında göstərilmişdir ki, Cavabdeh qeyd olunan mənzilə görə pay haqqını tam ödəmişdir. 4. ünvan 2 ünvanında yerləşən 42 saylı mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, bu barədə müvafiq reyestr çıxarışı verilmişdir.
5. İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qətnaməsi əsasında pozulmuş, onların nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X4 isə İddiaçı yanında qalmaları müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 42 №-li mənzilə ½ hissədə onun, ½ hissədə Cavabdeh payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2004-cü ildə nikaha daxil olmuş, nikahlarından üç uşaqları dünyaya gəlmiş, nikahları 2021-ci ildə pozulmuşdur. Birgə nikahları dövründə ünvan 3 ünvanında yerləşən 42 №-li mənzili əldə etmiş, mənzil 25 yanvar 2020-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır. Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakdan onun payına düşən hissəni verməkdən boyun qaçırır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3797/2022 nömrəli iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbi təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə ba ğlı qeyd etmişdir ki, ünvan 3, mənzil 42 tərəflərin birgə nikahları dövründə, yəni xx.xx.2020-ci il tarixdə əldə edildiyindən və onların ümumi birgə mülkiyyəti hesab olunduğundan, iddiaçı həmin əmlak üzərində payların müəyyən edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
10. Bu səbəbdən iddia tələbi təmin edilməli, Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 2, mənzil 42 tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak üzərində İddiaçı ½ pay hüququ və Cavabdeh ½ pay hüququ üzrə mülkiyyət hüquqları tanınmalıdır.
11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1, 225.1-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.3, 36.8, 37.1-ci və Azərbaycan Respubl ikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mənzil üzərində onun 2/3, iddiaçının 1/3 hissədə paylarının tanınması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1691/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və S.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi işin hallarına əsaslanaraq hesab etmişdir ki, birinci instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən 42 saylı mənzilin tərəflərin nikahda olduqları dövrdə əvəzli əqd əsasında əldə edildiyi işin mübahisələndirilməyən halıdır. Bu baxımdan sözügedən əmlakın tərəflərin birgə mülkiyyəti olması ilə bağlı əlavə əsaslandırma aparılmasına zərurət yoxdur.
15. Həmin əmlakın bərabər hissələrdə bölünməməli olması ilə bağlı cavabdehin arqumentlərini məhkəmə əsassız hesab edərək qeyd etmişdir ki, birincisi, qanunvericilik yetkinlik yaşına çatmamış uşaqların (uşaqlardan ikisinin) tərəflərdən biri ilə yaşamasını payların qeyri-bərabər bölünməsi üçün mütləq əsas kimi nəzərdə tutmamışdır; ikincisi isə, İddiaçı üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailən in mənafeyinə zidd olaraq sərf etdiyi müəyyən olunmamışdır. Uşaqlardan ikisinin cavabdehin himayəsində olmasının onun payının müəyyənləşdirilməsində əhəmiyyət kəsb edən faktor olduğunu qəbul etsə də, kollegiyanın qənaətinə görə, cavabdehin digər diqqətəlayiq mənafeyi müəyyən olunmadan yalnız uşaqların mənafeyi nəzərə alınaraq bölgünün onun təklif etdiyi qaydada qeyri-mütənasib aparılması ədalətli deyildir və əmlaka tərəflərin 1/2 hissədə paylarının müəyyən edilməsi işin hallarına daha uyğundur.
16. Bu zaman həm də nəzərə alınmalıdır ki, tərəflərin nikahları pozularkən uşaqlardan ikisi analarının (cavabdehin), biri isə atasının (iddiaçının) himayəsində saxlanılmışlar. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil2) kassasiya şik ayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, Cavabdeh adına qeydə alınmış ünvan 4 ünvanlı mənzilin bölgüsü üzrə Cavabdeh 2/3 əmlak payı, İddiaçı 1/3 əmlak payı üzrə mülkiyyət hüquqlarının tanınması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Şikayət apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd etmişsir ki, ər-arvadın mübahisələndirdiyi mənzil kooperativ təyinatlı olmuş və pulun ödənilməsi yükünü Cavabdeh daşımışdır. Belə ki, o müəllimə olaraq, aldığı əmək haqqı hesabına bu kooperativ binada mənzil almışdır. Bakı Apellyasiya Məhkəməsi 372.6-ci maddəsi əsasında bu göstərilən hüquqi əhəmiyyətli faktları tam araşdırmamışdır. b)
19. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil ol mamışdır. Prossesual Məsələlər
20. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə elektron ərizə ilə müraciət edərək verdiyi iddiadan imtina etdiyini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 21.Maddə 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
22. Maddə 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
23. Maddə 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, i ddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
24. Maddə 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə mə hkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
25. Maddə 261.0 və 261.0.4-cü maddələrinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
26. Maddə 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
27. Maddə 417.1.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olara q iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırki işdə iddiaçı tərəfindən iddiadan imtina edildiyindən məhkəmə kollegiyası cavabdehin kasasiya şik ayəti üzrə hər hansı bir araşdırma aparmır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası qanunvericiliyin normalarına görə belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinasının qəbul olunmaması üçün əsaslar yoxdur, iddiadan imtina iddiaçının iradəsinə uyğundur, ərizə elektron imza ilə təsdiq edilmişdir. 31.Məhkəmə kollegiyası iddiaçının iddiadan imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquq və mənafelərini pozmadığından qəbul edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli 2(103)-1691/2023 saylı qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.
32. Yuxa rıda göstərilənlərə əsasən və MPM-in 261, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli 2(103)-1691/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin.
36. Qərar qəbul edildiyi andan qüvvəyə minir.