Məhkəmə qərarları › İş №2(102)-2348/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2348/2019

11.04.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2348/2019 11.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1nın və vəkili Ukalayev İlkin Ramazan oğlunun iştirakı ilə, iddiaçı x1nın Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, 2(004)8266/2017 saylı qətnaməsi ilə (hakim T.Xəlilova) iddia tələbinin təmin edilməsi, iddiaçılar x1, x2, x3nın ünvan 1 evə köçürülmələri və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlər x4ndan, x5, x6, x7, x8, x9, x10, x11 müştərək qaydada tutularaq iddiaçı x1na ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-11027/2018 saylı, 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Nəbiyev, R.Qurbanov və A.Hüseynova) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar x1nın, x2nın, x3nın cavabdehlər x4, x5, x6, x7, x8, x9, x10, x11 qarşı ünvan 1 evə köçürülmələri barədə iddialarının rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, x1nın, x2nın, x3nın ünvan 1 evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-11027/2018 saylı, 28 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar x1, x2, x3 cavabdehlər x4, x5, x6, x7, x8, x9, x10, x11 qarşı iddia ərizəsi və iddia tələblərinin azaldılması barədə ilə məhkəməyə müraciət edərək, ünvan 1 evə köçürülmələri barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, x1 1995-ci ildə ünvan 1 evi almaq məqsədilə evin mülkiyyətçisi olan x12 müraciət etmişdir. Aralarında olan razılığa əsasən 2000 ABŞ dolları məbləğində pulun müqabilində x12 özünə məxsus evin 12 kv.metr hissəsini iddiaçı x1 satmışdır. Ev bir mərtəbədən, bir otaqdan və dəhlizdən ibarət idi. Sanitar qovşaqlar isə ümumi istifadədə idi. Bundan sonra iddiaçı x1 həmi n evə pasport qeydiyyatına alınmış və iddiaçılar həmin mənzildə yaşamağa başlamışlar. Bir müddətdən sonra x11 ilə x12 arasında mülki mübahisə yaranmışdır. Yasamal rayon məhkəməsinin qətnaməsi ilə x11 ünvan 1 evin bir hissəsinə sahib olmuşdur. x12 vəfat etdikdən sonra həmin ev onun vərəsələri arasında paylar üzrə bölüşdürülmüşdür. Bundan sonra cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçılar evdən çıxmağa məcbur olmuşlar. Apellyasiya baxışı zamanı cavabdeh x4 qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, x1, x2 və x3nın ünvan 1 evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şi kayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-11027/2018 saylı, 28 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: İddiaçı x1 və vəkili Ukalayev İlkin Ramazan oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh x4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublika sı MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 40 saylı Mənzil Kommunal İstismar Sahəsinin 02.08.2017ci il tarixli Forma № 2 və 23.11.2017-ci il tarixli arayışlarına əsasən iddiaçılar ünvan 1 evdə 1995-ci ildən qeydiyyatdadırlar, onlardan başqa həmin ünvanda cavabdehlər qeydiyyatdadırlar. İş materiallarında olan 40 saylı Mənzil Kommunal İstismar Sahəsinin 23.11.2017ci il tarixli arayışına əsasən iddiaçılar ünvan 1 evdə qeydiyy atdadırlar və yaşamışlar. İş materiallarında olan iddiaçıların şəxsiyyət vəsiqələrinin məlumatlarına əsasən x1, x2, x3 ünvan 1 evdə qeydiyyatdadırlar. İş materiallarında olan 028906 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 x12, x9, x8 paylı mülkiyyəti kimi 06.07.2004-cü ildə qeydə alınmışlar. İş materiallarında olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 1 paylı mülkiyyət hüququ ilə 2009,2012-ci illərdə cavabdehlərin adına qeydə alınmışdır. İş materiallarında olan 40 saylı Mənzil Kommunal İstismar Sahəsinin 20.08.2018ci il tarixli arayışına əsasən x1, x2, x3 ünvan 1 evdə qeydiyyatda olduğu vaxtdan halhazıra kimi həmin ünvanda yaşamayıblar. İş materialları ilə müəyyən edilir ki, x1, x2, x3 1995-ci ildən ünvan 1 evdə qeydiyyatda olmuşlar. Lakin x1, x2, x3nın 1995-ci ildən ünvan 1 evdə yaşamaları öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ilə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır; Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə kö çdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uz un müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sübutlarla x1, x2, x3nın ünvan 1 evdə qeydiyyatda olduqları ildən həmin evdə yaşamaması müəyyən edilir. Lakin, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, x1, x2, x3 mübahisəli evdə yaşamamaqla həmin evi məhz daimi əsaslarla tərk etmişlər. Belə ki, x1, x2, x3 istinad edilən müddət ərzində mənzilə köçürülmə iddiası ilə məhkəməyə müraciət etməsi və ya ümumiyyətlə həmin mənzilə köçüb yaşamağa cəhd etməsi müəyyən edilmir. Bundan başqa işdə olan Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 20.08.2018-ci il tarixli arayışından görünür ki, x1, qızları x3, x2 ilə birlikdə 1995-ci ildən ünvan 1 ünvanda qeydiyyatdadırlar və x1 2002-ci ildən şəxsiyyət vəsiqəsi almış və qeydiyyatda olduğu vaxtdan hal-hazıra kimi həmin ünvanda yaşamamışlar. Göründüyü kimi, x1, x2, x3nın qeydiyyatda olduqları müddətdə mübahisəli evə qayıtmaq arzusunun nümayiş etdirilməməsindən ibarət hallar onların evi məhz daimi əsaslarla tərk etməsini təsdiq edir. Belə ki, keçən müddət ərzin də onların həmin mənzilə geri qayıtması üzrə hər hansı cəhdinin olmaması, yəni mənzilə köçürülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməməsi və yaxud məhkəmədə iddia qaldırmaması məhkəmənin onların həmin evə qayıtmaq istəyinin olmaması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Həmin evdə qeydiyyatda qalmaları isə formal olmuşdur. Belə ki, x1, x2, x3nın mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatda olmaları evdən istifadə hüququnu yaratmamaqla, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tələbləri baxımından onların yalnız yaşayış yeri üzrə uçota alınması və digər aidiyyəti məqsədlərin təmin olunması baxımından əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, x1, x2, x3nın mübahisəli mənzilə köçürülməsi üçün əsasları müəyyən edilməmişdir. El əcə də yuxarıda istinad edilən normalar baxımından da x1, x2, x3nın mübahisəli evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün əsasların olması müəyyən edilmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar