Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2348/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiy a Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6437/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi xx.xx.1955-ci il tarixində Ermənistan SSR Əzizbəyov rayonunun Zeytə kəndində anadan olmuşdur. O, həmin kəndin sovxozunda, digər kəndlərin orta məktəblərində, eləcə də Azərbaycan Respublikasında "Azərrabitəinşaat" Trestində işləməsinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsini maraqlı şəxs qismində cəlb etməklə, özünün 1971-1974-cü illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda, 1974-1976-cı illərdə Ermənistan SSR Əzizbəyov rayonu Gomur kənd orta məktəbində, 1976-1977-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Saravan kənd orta məktəbində, 1980-1988-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda, eləcə də Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyində olan "Azərrabitəinşaat" Trestində 1987-1996-cı illərdə işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə belə əsaslandırılmış dır ki, Ərizəçi, xx.xx.1955-ci il tarixində Ermənistan SSR Əzizbəyov rayonunun Zeytə kəndində anadan olmuş, əmək fəaliyyətinə həmin kənddə başlamışdır. Belə ki, ilk öncə 1971-1974-cü illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda işləmişdir. Hazırda gözləri görmədiyinə, kənar şəxsin yardımı ilə hərəkət etdiyinə görə ərizəni yazan şəxsin həmin illərdə onun guya 1971-1974-cü illərdə Qənnadı məmulatları fabrikində işlədiyini qeyd etməsini bilməmiş, lakin sonradan bununla bağlı düzəliş olunmasına dair ərizə təqdim etmişdir. Daha sonra 1974-1976-cı illərdə Ermənistan SSR Əzizbəyov rayonu Gomur kənd orta məktəbində müəllim, 1976-1977-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Saravan kənd orta məktəbində müəllim işləmişdir. Həmin dövrdə qiyabi ali təhsil almış, ona görə də müəllim kimi işləməsinə maneçilik olmamışdır. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 1980-1988-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda briqadir və mexanizator işləmişdir. 1988-ci ildə məlum hadisələrlə əlaqədar Ermənistandan qaçqın düşərkən əmək kitabçasını özü ilə götürə bilməmiş, buna görə də qeyd etdiyi yerlərdə işlədiyi müddətin əmək stajına daxil edilməsində problem yaranmışdır. Bundan əlavə, 1988-ci ildə Ermənistandan qaçqın düşdükdən sonra Naxçıvan Muxtar Respublikasında məskunlaşmış və həmin vaxt Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyində olan "Azərrabitəinşaat" Trestində 1988-1996-cı illərdə müxtəlif vəzifələrdə, o cümlədən iş icraçısı kimi işləmişdir. Bu barədə arxiv arayışının verilməsi üçün 28.10.2019-cu il tarixli müra ciətinə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Mərkəzi Arxivinin MA-57 saylı 29.10.2019-cu il tarixli məktubu ilə cavab verilərək, "Azərrabitəinşaat" Trestinin ("Azərrabitəinşaat" LTB) 1987-1996-cı illər üzrə kadr əmrlərinin Nazirliyin Mərkəzi arxivinə təhvil verilmədiyi bildirilmişdir. Məlumat üçün bildirir ki, "Azərrabitəinşaat" Trestində adına açılmış əmək kitabçası da trestdə qaldığından və trestin bir neçə dəfə yenidən təşkil edilərək ləğv olunması zamanı itdiyindən Trestdə işlədiyi müddətin əmək stajına daxil edilməsində problem yaranmışdır. Yuxarıda qeyd etdiyi halları onunla Ermənistan SSR-də yaşamış və bir yerdə işləmiş, eləcə də "Azərrabitəinşaat" Trestində onunla birgə işləmiş bütün şəxslər təsdiq edə bilərlər. Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə etdiyi müraciətə cavab olaraq 09 yanvar 2020-ci il tarixli məktubla əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən əmək kitabçası təqdim edilə bilmədikdə sosial sığorta stajının məhkəmə qaydasında müəyyən edilməli olduğu ona izah edilmişdir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir.
4. Maraqlı şəxsin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, o, ərizəçinin ərizəsi və iş materialları ilə tanış olmuş, şahidlərin dindirilməsində iştirak etmişdir. Ərizəçinin izahatı, şahidlərin ifadələri, iş materiallarında olan sənədlər ərizəçinin yalnız 19721974-cü, 1980-1988-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda, eləcə də 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində işləməsi faktını müəyyən etməyə əsas verir. Həmin illər pensiya hüququnun yaranmasına kifayət etməsə də, təqdim edilən sübutlarla təsdiq olunur. Ona görə də həmin hissədə ərizənin təmin olunması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Lakin qalan hissədə, o cümlədən ərizəçinin müəllim kimi işləməsi barədə ərizə tələbini əsassız hesab edir.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim F.Hüseynov) 10 iyun 2020-ci il tarixli, 2(002)576/2020 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi 1972-1974-cü, 1980-1988-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda, habelə 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində işləməsi faktının müəyyən edilməsi, ərizənin qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə Mülki Prosessual Məcəllənin 307-ci v ə 308-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, təqdim edilmiş sübutlar əsasında Ərizəçi yalnız 1972-1974-cü illərdə, habelə 1980-1988-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda, habelə 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində işləməsi faktı təsdiq olunur. Belə ki, izahatlar, şahidlər Ş.Quliyevin, R.Hümbətovun əmək kitabçalarına əsasən qeyd olunan müəssisədə işləmələri, şahidlər M.İmanovun, R.Əhmədovun təvəllüdü, şəxsiyyət məlumatlarına əsasən ərizəçi ilə həmyerli olmaları, ərizəçinin 1988-ci ildə qaçqın vəziyyətinə düşməsi halları nəzərə alınmaqla, qeyd olunan hissədə ərizənin təmin edilməsi qanuni və əsaslı hesab olunmalıdır. Buna baxmayaraq, ərizəçinin ali təhsilə malik olması barədə hər hansı sənəd təqdim edilmədiyindən, habelə məhkəmə iclasında tədqiq edilən sübutlarla təkzib edildiyindən, onun əmək fəaliyyətinə 1971-ci ildə başlaması, 1974-1977-ci illərdə müəllim işləməsi, "Azərrabitəinşaat" Trestində 1987-ci ildən işə başlaması ilə bağlı hissədə ərizə əsassız hesab olunaraq təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və ) 28 sentyabr 2020-ci il tarixli, 2(103)-6437/20 nömrəli qətnaməsi ilə Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya i nstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, müəssisələrə dair arxiv sənədlərinin əldə edilə bilinməməsi səbəbləri tam araşdırılmamış, müstəqillik dövründən sonrakı dövrə aid edilən iş stajına dair əmək kitabçasında qeydlərin aparılmaması səbəbləri aydınlaşdırılmamışdır. Göründüyü kimi məhkəmələr tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri tam şəkildə ic ra edilməmiş, obyektiv araşdırma aparılmamışdr. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarını n əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
19. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüq uqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
20. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
21. Maddə
310. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, ərizənin "Azərrabitəinşaat" Trestində işləmə faktına aid hissəsi istisna olmaqla, təmin edilən hissəsində ape llyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, ərizəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
27. Ərizəçi məxsus AZE No 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1955-ci il tarixdə Ermənistanın Əzizibəyov rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır.
28. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Ərizəçi ünvnlanmış 29.10.2019-cu il tarixli məktubdan görünür ki, Azərrabitəinşaat” Trestinin (“Azərrabitəinşaat” LTB) 19871996-cı illər üzrə kadr əmrləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Arxivdə saxlanılan 1997-1999-cu illər üzrə kadr əmrlərində isə onun əmək fəaliyyəti ilə bağlı məlumat aşkar edilməmiş, bu səbəbdən arxiv arayışının verilməsi mümkün olmamışdır.
29. İş materiallarında oan Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə ünvanlanmış 13.02.2020-ci il tarixli, 02/142 saylı məktubun surətindən görünür ki, Azərrabitəinşaat” Trestinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət arxivinə təhvil verilmədiyindən vətəndaş Ərizəçi iş stajını yoxlamaq mümkün olmamışdır.
30. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin 09.01.2020-ci il tarixli məktubundan görünür ki, əmək kitabçası təqdim edilə bilmədikdə sosial sığorta stajının məhkəmə qaydasında müəyyən edilməli olduğu ərizəçiyə izah edilmişdir.
31. İş materiallarında olan İT seriyalı ******* saylı X2 məxsus əmək kitabçasının surətindən görünür ki, X4 01.01.1989-cu ildən 19.10.1999-cu ilədək “Azərrabitəinşaat” trestində (“Azərrabitəinşaat” LTB) işləmiş, həmin müəssisə bir neçə dəfə yenidən təşkil edilmişdir.
32. İş materiallarında olan X3 məxsus əmək kitabçasının surətin dən görünür ki, X5 01.01.1989-cu ildən “Azərrabitəinşaat” trestində (“Azərrabitəinşaat” LTB) işləmiş, həmin müəssisə bir neçə dəfə yenidən təşkil edilmişdir.
33. İş materiallarında olan Ərizəçi məxsus NZ No ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur.
34. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, o, 01.01.1956-cı il təvəllüdlüdür, Ərizəçi həmkəndlisidir, eyni zamanda iş yoldaşı olmuşdur. Belə ki, özü də Zeytə sovxozunda işləmişdir. Həmin dövrdə kənd əhalisi əsasən sovxozda işləyirdi. Ərizəçinin 1972-1974-cü illərdə, eyni zamanda 1980-ci ildən 1988-ci ildəki məlum hadisələrə qədər həqiqətən Zeytə sovxozunda işlədiyini təsdiq edir. Həmin dövrdə qaçqın vəziyyətinə düşən azərbaycanlıların çox u əmək kitabçasını gətirə bilməmişdir.
35. Şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, o, 10.09.1948-ci il təvəllüdlüdür, Ərizəçi həmkəndlisi və iş yoldaşı olmuşdur. Belə ki, özü də Zeytə sovxozunda işləmişdir. Həmin dövrdə kənd əhalisi əsasən sovxozda işləyirdi. Ərizəçinin 1972-ci ildə Zeytə sovxozunda işə başladığını, daha sonra 1988-ci ildəki məlum hadisələrə qədər Zeytə sovxozunda işlədiyini xatırlayır. Həmin dövrdə qaçqın vəziyyətinə düşənlərin çoxu öz əmək kitabçasını gətirə bilməmişdir.
36. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, o, Ərizəçi iş yoldaşı olmuşdur. Belə ki, ərizəçini 1989-cü ildən tanıyır. Ərizəçi 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində iş icraçısı işləmişdir. Özü də "Azərrabitəinşaat" Trestində işləmiş və işlədiyi dö vr əmək kitabçasında əks olunmuşdur. "Azərrabitəinşaat" Tresti bir neçə dəfə yenidən təşkil edilmiş, həmin dövrün arxiv sənədləri qalmamışdır.
37. Şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Ərizəçi iş yoldaşı olmuşdur. Belə ki, özü 1980-ci ildən 1998-ci ilədək "Azərrabitəinşaat" Trestində işləmişdir. Ərizəçi isə 1980-ci illərdən 1996-cı ilədək "Azərrabitəinşaat" Trestində iş icraçısı vəzifəsində işləmişdir.
38. Kollegiya hesab edir ki, Ərizəçi 1972-1974-cü illərdə, habelə 1980-1988-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda işləməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmək imkanı obyektiv səbəblərdən olmadığı üçün ərizənin işdəki sübutlar əsasında həmin hissədə təmin olunması prosessual hüquq normalarına uyğundur. Ona görə də, həmin h issədə kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Bununla belə, Kollegiya hesab edir ki, ərizəçinin 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində işləməsi faktı müəyyən edilərkən prosessual hüquq normalarına əməl edilməmişdir.
40. Belə ki, ərizəçinin Azərbaycan Respublikasındakı "Azərrabitəinşaat" Trestində işləməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmək imkanına malik olmaması lazımi şəkildə əsaslandırılmamış və sübuta yetirilməmişdir (§ 14, 20).
41. Kollegiya nəzərə alır ki, "Azərrabitəinşaat" Trestinə aid arxiv sənədlərinin əldə edilməməsinin, ərizəçinin müstəqillik dövrünə təsadüf edən illərdəki iş stajına dair qeydlərin əmək kitabçasında aparılmamasının səbəbləri tam və hərtərəfli yoxlanılmamış, ərizəçinin adı çəkilən Trestdə işləməsinə dair şahid ifadələrinin digər yanakı sübutlarla (ərizəçinin həmin iş yerində çalışmasına işarə edən və oraya bağlılığına dəlalət edən hər hansı arayış, əmr və ya digər sənədlə) təsdiqlənməsi lazımi şəkildə araşdırılmamışdır. Belə olan halda, apellyasiya məhkəməsinin həmin faktın müəyyən edilmiş sayılması barədə gəldiyi qənaət prosessual hüquq normalarına uyğun yanaşma hesab edilə bilməz. Çünki, məhkəmə işdəki sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə, habelə məhkəmə iclasında tədqiq olunmuş sübutlara uyğun əsaslandırılmalıdır (§ 15-17).
42. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi ərizəç inin 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində işləməsi faktının müəyyən edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, ərizənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6437/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi Ərizəçi 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində işləməsi faktının müəyyən edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.