Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2348/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi üzrə öhdəliyin pozulmasına görə zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-771/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi podrat müqaviləsinə əsasən, İddiaçı tərəfindən Cavabdeh qapı və pilləkənlərin hazırlanması müqabilində 25.000 manat məbləğində pul vəsaiti verilmişdir. 2. xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın materiallarında aşağıdakılar əksini tapmışdır: -Cavabdeh izahat verərək bildirmişdir ki, o, İddiaçı bağ evinin tikintisi üçün 25.000 manat məbləğində və əlavə olaraq 1.500 manat məbləğində pul vəsaiti almış, lakin işi söz verdiyi vaxta qurtara bilmədiyini bildirmişdir. O, İddiaçı məxsus olan bağ evinin 2022-ci ilin may ayının sonunadək təmir edib təhvil verəcəyini bildirmişdir. 3. “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YDQM 012-/2022 nömrəli, xx.xx.2022-ci il tari xli mütəxəssis rəyinə əsasən Cavabdeh tərəfindən sözügedən materiallar qüsurlu şəkildə hazırlanmışdır. Qeyd edilmiş qüsurların aradan qaldırılması üçün bərpa işlərinin xərci 13.407 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 20.213 manat zərərin və ödənilmiş 151 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 120 C ünvanındakı 0.12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi arvadı Maraqlı şəxs xüsusi mülkiyyətindədir. 2021-ci ilin əvvəllərində həmin evdə müəyyən təmir işləri aparılırdı. Evin qapılarının və pil ləkənlərin yığılması ərəfəsi gəldikdə, evində işləyən ustaların vasitəsilə Cavabdeh və sonuncunun qardaşı Nicat adlı şəxslərlə 2021-ci ilin iyun ayının əvvəllərində tanış olmuşdur. Belə ki, onlar yaxşı qapı və pəncərə ustaları kimi təqdim edilmişdir. xx.xx.2021-ci il tarixində Cavabdeh qeyd olunan bağ evinə gələrək müəyyən ölçü işləri apardıqdan sonra görəcəyi işlərə görə 73 ədəd 1.20 m. enində pilləkən hazırlanıb quraşdırılması üçün (material daxil) hər birinin dəyəri 160 manat olmaqla, ümumilikdə, 12.000 manat, 23 ədəd qapının hazırlanıb quraşdırılması üçün (material daxil) hər birinin dəyəri 415 manat olmaqla, ümumilikdə 9.752 manat, Cavabdeh özünün qapının üstündə qoyduğu və qapının qiymətinə daxil olan kilid dəsti xoşuna gəlmədiyindən, hər kilidə görə əlavə 53 manat ödəmək şərti ilə, 26 ədəd kilid dəstinə görə 1.538 manat istəmişdir. Cavabdeh həmin məbləğin müqabilində özünə məxsus materiallarla qeyd olunan işləri görüb, müəyyən edilmiş ünvanda quraşdıraraq təhvil verməli idi. İddiaçı cavabdehin işə başlaması üçün xx.xx.2021-ci il tarixdə onun işlədiyi və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunun kənarında yerləşən sexə gedərək, Salehin qardaşı Nicatın iştirakı ilə 8.000 manat, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən bağ evində 4000 manat, daha sonralar isə xx.xx.2021ci il tarixədək hissələrlə ümumilikdə 25.500 manata yaxın pul vermişdir. Verilmiş pulların tarixinə və məbləğinə dair özündə müvafiq qeydlər aparmış və hətta, həmin məbləğlərin bəzilərinə Cavabdeh imza atmışdır. Cavabdeh və qardaşı Nicat 2021-ci ilin sentyabr ayının sonunda bütün işləri təhvi l verəcəklərinə söz versələr də, pulları tam almalarına baxmayaraq, bağ evinə yalnız materialların bir hissəsini gətirib, yerdə qalan hissəsini gətirməmiş və ümumiyyətlə hər hansı iş görməmişdir. Eyni zamanda, pilləkənlərin materialları evdə qaldığı zaman müəyyən olmuşdur ki, cavabdehə sifariş verilən pilləkənlərin eninin 1.20 m bütöv taxta olmalı olduğuna baxmayaraq, hansısa səbəbdən pilləkənlər 1.20 metr calaq taxta hissələrdən hazırlanmaqla, bir-birinə yapışdırılmış və üzərinə rəng vurulmuşdur ki, həmin calaq bilinməsin. Hələ heç quraşdırılmamış pilləkənlər calaq yerlərindən şişib aralanaraq, yararsız vəziyyətə düşmüşdür. 2021-ci ilin sentyabr ayının başa çatmasına baxmayaraq, iddiaçı Cavabdeh istifadəsində olan +**********44 və +**********44 nömrələrinə dəfələrlə zəng vursa da, onun zənglərinə cavab verməmiş, qardaşı Nicatın istifadəsində olan +**********00 və +**********84 nömrələrinə zəng vurduqda isə müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. İddiaçı 2021-ci ilin noyabrında isə Saleh zənglərinə cavab vermədiyindən, qardaşı Nicata zəng vurub, işi görməyəcəkləri ya da pulunu qaytarmayacaqları təqdirdə barələrində polisə şikayət edəcəyini bildirdikdən sonra, Saleh bağ evinə gələrək ondan bir qədər vaxt istəmiş və 2022-ci ilin yanvar ayının sonuna kimi işi başa çatdırıb ona təhvil verəcəyini bildirmişdir. O da bir insan olaraq onu başa düşüb, onunla razılaşmışdır. Lakin 2022-ci ilin yanvar ayının sonu Salehlə dəfələrlə əlaqə saxlamağına baxmayaraq, o zənglərinə cavab verməmişdir. Bu səbəbdən, iddiaçı Cavabdeh barəsində Xəzər rayonu Polis İdarəsinə şikayət etmiş və onun şik ayəti əsasında Xəzər RPİ-nin 1-ci Polis Bölməsində araşdırma aparılsa da, xx.xx.2022-ci il tarixdə CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilərək, mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh araşdırma zamanı vermiş olduğu izahatında ondan yuxarıda qeyd olunan işlərə görə 25000 manat aldığını və iş görmədiyini, 2022-ci ilin may ayınadək bütün işləri başa çatdıracağını və hətta əlavə olaraq ondan 1500 manat aldığını etiraf etmişdir. 2022-ci ilin may ayı keçsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, onunla əlaqədən yayınmışdır. Bu səbəbdən, o, işlərin görülməsi üçün artıq digər ustalara müraciət etmək məcburiyyətində qalmışdır. Lakin həmin ustalar cavabdeh tərəfindən ona verilmiş qapılara, pilləkənlərə və digər materiallar a baxdıqdan sonra, onların hər birinin qüsurlu olduğunu bildirdiyindən, məcburiyyət qarşısında qalaraq, cavabdeh tərəfindən təqdim edilmiş materialların vəziyyətinin, qüsurlarının və çəkilməli olan xərclərin müəyyən edilməsi üçün mütəxəssis dəvət etməli olmuşdur. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi” MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, 22 ədəd qapı və onların çərçivələri, 152 ədəd məhəccər, 72 ədəd pilləkən və onun aksessuarları bütövlükdə qüsurludur. Belə ki, 22 ədəd qapının iç hissələri doldurulmaması, bucaq dərəcələrinin uyğunsuzluqları, bəzi hissələrin ümumiyyətlə, işlənilməməsi aşkar olunmuşdur. Eyni zamanda, qapı və pilləkənə aid taxta materialdan olan hissələrin lazımi qaydada standartlara uyğun rənglənməməsi, bir çox hissələrin kon struksiya elementi çərçivəsində digər hissələrlə uyğunsuzluqları müəyyən edilmişdir. Bundan başqa, 72 ədəd pilləkənin hər bir pilləsi calamaqla uzunluğu artırılmış, sonradan rənglənmişdir. Həmin hissələrin calanması keyfiyyətsiz işləndiyindən, nəticədə birləşən hissələrdə xətt əmələ gəlmiş və rəngin çatlamasına gətirib çıxarmışdır. Bu proses 72 pilləkənin hər birində baş vermişdir. Müxtəlif ölçüdə olan ümumilikdə 152 ədəd məhəccər və pilləkən aksessuarlarının lazımi qaydada, standartlara uyğun rənglənməməsi bir-biri arasında rəng fərqi yaratmış və vurulan rəngin getməsi müşayiət olunmuşdur. Göstərilən qüsurların aradan qaldırılması üçün bərpa işlərinin xərci 13407 (on üç min dörd yüz yeddi) manat təşkil edir. Bundan başqa, cavabdeh üzərinə götürdüyü işləri yerinə yetirmədiyindən, hazırda d igər ustalar qüsurlar aradan qaldırılmaq bərpa olunduqdan sonra, 22 ədəd qapının hər birinin quraşdırılması üçün 50 manat olmaqla cəmi 1100 manat, 72 ədəd pilləkənin hər birinin quraşdırılması üçün 40 manat olmaqla cəmi 2880, 152 ədəd məhəccərin hər birinin quraşdırılması üçün 3 manat olmaqla cəmi 456 manat və 190 metr “plintus”u hər bir metrinin rənglənməsi üçün 3 manat olmaqla cəmi 570 manat zəhmət haqqı tələb edirlər. Bu isə ümumilikdə 5006 manat edir. Eyni zamanda, qiymətləndirilmənin həyata keçirilməsi üçün tərəfindən qiymətləndirmə təşkilatına 300 manat ödənilmişdir
6. Cavabdeh iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, tanışı, usta Fazil Məmmədov 2021-ci ilin may ayında ona zəng edərək İddiaçı evində taxta qapı və pilləkən yığılmasını təklif etmiş və o, bu təklifi q əbul etmişdir. xx.xx.2021-ci il tarixindən İddiaçı bağ evində ölçü işlərinə başlamış və sifarişçinin hansı ağac növündən və hansı formada qapı və pilləkən istədiyini müəyyən edərək "fıstıq" ağacının sifarişini vermişdir. Həmin ərəfədə İddiaçı bağ evi tam hazır olmadığından və qiymətlərin bir qədər baha olması, həmin qiymətlərə onun maddi imkanının çatmaması (2021-ci ilin sonlarında fıstıq ağacından olan bir pilləkənin qiyməti 230 manat olduğu halda, onun xahişi ilə 166 manatdan, qapıların qiyməti 600 manat olduğu halda 415 manatdan və 3 X 0.30 X 0.05 ölçülü taxtanın qiyməti 1000 manat olduğu halda, 800 manatdan hesablayaraq razılaşmışlar) və onun 2021-ci ilin noyabr ayının sonlarında “Koronovirus”a yoluxması səbəbindən sifarişlər yubanmış və artıq qış ayı olduğu üçün alınmış taxtaların qur udulması zərurəti yaranmışdır. O, “koronovirus”dan ev şəraitində müalicə aldığı zaman İddiaçı və həyat yoldaşı hansısa prokuror qohumuna güvənərək ona və ailə üzvlərinə hədə-qorxu gələrək, bağ evinə gəlməyini, sifarişləri yerinə yetirməyini, işi qurtarmağı tələb edirdilər. 2022ci ilin yanvar ayının axırlarında bağ evinə gəlib müəyyən işləri görmək istəyəndə İddiaçı və həyat yoldaşının ona qarşı təhqirlərinə dözməyib bağ evini tərk etmişdir. Materialların pulunu qaytaracağını və belə bir ailə üçün işləməyəcəyini bildirmişdir. 2022-ci ilin mart ayında başqa bir sifariş qəbul etmişdir ki, İddiaçı aldığı pulları qaytarmışdır. Lakin İddiaçı 2022-ci ilin mart ayının sonlarında "axtarılıb tapılması və barəsində qanuni tədbir görülməsi haqqında" Xəzər RPİ-nin 1-ci PŞ-nə şikayət etmiş və o yuxarıda qeyd etdiyi kimi, materialların baha olması, xəstəlik və ona qarşı təhqiramiz ifadələrin işlənməsi səbəbindən incidiyi barədə izahat verərək, 2022-ci ilin may ayının sonuna qədər pilləkənləri və qapıları təhvil verəcəyini izahatında bildirmişdir. Əİavə olaraq, həmin materialların rənglənməsi üçün 1500 manat istəmişdir. İddiaçı rənglənmə işi üçün 1500 manatın həddən artıq çox olduğunu bildirdikdə, Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyev iddiaçının yanında başqa bir rəngsaza zəng edərək sadalanan materialların rənglənmə qiymətini soruşmuş, iddiaçıya onun təklif etdiyi qiymətlə razılaşmağı məsləhət bilmiş və ona izahatında 1500 manatı da aldığını qeyd etməyə məcbur etmişdir. Halbuki həmin məbləğ ona verilməmişdir. Polis mayoru Xəzər Yolçuyev işi bitirdiyində o na məlumat verməyini də ona tapşırmışdır. 10 may 2022-ci il tarixdə fıstıq ağacından olan 12 ədəd tumba, 132 ədəd “balaçnı”, 72 ədəd pilləkən, 72 ədəd pilləkən sinəliyi, 40 metr “perila” və 60 metr pilləkənin “plintu”su (ümumi məbləğ 12000 manat), şam ağacından 23 ədəd taxta qapı-iki üzü “MDF” materialından, şam ağacından qapıların çərçivəsi, “MDF” taxta hissələri və 10 sm-lik 266 metr “MDF” qapı kənarları (ümumi məbləğ 9545 manat), 12 sm-lik “MDF”“plintus”lar 290 metr (ümumi məbləğ 1400 manat), üzləməsi “MDF” 3 dəmir qapı (ümumi məbləğ 1130 manat), mərtəbə arası 3 dənə “MDF” döşəmə, fıstıq ağacından “perila”, 22 ədəd 50 sm-lik “balaçnı” (ümumi məbləğ 1500 manat edir, lakin o məbləği ondan almamışdır) və 40 manatlıq qapı kilidlərinin bir neçə dəfə dəyişdirilərək 93 manatlıq kilidlərlə əvəz edilərək, usta Fazil Məmmədovun iştirakı ilə İddiaçı təhvil vermiş və əlavə olaraq foto-şəkil, video çəkiliş etmişdir. Şəxsən usta Fazil Məmmədov qapıların boşaldılmasında köməklik etmişdir. Bundan əlavə, yuxarıda qeyd olunan materialların quraşdırılması üçün İddiaçı 3500 manat zəhmət haqqı istənilmiş və o, pulunun olmamasını bəhanə edərək quraşdırılma işlərini təxirə salmışdır. Hətta ona, materialların 2-3 ay ərzində quraşdırılmayacağı təqdirdə taxtaların deformasiyaya uğrayacağı izah edilmiş, lakin o, bu işi başqa bir ustaya həvalə edəcəyini bildirmişdir. Materialları təhvil verdikdən sonra polis mayoru Xəzər Yolçuyevə məlumat vermiş və təhvil verilmiş materialların foto-video çəkilişlərini Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyevə təqdim etmişdir. İddiaçı və ailə üzvləri usta və fəhlələrlə heç bir əmək müqaviləsi bağlamamaları səbəbindən onlarla qul kimi rəftar edirdilər.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1797/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia qismən təmin edilərək, Cavabdeh 14.907 manat maddi ziyan, 300 manat ekspertiza xərci və 134.72 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdırki, iddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi podrat müqaviləsi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qapı və pilləkənlərin hazırlanması müqabilində 25000 manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh podrat müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilən mütəxəssis rəyindən məlum olur ki, cavabdeh tərəfindən materiallar qüsurlu şəkildə hazırlanmışdır. Sözügedən mütəxəssis rəyindən həmçinin oda müəyyən edilir ki, qeyd edilmiş qüsurların aradan qaldırılması üçün bərpa işlərinin xərci 13407 manat təşkil edir. Belə olan halda, iddiaçı tərəfindən qüsurlu materiallın qüsurunun aradan qaldırılması üçün çəkilmiş xərc cavabdehdən tutulmalıdır
9. Məhkəmə iddia tələbinin 1500 manat pulun tutulması hissəsinə münasibətdə bildirmişdir ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın materiallarında cavabdehin yazılı olaraq vermiş olduğu izahatdan da görünür ki, cavabdeh həmin materialların rənglənməsi üçün iddiaçıdan əlavə olaraq 1500 manat pul a lmışdır. Cavabdeh etiraz ərizəsində qeyd edilən pul məbləğini almadığını, məcburiyyət qarşısında qalaraq izahatında onu yazmış olduğunu bildirsə də, bu halı təsdiq edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 752.1, 753.1, 759.2, 760.2, 762.1, 762.2, 764.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə cavabdeh tərəfə hər hansı bildiriş təqdim olunmamış və tərəfin iştirakı olmadan işə baxılmaqla məhkəmə qətnaməsi çıxarılmışdır. xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz və qarşılıqlı iddia ərizəsinin təqdim olunmasına və xx.xx.2023-cü il tarixdə işə əlavə olunması üçün vəkil orderi və etibarnamə təqdim olunmasına baxmayaraq cavabdehin və vəkilinin iştirakı olmadan işə baxılaraq qarşılıqlı iddiaya münasibət bildirilmiş və xx.xx.2023-cü il tarixdə isə məhkəmə qətnaməsi çıxarılmışdır. Yalnız xx.xx.2023-cü il tarixdə qətnamənin elektron kabinetə yerləşdirilməsindən sonra həmin qətnamədən cavabdeh xəbərdar olmuşdur. Göründüyü kimi, məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə cavabdeh tərəfə hər hansı bildiriş təqdim olunmamış və tərəfin iştirakı olmadan işə baxılmaqla məhkəmə qətnaməsi çıxarılmışdır. Bundan başqa qətnamədə təqdim olunmuş materialların qüsurlu olması qeyd olunsa da, həmin qüsurların kimin təqsiri üzündən əmələ gəlməsi sübuta yetirilməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı materialların onun evinə gətirildiyi zaman deyil, materialların onun evində qaldığı zaman qüsurlarının aşkar olunduğunu bildirmişdir. Materialların iddiaçının evində bir müddət qaldıqdan sonra qüsurlarının aşkar olunması onların saxlanma şəraitinin düzgün olmaması səbəbindən yaranma ehtimalını istisna etmir. İddiaçı ilə işin daha tez yekunlaşdırılıb təhvil verilməsinə dair razılığa gəlinsə də, cavabdehin “koronovirus” xəstəliyinə yoluxması və evdən çıxmağının mümkün olmaması səbəbindən işin ic rası yubanmışdır. Bununla belə, iddiaçı ondan pul aldıqdan sonra bilərəkdən razılaşmanın şərtlərini cavabdehin pozduğunu iddia etsə də, cavabdeh 2022-ci ilin yanvar ayının axırlarında bağ evinə gedərək müəyyən işləri görmək istədiyi zaman İddiaçı və onun həyat yoldaşı onu təhqir etmiş, o isə təhqirlərə dözməyərək bağ evini tərk etmişdir. Belə ki, cavabdeh tərəfindən materialların tam qüsursuz vəziyyətdə göndərilməsinə, daha sonra ondan asılı olmayan səbəblərdən işin icrasının gecikməsinə və həmin müddət ərzində iddiaçı tərəfindən materialların qüsurlu olması barədə iddianın irəli sürülməsinə baxmayaraq, məhkəmə ətraflı araşdırma aparmadan öz qətnaməsində şifahi podrat müqaviləsinin şərtlərinin pozulduğunu qeyd etmişdir. Bundan əlavə, qətnamədə materiallardakı qüsurların qiymətləndirilməs i üçün ekspertizanın keçirilməsi göstərilsə də, həmin ekspertizanın cavabdehin iştirakı olmadan keçirilməsi ekspert rəyinin obyektiv olub-olmamasına dair sual yaradır. Belə ki, ekspertizanın aparılması üçün təqdim olunan materialların həqiqətən cavabdeh tərəfindən təqdim olunan materiallar olub-olmaması da məlum deyildir. Buna görə də işin yenidən araşdırılması və eləcə də təkrar ekspertizanın keçirilməsi zəruridir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-771/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1797/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxıl anılmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, tərəflər arasında şifahi podrat müqaviləsindən irəli gələn münasibətlərin olması, həmçinin iddiaçı tərəfindən 25.000 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsi işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı iddiaçıya materialların qüsurlu olması və podrat müqaviləsinə əsasən işin görülməməsinə görə vurulmuş ziyanın müəyyən edilməsi ilə bağlı olmuşdur. İş materiallarına və tərəflərin izahatlarına əsasən məlum olur ki, razılaşdırılmış işlərin görülməsi ilə bağlı podrat müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. Eyni zamanda, təqdim olunmuş qiymətləndirməyə əsasən podratçı tərəfindən sifarişçiyə verilmiş ma teriallar qüsurlu olmuş, aşkarlanan qüsurlarının aradan qaldırılması üçün bərpa işlərinin xərci 13.407 manat olmuşdur.
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili olan cavabdehin qarşılıqlı iddiasına dair məhkəmənin qəbul etdiyi qərardada münasibətdə bildirmişdir ki, cavabdeh tərəfindən ilkin iddia tələbinin verilməsindən 20 gün müddətində qarşılıqlı iddia tələbi irəli sürülə biləcəyi halda, qanunvericiliyin bu tələbi pozulmuşdur. Odur ki, haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasına dair qərardad qəbul edilmişdir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili olan sonuncu məhkəmə iclasından tərəfin məlumatsız olması və qətnamənin qəbul edilməsindən gec xəbərdar olmasına münasibətdə qeyd etmişdir ki, iş materiallar ından görünür ki, cavabdeh məhkəmənin 06 iyul 2023-cü il tarixli iclasında iştirak etmiş, qətnamənin qəbul edildiyi 01 avqust 2023-cü il tarixli növbəti iclas barədə məhkəmə qəbzinə imza etdirilməklə, məlumatlandırılmışdır.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili olan tədqiq olunan materialların podratçının təqdim etdiyi materiallarla eyni olub-olmamasına münasibətdə bildirmişdir ki, cavabdehin təqdim etdiyi və müvafiq qiymətləndirmə rəyində olan qiymətləndirmə obyektinin foto-təsviri eynilik təşkil edir. Eyni zamanda, cavabdeh tərəfindən şikayətin dəlillərini təsdiq edən heç bir sübut təqdim edilməmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qüsurların sonradan aşkarlanması və kimin təqsiri ucbatından yaranmasının araşdırılmaması dəlilinə münasibətdə bildirmişdir ki, tərəflər arasında olan şifahi podrat müqaviləsinin şərtlərinə görə razılaşdırılmış müddət ərzində materialların təmin edilməsilə yanaşı quraşdırmatəmir hərəkətləri yerinə yetirilməli idi. Bu halda, müqavilə şərtlərinin yerinə yetirilməməsinə görə podratçı sifarişçiyə dəymiş maddi ziyan həcmində məsuliyyət daşıyır. Həmçinin podratçı tərəfindən razılaşmada nəzərdə tutulan öhdəliklərin lazımınca yerinə yetirilməməsini təsdiq edən sübutlar təqdim olunmamışdır.
19. Məhkəmə kollegiyası iddia tələbinin 1500 manat pulun tutulması hissəsində də təmin olunmasına dair qeyd etmişdir ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın materiallarında cavabdehin yazılı olaraq vermiş olduğu izahatından da görünür ki, cavabdeh həmin materialların rənglənməsi üçün iddiaçıdan əlavə olar aq 1500 manat pul almışdır. Cavabdeh etiraz ərizəsində qeyd edilən pul məbləğini almadığını, məcburiyyət qarşısında qalaraq izahatında onu yazmış olduğunu bildirsə də, bu halı təsdiq edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə düzgün olaraq təmin edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, malların cavabdeh tər əfindən təqdim edilmiş mallar olduğu qəbul edilsə belə (ekspertizaya təqdim edilmiş malların cavabdeh tərəfindən təhvil verilmiş mal olduğunu müəyyən etmək mümkün deyil), həmin malların iddiaçı tərəfindən saxlanma şəraiti də ekspertizanın rəyində qeyd olunan qüsurlardan bəzilərinin yaranmasına (taxtaların əyilməsi və.s.) səbəb ola bilərdi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mövcud zərərin həqiqətən cavabdehlə iddiaçının arasında yaranmış podrat müqaviləsindən irəli gəlmiş zərər olub-olmadığını, əgər podrat müqaviləsindən irəli gələn məsələdirsə zərərin cavabdehin təqsirli hərəkətləri nəticəsində mövcud olub-olmaması müəyyən edilməmişdir. Hərçənd ki apellyasiya instansiyası məhkəməsində ekspertizanın cavabdehin iştirakı ilə keçirilməsinə dair vəsatət verilmiş olsa da, məhkəmə kol legiyası vəsatəti təmin etməmiş, həmin malların həqiqətən də cavabdeh tərəfindən verilmiş mallar olduğunu müəyyən etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz ərizəsində kassasiya şikayətinin əsassız olduğu qeyd edilmiş və kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır.
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür.
26. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
27. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyən ləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
28. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
29. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməs ini tələb edə bilər.
30. Maddə 762.1 və 762.2. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
31. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri süb utları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 82.4. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılı qlımünasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərind ən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
45. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
46. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə qapı və pilləkənlərin hazırlanması müqabilində 25.000 manat pul verilmişdir. Lakin, cavabdeh podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur.
47. İşə əlavə qiymətləndiricinin hesabatı ilə müəyyən olunur ki, cavabdeh tərəfindən sözügedən materiallar qüsurlu şəkildə hazırlanmışdır. Sözügedən qiymətləndiricinin hesabatından həmçinin o, da müəyyən olunur ki, qeyd edilmiş qüsurların aradan qaldırılması üçün bərpa işlərinin xərci 13.407 manat təşkil edir. Belə olan halda, cavabdeh, iddiaçı tərəfindən qüsurlu materialların qüsurunun aradan qaldırılması üçün çəkilmiş xərcləri ödəməyə borcludur.
48. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddia tələbinin 1.500 manat pulun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki,“cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda cavabdehin yazılı olaraq vermiş olduğu izahatdan da görünür ki, o sözügedən materialların rənglənməsi üçün iddiaçıdan əlavə olaraq 1.500 manat pul almışdır.
49. Cavabdeh etiraz ərizəsində, kassasiya şikayətində qeyd edilən pul məbləğini almadığını, həmin pul məbləğini məcburiyyət qarşısında qalaraq aldığını, habelə mallardakı qüsurların iddiaçı tərəfindən saxlanma şəraitinə əməl olunmadığı üçün yarandığını, mövcud zərərin onunla iddiaçı arasında yaranmış podrat müqaviləsindən irəli gələn zərər olmadığını, bu zərərin yaranmasında onun təqsirinin olmadığını və sair göstərsə də, bu halları təsdiq edəcək hər hansı mötəbər yazılı sübutları məhkəməyə təqdim etməmişdir.
50. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mülki iş materiallarına tam uyğundur və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(103)-771/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.