Məhkəmə qərarları › İş №2(102)-2349/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2349/2022

31.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2349/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan və ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2163/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsindən verilmiş cavabdehin kassasiya şi kayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********49 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 4/5 hissə İddiaçı və 1/5 hissə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Zaqatala Rayon Məhkəməsinin 2(033)-54/2020 nömrəli, 06 fevral 2020-ci il tarixli qətnaməsinə görə İddi açı 19 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin mülkiyyətində olan 4/5 hissəsinin naturada ayrılıb ona verilməsi, bu mümkün olmadıqda həmin torpaq sahəsinin 1/5 hissəsindən Cavabdeh kompensasiya ödənilməklə çıxarılması tələbinə dair iddiası rədd edilmişdir.

3. Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-1061/2020 nömrəli, 29 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-54/2020 nömrəli, 06 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Zaqatala Rayon Məhkəməsinə iddia ə rizəsi ilə müraciət edərək, 19 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin mülkiyyətində olan 4/5 hissəsində özbaşına tikilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsi və cavabdehin onun payına düşən həmin hissədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 19 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin 4/5 hissəsi xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsində 2004-cü il tarixdə qardaşı olan cavabdeh tərəfindən mağaza binası inşa edilmişdir. Torpaq sahəsində iki tikili mövcuddur. Mağaza binası və onun arxasında yerləşən anbar binası. Həmin torpaq sahəsində inşa edilmiş 80 kv metr mağaza və arxasında yerləşən anbar binası pay torpaq sahəsində tikilmişdir. Torpaq sahəsinin ona məxsus 4/5 hissəsində cavabdeh qardaşı tərəfindən qanunsuz tikililər inşa edildiyindən torpaq sahəsindən istifadə edə bilmir. Bu səbəbdən həmin mağaza binasının sökülməsinə və cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasına zərurət vardır.

6. Cavabdeh iddiia ərizəsinə münasibətdə göstərmişdir ki, mübahisələndirilən torpaq sahəsinin 1/5 hissəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsində yerləşən tikililər torpaq islahat keçir ilməmişdən əvvəl onun tərəfindən inşa edilmiş, həmin vaxtdan da istifadəsindədir. Qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçənən torpaq sahəsinin naturada ayrılıb ona verilməsi və ya onun kompensasiya verilməklə çıxarılması tələbinə dair iddia ərizəsi da rədd edilmişdir. Şərh olunan hallar tikililərin sökülməsini mümkünsüz edir. Həmin hallar nəzərə alınmaqla iddia ərizəsi rədd edilməlidir.

7. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən 0,0499 ha torpaq sahəsində iş üzrə cavabdeh tərəfindən inşa edilmiş mağaza binası və əlavə tikililər var. Həmin torpaq sahəsinin yarıdan çox h issəsi tikililər altında yerləşir. Tikililərdən və mağaza binasından cavabdeh istifadə edir. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir.

8. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim T.H.Həsənov) 12 noyabr 2020-ci il tarixli, 2(033)- 953/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 19 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsi və cavabdehin ona düşən hissədən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülkiyyətçilərin mübahisə predmeti olan torpaq sahələrinə payları müəyyən edilmişdir. Lakin qan uni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə barəsində mübahisə gedən torpaq sahələrinin paylı mülkiyyətçilərinin paylarına münasib olaraq naturada bölünməsi mümkün deyildir. İddiaçı isə torpaq sahəsinin onun mülkiyyətində olan hissəsində inşa edilmiş mağaza binasının sökülməsini və cavabdehin həmin hissədən çıxarılmasını tələb edir. Məhkəmənin qənaətinə görə isə, tərəflərin payları nə qədər ki naturada bölünməyib, həmçinin iddiaçının mübahisələndirilən torpaq sahəsinin hansı hissəsinin onun mülkiyyətində olması müəyyən edilməyib, ona görə də iddiaçının iddiası əsaslı hesab edilərək təmin edilə bilməz. Tərəflərin mülkiyyətində olan torpaq sahəsində yerləşən mübahisəli tikililər lazımı qaydada icazə alınmadan tikildiyi və müvafiq qeydiyyata alınmadığı üçün özbaşına tikilidir. Həmin tikilinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilməsi ilə bağlı iddiaçı tərəf məhkəməyə heç bir sübut təqdim etməmişdir.

10. Bundan başqa, hazırkı vaxtda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ 19 iyul 2019-cu qeydə alınmışdır. Lakin torpaq sahəsi həmin dövrdə boş olmamış və cavabdehə məxsus uzun müddət istifadə olunan tikililərin altında yerləşir. Həmçinin iddiaçı cavabdehin ona torpaq sahəsindən istifadə etməyə imkan verməməsi, cavabdehin hər hansı müdaxiləsinin olması, bununla da onun mülkiyyət hüququnun pozulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1, 213.2, 213.3, 215.1, 220.1, 220.2, 220.3 və 180.4-cü maddə lərinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Şəki Apelyasiya Məhkəməsi mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər E.Ş.Hüseynov - sədrlik edən və məruzəçi, M.M.Hüseynov və G.A.Abbasov) 09 mart 2021-ci il tarixli, 2(107)-2163/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(033)-258/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi n əticə və əsaslandırma ilə razılaşmışdır.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin qismən ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya qaydasında işə baxılarkən iddiaçı, məhkəmə kollegiyasına heç bir əsaslı sübut təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş materialları ilə öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzg ün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

17. İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 2(102)-4122/21 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.R.Vəliyeva, hakimlər E.Y.Şamayev və A.Ə.Abbasov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

19. Kasasiya instansiyası məhkəməsi mövqe yini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr hesab etmişdir ki, tərəflərin mülkiyyətində olan torpaq sahəsində yerləşən mübahisəli tikililər lazımı qaydada icazə alınmadan tikildiyi və müvafiq qeydiyyata alınmadığı üçün özbaşına tikilidir. İddiaçının cavabdehlə paylı mülkiyyətində olan torpaq sahəsi üzərində mövcud olan qanunsuz tikililərin sökülməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 180.4-cü maddəsi təşkil edir, apelyasiya məhkəməsi isə həmin normanı düzgün tətbiq etməmişdir. Həmin maddənin tələbinə əsasən təkcə lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular deyil, həm də müstəqil əsas kimi tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş bina və qurğular özbaşına tikili olmaqla, m araqlı şəxslərin iddiası üzrə sökülə bilər.

20. Məhkəmələrin özlərinin müəyyən etdiyi işin faktiki hallarından görünür ki, tərəflərin paylı mülkiyyətində olan 0,0499 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Yəni bu torpaq sahəsi mağaza tikintisi üçün ayrılmış torpaq sahəsi deyildir. Həmçinin sökülməsi tələb edilən tikililər paylı mülkiyyətdə olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edildiyi məhkəmələr tərəfindən müəyyən edildiyindən, həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi, buna digər mülkiyyətçinin razılığının alınması, həmçinin qeyri-yaşayış sahəsinin tikilməsi üçün lazımi icazələrin alınması və s. ilə bağlı sübutları məhkəməyə təqdim etmək və həmin tikililərin qanuni tikili ol masını sübut etmək yükü artıq cavabdehə aid olmuşdur. Digər tərəfdən, məhkəmələr özləri müəyyən etmişlər ki, mübahisələndirilən 0,0499 ha torpaq sahəsində iş üzrə cavabdeh tərəfindən inşa edilmiş mağaza binası və əlavə tikililər mövcuddur. Həmin torpaq sahəsinin yarıdan çox hissəsi tikililər altında yerləşir və tikililərdən və mağaza binasından cavabdeh istifadə edir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir. Belə olan halda, cavabdehin iddiaçıya torpaq sahəsindən istifadə etməyə imkan verməməsi, cavabdehin hər hansı müdaxiləsinin olması, bununla da iddiaçının mülkiyyət hüququnun pozulması ilə bağlı iddiaçının sübut təqdim etməməsinə istinad edilməsi əsassız olmuşdur.

21. Məhkəmənin istinad etdiyi digər bir əsasa, tərəflərin payları naturada bölünmədiyinə və iddiaçının mübahisələndirilən torpaq sahəsinin hansı hissəsinin onun mülkiyyətində olmasının müəyyən edilmədiyinə istinadı da əsassızdır. Çünki iddiaçının torpaq sahəsinin naturada paylara uyğun bölünməsi barədə iddiası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə ona görə təmin edilməmişdir ki, həmin torpaq sahəsinin təqribən 300 kv metr hissəsi cavabdeh tərəfindən inşa edilən mağaza binası və əlavə tikililərin altında yerləşir, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da, boş deyildir. Buna görə də ekspert torpaq sahəsinin paylara uyğun bölünməsini mümkünsüz hesab etmiş, məhkəmə də bu iddianı təmin etməmişdir. Hazırda iddiaçının öz mülkiyyətində olan torpaq payının naturada ayrılmasına mane olan qan unsuz tikililərin sökülməsi tələbi isə həmin torpaq sahəsinin naturada ayrılmaması və iddiaçıya aid hissəsinin müəyyən edilməməsi əsası ilə rədd edilməsi iddiaçını çıxılmaz vəziyyətə salmış, onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmaqla, bu hüququ “xəyali” hüquqa çevirmişdir. Halbuki Mülki Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar.

22. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi b arədə qənaətini kifayət qədər əsaslı saymamış və hesab etmişdir ki, işə yenidən baxılarkən qeyd edilən məsələlər bir daha ətraflı aydınlaşdırılmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-2163/2021 saylı 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov, (sədrlik edən və məruzəçi), M.A.Əsədli və V.İ.Məlikov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binasının Cavabdeh he sabına sökülməsinə dair rədd olunması hissəsində ləğv olunmuş, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə təmin edilmiş, Zaqatala rayonu Muxax kəndində yerləşən 4/5 hissəsi İddiaçı mülkiyyətində olan 0,0499 ha torpaq sahəsində inşa edilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. Apelyasiya instansiyası məhkəməsi MPM-nin 420-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən iddianın Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsi hissəsində rədd olunması barədə gəldiyi nəticə ilə razılaşmır.

25. Məhkəmə q eyd etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi digər bir əsasa, tərəflərin payları naturada bölünmədiyinə və iddiaçının mübahisələndirilən torpaq sahəsinin hansı hissəsinin onun mülkiyyətində olmasının müəyyən edilmədiyinə istinadı da əsassızdır. Çünki iddiaçının torpaq sahəsinin naturada paylara uyğun bölünməsi barədə iddiası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə ona görə təmin edilməmişdir ki, həmin torpaq sahəsinin təqribən 300 kv metr hissəsi cavabdeh tərəfindən inşa edilən mağaza binası və əlavə tikililərin altında yerləşir, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da, boş deyildir. Ona görə də ekspert torpaq sahəsinin paylara uyğun bölünməsini mümkünsüz hesab etmiş, məhkəmə də iddianı təmin etməmiş dir.

26. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin iddianın rədd edilməsi barədə qənaətini kifayət qədər əsaslı saymamış, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl edilməmiş, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin qismən ləğvi üçün əsasdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. C avabdeh də iddiaçı kimi torpaq sahəsinə münasibətdə eyni hüquqlara malikdir, qanuni qüvvəyə minmiş qətnamə ilə torpaq sahəsinin paylı mülkiyyətçilərin paylarına münasib olaraq naturada bölünməsinin mümkün olmamsı müəyyən edilmişdir, lakin iddianın təmin olunmasına dair qətnamə qəbul edərkən şərh olunan halları nəzərə almamış, nəticədə cavabdeh mülkiyyətindən məhrum olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özb aşına tikinti sayılır.

31. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

32. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

33. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyina tını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 37.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq proses sual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2163/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi anda

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar