Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2349/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, sübutlar, sübutetmə 26.07.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5482/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı şikayət ərizəsinə dair toplanmış materialda cinayət tərkibi aşkar olunmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir;
3. Həmin araşdırma çərçivəsində İddiaçı verdiyi izahatında bildirmişdir ki, Cavabdeh Çin Respublikasından Bakı şəhərinə tibbi ləvazimatlar gətirib satışından gəlir əldə etmə adı ilə onu aldadaraq xx.xx.2020-ci il tarixdə 3300 ABŞ dolları və 1400 manat, xx.xx.2020ci il tarixdə Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binası qarşısında 7.500 manat, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, 57 saylı tam orta məktəbin yaxınlığında 2.200 ABŞ dolları, xx.xx.2021ci il tarixdə yaşadığı ünvan 1 ünvanda 10.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə yaşadığı ünvanda özünün göndərdiyi rəfiqəsi Ayanın vasitəsilə 10.000 manat, xx.xx.2021-ci il tarixdə yaşadığı ünvanda Jalənin özü tərəfindən 10.000 manat, xx.xx.2021-ci il tarixdə Jalənin özünün göndərdiyi və şəxsi taksi sürücüsü vasitəsilə ünvan 2 ünvanda yerləşən “Bernar-Cassiyer” lazer mərkəzindəki iş yerində 7.000 manat, ümumilikdə 15.500 ABŞ dolları, 39.900 manat olmaqla milli pul vahidi manata olan nisbətdə ümumilikdə 66.250 manat məbləğində külli miqdarda pulunu alıb ələ keçirmişdir.
4. Həmin araşdırma çərçivəsində Cavabdeh verdiyi izahatında bildirmişdir ki, 2019-cu ilin dekabr ayından başlayaraq rəfiqəsi X5 ilə birlikdə tibbi ləvazimatları alıb satmaqla məşğul olmuş, müəyyən vaxt sonra 2020-ci ilin yanvar ayında Əfsanə adlı tanıdığı qız da onlara qoşulmuşdur. Əfsanənin atasının tikinti layihələrində tender udub işlər gördüyünü deyərək, bunun üçün vəsait qoymaq təklifi etmişdir. Bu məqsədlə bibisi qızı İddiaçı borc adı ilə əvvəl 5.000 manat alaraq sonradan özünə qaytarmış və 2020-ci ilin noyabr ayından başlayaraq özünün işlədiyi Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki salona gedərək 6.500 manat, 2020-ci ilin dekabr ayında Nərimanov rayonu ərazisində ondan 7.500 manat, həmin ərəfələrdə Mahirədən yenə 5.000 manat, xx.xx.2021-ci il tarixdə Nərimanov rayonu ərazisində Mahirədən 17.000 manat, müəyyən vaxt sonra 10.000 manat, ümumilikdə təxmini hesablamasına görə Mahirədən 75.000 manat pul almış, 2022ci ilin yanvar ayına kimi ona 86.194 manat pul qaytarmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) 66.250 manat pul vəsaitinin, 289 manat dövlət rüsumunun və 110 manat vəkil xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qohumudur. Cavabdehlə heç bir zaman aralarında narazılıq olmamış, əksinə bir-birlərinə qarşı hörmət və güvənləri olmuşdur. Cavabdeh aralarındakı yaxınlıqdan istifadə edərək, onunla birlikdə işləməyi təklif edərək 2020-ci ilin sentyabr ayından 2021-ci ilin aprel ayına qədər olan müddət ərzində xarici ölkələrdən (Çin) tibbi ləvazimatların gətirilməsi adı ilə pul istəmişdir. O, isə cavabdehə olan etibarından bu təkli fi qəbul edərək, cavabdehə hissə-hissə olmaqla, ümumilikdə 76.000 manat məbləğində pul vermişdir. Cavabdeh birgə işlədikləri dövrdə qazanc olaraq ona ümumilikdə 9.750 manatı qaytarsa da, qalan 66.250 manatı qaytarmaqdan imtina etmişdir. Bundan sonra cavabdehdən dəfələrlə qazancını və ona verdiyi 76.000 manatı tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulunu və qazancını qaytarmamışdır. Bir müddət cavabdehin pulu bir neçə günə qaytaracağı vədinə inansa da, sonradan əməllərindən Binəqədi Rayon Polis İdarəsinə şikayət etmişdir. Həmin iş üzrə cavabdeh barəsində cinayət işi açılmamış və cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi cavabdeh ondan 75.000 manat pul a ldığını etiraf etmişdir. Polis idarəsində olarkən o, cavabdehin hamilə olması səbəbindən ona qaytardığı 9.750 manat pulu 76.000 manatdan çıxaraq yalnız 66.250 manat pulunun ödənilməsini istəmişdir. O, qərarda texniki səhv olaraq 9.750 manat əvəzinə 16 000 manat qeyd edildiyini bildirmişdir. Lakin xx.xx.2022-ci ildən bu günədək pulu qaytarılmadığından məhkəməyə müraciət etməli olmuşdur. İşlədiyindən və hüquqi savadının olmaması səbəbindən hüquqlarını müdafiə etməyi üçün vəkilə müqavilə bağlamalı və məhkəməyə dövlət rüsumu ödəməli olmuşdur. Bütün bu xərclər isə cavabdehin pulunu əsassız saxladığına görə yarandığından həmin xərclər cavabdehdən tutulmalıdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində evini ipotekaya qoyaraq bankdan kredit götürmüş və xeyli faiz ödəməli olmuşdur.
7. Cavabdeh iddi aya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı öz iddiasında pulu ona xaricdən tibbi ləvazimatların gətirilməsi üçün verdiyini bildirsə də, bu hal yalandır. Belə ki, iddiaçı özünün də bildiyi kimi Əfsanə adlı şəxsin atasının tikinti layihələrindən əlavə qazanc götürmək məqsədilə üçüncü şəxslərdən pul vəsaiti alaraq, bu layihələrə yönəltmişdir. Bu layihələrdən də qazanc əldə etmək məqsədi güdmüşdür. Yəni onun iddiaçı qarşısında hər hansı söz verilmiş öhdəliyi olmamışdır. İddiaçı tərəfindən onun vasitəsi ilə təqdim edilən bütün vəsaitlər də iddiaçıya geri qaytarılmışdır. Bu halı təsdiq edən bütün yazışmalar iddiaçının özü ilə ona məxsus olan (+**********99) nömrəli mobil telefonla whatsapp mobil tətbiqi ilə aparılan yazışmalarda öz təsdiqini tapmışdır. Eyni zamanda bu pul vəs aitlərinin heç də hamısı iddiaçıya məxsus olmamışdır. Yəni pul vəsaitlərini digər şəxslərdən alaraq, bu layihəyə yönəltmişdir ki, bu da subyektiv olaraq iddia irəli sürmək hüququ olmadığı anlamına gəlir. İddiaçı öz iddiasında Binəqədi RPİ-nin qərarında texniki səhvlik olaraq 16.000 manat qaytarıldığı yazıldığını bildirir. Lakin bu özü də bir həqiqətdir. Belə ki, bu pul vəsaitlərinin hamısı iddiaçıya qaytarıldığından Binəqədi RPİ tərəfindən öz qərarında belə bir qeyd verilməsi normal prosedurdur. Əlavə olaraq iddiaçı pul vəsaitlərini bu layihəyə yönəldərkən qazanc əldə etməsinə onun tərəfindən hər hansı söz verilməmişdir. Bu səbəbdən də onun ödədiyi vəsaitləri özbaşına qazanca silməsi də qeyri-qanunidir. Tərəflər arasında belə bir yazılı razılaşma olmamışdır. İddiaçı tərəfindən tələb olunan pul məbləğinin 20.200 manat hissəsi bu layihəni icra edən Əfsanə Azaylı tərəfindən iddiaçıya qaytarılmışdır. Bununla əlaqədar müvafiq şahidlər də var. Bu vəsaitin 9.000 manat məbləğində hissəsi digər bir şəxsin şahidliyi ilə 57 nömrəli məktəbin qarşısında iddiaçıya qaytarılmışdır. İddiaçı onun başqa şəxsdən almalı olduğu 6.500 manat vəsaiti onun tapşırığı ilə həmin şəxsdən almışdır. Telefon yazışmalarından da görünür ki, onun tərəfindən iddiaçıya 2021-ci ilin yanvar-mart aylarında hər ay 11.000 manat pul qaytarılmışdır. Yəni 22.000 manat vəsaitin də bu istiqamətdə geri qaytarılması təmin edilmişdir. Yekun olaraq iddiaçının kartına köçürdüyü və əlbəəl verdiyi, yazışmalarla sübut olunan digər əsaslara uyğun olaraq iddiaçıya tərəfindən ümumilikdə 87.000 manat pul qaytarılmışdır ki, bu halda onun iddiaçıya borcunun olmadığını təsdiq edir. Qeyd edilənləri nəzərə alaraq, iddia rədd edilməlidir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)- 809/2023 nömrəli iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim X4) iddia tələbi təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirmədiyindən, iddiaçı həmin pulun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
10. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə dəvət edilən şahid ifadələrinə mübahisəli yanaşaraq həmin ifadələri sübut növü kimi qəbul etməmişdir. Belə ki, hər iki şahid müxtəlif vaxtlarda pulun iddiaçıya qaytarıldığını desə də həmin pul nəticə etibarı ilə iddia tələbinin miqdarı (66250 manat) ilə uzlaşmır. Şahidlər pulun (10.000 manatın) verilməsini qeyd etsə də digər hissələrin harda, nə vaxt, hansı miqdarda, kimlərin şahidliyi ilə, hansı şəraitdə verilməsi təsdiqlənmir. Həmçinin telefon tətbiqi zamanı (whatsapp) edilmiş yazılarda belə qeyd olunan məbləğlərin şahidlər tərəfindən iddiaçıya verilməsi halı aşkar edilməmişdir.
11. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə “Arbitrium” Vəkil Bürosuna ödənilmiş 110 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, bu hissədə tələb təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 110 manat ödənilməsi barədə qəbz təqdim edilmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 385.1, 425.1, 442, 443.1, 739, 740.1, 740.2, 109 6, 1097.1-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə iclasında şahid qismində iştirak edən Azaylı Əfsanə alınan pul vəsaitlərinin onun atasının biznesinə qoyulduğunu bildirmiş və pul vəsaitlərinin ona çatdığını qeyd etmişdir. Həm Binəqədi RPİ-də verilən izahatlarda, həm də onun və prosesdə iştirak edən digər şahidlərin verdikləri i fadələrdə pul vəsaitinin borca verilməsinə dair hər hansı müddəa öz əksini tapmamışdır. Bu fikir yalnız iddiaçının iddia ərizəsinə və şifahi bəyanına əsaslanır. İddiaçının bu iddiasını əsaslandıracaq əlavə sübut olmamış və iddiaçı yalnız bu halları şifahi bəyan etmişdir. O cümlədən məhkəmənin diqqətinə çatdırılmış Whatsapp yazışmalarından da görünür ki, iddiaçı pul vəsaitlərini başqalarından borca aldığını, ona və digər üçüncü şəxslərə bu pul vəsaitini borca verdiyini bildirməmişdir. Eyni zamanda yazışmalardan da görünür ki, o, iddiaçıya bu vəsaitlərin borc olduğunu ona bildirmədiyini deyir və belə olduğunu bilsə idi pulun götürülməyəcəyini qeyd edir. İddiaçı isə eyni məzmunlu mesaj yazaraq, artıq hadisənin baş verdiyini, nəticənin dəyişməyəcəyini bildirir. İddiaçı biznes şərikliyindən pul qazanmaq üçün özünə məxsus olmayan başqa şəxslərin vəsaitlərini Azaylı Əfsanənin atasının biznesinə qoymuş və pul qazanmışdır. O, isə bu prosesdə yalnız onun tapşırığını icra etmişdir. Azaylı Əfsanə və onun atasının biznesindən gəlir gəlməməsinə görə iddiaçının şifahi tapşırığına əsasən vəkalət alan qismində çıxış etdiyindən, onun heç bir təqsirli hərəkəti yoxdur və o, cavabdeh qismində çıxış edə bilməz. Eyni zamanda nəzərə almaq lazımdır ki, həm məhkəməyə, həm də iddiaçıya məhkəmə prosesində vəsaitin benefisiar mülkiyyətçinin digər üçüncü şəxs olması bəlli olmuşdur. Belə olan halda iddia rədd edilməli olduğu halda prosessual pozuntular edilməklə tam təmin edilmiş və əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Eyni zamanda məhkəmə öz qətnaməsinin əsaslandırıcı hissəsinin 18-ci bəndində iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair borc münasibətlərinin olmasını işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Halbuki bu tamamilə qeyriqanunidir. Məhkəmənin birinci iclasından sonuncu günədək iddiaçı ilə aralarında hər hansı borc münasibətinin olması təkzib edilmiş, əsl cavabdehin başqa şəxs olması bildirilmiş və iddiaçının biznes riskindən yaranan ziyana düşdüyü diqqətə çatdırılmışdır. İddiaçının tapşırığını icra etdiyindən onun bu prosesdə hər hansı cavabdehliyi olmamalı idi. Məhkəmə qətnaməsinin 21-ci bəndində cavabdehin pulun qaytarılmasına dair heç bir yazılı rəsmi akt təqdim edə bilmədiyini bildirmişdir. Binəqədi RPİ-nin müvafiq qərarı ilə sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı tərəfindən müvafiq qərardan əlavə heç bir sübut təqdim edilm əmişdir. O, dəfələrlə iddiaçının özünün məhkəmə iclasına gəlməsini, o cümlədən onun nümayəndəsinə pulların ona verilməsinə dair sübutlar təqdim etməsini tələb etsə də, iddiaçı heç bir sübut təqdim etməmiş, məhkəmə də birtərəfli qaydada iddiaçının bu tutumu ilə razılaşaraq, Binəqədi RPİ-nin müvafiq qərarı ilə kifayətlənmişdir. Məhkəmə qətnamədə əvvəlcə tərəflər arasında olan münasibətlərə borc müqaviləsi kimi qiymət vermiş, daha sonra isə cavabdehin mülki hüquq pozuntusu qismində delikt törətdiyi qənaətinə gəlmişdir Lakin iş materialları və araşdırmalar zamanı onun iddiaçıya birbaşa zərər vurmasına yönələn hər hansı hərəkəti sübut edilməmişdir. Eyni zamanda qanunvericiliyə əsasən delikt zamanı zərərvurmanı sübutetmə yükü zərərçəkənin üzərinə qoyulsa da, hazırda iddiaçı Binəqədi RPİ-nin müva fiq qərarından başqa heç bir sübut (pulların ona verilməsinə dair) təqdim edə bilməmişdir. Həmin qərarda isə onun iddiaçıya borclu olmasına dair hər hansı etirafedici fikir səslənmir. Eyni zamanda nəzərə almaq lazımdır ki, onun tərəfindən verilmiş şikayət əsasında Azaylı Əfsanə barəsində Nərimanov RPİ-də araşdırılma aparılmış, həmin araşdırma nəticəsində pul vəsaitlərinin benefisiar mülkiyyətçi qismində Azaylı Əfsanəyə çatması bir daha təsdiq edilməsinə və bununla bağlı məhkəmə iclaslarında dəfələrlə fikir bildirilməsinə baxmayaraq yenə də qətnamə onun ziyanına çıxarılmışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə iclasında iddiaçının Aqil adlı şəxsdən ona çatmalı olan 6.500 manat vəsaiti alması etiraf edilsə də, məhkəmə qətnaməsində bu hala hüquqi qiymət verilməmiş və iddia tələbi təmin edilər kən bu məsələ əsaslandırıcı hissədə öz əksini tapmamışdır. Eyni zamanda məhkəmə öz qətnaməsinin 5-ci bəndində iddia tələbinin qismən təmin edilməli olması qənaətinə gəlsə də, sonradan yekun hissədə tam təminə dair qətnamə çıxarmışdır. Əlavə olaraq nəzərə almaq lazımdır ki, Whatsapp yazışmalarında tərəflər arasındakı pul dövriyyəsi, Binəqədi RPİ-nin qərarında göstərilən 16.000 manatlıq vəsait və digər şahid ifadələri ilə təsdiqlənən ödəmələrlə cavabdehin iddiaçıya hər hansı borcu olmadığı təsdiqlənsə də, məhkəmə qərəzli mövqe tutaraq öz qətnaməsində yuxarıda səsləndirdiyi halların heç birinə hüquqi qiymət verməmişdir. O, iddia tələbinə qarşı sübutlar təqdim etmişdir. İstər Whatsapp yazışmaları, istər verilən izahatlar, qərarlar, etirafedici ifadələr, şahid ifadələri onun iddiaçı qarşısında hər hansı öhdəliyinin olmadığına dəlalət edir. Məhkəmə isə yalnız Binəqədi RPİ-nin müvafiq qərarına istinad etməklə, iddiaçının etirafedici ifadələrinə hüquqi qiymət verməməklə birtərəfli və qərəzli qətnamə çıxarmışdır. Məhkəmə proses zamanı şahid ifadələrinə obyektiv yanaşma sərgiləsə idi, onun borcunun, öhdəliyinin olmadığı qənaətinə gələr, eyni zamanda məhkəmə prosesində əsli olmayan tərəfin əsl cavabdehlə əvəzlənməli olduğuna qane olardı. Belə ki, həm şahid ifadələri, həm iddiaçının verdiyi izahatlar, həm də Nərimanov RPİ-nin müvafiq qərarından görünür ki, hər iki tərəf vəsaitlərin Azaylı Əfsanə və onun atasına çatdığını bilirmişdir. Birinci instansiya məhkəməsi tərəfində işin mübahisəsiz halı kimi tərəflər arasında borc münasibətlərinin olması qeyd edilmiş və bu münasibətlərə borc müq aviləsindən irəli gələn normaların tətbiq edilməli olduğu qənaətinə gəlinmişdir. Halbuki məhkəmə prosesləri zamanı bu məsələyə dair hər hansı etirafedici izahat verilməmişdir. Ümumiyyətlə onun belə bir etirafı ümumilikdə mövcud deyildir. Onun bu münasibətlərdə benefisiar pul alıcısı olmaması səbəbindən borcalan qismində çıxış etməsi də istisnadır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5482/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: X6 - sədrlik edən və məruzəçi, X8 və X2) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)809/2023 nömrəli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun və dövlət rüsumunun məbləği hiss əsində dəyişdirilmiş, cavabdehdən 65.545 (altmış beş min beş yüz qırx beş) manat məbləğində pulun və 283 (iki yüz səksən üç) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə aralarında əldə etdiyi razılığa əsasən gəlir əldə etmək məqsədi ilə ona hissə-hissə müxtəlif vaxtlarda və məbləğlərdə ümumilikdə 76.000 manat məbləğində pul vəsaiti vermişdir. Bu hal iddiaçının şikayəti əsasında Bakı şəhəri Binəqədi rayon Polis idarəsində aparılmış araşdırma nəticəsində də öz təsdiqini tapmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022- ci il tarixli qərarda iddiaçını n cavabdehə ümumilikdə 75.000 manat məbləğində pulun verildiyi göstərilsə də, həmin araşdırma zamanı cavabdeh öz izahatında iddiaçının ona ümumilikdə 76.250 manat məbləğində pul verdiyini etiraf etmiş, eyni zamanda həmin məbləğin müqabilində iddiaçıya ümumilikdə 86.194 manat (iddiaya qarşı yazılı etirazında 87.000 manat göstərmişdir) qaytardığını vurğulamışdır. Cavabdehin bu mövqeyi hüquqi nəticə etibarı ilə iddiaçını qeyd edilən məbləğin verilməsini sübut etmək vəzifəsindən azad edir və cavabdehin həmin məbləğin qaytarılmasını sübut etmək vəzifəsini yaratmış olur. Başqa sözlə, qeyd edilən məbləğin qaytarılmasını sübut etmək yükü artıq cavabdehin üzərinə düşür.. Lakin cavabdeh pulun artıqlaması ilə qaytarılması mövqeyindən çıxış etsə də bu halı təsdiq edə bilmir. İddiaçının nümayəndəsi və vəkili isə cavabdeh tərəfindən təqdim edilmiş və ödənişləri əks etdirən bütün sənədlərdə, o cümlədən mübahisəli olmaqla onlar tərəfindən qəbul edilməyən qəbzlərdə göstərilən məbləğlərin cəminin 10.454 manat təşkil etdiyini qeyd edir. Cavabdeh tərəfindən təqdim edilmiş və ödənişləri əks etdirən bütün qəbzlərdə (2.000 manat və 2.400 manat ödənişlərə dair təkrarlanan qəbzlər nəzərə alınmamaqla) göstərilən ümumi məbləğ 10.455 manat təşkil edir. Bir sıra qəbzlərdə pul göndərən və alan şəxsin adı qeyd edilməsə də (məsələn, köçürülmə uğurla tamamlandı qeyd edilmişdir) həmin qəbzlərdə alanın kart nömrəsinin iddiaçıya aid olduğu müəyyən edilir. Belə ki, bu kart nömrəsi iddiaçının adının qeyd edildiyi qəbzlərdə əks olunmuş kart nömrəsi ilə eynilik təşkil edir. Cavabdehin bu məbləği Əfsanə adlı şəxs ə verməsi mövqeyindən çıxış etməsi, məhkəmə iclasında şahid qismində ifadə verən şəxslərin də bu barədə fikir söyləməsi, habelə iddiaçının şikayəti əsasında Bakı şəhəri Binəqədi rayon Polis idarəsində aparılmış araşdırma çərçivəsində izahatı alınmış X3 (şahidlərdən biri) da belə bir məzmunda izahat verməsi hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. Hər bir halda, qeyd edilən məbləğlər iddiaçı tərəfindən məhz cavabdehə verilmişdir. Cavabdeh isə nəticə etibarı ilə pulun onun tərəfindən qaytarılmalı olmadığını deyil, artıq onun tərəfindən iddiaçıya artıqlaması ilə qaytarıldığını bildirir.
17. Məhkəmə kollegiyası şahidlərin ifadələri ilə bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və belə qənaətə gəlmişdir ki, onların ifadələri hazırki iş üzrə mötəbər sübut k imi qiymətləndirilə bilməz. Hər bir halda, şahidlər tərəfindən iddiaçıya hər hansı məbləğdə pul verilsə idi, bu hal həm iddiaçı ilə cavabdeh arasında “whatsapp”sosial şəbəkə vasitəsi ilə mütəmadi baş verən yazışmalarda, həm də Bakı şəhəri Binəqədi rayon Polis idarəsində aparılmış araşdırma çərçivəsində tərəflərin, xüsusilə də cavabdehin izahatında öz əksini tapmış olardı. X1 cavabdehin tapşırığı ilə iddiaçıya 10.000 manat məbləğində pul verdiyini bildirsə də, Bakı şəhəri Binəqədi rayon Polis idarəsində aparılmış araşdırma çərçivəsində verdiyi izahatında bu barədə hər hansı fikir söyləməmişdir. Hər bir halda, ona cavabdehin iddiaçıya 66.250 manat məbləğində borcunu qaytarmaqdan imtina etməsi ilə bağlı sual verdikdə cavab olaraq bu barədə məlumat vermiş olardı. Nəzərə alınmalıdır ki, şahidlə r iddiaçıya pul verdiklərini bildirsələr də, həmin hadisənin təfərruatları (tarix, məbləğ, və sair) barədə məlumat verə bilmirlər.
18. Məhkəmə kollegiyası tərəflər arasında “whatsapp” sosial şəbəkə vasitəsi ilə aparılmış yazışmalarla bağlı ayrıca olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehin bununla bağlı arqumentinin araşdırılması üçün onun mobil telefonu götürülmüş və məhkəmə kollegiyası tərəfindən tərəflər arasında olan whatsapp yazışmaları tədqiq edilmişdir. Həmin yazışmalardan belə aydın olur ki, iddiaçı ilə cavabdeh arasında müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pulun alınması və geri qaytarılması həyata keçirilmiş və 27 noyabr 2022-ci il tarixə cavabdehin iddiaçıya 56.000 manat məbləğində qalıq borcu qalmışdır. Belə ki, iş materiallarında olan bu yazışmalardan bir çıxar ışda (i.v. 89) iddiaçı tərəfindən cavabdehə 56.000 manat puldan Aqil 6.000 manat versə və onun (cavabdehin) verdiyi 2.000 manat da nəzərə alınsa 48.000 manat borcun qaldığı bildirilir və yalnız Aqilin 6.000 manat verəcəyi təqdirdə 48.000 manat borcun qalacağı bir daha dəqiqləşdirilir. Lakin həmin yazışmalarda mübahisəyə aidiyyəti olmayan başqa şəxslərin də adları çəkildiyindən (Ruslan, Ayan, Samirə, Aqil), həmin məbləğdə borc məbləğinin qaldığını bildirdikdən sonra yenidən tərəflər arasında pulun alınıbqaytarılması ilə bağlı söhbətlər getdiyindən, habelə qarşılıqlı zənglər edildiyindən cavabdeh tərəfindən iddiaçıya hansı məbləğdə pulun qaytarıldığını və hansı məbləğdə borcunun qaldığını müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd edilən whatsapp yazışmalarında bəhs edilən pulların həqiqətən də cavabdehin iddiaçıdan aldığı pul vəsaiti olması, hətta həqiqətən də yazışmalarda adı çəkilən məbləğlərin hazırki iddia tələbi ilə əlaqədar pullar olduğu düşünülsə belə, cavabdehin iddiaçıya nə qədər borcunun olmasını yenə də müəyyən etmək mümkün olmur. Nəticə etibarı ilə bu yazışmalardan cavabdehin iddiaçıya borcunun olmadığı müəyyən edilmir. Bu səbəbdən cavabdehin həmin yazışmalara istinad edərək apellyasiya şikayətində irəli sürdüyü arqumentləri əsassızdır. “Whatsapp” yazışmasında 6.000 manat ödənişlə bağlı adı çəkilən Aqilin şahid kimi məhkəmə iclasında iştirakının təmin edilməsi məsələsi də müzakirə edilmişdir. Belə ki, cavabdeh həmin məbləğin də iddiaçıya ödənildiyini bildirirdi. Lakin işə baxılması bir neçə dəfə təxirə salınmasına baxmayaraq, həmin şəxsin şahid qismində məhkəmə i clasında iştirakı cavabdeh tərəfindən təmin edilməmişdir. Bununla belə, cavabdeh iddiaçıya 87.000 (86.194) manat məbləğində pul qaytardığını bildirsə də, bu halı sübuta yetirə bilməmiş, o cümlədən 10.455 manat məbləğində puldan artıq hər hansı məbləğin iddiaçıya ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi və vəkili də məhkəməyə təqdim etdiyi ərizədə cavabdeh tərəfindən təqdim edilmiş və ödənişləri əks etdirən bütün sənədlər, o cümlədən mübahisəli olmaqla onlar tərəfindən qəbul edilməyən qəbzlərdə göstərilən məbləğlərin cəminin 10.454 manat təşkil etdiyini göstərir. Bu səbəbdən iddiaçıya qaytarılmış məbləğ qismində məhz təqdim edilmiş qəbzlər üzrə ümumi məbləğ təşkil edən 10.455 manat əsas götürülməli və həmin məbləğ 76.000 manatdan çıxılmaqla qalan (76.000-10.455=65.545) 65.545 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 389.1, 390.1, 427.2, 442, 443.1, 448.1, 448.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.1, 217.3, 217.4, 384.0.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ilin dekabr ayından başlayaraq cavabdeh X5 ilə birlikdə tibbi ləvazimatları alıb-satmaqla məşğul olmuş, müəyyən vaxt sonra 2020-ci ilin yanvar ayında Əfsanə adlı tanışı da onlara qoşulmuşdur. Əfsanə öz atasının tikinti lahiyələrində tender udub işlər gördüyünü deyərək, bunun üçün vəsait qoymağı təklif etmişdir. Bu məqsədlə cavabdeh bibisi qızı olan iddiaçıdan borc adı ilə 5000(beş min) manat alaraq sonradan özünə qaytarmışdır. 2020-ci ilin noyabr ayından başlayaraq cavabdeh iddiaçıdan 6500(altı min beş yüz) manat, eyni zamanda daha sonra ardıcıl olaraq müxtəlif vaxtlarda 17.000 (on yeddi min) manat, 10.000(on min) manat, ümümilikdə 75.000 (yetmiş beş min) manat pul borc almışdır. 2022-ci ilin yanvar ayına kimi cavabdeh iddiaçıya 86.194 (səksən altı min yüz doxsan dörd) manat pul geri qaytarmışdır. Tərəflərin birlikdə iş gördüyünü v ə borc alınmış pulun geri qaytarıldığını sübut edən “Whatsapp” yazışmaları məhkəməyə təqdim edilməyinə baxmayaraq, məhkəmə təqdim edilmiş sübutları hərtərəfli tədqiq etməmişdir. Belə ki, məhkəmə tərəfindən işin faktiki olan halları müəyyən edilmədən düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, “Whatsapp”-da danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyilsə və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmirsə bu sübütlar şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həl li zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. 12 mart 2021-ci ildə işə əlavə olunan “Whatsapp” yazışmasından göründüyü kimi cavabdeh iddiaçıya iki həftədən bir 5600 manat ödəmişdir. Bu iki ay (fevral, mart) belə davam etmişdir. Fevral-mart ayı cəmi ödənilən məbləğ 22.400 (iyirmi iki min dörd yüz) manat edir. Təqdim edilən digər “Whatsapp” yazışmalarında da pul vəsaitlərinin hissə-hissə ödənilməsinin may ayında 13500 (on üç min beş yüz) manat, iyun ayında 4200 (dörd min iki yüz) manat, iyul ayında 4000 (dörd min) manat, avqust ayında 2800 (iki min səkkiz yüz) manat iddiaçı tərəfindən təsdiq olunmasına baxmayaraq məhkəmə bu yazışmaları tədqiq etməmişdir. Həmçinin 8 may 2021-ci il işə əlavə olunan “Whatsapp” yazışmasından da görünür ki, iddiaçı bank kartı ilə ödəniş edilməsindən narazıdır. Ona görə də cavabdeh pulun böyük bir qismini iddiaçıya əlbəəl vermişdir.
22. Eyni zamanda Nərimanov RPİ-nin 25 dekabr 2023-cü il tarixli qərarında Aqil adlı şəxsin 6.250 (altı min iki yüz əlli) manat verdiyi təsdiq olunmuşdur. Lakin məhkəmə qərəzli mövqe göstərərək, cavabdeh tərəfindən təqdim edilmiş sübutları hərtərəfli, tam, obyektiv tədqiq etməmişdir.
23. Məhkəmə tərəfindən şikayət araşdırılarkən (natamam) cavabdehin prossesual hüquqları pozulmuşdur. Təqdim edilmiş sübutlara münasibət bildirilməmiş və ədalətsiz qətnamə çıxarılmışdır.
24. Məhkəmə təcrübəsindən göründüyü kimi hər bir halda məhkəmə tərəfindən işin real vəziyyəti, tələbin mahiyyəti, görülən tədbirlər ədalətli araşdırılmalı olduğu halda məhkəmə tərəfindən birtərəfli qətnamə qəbul edilmişdir. Məhkəmə müəyyən edilmiş faktlardan (təqdim edilən sübutlardan və s.), cavabdehin iddiaçı ilə borc münasibətinin xitam olunmasından agah olsa da, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya x itamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
28. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
29. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
33. Maddə 739 (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədər olan mətn) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbayc an Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmi r.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.
40. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh iddiaçıdan aldığı pul vəsaitini tam şəkildə qaytardığını sübut edə bilməmişdir. Belə olan halda iddia təmin edilmiş hissədə qanuni və əsaslıdır.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5482/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.