Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-235/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddia müddəti, Əmək münasibətlərindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4343/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə işəgötürən "xxxx" ASC-nin Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanmışdır.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli 34/K nömrəli əmri ilə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, onunla müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2020-ci ildən MMC-də Mexaniki Emal xidmətinin istilik izolyasiya sahəsinə 4-cü dərəcəli çilingər vəzifəsində çalışmışdır. xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bu sahədə 2000-ci ildən işləyir və iddiaçının xəbəri olmadan 2020-ci ildə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Halbuki, sadəcə iş yerinin adı dəyişmişdir. Belə olan halda, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlana bilməzdi.
5. Birinci instansiya məhkəməsində iddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsində imzanın ona məxsus olmamasını bildirmiş, bunun müəyyən edilməsi məqsədilə xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir.
6. İddiaçı elektron-məhkəmə informasiya sistemi vasitəsilə müddətin bərpası barədə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı mediasiyaya müraciət edəndən sonra işlədiyi sahənin rəisi MMC-nin rəhbərinin onu işlə təmin edəcəyini, bu məqsədlə ona sənədləri yığmağı təklif etdiyini bildirmişdir. Buna görə də müddəti cavabdehin nümayəndəsinin üzündən buraxmışdır.
7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi yazılı ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsi əsası ilə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini x ahiş etmişdir. 8.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fariz Əlizadə) e-2(004)4525/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir, cavabdehin xx.xx.2023-cü il tarixli 34/K nömrəli əmrinə əsasən iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Tərəflər arasındakı mediasiya prosedurası xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2023-cü il tarixdə bitmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ən geci xx.xx.2023-cü il tarixdə mübahisələndirilən əmrdən məlumatlı olmuş, iddia müddətinin axımı ən geci xx.xx.2023-cü il tarixdən başlanmışdır. xx.xx.2023 -cü il tarixə qədər olan müddət ərzində mediasiya prosedurası ilə bağlı iddia müddətinin axımı dayanmış, xx.xx.2023-cü il tarixdən isə iddia müddətinin axımı ümumi qaydada davam etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddəti üzrlü səbəb(lər) olmadan həddən artıq uzun müddətə ötürülmüş, 85 gündən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir.
11. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin ərizəsi əsasında mübahisəyə iddia müddəti tətbiq olunmalı, iddia müddəti ötürülmüş hesab edilməlidir. İddia tələbi üzrə iddiaçı tərəfindən 1 (bir) aylıq iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir.
12. Birinci in stansiya məhkəməsi “prosessual qənaət” prinsipinin tələblərini nəzərə alaraq yekun məhkəmə aktına hər hansı hüquqi təsirinin olmaması (tələbin iddia müddətinin tətbiq edilməsi əsası ilə təmin edilməməsi) xüsusatı rəhbər götürülməklə iddiaçı tərəfindən 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsində imzanın ona məxsus olmaması əsası ilə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətin təmin edilməsini məqsədə müvafiq hesab etməmişdir. Həmçinin, iddiaçı məhkəmə baxış iclasında özü də etiraf etmişdir ki, mübahisə predmeti olan əmək müqaviləsini özü imzalamışdır. Məhkəmə tərəfindən daxili inamın formalaşması məqsədilə iddiaçının imza nümunələri götürülməklə eyniləşdirilmə aparılmış və müqavilədəki imzanın saxta olmasına ciddi vizual əsaslar müəyyən edilməmişdir. Cavabdeh tərəfi ndən də məhkəmə baxış iclasında iddiaçının kadr sənədlərindən müvafiq nümunələr (ərizə, anket sənədi) təqdim edilmiş, iddiaçının imzaları ilə əmək müqaviləsindəki imzanın fərqli olmasına dair əsaslı vizual fərqlər müəyyən edilməmişdir.
13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 375.2-ci, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1, 2, 6-cı hissələrinə, “Mediasiya haqqında” Qanunun 35.1 və 35.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı qanunla müəyyən edilmiş qaydada mediasiyaya müraciət edəndən sonra fəaliyyət gö stərdiyi Mingəçevir sahəsinin rəisi Ramin Şirinov iddiaçının arvadı ilə olan “Vatsap” yazışmasında bildirmişdir ki, cavabdehin rəhbəri Nahid müəllim iddiaçını işlə təmin edəcək, gedib sənəd yığsın, tibbi sənədləri hazırlasın, onu işə qaytaracaq. İddiaçının əlavə etdiyi sənədlərdən göründüyü kimi o, tibbi sənədlər almaq üçün 40 manat ödəmişdir. İddiaçı qeyd etmişdir ki, müddəti cavabdehin nümayəndəsi üzündən buraxmışdır. Bundan başqa, iddiaçı işə bərpaya dair Mingəçevir şəhərində vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlamışdır. Vəkil onu aldadaraq, iddia sənədlərini özündə saxlayaraq məhkəməyə təqdim etməmişdir. Sonradan isə həmin sənədləri 28 avqust 2023-cü ildə məhkəməyə təqdim etmiş, ötürdüyü müddətlə bağlı başqa əsasla məhkəməyə müddət bərpasına dair ərizə vermişdir. Hazırda bununla bağl ı vəkil Şəlalə Tağıyeva barəsində intizam icraatı başlanmışdır. Vəkil iddiaçıdan başqa cavabdehə qarşı işə bərpaya dair başqa iddia qaldırmış, Vüsalə adlı şəxsə qarşı da eyni hərəkətləri törətmişdir. Ancaq məhkəmə iddiaçının müddət bərpasına dair ərizəsini hansı səbəbdən qəbul etmədiyinə dair hər hansı dəyərləndirmə aparmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-957/2024 nömrəli, iş üzrə 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Fuad Babayev-sədrlik edən və məruzəçi, Cəmilə Musayeva, Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, əmək kitabçasının surətinə və tə rəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı xx.xx.2020-ci il tarixli əmrlə MMC-nin Mexaniki Emal xidmətinin istilik izolyasiya sahəsinə 4-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, MMC-nin xx.xx.2023-cü il tarixli 34/K nömrəli əmrinə əsasən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ilə xitam verilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş əmək kitabçalarının təhvil alınması barədə reyestrə əsasən iddiaçı əmək kitabçasını özü şəxsən xx.xx.2023-cü il tarixində götürmüşdür. xx.xx.2023-cü il tarixli MŞB/16-00802 nömrəli arayışa əsasən iddiaçı cavabdeh arasındakı mediasiya prosesi xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2023-cü il tarixdə Medi asiya sessiyasında iştirak edilməməsi ilə bitmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinadən qeyd etmişdir ki, iddiaçının hüququnun pozulduğu günün əmək kitabçasını götürdüyü, yəni xx.xx.2023-cü il tarixi olduğunu demək mümkündür. Lakin digər bir məqam isə iddiaçının artıq işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün mediasiya prosesi barədə təklifi xx.xx.2023-cü il tarixdə təqdim etməsi ilə bağlıdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı artıq onunla bağlanılan əmək müqaviləsinə xitam verildiyini ən geci xx.xx.2023-cü il tarixdə bilmişdir və qanunvericiliyin tələblərinə görə artıq həmin təklifin göndərildiyi xx.xx.2023-cü il tarixdən etibarən 1 aylıq iddia müddətinin axımı dayanmışdır. xx.xx.2023-cü il tarixli MŞB/1600802 nömrəli Mediasiya sessiyas ında iştirak edilməməsi barədə arayışa əsasən həmin tarixli arayışın alınması ilə mediasiya prosesi sona çatmış, həmin tarixdən etibarən məhkəməyə müraciət edilməsi üçün 1 aylıq müddət axımı davam etməyə başlamışdır. Bu da o deməkdir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ən geci xx.xx.2023-cü il tarixinədək vaxtı olmuşdur. Lakin iddiaçı məhkəməyə yalnız xx.xx.2023-cü il tarixində müraciət etmiş, bununla da məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürmüş olması artıq işin mübahisəsiz halını təşkil etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlillərinə münaisbətdə isə qeyd etmişdir ki, iddiaçı vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlandığını və sonuncu tərəfindən aldadıldığını iddia etsə də, qeyd etdiyi müqaviləni, o cümlədən a ldadıldığını təsdiq edən digər faktları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı bu barədə Vəkillər Kollegiyasının İntizam Komissiyasının qərarı olduğunu bildirsə də, məhkəmə iclaslarının bir neçə dəfə təxirə salınmasına baxmayaraq həmin qərarı da məhkəməyə təqdim edə bilməmişdir. Qanunvericiliklə müddətin ötürülməsinin üzrlü hesab edilə bilməsi üçün əsasların arasında tərəfin öz vəkili ilə anlaşılmazlıq olması və ya bu kimi hallar öz əksini tapmamışdır. Həmçinin qeyd edilmişdir ki, peşəkar yardım almaq iddiaçının sadəcə hüququdur və qanunvericiliklə yalnız kassasiya şikayətlərinin verilməsi üçün vəkilin iştirakı məcburi hesab olunmuşdur. İddiaçı istər mediasiya təşkilatına, istərsə də məhkəməyə vəkil yardımı almadan şəxsən özü də müraciət edə bilərdi və onun bu hü ququndan istifadə etməsi, bu zaman onu təmsil edən şəxslə aralarında hansısa anlaşılmazlığın olması kimi faktorlar hazırki iş üzrə cavabdehin mənafelərinin ziddinə tövsif oluna bilməz. Hüququnun pozulduğunu iddia edən şəxs hamıdan öncə özü ilk növbədə onun məhkəmə müdafiəsi ilə bağlı maraqlı olmalı, qanunvericiliyin ona verdiyi hüquqlardan əlavə tələblərin də olmasını nəzərdə saxlamalıdır.
20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırkı iş üzrə iddiaçı hüququnun müdafiəsi ilə bağlı qanunvericiliklə ona verilmiş 1 aylıq müddəti ötürmüş, bu ötürmənin üzrlü səbəblərdən irəli gəldiyini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
21. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 68.2-ci maddənin a, b bəndi, 296-cı maddənin 2,3-cü hissələrinə, “Mediasiya haqqı nda” Azərbaycan Respublikasının Qanununa (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan redaksiyada) istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
22. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2056/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
25. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, pellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaçının id dia müddətini ötürməsinə istinad etmiş, həmçinin iddia müddətinin bərpası barədə iddiaçının dəlillərinin sübut edilməməsini əsas götürmüşdür.
26. İşdən görünür ki, iddiaçı iddia müddətini həqiqətən də ötürmüş, eyni zamanda iddiaçı müddətin bərpasını xahiş edərək, müddəti ötürməsinin üzrlü səbəbi kimi Mingəçevir şəhərində vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlamasını, vəkilin onu aldadaraq iddia ərizəsini özündə saxlayıb məhkəməyə təqdim etməməsini, bununla bağlı Vəkillər Kollegiyasının İntizam Komissiyasının həmin vəkil barəsində qərarı olduğunu bildirmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Vəkillər Kollegiyasının İntizam Komissiyasının həmin vəkil barəsində qərarı olduğunu bildirsə də, həmin qərarı məhkəməyə təqdim edə bilməməsini göstərmiş, eləcə də iddiaçının həmin də lilini əsassız sayaraq qeyd etmişdir ki, peşəkar yardım almaq iddiaçının sadəcə hüququdur və qanunvericiliklə yalnız kassasiya şikayətlərinin verilməsi üçün vəkilin iştirakı məcburi hesab olunmuşdur. İddiaçı istər mediasiya təşkilatına, istərsə də məhkəməyə vəkil yardımı almadan şəxsən özü də müraciət edə bilərdi və onun bu hüququndan istifadə etməsi, bu zaman onu təmsil edən şəxslə aralarında hansısa anlaşılmazlığın olması kimi faktorlar hazırki iş üzrə cavabdehin mənafelərinin ziddinə tövsif oluna bilməz. Hüququnun pozulduğunu iddia edən şəxs hamıdan öncə özü ilk növbədə onun məhkəmə müdafiəsi ilə bağlı maraqlı olmalı, qanunvericiliyin ona verdiyi hüquqlardan əlavə tələblərin də olmasını nəzərdə saxlamalıdır.
28. Məhkəmə kollegiyası iddiaçının Vəkillər Kollegiyasının İntizam Komissiyasın ın vəkil barəsində qərarını məhkəməyə təqdim edə bilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, iddiaçı Vəkillər X1 ünvanlanmış 29 yanvar 2024-cü il tarixli, 10 nömrəli məktubunu apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir.
29. İddiaçıya ünvanlanan həmin məktubda qeyd edilmişdir ki, iddiaçının müraciətinə əsasən Mingəçevir şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil X2 xəbərdarlıq edilmiş, ona peşə fəaliyyətini həyata keçirərkən qanunvericiliyin tələblərinə əməl etməsi tapşırılmışdır.
30. Göründüyü kimi, iddiaçı ən azı öz dəlilinin əsası kimi istinad etdiyi sübutu təqdim etsə də, apellyasiya instansiyası məhkəməsi bu məktuba qiymət verməmiş, nə onu sübut kimi qəbul etmədiyini bildirməmiş, nə də həmin məktubda qeyd edilənlərin iddiaçının dəlillərini təsdiq edib-etməməsinə aydınlıq gətirməmiş və qeyd edildiyi kimi iddiaçının bununla bağlı hər hansı sübut təqdim etməməsinə istinad etmişdir. Halbuki işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir.
31. İddiaçı prosessual qanunvericiliyin sübutetmə vəzifəsi və Konstitusiya Məhkəməsi Plenumunun qərarında əks edilən hüquqi mövqeyinə uyğun olaraq iddia müddətini ötürməsinin üzrlü səbəbi kimi istinad etdiyi halla bağlı sübut təqdim etsə də, apellyasiya instansiyası məhkəməsi həmin sübuta qiymət verməmiş, iddiaçının iddia müddətini ötürməsi halını sübutların prosessual qanunvericiliyin tələblərinə uyğun gəlməyən qaydada qiymətləndirməklə müəyy ən etmiş, bununla da, gəlinən ikinci nəticə, yəni müddətin üzrsüz səbəbdən ötürülməsi barədə nəticə də əsaslı olmamışdır. Başqa sözlə, ilk növbədə iddiaçının təqdim etdiyi sübuta qiymət verilməli, bundan sonra müddətin üzrlü (obyektiv) səbəbdən ötürülüb-ötürülməməsinə Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə uyğun qiymət verilməli idi.
32. Buna görə də iddiaçının təqdim etdiyi sübuta qiymət verilmədən iddiaçının iddia müddətini ötürməsi barəsində gəlinən nəticə əsaslı sayıla bilməz.
33. Bundan əlavə, iddiaçı cavabdeh müəssisədə 2000-ci ildən işləməsini və bu səbəbdən onunla müddətli əmək müqaviləsi bağlanmasının əsassız olmasını bildirmişdir.
34. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4 və 5-ci hissələrinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstəril ən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Hazırki işin halları baxımından Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğ unluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında hüquqi mövqe belə olmuşdur ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.
36. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab etmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasi bətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.
37. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.
38. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıbbağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət ye tirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırkiqətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmaqla yanaşı, iddiaçının cavabdeh müəssisədə fasiləsiz olaraq nə qədər işləməsinə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olub-olmamasına, tərəflərin münasibətlərinin həqiqi xarakterinin nədən ibarət olmasına, bundan çıxış edərək iddiaçı ilə müddətli ə mək müqaviləsinin bağlanmasına yol verilib-verilməməsinə və s. hallara Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarında əks edilən hüquqi mövqe baxımından da qiymət verməli və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
39. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4343/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Akif İsgəndərov-sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbinin təmin olunması, cavabdeh "xxxx" ASC-nin Cavabdeh MMC-in İddiaçı barəsində xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki işinə bərpa olunması və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.
40. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən göründüyü kimi, iddiaçı iddia müddətini həqiqətən də ötürmüşdür.
41. Belə ki, MMC-nin xx.xx.2023-cü il tarixli 34/K nömrəli əmrinə əsasən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ilə xitam verilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş əmək kitabçalarının təhvil alınması barədə reyestrə əsasən iddiaçı əmək kitabçasını özü şəxsən xx.xx.2023-cü il tarixində götürmüşdür. xx.xx.2023-cü il tarixli MŞB/16-0080 2 nömrəli arayışa əsasən iddiaçı cavabdeh arasındakı mediasiya prosesi xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2023-cü il tarixdə Mediasiya sessiyasında iştirak edilməməsi ilə bitmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
42. Eyni zamanda işdən görünür ki, iddiaçı müddətin bərpasını xahiş edərək, müddəti ötürməsinin üzrlü səbəbi kimi Mingəçevir şəhərində vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlamasını, vəkilin onu aldadaraq iddia ərizəsini özündə saxlayıb məhkəməyə təqdim etməməsini, bununla bağlı Vəkillər Kollegiyasının İntizam Komissiyasının həmin vəkil barəsində qərarı olduğunu bildirmişdir.
43. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iddiaçıya ünvanlanmış 29 yanvar 2024-cü i l tarixli, 102 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinə əsasən Mingəçevir şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil X2 xəbərdarlıq edilmiş, ona peşə fəaliyyətini həyata keçirərkən qanunvericiliyin tələblərinə əməl etməsi tapşırılmışdır.
44. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
45. İddiaçı bu hüququndan istifadə edərək keyfiyyətli hüquqi yardım almaq üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil X2 tapşırıq vermiş, yəni iradəsi iddia ərizəsinin verilməsinə yönəlmiş, lakin həmin vəkilin səhlənkarlığı nəticəsində iddia ərizəsi vaxtında verilməmişdir. Həmin vəkil barəsində isə şikayət ərizəsi ilə müraciət edil mişdir.
46. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində buraxılmış müddətin bərpa edilməsi əsasları sırasında “digər obyektiv hallar” da yer almışdır ki, Kollegiyanın qənaətinə görə də, iddiaçının göstərdiyi bu hal məhz digər obyektiv hal kimi qiymətləndirilməlidir.
47. Mübahisənin mahiyyətinə gəldikdə isə iddiaçı cavabdeh müəssisədə 2000-ci ildən işləməsini və bu səbəbdən onunla müddətli əmək müqaviləsi bağlanmasının əsassız olmasını bildirmişdir.
48. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müqavilə müddətinin qurtarması əsası ilə xitam verilmişdir.
49. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4 və 5-ci hissələrinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47 -ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
50. Hazırki işin halları baxımından Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında hüquqi mövqe belə olm uşdur ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.
52. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab etmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni, işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.
53. Odur ki, Ə mək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə, həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.
54. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıbbağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki halla rını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.
55. Apellyasiya baxışı zamanı iddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsində imzanın ona məxsus olmamasını bildirmiş, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 15 avqust 2024-cü il tarixli, 3-16/16/24/1240 saylı ekspert rəyi ilə Cavabdeh MMC ilə İddiaçı arasında bağlandığı göstərilən xx.xx.2020-ci il tarixli əmək müqaviləsində (i.v.132) “İddiaçı” imzası qrafasındakı imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir.
56. İddiaçıya məxsus əmək kitabçasından müəyyən edilir ki, iddiaçı xx.xx.2000-ci il tarixdə Azərbaycan DRES sahəsinə 3-cü dərəcəli “izolirovşik” vəzifəsinə işə qəbul edilmiş, 2020-ci ilədək həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2020-ci il ta rixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Mərkəzi təmir sexinin istilik izolyasiya və hörgü sahəsinə çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, xx.xx.2020-ci il tarixdə Cavabdeh Mexaniki Emal Xidmətinin istilik izolyasiya sahəsinə 4-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmişdir.
57. Göründüyü kimi, iddiaçı xx.xx.2000-ci il tarixdən 2020-ci ilə qədər "xxxx" MMCdə işləmiş, daha sonra struktur dəyişikliyi ilə əlaqədar olaraq Cavabdeh MMCdə başqa vəzifəyə təyin olunmuşdur. Lakin istər birinci iş yeri olan "xxxx" MMC, istərsə də sonuncu iş yeri olan Cavabdeh MMC "xxxx" ASC-nin tabeliyində olan qurumlardır.
58. Məhkəmə kollegiyası onu da qeyd etmişdi r ki, iddiaçının "xxxx" MMC-də işlədiyi dövrdə onunla bağlanmış əmək müqaviləsi müddətsiz olmuşdur.
59. Kollegiya qeyd edir ki, iddiaçı uzun müddətdir "xxxx" ASC-nin tabeliyində olan bu qurumlarda eyni sahədə işləmiş və yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisə doğurmur, belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi.
60. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır.
61. Kollegiyanın qənaətinə görə, uzun ill ər eyni müəssisədə çalışmış işçi ilə 2 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz.
62. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.
63. Qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlmişdir ki, iddia təmin olunmalı, cavabdehin xx.xx.2023-cü il tarixli əmri ləğv edilməli, onunla müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki işinə bərpa olunmalı və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
64. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndi, 296-cı maddənin 1,2,3-cü hissələrinə, Mülki Məcəllənin 372.1, 375.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Ka ssasiya şikayətinin dəlilləri
65. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4343/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
66. Şikayət onunla əsaslandırılmışdır ki, MMC-nin yerinə yetirdiyi işin daimiliyi birbaşa olaraq təsisçi tərəfindən verilən sifarişdən, həmçinin Cəmiyyətin gördüyü işlərə olan tələbatdan asılı olaraq dəyişməsi, təbii olaraq işçilərlə məhz müddətli əmək müqaviləsi bağlanması zəruri edir. Məhz bu səbəbdən cavabdeh MMC-nin demək olar böyük əksəriyyət işçilər ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Lakin apelyasiya məhkəməsi cavabdeh təşkilatla iddiaçı arasında olan münasibətlərin həqiqi xarakterini müəyyən etməmiş, cavabade h MMC-nin digər işçilərlə oxşar müqavilələrin bağlanıbbağlanılmadığı halını araşdırmamış, cavabdeh təşkilata işçilərlə bağlanılan müqavilələrin müddətli olub-olmamasına dair MMC-yə müvafiq sorğular göndərməmişdir.
67. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, apelyasiya məhkəməsinin iddiaçının əvvəl işlədiyi müəssisədə işəgötürənlə bağlamış olduğu müddətsiz əmək müqaviləsini əsas gətirərək iddiaçının yerinə yetridiyi işin daimi xarakterə malik olması qənaətinə gəlməsi tam əsassızdır: Belə ki, Cavabdeh MMC-nin Nizamnaməsinin 8-ci bəndində MMC-nin fəaliyyət istiqamətləri ilə bağlı bəndinə nəzər salsaq görərik ki, Cəmiyyətin bütün fəaliyyətinin əsasını məhz təsisçisi "xxxx" ASC-nin sifarişi ilə işlərin görülməsi təşkil edir. Həmçinin Nizamnamənin 11-ci bəndində qeyd olunur ki, Cəmiyy ət özünün istehsal etdiyi məhsullara, yerinə yetirdiyi işlərə, göstərdiyi xidmətlərə olan tələbatı nəzərə alaraq müstəqil sürətdə öz fəaliyyətini planlaşdırır, inkişaf perspektivlərini, sosial inkişafını və eyni zamanda öz gəlirlərinin artırılmasının zəruriliyini müəyyən edir. Yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, MMC-nin yerinə yetirdiyi işin daimiliyi birbaşa olaraq təsisçi "xxxx" ASC tərəfindən verilən sifarişdən, həmçinin Cəmiyyətin gördüyü işlərə olan tələbatdan asılı olaraq dəyişməsi,təbii olaraq işçilərlə məhz müddətli əmək müqaviləsi bağlamaq zəruriyyətini yaratmış olur. Digər tərəfdən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndindəki “bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla” qeydi bir daha onu deməyə əsas verir ki, hətta işçinin yerinə yetirdiyi iş daima xarakterə malik olsa belə, müqavilə bağlanarkən tərəflərin qarşılıqlı razılığına ( ƏM-nin 47-ci maddəsinin “f” bəndi) əsaslanan iradə ifadəsi qanunla heç bir halda məhdudlaşdırmamışdır. Məhz buna görə də tərəflərindən iddiaçı ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi rəhbər tutulmaqla bağlanılmışdır. Lakin apelyasiya məhkəməsi heç bir əsas olmadan tərəflər arasında “qarşılıqlı razılığın” olmadığını, cavabdeh müəssisənin ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağladığını əsas gətirmişdir. Apelyasiya məhkəməsi öz qətnaməsində əmək müqaviləsində müddət təyin edilməsinin cavabdeh tərəfindən iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etməsinə yönəldiyi qənaətinə gəlmişdir. Hesab edirlər ki, məhkəmə bu nəticəyə gələrkən aşağıda qeyd etdiyimiz iş üçün mühüm əhəmiyyətə malik olan 2 məqama diqqət yetirməmişdir: Birinci məqam ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsi bağlanan an məhz müddətsiz müqavilə bağlamağa dair motivinin olmasını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. O hətta işə qəbulla bağlı ərizəsində belə işəgötürənlə konkret şəkildə müddətsiz müqavilə bağlamaq istəyini açıq formada bildirməmişdir. Hətta iddiaçı cavabdeh müəssisə ilə bağlanılmış müddətli əmək müqaviləsindəki imzanın ona məxsus olmadığını məhkəmədə iddia etmiş, bu barədə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə müddətli əmək müqaviləsində iddiaçının ad və soyadının altındakı imzanın məhz ona məxsus olduğu öz tə sdiqini tapmışdır. Məhz bu səbəbdən hesab edirik ki, əmək müqaviləsi bağlanan zaman müddətə münasibətdə motivin olmasını sübut edən yeganə dəlil işçinin əmək müqaviləsinə atdığı imza və onun şəxsi ərizəsi sayılmalıdır. İkinci mühüm məqam ondan ibarətdir ki, iddiaçı çalışdığı uzun illər ərzində əmək müqaviləsinin müddətli və ya müddətsiz olmasını bilmək imkanın (müəssiəsinin insan resursları şöbəsinə müraciət etmək, elektron informasiya sistemində əmək müqaviləsnin bildirişini əldə etmək) olduğu halda bunu etməməsi istənilən halda inandırıcı və ağlabatan görünmür. Məhz bu səbəbdən hesab edirik ki, qeyd edilən hal məhkəmə tərəfindən işçinin “şəratin öz əleyhinə dəyişməsi nəticəsində hüququndan sui-istifadəsi” kimi qiymətləndirilməli olduğu halda, məhkəmə ümumiyyətlə bu hala düzgün yanaşmamış dır. Yuxarıda qeyd etdikləri kimi MMC-nin yerinə yetirdiyi işin daimiliyi birbaşa olaraq təsisçi tərəfindən verilən sifarişdən, həmçinin Cəmiyyətin gördüyü işlərə olan tələbatdan asılı olaraq dəyişməsi, təbii olaraq işçilərlə məhz müddətli əmək müqaviləsi bağlanması zəruri edir. Məhz bu səbəbdən cavabdeh MMC-nin demək olar böyük əksəriyyət işçilər ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Lakin apelyasiya məhkəməsi cavabdeh təşkilatla iddiaçı arasında olan münasibətlərin həqiqi xarakterini müəyyən etməmiş, cavabadeh MMC-nin digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanılmadığı halını araşdırmamış, cavabdeh təşkilata işçilərlə bağlanılan müqavilələrin müddətli olubolmamasına dair MMC-yə müvafiq sorğular göndərməmişdir. Apelyasiya məhkəməsi iddiaçının iddia ərizəsinin verilməsini vəki l Şəlalə Tağıyevaya tapşırmasını, yəni dolayısıyla onun iradəsinin iddia ərizəsinin verilməsinə yönəlməsini, lakin həmin vəkilin səhlənkarlığı nəticəsində iddia ərizəsinin vaxtında verilməməsini əsas gətirərək bu halı Əmək Məcəlləsinin 47.6-cı maddəsində qeyd edilən müddətin ötürülməsini üzürlü hal hesab etməyə əsas verən “digər obyektiv hal” kimi qiymətləndirmişdir. Apelyasiya məhkəməsinin bu mövqeyi ilə aşağıdakılara əsasən razı deyilik: Bildirmək istəyirik ki, iddia müddətinin ötürülməsi özlüyündə iddia ərizəsinin verilməsinə dair iradə ifadəsinin olduğu təqdirdə belə bu müddətin subyektiv səbəblərdən ötürülməsi ilə bağlı olan haldır. Əmək qanunvericiliyində müddətin ötürülməsi üçün üzrlü sayıla biləcək hallara nəzər saldıqda aydın olur ki, bu hallar daha çox işçinin birbaşa olaraq fi ziki durumu (xəstələnməsi, yaşadığı yerdən uzaqda oması) bağlı olmaqla onun fiziki cəhətdən iddia ərizəsinin vaxtında verilməsinə maneçilik törədə bilən obyektiv hallardır. İddiaçının vəkilə müraciət etmədən belə şəxsən özü tərəfindən iddia müddətinin ötürməsini ehtimal kimi götürsək və bu hal ilə iddia ərizəsinin verilməsi barədə vəkilə tapşırıq verib ona iddia müddətinin ötürməməsini xatırlatmasına rəğmən vəkil tərəfindən müddəti ötürməsi halı arasında heç bir fərqin olmadığı qənaətinə gəlmək olar. Çünki hər iki halda müddətin ötürülməsi subyektiv səbəblərlə, daha konkret desək iddiaçının qanunun tələblərinə daha məsuliyyətli və ciddi yanaşmaması ilə bağlı olacaqdır və bu hal özlüyündə heç bir halda obyektiv hal hesab edilə bilməz. Digər tərəfdən iddiaçının vəkilə hansı tarixdə müraciət etdiyi barədə dəlillər iş materiallarına əlavə edilməmiş, vəkilə müraciət edən vaxt artıq iddiaçı tərəfindən iddia müddətinin ötürülüb-ötürülməməsi halı məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. İddiaçı həmçinin vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlandığını və sonuncunun səhlənkarlığı nəticəsində iddia müddətinin ötürülməsini qeyd etsə də, vəkillə bağladığı hüquqi xidmət haqqında müqaviləni məhkəməyə təqdim etməmişdir. Apelyasiya məhkəməsi qətnaməsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iddiaçıya ünvanlanmış 29 yanvar 2024-cü il tarixli məktubunda iddiaçının müraciətinə əsasən vəkil Ş.Tağıyeva barəsində xəbərdarlıq edildiyini əsas gətirərək belə qənaətə gəlmişdir ki, məhz həmin vəkilin səhlənkarlığı nəticəsində iddiaçı iddia müddətini ötürmüşdür. Lakin iş materiallarında o lan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 25 yanvar 2024-cü il tarixli 01 saylı iclas prtokolundan çıxarışa nəzər saldıqda aydın olur ki, vəkil Ş.Tağıyevaya xəbərdarlıq edilməsinə səbəb onun müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə səhkənkar yanaşması yox, məhz İddiaçı hüquqi yardım göstərilməsinə dair müqavilədə bağlamadan hüquqi xidmətin göstərilməsi olmuşdur. Hesab edirik ki, iddiaçı ilə vəkil arasında hüquqi xidmət barədə müqavilə olmadan tərəflər arasında hər hansı qarşılıqlı öhdəlik münasibətlərinin olmasından və təbii olaraq müqavilə öhdəliklərinin pozulmasına görə məsuliyyətdən söhbət belə gedə bilməz. Nəzərinizə çatdırmaq istərdik ki, Ali Məhkəmənin hazırki iş üzrə Qərarında ilk öncə məhz iddiaçının iddia müddətinin üzrlü səbədən ötürülməsi ilə bağlı təqdim etdiyi süb utlara düzgün hüquqi qiymət verilməsi barədə apelyasiya məhkəməsinə verdiyi göstərişlər öz əksini tapmışdır. Həmin göstərişlərin apelyasiya məhkəməsi üçün məcburi xarakter daşımasına baxmayaraq, apelyasiya məhkəməsi Vəkillər Kollegiyasının Rəyasət Heyətinin məktubunda öz əksini tapan yuxarıda qeyd etdiyimiz xüsusatlara diqqət yetirməmiş, bu halı müddətin ötürülməsini üzürlü hal hesab etməyə əsas verən “digər obyektiv hal” kimi qiymətləndirmişdir. Həmçinin onu da qeyd etmək istəyirik ki, qanunvericilikdə müddətin ötürülməsinin üzrlü hesab edilə bilməsi üçün əsasların arasında tərəfin öz vəkili ilə anlaşılmazlıq olması və ya bu kimi hallar konkret olaraq öz əksini tapmamışdır. Bildirmək istəyirlər ki, peşəkar yardım almaq iddiaçının sadəcə hüququdur və qanunvericiliklə yalnız kassasiya şikay ətlərinin verilməsi üçün vəkilin iştirakı məcburi hesab olunmuşdur. İddiaçı istər mediasiya təşkilatına, istərsə də məhkəməyə vəkil yardımı almadan şəxsən özü də müraciət edə bilərdi və hesab edirik ki, onun bu hüququndan istifadə etməsi, bu zaman onu təmsil edən şəxslə aralarında hansısa anlaşılmazlığın olması kimi faktorlar məhkəmə tərfindən üzürlü hal hesab etməyə əsas verə bilməz. Çünki hüququnun pozulduğunu iddia edən şəxs hamıdan öncə özü ilk növbədə onun məhkəmə müdafiəsi ilə bağlı maraqlı olmalı, qanunvericiliyin ona verdiyi hüquqlardan əlavə tələblərin də olmasını nəzərdə saxlamalıdır.
68. Apellyasiya məhkəməsi iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2020-ci il qədər "xxxx" MMC-də çalışmasını, həm əvvəl işlədiyi müəssisəsinin, həm də sonuncu iş yeri olan Cavabdeh MMC-nin "xxx x" ASC-nin tabeliyində olmasını əsas gətirərək iddiaçının 5 ildən artıq müddətə cavabdeh təşkilatda işlədiyi, bu səbədən də onunla əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olması qənaətinə gəlmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, məhkəmənin mövqeyi tamamilə əsassızdır: İş materiallarında olan iddiaçının əmək kitabçasının surətindən göründüyü kimi iddiaçının "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-cü 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmiş və yalnız 3 gün sonra cavabdeh təşkilatla əmək müqaviləsi bağlamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, işçinin əvvələr hər hansı bir digər işəgötürənlə bağladığı müddətsiz əmək müqaviləsi onun digər sonrakı işəgötürənin həmin işçi ilə əmək müqaviləsinin mütləq qaydada müddətsiz olması anlamına gəlməməli və konkret işəgötürənlə olan mövcud əmək müqaviləsinə əsasən tərəflər arasında olan münasibətlərə hüquqi qiymət verilməlidir. Bildirmək isətyirlər ki, "xxxx" MMC ayrıca hüquq şəxs olmaqla cavabdeh təşkilatla heç bir bağlılığı yoxdur. Cavabdeh MMC-nin Nizamnaməsinə nəzər saldıqda aydın olur ki, cavabdeh MMC "xxxx" ASC tərəfindən təsis olunmuşdur. Nizamanamədən o da aydın olur ki, Enerjiservistikintitəmirsazlama” MMC iddiaçının əvvəllər çalışdığı"xxxx" MMC-nin nəzdində yaranmamış, həmçinin onun hüquqi varisi deyildir. Lakin apelyasiya məhkəməsi yuxarıda adı çəkilən hər iki MMC-nin hüquqi statusunu, adı çəkilən müəssisələrdən birinin digərinin hüquqi varisi olub-olmaması məsələsini ümumiyyətlə araşdırmamış və əmək qanunvericiliyinin qeyd edil ən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
69. Kassator şikayətini Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 və 6-cı hissələrinə (kassasiya şikayətində istinad edilən məzmun Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 və 6-cı hissələrinə aid olsa da 47-ci maddənin 2 və 6-cı hissələri kimi qeyd edilmişdir), 45-ci maddənin 4, 5-ci hissələrinə, Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının MPM-in 217.3, 217.4, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
70. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
71. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetir məkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
72. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi
73. Maddə
45. Əmək müqaviləsinin müddəti
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddəts iz əmək müqaviləsi hesab edilir.
74. Maddə
47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:... f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;
75. Maddə 68
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması;
76. Maddə 296
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
77. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəz ərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
78. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
79. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
82. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
85. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
86. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
87. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
88. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
89. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 90.
45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
91. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
92. Kassasiya kollegiyası apellyasiya mə hkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
93. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
94. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 25 sentyabr 2024-cü il tarixli 2(103)-4343/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.