Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2350/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-**/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) xx.xx.2019-cu il tarixli, 2(046)-***/2019 nömrəli qət naməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilərək, xx.xx.2012-ci il tarixli 26R000001877 saylı kredit razılaşması üzrə 18334,08 ABŞ dolları əsas, 16515,40 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 35849,48 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının Cavabdeh1 tutulub İddiaçı QSC-yə ödənilməsi, ilk iddia tələbinin cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 münasibətdə və qalan hissədə təmin edilməməsi, iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı QSC-yə, Göyçay rayon Notariat Kontoruna və Azərbaycan Respublika sı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı “ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş ilkin iddia üzrə 30 manat dövlət rüsumunun 5 manatının İddiaçı QSC-yə aid edilməsi, 25 manatının Cavabdeh1 tutulub İddiaçı QSC-yə ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçılara aid edilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi, iş üzrə 400 manat məhkəmə qiymətləndirmə ekspertizası xərcinin 40 manatının İddiaçı QSC-dən, 360 manatın ın Cavabdeh1 tutularaq Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMCyə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, A.Mahmudov, V.Məlikov) xx.xx.2019-cu il tarixli, 2(107)-**/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)-***/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərardadı ilə ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh4 hüquqi varisi Cavabdeh1 hüquqi varisi müəyyən edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 26R000001877 saylı kredit razılaşması üzrə 18334.08 ABŞ dolları əsas, 4708.25 ABŞ dolları faiz, 16689.87 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 39732.20 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 məxsus Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 mərtəbəli, 3 otaqlı 81 m2 yaşayış, 40 m2 köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə və Cavabdeh3 məxsus ****** 44 m2 yaşayış, 76,5 m2 köməkçi sahədən ibarət 111 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, 39732.20 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakların satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması, Cavabdeh4 məxsus Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 mərtəbəli, 3 otaqlı 81 m2 yaşayış, 40 m2 köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və onların həmin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, Cavabdeh3 məxsus ****** 44 m2 yaşayış, 76,5 m2 köməkçi sahədən ibarət 111 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı QSC-yə, Göyçay rayon Notariat Ko ntoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı “ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx xxxx 2009-cu il tarixli 15M000000128 saylı və İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 15M000000132 saylı ipoteka müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra İddiaçı QSC iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 26R000001 877 saylı kredit razılaşması üzrə 18334.08 ABŞ dolları əsas, 16515.4 ABŞ dolları faiz, 34392.54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 69242.02 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 məxsus Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 mərtəbəli, 3 otaqlı 81 m2 yaşayış, 40 m2 köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə və Cavabdeh3 məxsus ****** 44 m2 yaşayış, 76,5 m2 köməkçi sahədən ibarət 111 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, 69242 ABŞ dolları 02 sent borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəl dilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması, Cavabdeh4 məxsus Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 mərtəbəli, 3 otaqlı 81 m2 yaşayış, 40 m2 köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və onların həmin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq alıcıya təhvil verilməsi, Cavabdeh3 məxsus ****** 44 m2 yaşayış, 76,5 m2 köməkçi sahədən ibarət 111 nömrəli fərdi yaşayış evin ə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin vəkili V1qızı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiada (həm ilkin iddia üzrə, həm də qarşılıqlı iddia üzrə) zaminliyə xitam verilməsi və ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi ilə bağlı tələb irəli sürülməmişdir. Apelyasiya instansiya məhkəməsi qətnaməsində Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018 və xx. xx.2019-cu il tarixli Qərarlarına istinad etmiş, lakin nəzərə almamışdır ki, həmin qərarın hazırkı işə tətbiqi yolverilməzdir. Belə ki, Konstitusiya Məhkəməsinin sözügedən hər iki qərarından göründüyü kimi hər iki qərar eyni iş üzrə (iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin cavabdehlər V.Əmiraslanov və digərlərinə qarşı) qaldırılmışdır. Həmin qərarlardan da görünür ki, bankın iddiası ilə yanaşı, cavabdehlər banka qarşı zaminliyə xitam verilməsi ilə bağlı qarşılıqlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etmişlər. Həmin işdə zaminlik xitam məsələsi mübahisələndirildiyindən Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının o işə tətbiqi qaçılmazdır. Hazırkı işdə isə belə bir mübahisə açılmadığından, yəni cavabdehlər tərəfindən zaminliyə xitam verilməsi və ipotekanın bağlanmamış hesab edilməsi ilə bağlı mübahisə irəli sürülmədiyindən, məhkəmələr verilmiş iddia tələbi həcmində işlərə baxmalı idi. Müştəri Cavabdeh1 öhdəliklərinin icrasının təmin edilməsi üçün atası Cavabdeh4 həm Bank qarşısında zamin durmuş həmçinin öz mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etmişdir. Yaşlı və xəstə olması səbəbindən banka gələ bilməmişdir məhz bu səbəbdən də ödəniş planını imzalamamışdır, lakin Cavabdeh4 ilə telefon vasitəsilə əlaqə saxlanılaraq bütün məlumatlar ona verilmiş və razılığı alınmışdır. Kağız üzərində Cavabdeh4 kredit razılaşması bağlanan zaman imzası olmasa belə ailə münasibətlərindən irəli gələrək deyə bilərik ki, Cavabdeh4 kreditin məbləğindən, faiz dərəcəsindən, valyutadan məlumatı olmuşdur. Bundan başqa, xx.xx.2009-cu il tarixli 15L000000706 saylı Kredit Xətti Müqaviləsi ilə nəzərdə tutulmuş öhdəliklərin təminatı kimi ipoteka müqaviləsinin bağlanması mümkündür. Həmçinin, ipoteka müqaviləsinin 1.1 -ci bəndində qeyd edilmişdir ki, ipoteka verən öz mülkiyətində olan və müqavilənin 2.1 -ci bəndində göstərilən əmlakı bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000706 saylı Kredit Xətti Müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca Razılaşmalar üzrə Borclunun ödəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir. Həmin ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəliyin məbləğinin 200000 ABŞ dolları və kredit xəttinin müddətinin 100 ay olması, və ödənişlərin dövriliyinin isə bir aydan bir bərab ər hissələrlə ödənilməsi aydın şəkildə əks etdirilmişdir. Göründüyü kimi, ipoteka müqaviləsində bütün mühüm şərtlər, yəni gələcəkdə hansı əsas öhdəliyə görə ipotekanın yaranması, eləcə də əsas öhdəliyin həddi barədə şərtlər aydın şəkildə öz əksini tapmışdır. Eyni zamanda qeyd olunan ipoteka müqaviləsinin 1.1 -ci bəndində qeyd olunmuşdur ki, bu kredit xətti əsasında verilən kreditlərin məbləği, müddəti və faizləri bank ilə kredit alan arasında bağlanan və kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən olunur. Bundan başqa, ipoteka müqavilələrində kredit xəttinin məbləği - 200000 ABŞ dolları olması öz əksini tapıb. Yəni ipoteka qoyanlar faiz dərəcəsini və faktiki ayrılmış kredit məbləğini bilməsəydi belə, ödənilməsinə təminat verdiyi pul öhdəliyinin 200000 ABŞ dolları çərçivəsində olması barədə məlumatlı idi. Bu mənada ipoteka qoyanlar üçün əhəmiyyət daşıyan (məsuliyyətinin son həddi barədə) şərt ipoteka müqaviləsində göstərilmişdir. Belə olan halda, xx.xx.2009-cu il tarixli 15M000000128 saylı və xx.xx.2009-cu il tarixli 15M000000132 saylı ipoteka müqavilələrinin həmin müqavilə tərəfləri arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000706 saylı Kredit Xətti Müqaviləsi əsasında yaranacaq öhdəliklərin təminatı kimi çıxış etməsi tam qanuni və əsaslıdır. Beləliklə, qeyd edilənlər məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını təsdiq edir. Ona görə də o, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)**/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması ü çün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin vəkili V1qızı, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4, qarşılıqlı iddia üzrə cavabdehlər Göyçay rayon Notariat Kontorunun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəm ə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya kollegiyası tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit razılaşması müqaviləsindən irəli gələn öhdəliyi tərəflər arasında bağlanmış xx xxxx 2009-cu il tarixli kredit xətti müqaviləsi ilə təmin olunmuşdur. Zaminlik müqavilələrinə ə sasən digər cavabdeh – zaminlər də borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu Müqavilə üzrə müəyyən edilmiş əsas borc, faiz borcları, dəbbə pulu, vurulmuş zərərin əvəzi, məhkəmə və digər xərclərin ödənilməsini öhdələrinə götürmüşlər. Mülki Məcəllənin 470-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh-borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdeh-zaminə qarşı da tələb hüququ yaranmışdır. Apelyasiya kollegiyası qeyd etmişdir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, apelyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının cavabdehlərə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunu müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də MM-nin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Lakin bu zaman cavabdeh-zaminlərin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar əsas kredit müqaviləsində dəqiq göstərilməlidir. Tərəflər arasında bağlanmış xx xxxx 2009 və xx xxxxxx 2009-cu il tarixli zaminlik müqavilələrində isə faiz dərəcəsi və cərimə faizinə dair müddəalar göstərilməmiş, bağlanan kredit razılaşmasında Cavabdeh2 razılığı alınsa da, kredit razılaşmasına dəyişiklikə dair sazişdə bunlar barədə cavabdeh- zaminlər (ipoteka qoyanlar) Cavabdeh4 və Cavabdeh3, eyni zamanda cavabdeh-zamin Cavabdeh2 razılığı alınmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilm əsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmada n dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, *** və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair xx.xx.2013-cü il tarixli 1877 sayl saziş üzrə cavabdeh-zaminlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 razılığı alınmadığından və bu halların zaminlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olduğundan onlar kredit razılaşmasına görə, mülki cavabdehlik və mülki məsuliyyət daşımırlar və zaminliyə bütövlükdə xitam verilir. Ona görə də apelyasiya kollegiyası hesab etmişdir ki, hazırkı halda ilkin iddianın xx.xx.2012ci il tarixli 26R000001877 saylı kredit razılaşması üzrə borcun cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 tutulmasına dair hissəsini n təmin edilməməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşya nın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsində isə müəyyən edilmişdir ki, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 4***-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. xx xxxx 2009-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış xx xxxx 2009-cu il və xx xxxxxx 2009-cu il tarixli ipoteka müqavilələrində zəruri şərtlər göstərilmədiyindən və sonradan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair xx.xx.2013-cü il tarixli 1877 sayl saziş üzrə cavabdehipoteka qoyanlar Cavabdeh4 və Cavabdeh3 razılığı alınmadığından ipoteka müqavilələr bağlanmamış hesab edilməlidir. Ona görə də apelyasiya kollegiyası hesab etmişdir ki, ilk iddia tələbinin cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 münasibətdə və Cavabdeh4 və Cavabdeh3 məxsus fərdi yaşayış evlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, əldə edilən vəsaitin borcun ödənilmə sinə yönəldilməsi hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması, fərdi yaşayış evlərinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və onların həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılaraq alıcıya təhvil verilməsinin təmin ediməməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apelyasiya kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Apelyasiya kollegiyası borclu Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2012-ci il tarixli 26RO0İOOO1877 saylı kredit razılaşması bağlanan zaman zamin Cavab deh2 ödəniş planı ilə tanış olması və imzalaması barədə dəlilini əsassız sayaraq qeyd edir ki, əvvala qanunvericiliyin tələbinə görə, zamin kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsinin hər ikisinə razılığını bildirməli və bunu öz imzası ilə təsdiq etməlidir. İkincisi, ödəniş planındakı imzanın Cavabdeh2 tərəfindən atılması da iş materialları ilə təsdiq olunmur. Digər tərəfdən, apelyasiya şikayətində zamin və ipoteka qoyan Cavabdeh4 yaşlı və xəstə olması səbəbindən banka gələ bilmədiyi üçün onun ödəniş planını imzalamadığı qeyd olunur. Onda belə sual ortaya çıxır ki, zamin Cavabdeh2 banka dəvət edildiyi halda, nə üçün o, kredit razılaşmasına dəyişikliklərlə tanış edilməmişdir? Ona görə də apelyasiya kollegiyası hesab etmişdir ki, şikayətin dəlilləri birinci instansiya məhkəmə sinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, həmin dəlillər üzrə apelyasiya kollegiyası araşdırma aparmaqla düzgün hüquqi mövqedə olmuş, zaminin kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsinin hər ikisinə razılığını bildirməli və bunu öz imzası ilə təsdiq etməli olmasını düzgün olaraq vurğulamışdır. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qə bul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2( 107)**/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2350/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2350/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver