Məhkəmə qərarları › İş №2(102)-2351/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2351/2023

07.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2351/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 2(103)-537/23 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə 7 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli əmri ilə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən Bakı şəhəri 219 saylı evdə təhsil tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuşdur.

2. Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-364 saylı əmri ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi 21 aprel 2021-ci il tarixdən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbin direktoru kimi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-364 saylı əmrinin qanunsuz hesab edilərək ləğv olunması, onun yenidən həmin vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesabla naraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 1993-cü il tarixdən hal-hazıradək təhsil sahəsində ayrı-ayrı vəzifələrdə çalışmış, 19 mart 2019-cu ildən başlayaraq Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbinin direktoru vəzifəsində işləmişdir. İddiaçı hesab etmişdir ki, tutduğu vəzifədən azad edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxil i intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Təhsil Naziri onu tutduğu vəzifədən azad edərkən həmin əmrin əsası kimi Bakı şəhəri üzrə Təhsil idarəsinin məktubuna, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 53 nömrəli protokolundan çıxarışa, müvafiq arayış və izahatlara əsaslanmışdır. Lakin həmin sənədlər heç bir halda onun tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla azad edilməyi üçün əsas ola bilməzdi. Belə ki, Əmək Məcəlləsinin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı ziyan dəymiş olsun. Hazırkı halda göstərilən halların heç biri mövcud olmamışdır. Göründüyü kimi Təhsil Naziri onu işdən azad edərkən qanunsuz və əsassız əmr vermişdir. Odur ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K364 saylı əmri ləğv edilməli, o, işə bərpa olunmalı və məcburi qaydada iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməlidir.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddianın təmin edilməməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 göstərmişdir ki, Bakı şəhəri 219 nömrəli evdə təhsil tam ort a məktəbində tarix müəllimi işləyir, iddiaçını direktor vəzifəsini icra etdiyi üçün onu məktəbdən tanıyır. İddiaçı məktəbə direktor təyin edildikdən sonra məktəbdə təhsil ilə bağlı bir neçə islahatlar aparmışdır. Onun sayəsində məktəb daha yaxşı dərs tədris etməyə başlamışdır. Uzun müddətdir məktəbdə müəllim kimi işləyir, bu müddət ərzində hər zaman müəllimlər arasında fond pulunun yığılması qaydası mövcud olmuşdur, həmin qayda İddiaçı məktəb direktoru təyin edilməmişdən əvvəl də olmuşdur. Müəllimlər öz təşəbbüsü ilə fond pulunu yığırdı. Həmin pul məktəb üçün vəsaitlərin alınmasına və aztəminatlı ailələrə yardım edilməsinə xərclənmışdir. Onlar tərəfindən edilən yardımlar ya pul şəklində, ya da ərzaq şəklində edilirdi. Hər ay yardımların məbləği fərqli olurdu. Belə ki, yığılan puldan asılı olaraq hər ay ya 50 manat, ya da 100 manat yardım edirdilər. Yığılan vəsait hesabına şagirdlərdən birinin bilmədən sındırdığı kompyuteri almışlar. Həmin şagird vəfat etmişdi və kompyuter onların tərəfindən yığılan vəsait hesabına alınmışdır.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 göstərmişdir ki, məktəbdə müəllim işləyir, iddiaçı onların köhnə direktoru olmuşdur. Məktəbdə müəllimlər arasında uzun müddətdir ki, fond pulu yığılır, bu hal İddiaçı məktəb direktoru təyin olunmamışdın əvvəl də olmuşdur. Yığılan fond pulu məktəb vəsaitlərinin alınmasına və maddi vəziyyəti yaxşı olmayan şagirdlərə yardım edilməsinə xərclənmişdir. Fond pulunun yığılması barədə video çəkiliş aparan müəllim heç vaxt fond pulu verməmiş, həmin video şantaj məqsədi ilə çəkmişdir. Fond pulunun y ığılması direktor İddiaçı göstərişi olmamışdır, pulun yığılması könüllülük əsasında olmuşdur. Fond pulunun yığılmasının məktəb direktorunun tapşırdığına əsasən olması barədə prokurorluqda verdiyi izahat düzgün deyildir, bu faktı izahatı alan prokurorluq işçisinin tapşırığı ilə göstərmişdir.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 göstərmişdir ki, iddiaçı ilə oğlunun təhsil aldığı məktəbdə direktor vəzifəsində işlədiyi zaman tanış olmuşdur. Onun oğlu təhsil aldığı zaman bir direktor kimi İddiaçı və məktəbdə işləyən müəllimələrdən çox razı olmuşdur. Belə ki, həyat yoldaşı əməliyyat oldu və bir müddət işləyə bilmədi. İddiaçı və müəllimlər öz aralarında pul yığaraq həmin dövrdə ona yardım etdilər. Onlar aztəminatlı ailə olduqları üçün müəllimlər onlara yardım etməsə id i, uşaqları ac qalacaqdı. Onların sayəsində həmin çətin dövrdə evlərində yemək bişirə bilmişdir. Onlara yardımlar pul, bazarlıq və ya dərman şəklində edilirdi. Hər bir ailə ilə maraqlanırdı və kimin ehtiyacı olurdusa, ona həmin fond pulundan yığılmış vəsait hesabına yardım edirdilər.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 iyun 2021-ci il tarixli, 2(005)-3017/2021 saylı qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia təmin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-364 saylı əmrinin ləğv olunması, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkə məsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib qeyd etmişdir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-364 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. İddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bu zaman Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin tələbləri pozulmuşdur.

11. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmrdə göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək v ə icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının əməli nəticəsində işin istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad olunmamış, bu barədə sübut təqdim edilməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, sadəcə ola raq iddiaçının “vəzifə səlahiyyətlərindən sui-istifadə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” kimi ümumi sözlər qeyd edilmişdir. Vəzifə səlahiyyətlərindən sui 13. istifadənin konkret nədən ibarət olması, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş öhdəliklərdən hansının yerinə yetirilməməsi göstərilməmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Lakin məhkəmə iclasında sübutla rın tədqiqi zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübariz Baş idarəsində aparılmış araşdırmanın nəticəsi olaraq İddiaçı qanunazidd əməlləri ilə əlaqədar qeyd olunan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün verilmiş təqdimat Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlarının iclasında müzakirə edilməsi üçün göndərilmiş, nəticə etibarilə işəgötürənin həmin araşdırmanın yekunlaşmadığı, iddiaçının əməlinə hüquqi qiymət verilmədiyi halda əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni ƏM-nin 70-ci maddəsinin «ç» bəndini tətbiq etməsi ədalətli və qanuni hesab edilməməlidir. Beləliklə, məktəbin müəllimlərinin təşəbbüsü ilə toplanan vəsaitin yığılmasında İddiaçı hər hansı rolu və tapşırığının olması cavabdeh tərəfindən tam araşdırılmadan iddiaçının əmək müqaviləsinə xitam verilmişdir.

15. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflə rin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 10, 45, 70, 70(ç), 71.2, 71.3, 72, 74, 76.2, 83.1, 83.2, 186.2, 300 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 219 nömrəli tam orta məktəbində fond pulunun yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsasında yoxlama aparılmış və yayılan məlumatlar öz təsdiqini tapmışdır. Belə ki, həmin məktəbin müəllimi İlahə Məcidovanın Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış 21 iyul 2020-ci il tarixli müraciətinə əsasən yerin də araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, məktəbin direktoru İddiaçı hər ay müəllimlərdən qanunsuz olaraq 15 (on beş) manat pul yığılmasını təşkil etmişdir. İlahə Məcidovanın izahatından məlum olur ki, 2019-cu ilin oktyabr ayından başlayaraq məktəbin həmkarlar təşkilatının sədri İradə Həsənova və metodbirləşmə sədrlərinin vasitəsilə məktəbin müəllimlərindən fond pulu adı ilə hər ay 5 (beş) manat pul yığılmışdır. X7 izahatında göstərmişdir ki, növbəti aylarda fond pulu vermədiyinə görə, direktor tərəfindən ona əmək haqqı hesablanmamışdır. Eyni zamanda İ.Məcidova məktəbdə fond pulunun yığılmasını təsdiq edən videogörüntü və audioyazılar təqdim etmişdir. Təqdim edilmiş audioyazılar dinlənilərkən məlum olmuşdur ki, məktəbin müəllimi İradə Həsənova mart, aprel, may ayla rı üçün hər müəllimdən aylıq 15 (on beş) manat pul yığılmasını təşkil etmişdir. Məktəbin müəllimi İradə Həsənova izahatında göstərmişdir ki, direktor İddiaçı göstərişinə əsasən 2019-cu ilin oktyabr ayından başlayaraq metodbirləşmə sədrlərinin vasitəsi ilə müəllimlərdən pul yığılmağa başlanmışdır. Hər ay 400 (dörd yüz) manat yığılaraq məktəbin direktoruna verilmişdir. Lakin yığılan pulun təyinatı barədə onda məlumatın olmadığını qeyd etmişdir. Məktəbin direktoru İddiaçı verdiyi izahatda fond pulu adı ilə pulun yığıldığını etiraf etmiş, yığılan puldan 220 (iki yüz iyirmi) manat məktəbin kitabxanaçısına, 20 (iyirmi) manat isə xidmətçiyə ödənildiyini bildirmişdir. Lakin yığılan pulun qalan hissəsinin hara xərclənməsi barədə məlumat verməmişdir. Araşdırma zamanı verilən izahatlardan məlum olur ki, 219 nömrəli məktəbdə 2019-cu ilin oktyabr ayından başlayaraq, fond pulu adı ilə müəllimlərdən pul yığılmışdır. Eyni zamanda məktəbin müəllimi Nətavan Mehdiyevə yazmış olduğu izahatında fond pulunun yığıldığını etiraf etmiş, mart, aprel, may ayları üçün 60 (altmış) manat vəsaitin müəllimlərdən aldığını və müəllimlər otağında İradə Həsənovanın göstərişinə əsasən siyirməyə qoyduğunu təsdiq etmişdir. İş materiallarından göründüyü kimi, Təhsil Nazirliyi tərəfindən məsələyə cinayəthüquqi baxımdan qiymət verilməsi üçün prokurorluq orqanlarına da müraciət edilmişdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli təqdimatından göründüyü kimi, məktəbdə fond pulunun yığılması faktı sübut olunmuş, 2019-cu ilin oktyabr ayı üzrə 120 0 (min iki yüz) manat, mart, aprel, may ayları üzrə 1500 (min beş yüz) manat pulun yığılması faktı məktəbin direktoru İddiaçı tərəfindən etiraf edilmişdir. Göründüyü kimi, iddiaçının rəhbərlik etdiyi məktəbdə pozuntu hallarına yol verməsi faktları istintaq orqanı tərəfindən də öz təsdiqini tapmışdır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8907/2019 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və q eyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, intizam xətasının mövcudluğu qəbul edildiyi halda belə iddiaçının barəsində intizam tənbehi tətbiq edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci və 3-cü hissələrinin t ələblərinin pozulması, həmin normalarda nəzərdə tutulmuş müddətlərin ötürülməsi iddianın təmini üçün kifayət olardı.

22. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

23. Həmin maddənin 3-cü hissəsinin tələblərinə görə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının barəsində intizam tənbehi nə intizam xətasının törədildiyi gündən 6 ay ərzində, nə də onun aşkar edildiyi gündən bir ay ərzində tətbiq olunmamışdır. İşəgötürən intizam tənbehini həmin müddətlər keçdikdən sonra tətbiq etmişdir.

24. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulan iki illik müddət hazırkı mübahisəyə tətbiq oluna bilməz. Ona görə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi iddiaçının çalışdığı müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditi keçirilməmiş, eləcə də fakt üzrə cinayət işi başlanmamış, cinayət işi olmamışdır. İddiaçının inzibati qaydada cəzalandırılmasına dair də işdə hər hansı s übut yoxdur. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

25. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3354/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.G.Nu rməmmədov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və Z.Ə.Əliyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

29. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işəgötürən Təhsil Nazirliyi tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə dair əmr əsaslandırılmamış, iddiaçının vəzifə səlahiyyətlərindən sui istifadənin nədə ifadə olunması göstərilməmiş, özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması, müəllimlərdən “Fond pulu” adı ilə pul yığılmasını təşkil etməsi, həmin pulu şəxsi ehtiyacla rına sərf etməsi barədə kifayət qədər sübut olmamışdır. Həmçinin İddiaçı haqqında toplanmş material üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilən təqdimat müzakirə olunmadan, müzakirənin nəticəsi gözlənilmədən, yəni araşdırma yekunlaşmadığı, iddiaçının əməlinə hüquqi qiymət verilmədiyi halda cavabdeh iddiaçıya qarşı əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü tətbiq etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən intizam xətasının törədilməsi qəbul edildiyi halda belə iddiaçının barəsində intizam tənbehi tətbiq edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci və 3-cü hissələr inin tələblərinin pozulmuşdur, təkcə həmin normalarda nəzərdə tutulmuş müddətlərin ötürülməsi iddianın təmini üçün kifayət olardı.

31. İşdən görünür ki, 219 saylı evdə təhsil tam orta məktəbin müəllimi X3 məktəbin direktoru Sahil Əliyeva tərəfindən qanunsuz olaraq müəllimlərdən hər ay 15 manat pul yığılması barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Təhsil Nazirliyinə daxil olmuş müraciətinə əsasən Nazirliyin Daxili nəzarət sektoru tərəfindən araşdırma aparılmış, araşdırma zamanı şikayətçinin və məktəbin digər müəllimlərinin izahatları alınmış, onlar məktəb direktorunun və Həmkarlar İttifaqının sədrinin göstərişinə əsasən müəllimlərin əmək haqlarından metodbirləşdirmə sədrləri vasitəsilə hər ay pul yığıldığını təsdiq etmiş, Həmkarlar İt tifaqının sədri isə yığılan pulun məktəb direktorun verdiyini göstərmişdir. Şikayətçinin təqdim etdiyi audioyazılarda və videogörüntülərdə də məktəbdə “Fond pulu” adı ilə pul yığılması öz əksini tapmışdır.

32. Təhsil Nazirliyi tərəfindən aparılmış yoxlama nəticəsində müəyyən edilmiş yuxarıda göstərilən faktlar İddiaçı tərəfindən Təhsil Nazirliyinin Kollegiyasının 06 noyabr 2014-cü il tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydalarını” və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması, müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirməməsi kimi qiymətləndirilmiş və əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin Ç bəndinə əsasən xitam verilməsinə əsas kimi qəbul edilmişdir.

33. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş şərh yuxarıda sübutların İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən xitam vermək üçün kifayət etməməsi barədə məhkəmələrin gəldiyi nəticə əsaslı olmamışdır.

34. Məhkəmə kollegiyası iddiaçı haqqında toplanmış material üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilən təqdimat müzakirə olunmadan, müzakirənin nəticəsi gözlənilmədən, yəni araşdırma yekunlaşmadığı, iddiaçının əməlinə hüquqi qiymət verilmədiyi halda əmək müqaviləsinə xitam verilməsinin də əsassız olması barədə məhkəmələrin gəldiyi nəticə ilə bağı qeyd etmişdir ki, Təhsil Nazirliyi tərəfindən aparılmış araşdırmaların nəticəsi əmək müqaviləsinə xitam verilməsinə kifayət hesab edən işəgötürən toplanmış materialları prokurorluq orqanına əmək qanunvericiliyinin pozulub-pozulmasını aydınlaşdırmaq üçün deyil, işçinin əməllərinə korrupsiya cinayətlərinin əlamətlərinin olub-olmaması baxımından hüquqi qiymət verilməsi üçün göndərilmişdir. Bu hal işdə olan Təhsil Nazirinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış məktubu və Təhsil Nazirliyinin Daxili Nəzarət sektoru tərəfindən tərtib edilmiş yoxlamanın nəticələrinə dair arayışdan görünür. Lakin işə baxan məhkəmələr sübutlara tam və hərtərəfli baxmadığından həmin halı diqqətdən qaçırmışdır.

35. Məhkəmə kollegiyası iddiaçının barəsində intizam tənbehi tətbiq edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci və 3-cü hissələrinin tələblərinin pozulması, təkcə həmin normalarda nəzərdə tutulmuş müddətlərin işəgötürən tərəfindən ötürülməsi iddianın təmini üçün kifayət olması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə bağlı qeyd etmişdir ki, məhkəmə müddətlərin hesablanması zamanı iddiaçının xəstə olmasına dair işdə olan (i.v.92) xəstəlik vərəqəsini diqqətdən qaçırmış, bu səbəbdən Həmkarlar İttifaqı Komitəsinin iclasının vaxtında keçirilməsinin mümkün olmamasını, iddiaçı barəsində toplanmış materialların işəgötürən tərəfindən prokurorluq orqanına göndərilməsini nəzərə almamış, prokurorluq orqanlarında aparılmış araşdırma nəticəsində iddiaçı barəsində hansı qərarın qəbul olunması, əgər cinayət işinin başlanmasının rədd olunması haqqında qərar vardırsa hansı əsasla rədd olunmasını müəyyən etməmişdir. Halbuki bu halların müəyyən olunmasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş müddətlərin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir.

36. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

37. Apellyasiya instansiyası məhkəməsinin 2(103) -537/2023 nömrəli iş üzrə 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), A.V.Tanrıverdiyev və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

38. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişləri nəzərə alaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Ali Məhkəmə xx.xx.2022-ci il tarixli qərarında iki əsas göstəriş qeyd edilmişdir.

39. Qərarın 44-cü bəndində Məhkəmə Kollegiyası iddiaçının barəsində intizam tənbehi tətbiq edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci və 3-cü hissələrinin tələblərinin p ozulmasını, təkcə həmin normalarda nəzərdə tutulmuş müddətlərin işəgötürən tərəfindən ötürülməsinin iddianın təmini üçün kifayət olması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə bağlı qeyd etmişdir ki, məhkəmə müddətlərin hesablanması zamanı iddiaçının xəstə olmasına dair işdə olan (i.v.92) xəstəlik vərəqəsini diqqətdən qaçırmış, bu səbəbdən Həmkarlar İttifaqı Komitəsinin iclasının vaxtında keçirilməsinin mümkün olmamasını, iddiaçı barəsində toplanmış materialların işəgötürən tərəfindən prokurorluq orqanına göndərilməsini nəzərə almamışdır.

40. Məhkəmə Kollegiyası Ali Məhkəmənin birinci göstərişi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş xəstəlik vərəqlərindən iddiaçının 2020-ci il oktyabr ayından xx.xx.2021-ci il tarixə kimi əmək qabiliyyətinin müvəqqət i itirilməsi ilə bağlı işdə olmadığı təsdiq olunur. Əmək Məcəlləsinin 79.1-ci maddəsinə görə, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

41. Belə olan halda, cavabdehin iddiaçının işdən çıxarılması barədə əmrin iddiaçının əmək qabiliyyətini müvəqqəti itirilməsi səbəbindən işdə olmamasına görə Əmək Məcəlləsinin 79.1-ci maddəsinin tələbləri baxımından qanunda nəzərdə tutulmuş müddətdən gec verilməsi ağılabatan hesab olunur.

42. Ali Məhkəmənin qərarında ikinci göstəriş isə, prokurorluq orqanlarında aparılmış araşdırma nəticəsində iddiaçı barəsində hansı qərarın qəbul olunması, əgər cinayət işinin başlanmasının rədd olunması haqqında qərar vardırsa hansı əsasla rədd o lunmasını müəyyən edilməməsi ilə bağlıdır.

43. Məhkəmə kollegiyası həmin göstərişlə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixdə məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(103)-7416/2022 nömrəli məktubuna cavab olaraq məlumatında bildirmişdir ki, vətəndaş X8 və digərlərinin Bakı şəhəri, Səbail rayonu 219 nömrəli evdə təhsil tam orta məktəbinin direktoru İddiaçı məktəbin müəllimlərindən “fond pulu” adı ilə mütəmadi pul yığması və digər qanunsuz əməlləri barədə müraciətləri əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində araşdırma aparılmış, araşdırma nəticəsində direktor İddiaçı məktəbin metodbirləşmə sədrləri vasitəsi ilə müəllimlərdən məktəbə müx təlif ləvazimatların alınması və digər təmir işlərinin görülməsi üçün 2019/2020-ci tədris ili ərzində “fond pulu” adı ilə pul yığması təsbit edilmiş, qeyd olunan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə xx.xx.2020-ci il tarixli, 02/4-807çıx-20 nömrəli təqdimat göndərilmişdir.

44. Göründüyü kimi, iddiaçının işdən çıxarılması barədə əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

45. Beləliklə də məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar və istinad olunan maddi və prosessual hüquq normalarına əsasən müəyyən olumuşdur ki, işə baxmış birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, tədqiq olunmuş sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

46. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etsə də, gəldiyi nəticəni əsaslandırmamış, beləliklə də İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi, 186-cı maddəsinin 2-ci hissəsi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci və 3-cü hissələri, 76- cı maddəsinin 2-ci bəndi, 83.1, 83.3, 72, 300.1-ci maddələrinin tələblərini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etsə də, gəldiyi nəticəni əsaslandırmamış, beləliklə də MPM-nin 81, 218.1, 220-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının tələblərini pozmuş, iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(103)-7416/2022 nömrəli məktubuna cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli məktub heç bir halda “direktor İddiaçı məktəbin metodbirləşmə sədrləri vasitəsi ilə müəllimlərdən məktəbə müxtəlif ləvazi matların alınması və digər təmir işlərinin görülməsi üçün 2019/2020-ci tədris ili ərzində “fond pulu” adı ilə pul yığması”nı təsdiq edəcək sübut kimi qiymətləndirilə bilməzdi. Çünki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qeyd olunan məsələ ilə bağlı hər hansı bir araşdırmanın aparıldığı müəyyən edilməmişdir. Hər hansı bir araşdırma aparılmadan isə müvafiq təqdimat verilməsi qanunvericiliyin tələblərinə ziddir. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmişdir. Mübahisələndirilən əmrdə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varhğı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına v ə mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasə n lazımi qaydada əsaslandırılmamış, sadəcə “vəzifə səlahiyyətlərindən sui-istifadə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” ilə əsaslandırılmışdır. Lakin vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret nədən ibarət olması əsaslandırılmamış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır. Bundan əlavə əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Birinci instansiya məhkəməsi düzgün ol araq hesab etmişdir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı və 83cü maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən, iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan maddi hüquq normalarına istinad edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmalı olsa da, əsassız olaraq qətnamə ləğv edilərək, iddia tələbi təmin edilməmişdir ki. bununla da maddi hüquq pozuntusuna yol verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi

49. Maddə 70 (bənd “ç”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər.

50. Maddə 71. 2-ci və 3-cü hissələri. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgö türənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

51. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: 52. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; 53. b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; 54. c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; 55. ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; 56. d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; 57. e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; 58. ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; 59. f) iş vaxtı ərzində bilavasitə iş y erində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

60. Maddə

300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllə

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

69. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

73. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

74. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

75. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-537/23 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar