Məhkəmə qərarları › İş №2(102)-2351/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2351/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2351/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müqaviləyə xitam verilməsi, icarə haqqının tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “yaxşılaşdırma xərci və ödənilməmiş malların dəyərinin tutu lması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2401/2025 nömrəli, 18 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı kassasiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh MMC (bundan sonra – “MMC” və ya “icarəçi”) arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan qeyri-yaşayış sahəsini MMC-yə 10 il müddətinə icarəyə verməyi, MMC isə aylıq 4050 manat məbləğində icarə haqqını cari ayın 5-dən gec olmamaq şərtilə ona ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin 7-ci bəndində icarəçinin aşağıdakı v əzifələri müəyyən edilmişdir:  7.1.1. Sahədən bu müqavilənin şərtlərinə uyğun olaraq istifadə etmək;  7.1.2. Bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını İcarəyə verənə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 3.1.5ci bəndində göstərilən bütün xərcləri vaxtlı-vaxtına ödəmək;  7.1.3. Təbii köhnəlmə nəzərə alınmaqla, sahəni yararlı vəziyyətdə saxlamaq;  7.1.4. Sahənin təmiri və ona xidmətlə bağlı aparılacaq bütün işlər barədə icarəyə verəni qabaqcadan xəbərdar etmək və onun yazılı razılığını almaq;  7.1.5. Sahəni sanitariya gigiyena, yanğına qarşı təhlükəsizlik normalarına uyğun istifadə etmək;  7.1.6. Obyekt icarəçi tərəfindən təmir edilir.  7.1.7. Həmin normalara icarəçinin işçiləri və sahəyə daxil olan digər şəxslər tərəfindən r iayət edilməsini təmin etmək;  7.1.8. Bu müqaviləyə xitam verildikdə və ya onun qüvvədə olma müddəti tam bitdikdə Sahəni təbii köhnəlmə nəzərə alınmaqla istifadəyə yararlı vəziyyətdə icarəyə verənə təhvil vermək. 3. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə 01 saylı Əlavəyə əsasən xx.xx.2021-ci il tarixdən etibarən İddiaçı adından xx.xx.2017-ci il tarixli 7E-17290 nömrəli etibarnamə ilə çıxış edən X3 adına bank rekvizitləri digər rekvizitlərlə əvəz olunmuşdur.

4. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə MMC-yə pretenziya məktubu göndərilmiş, icarə müqaviləsinin 10.2.2-ci bəndini rəhbər tutularaq, xx.xx.2022-ci il tarixdən müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi, eyni zamanda 48600 manat məbləğində vəsaitin 30 gün ərzində xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə edilmiş 01 sayl ı Əlavədə qeyd olunan bank hesabına köçürülməsinin həyata keçirilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı” və ya "xxxx") iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, 10 ay müddətində ödənilməyən 48600 manat məbləğində icarə haqqının MMC-dən tutularaq ona ödənilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan ona məxsus qeyri-yaşayış sahəsinin boşaldılması və MMC-nin qeyriyaşayış sahəsindən çıxarılaraq, əmlakın iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə MMC aralarında imzalanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin bir neçə şərtlərini MMC pozmuşdur. Belə ki, müqavilənin 4.2 və 7.1.2-ci bəndləri pozularaq 12 aydır ki, icarə haqqı ödənilmir. Hazırkı günə qədər MMC tərəfindən 48600 manat məbləğində vəsait iddiaçının bank hesabına köçürülməmişdir. Eyni zamanda müqavilənin 7.1.4 və 7.1.6-cı bəndləri pozulmuş, qeyriyaşayış sahəsi MMC tərəfindən təmir edilməmişdir. İddiaçı icarə haqqının ödənilməməsi, eyni zamanda müqavilənin digər şərtlərinin pozulması səbəbi ilə dəfələrlə telefon vasitəsilə, eyni zamanda rəsmi qaydada cavabdehə müraciət etmişdir. İddiaçı müraciətində hər dəfə ödənilməyən icarə haqqının ödənilməsini və müqaviləyə xitam verilərək qeyri-yaşayış sahəsinin geri təhvil verilməsini tələb etmişdir. Lakin hər müraciətində nə ticəsi olmayan vədlər verilmişdir. Sonuncu dəfə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə MMC-yə pretenziya məktubu göndərilmişdir. Lakin pretenziya məktubu heç bir müsbət nəticə verməmiş və MMC tərəfindən əmlak təhvil verilməmiş, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir.

7. MMC də iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd, İddiaçı 360517 manat, dövlət rüsumu kimi ödənilmiş 638 manat pulun tutularaq, MMC-nin timsalında X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, müqavilənin şərtlərinə və iddiaçı ilə aralarında olan razılığa görə qeyri-yaşayış sahəsində icarəçi tərəfindən təmirabadlaşdırma işlərinə başlanılmış və mütəmadi olaraq icarə haqqı ic arəyə verənin bank hesabına hər ay ödənilmişdir. Məlum Covid-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından Bakı şəhərində tətbiq edilən məhdudiyyətlərlə bağlı obyektin təmir işlərində ləngimələr olmuşdur. Belə ki, təmir işləri aparmaq istədikdə nəzarət orqanları bunun qarşısını almışdır. Digər tərəfdən iddia tələbində qeyd edilmiş təmir işlərinin aparılmamasının iddiaçıya aidiyyəti yoxdur. Belə ki, MMC öz biznesini aparmaq məqsədilə həmin obyektdə təmir işləri aparmışdır. İcarəyə verənlə icarəçi arasında olan razılığa əsasən qeyri-yaşayış sahəsində MMC tərəfindən qeyd olunan materiallar alınmış, təmirabadlıq işləri aparılmışdır: Şorum l mərtəbəsini təmirinə alınaraq istifadə olunan materiallar - dizayn-memarlıq işlərinə 15600 manat, atsep – 45 kb.m x 25 manat, cəmi 1125 manat, seme nt - 655 ədəd x 8,5 manat cəmi 5568 manat, kərpic 1200 ədəd x 0.6 manat cəmi 720 manat, qum - 18 kb.m x 30 manat cəmi 540 manat, alçipan profil C 90 m x 2,3 manat cəmi 2074 manat, alçipan profil U 92 m x 1,7 manat cəmi 156 manat, alçipan 16 ədəd x 12 manat cəmi 192 manat, ağ dağ (astar) 850 ədəd x 6.5 manat cəmi 5525 manat, ağ dağ (üzlük) 85 ədəd x 6.5 manat cəmi 553 manat, mata (mətanət) 140 ədəd x 7 manat cəmi 980 manat, alçipan şrup və xamutları cəmi 100 manat, santexnika materialları cəmi 450 manat olmaqla, ümumi məbləğ 31716 manat təşkil etmişdir. l mərtəbədə təmir işləri aparan işçilərin iş pulları - yerin betonlanması 395 kv.m x 16 manat cəmi 6320 manat, mərtəbələr arası pilləkənin material qarışıq yığılması 3300 manat, betonun dağıdılması 2500 manat, santexnika işləri 400 manat, sa nitar qovşağın beton işləri material qarışıq 600 manat, hörgü kərpic işləri 40kv.m x 5 manat cəmi 200 manat, alçipan işi 45 kv.m x 8 manat cəmi 360 manat, tavanın yonulması və mata vurulması 390 kv.m x 12 manat cəmi 4680 manat, tavan rigerlərinin yonulması və mata vurulması 238 kv.m x 12 manat cəmi 2856 manat, divarların astar və üzlüklərinin vurulması 588 kv.m x 12 manat, cəmi 7056 manat, kalon və rigerlərə astar və üzlük vurulması 300 kv.m x 12 manat, cəmi 3960 manat, pəncərə otkoslarına astar və üzlük vurulması 155 kv.m x 12 manat, cəmi 1860 manat olmaqla 34092 manat təşkil etmişdir. Zirzəminin təmirinə alınaraq istifadə olunan materiallar kərpic 1695 ədəd x 0.6 manat, cəmi 1017 manat, atsep 28 kb.m x 25 manat, cəmi 700 manat, sement 280 ədəd x 8.5 manat, cəmi 2380 manat, alçipan 14 ədə d x 12 manat, cəmi 168 manat, alçipan profil C 90 m x 2.3 manat, cəmi 207 manat, alçipan profil U 92 m x 1.7 manat, cəmi 156 manat, ağ dağ (astar) 630 ədəd x 6.5 manat, cəmi 4095 manat, ağ dağ (üzlük) 63 ədəd x 6.5 manat, cəmi 410 manat, emulsiya 10 ədəd x 130 manat, cəmi 1300 manat olmaqla 10433 manat təşkil edir. Zirzəmidə təmir işləri aparan işçilərin iş pulları yerin betonlanması 270 kv.m x 16 manat, cəmi 4320 manat, hörgü işi 113 kv.m x 5 manat, cəmi 565 manat, alçipan işi 40 kv.m x 8 manat, cəmi 320 manat, divarlara astar və üzlük vurulması 416 kv.m x 12 manat, cəmi 4992 manat, kolon və rigerlərə astar və üzlük vurulması 203 kv.m x 12 manat, cəmi 2436 manat, emulsiya vurulması 510 kv.m x 3 manat, cəmi 1530 manat, elektrik işi materialla birlikdə cəmi 16000 manat havalandırma və kondi sioner (beh verilmişdir) 20000 manat, boru və qutu profillərə 7866 manat, qaynaq işinə görə ustalara 4000 manat beh verilməklə, 62029 manat təşkil etmişdir. Beləliklə, hər iki mərtəbədə təmir işləri üçün alınan materiallara və işçilərə verilən iş pullarının ümumi məbləği 138270 manat təşkil etmişdir. Bu barədə sənədlər məhkəməyə təqdim edilmişdir. Bundan başqa, iddiaçının etibarnamə üzrə nümayəndəsi olan əri X3 tərəfindən MMC-dən dekor Avario 1200*600 qiyməti 5875,2 manat, X6 LLR 1200*600 qiyməti 4320 manat, X6 LLR 600*600 qiyməti 5587,2 manat, X8 Beige 1200*295 qiyməti 3964,8 manat olmaqla, ümumi məbləğ 19747 manat təşkil etməklə məmulatlar MMC-dən götürülmüş və hazıra kimi həmin məbləğ ödənilməmişdir. Beləliklə, İddiaçı bu günə MMC-yə 158017 manat pulu ödəməməklə ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 3.1.6-cı bəndində qeyd edilmişdir ki, icarəyə verən 10 il ərzində icarəçini obyektdən çıxarmaq hüququna malik deyil, əks halda icarəyə verən icarə haqqının 50 mislini ödəməlidir. Bu da 50 x 4050 = 202500 manat təşkil edir. İcarə müqaviləsində nəzərdə tutulmuş şərtlər pozulduqda 202500 manat MMC-yə ödəmə öhdəliyini İddiaçı öz üzərinə götürmüşdür. İcarə haqqının ödənilməsində yaranmış fasilə ilə bağlı xx.xx.2022-ci il tarixdə əsassız olaraq MMC-yə 2021-ci ilin mənfəət vergisi üzrə kameral qaydada əlavə vergi hesablanmış və həmin məbləğin dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədi ilə vergi orqanı tərəfindən mövcud bank hesablarında pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında müvafiq bank idarəsinə sərəncam göndərilmişdir. Qeyd olunan sərəncamlar əsasında bank hesablarda olan pul vəsaitlərinin dondurulması nəticəsində heç bir məxaric əməliyyatlarının aparılması mümkün olmamışdır. Həmin hesablama ilə əlaqədar vergi orqanları ilə uzunmüddətli yazışmalar nəticəsində hesablama barədə qərarın ləğv edilməsi ilə əlaqədar bank hesablarına göndərilən sərəncamlar xx.xx.2022-ci ildə geri çağrılmışdır. Bunun məntiqi nəticəsi olaraq icarə müqaviləsində göstərilən məbləğlərin ödənilməsində fasilə yaranmışdır. Bu barədə iddiaçıya dəfələrlə məlumat verilmişdir. İddiaçının nümayəndəsi X3 daha artıq icarə haqqı ödəyə biləcək şirkət taparaq müqaviləni pozmağa çalışmışdır. MMC bir Cəmiyyət olaraq müqavilə öhdəliklərinə həmişə sadiq qalmaqla öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Lakin iddiaçının etibarnamə üzrə nümay əndəsi X3 heç bir əsas və səbəb olmadan qeyd olunan obyektin qıfılını qanunsuz olaraq qıraraq, ora daxil olmuş və qapının qıfıllarını dəyişməklə başqa bir şirkəti ora yerləşdirmək qərarına gəlmişdir. Bunu obyektin şüşələrinə vurulmuş elanlar təsdiq etmişdir. MMC tərəfindən obyektdə aparılan təmir işlərinə süni surətdə yaradılmış maneələr MMC-ni başqa yer icarəyə götürərək orada təmir işlərinə başlamağa məcbur etmiş və bunun nəticəsi olaraq əlavə vəsaitlər xərclənmiş və hazırda da xərclənir. Qeyd olunanlara əsasən iddiaçıdan dan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan ona məxsus qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 138270 manat, X3 tərəfindən MMC-dən götürülərək pulu ödənilməmiş məmulatlara görə 19747 manat, icarə müqaviləsində nəzərdə tutulmuş şərtləri pozduğuna görə 2 02500 manat, cəmi 360517 manat tutularaq MMC-nin timsalında X1 qaytarılması üçün qarşılıqlı iddia verilməsinə bütün əsaslar olmuşdur.

9. Məhkəmə baxışında iddiaçının nümayəndəsi X3 hər iki iddia ərizələrinin geri götürülməsini təklif etsə də, MMC-nin nümayəndəsi bu təkliflə razılaşmamış, işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Nümayəndə izahatında MMC tərəfindən ödənişlər gecikdirildiyi üçün icarə müqaviləsini 2022-ci ilin sentyabr ayında vaxtından əvvəl birtərəfli qaydada ləğv edildiyini və qeyri-yaşayış sahəsinin başqa hüquqi şəxs olan “Bravo” marketinin yerləşdirilməsi üçün icarəyə verildiyini təsdiq etmişdir. Nümayəndə həmçinin etiraf etmişdir ki, MMC tərəfindən 19747 manatlıq materiallar göndərilmiş, icarə borcuna görə materialların ödənişini etməmişdir.

10. Məhkəmə baxışında M MC-nin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbinə etiraz, qarşılıqlı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanarkən iddiaçı müqavilənin notarial qaydada təsdiq edilməsinə ehtiyacın olmadığını bildirdiyi üçün müqavilə notarial qaydada təsdiq edilməmişdir. Bununla yanaşı, qeyri-yaşayış sahəsi 10 il müddətinə icarəyə verilsə də, 2022-ci ilin sentyabr ayında icarə müqaviləsinin şərtləri iddiaçı tərəfindən kobud şəkildə pozulmuş, müqavilə birtərəfli qaydada ləğv edilmiş, MMC tərəfindən qeyri-yaşayış sahəsinin təmirinə iddiaçının razılığı ilə külli miqdarda vəsaitin qoyulmasına baxmayaraq, qeyri-yaşayış sahəsi “Bravo” marketinə icarəyə verilmişdir.

11. Birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə kompleks məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin 10/2026-9/2215 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan qeyri-yaşayış sahəsində MMC-nin faktiki sahibliyində və istifadəsində olduğu müddətdə çəkilmiş təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 133250,44 manat məbləğindədir. İş materiallarında olan sənədlərə əsasən iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan qeyri-yaşayış sahəsi üçün MMC tərəfindən 68.540 manat məbləğində icarə haqqı ödənilməsi müəyyən edilmişdir.

13. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azə rekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 109 saylı mütəxəssis rəyinə görə bina layihə üzrə 6 mərtəbəli + mansard tipli inşa edilmişdir. Binada zərurət yaranarsa, ancaq layihəçinin və konstruktorun icazəsi ilə layihədə dəyişiklik edilə bilər. Səthdə ağıllı şarpın verilməsi o deməkdir ki, ağıllı şarp hamarlayıcı qat kimi nəzərdə tutulur. Lakin təqdim edilmiş smeta sənədlərində döşəmədə hamarlayıcı qatı göstərildiyi üçün mütəxəssis smeta tərtib edərkən ağıllı şarp hamarlayıcı qatı nəzərə almamışdır. Qeyri-yaşayış sahəsində aparılmış təmir-tikintiyə çəkilmiş xərcin real bazar qiyməti – 56237,76 manatdır.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-48/2024 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tə ləbinin qismən təmin olunaraq, İddiaçı 133250,44 manat və 19747 manat pul vəsaitlərinin MMCnin xeyrinə tutulması qət edilmişdir. (hakim İlahə Abbasova)

15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında xx.xx.2019cu il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə ilə iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan ona məxsus qeyri-yaşayış sahəsini MMC-yə icarəyə verməyi, MMC isə aylıq 4050 manat məbləğində icarə haqqını ona ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada bağlanmaqla, notarial qaydada təsdiq edilməmiş, daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmamışdır.

16. Birinci instansiya məhkəməsi ilk növbədə həm ilkin, həm qarşılıqlı iddianın hüquqi əsasını təşkil edən xx.xx.2019-cu il tarixli icarə müqaviləsini n etibarlılığı məsələsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd etmişdir ki, daşınmaz əmlaka sərəncam (alqı-satqı, icarə, bağışlama, dəyişdirmə, ipoteka, renta və s.) verilməsinə dair müqavilələrin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunmalıdır ki, notarial formaya riayət edilməsi müqavilələrin etibarlılığını təmin edir, tərəflərin onun məzmunu barəsində qarşılıqlı razılaşmalarını aydınlaşdırır, dəqiqləşdirir və müqavilənin bağlanması faktını təsdiq edir.

17. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi daşınmaz əmlakla bağlı bağlansa da, notariat qaydasında təsdiqlənmədiyindən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə etibarsız əq d kimi qiymətləndirilməlidir.

18. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin əqdlərin etibarlılığı ilə nəzərdə tutduğu tələbləri nəzərə alaraq hesab etmişdir ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin etibarlılığını tərəflər mübahisələndirilməsə də, notariat qaydasında təsdiq edilmədiyindən etibarsız olduğundan həmin müqavilə əsasında irəli sürülmüş iddia tələbləri təmin edilməməlidir.

19. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə hüquqi qiymət verərkən qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı ilə MMC arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanaraq, MMC iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan qeyri-yaşayış sahəsini aylıq 4050 manat məbləğində icarəyə götürmüşdür. Həmin qeyri-yaşayış sahəsi MMC-nin faktiki sahibliyində və istifadəsində olduğu müddətdə çəkilmiş təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 133250,44 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı tərəf təmir-tikinti xərclərinin daha az olduğunu iddia etsə də, bunu mötəbər sübutlarla təsdiq edə bilməmişdir.

20. Həmçinin, iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan qeyri-yaşayış sahəsi üçün MMC tərəfindən 68540 manat məbləğində icarə haqqının ödənilməsi müəyyən edilmişdir. Bir neçə ay icarə haqqı ödənilmədiyinə görə iddiaçı tərəfindən MMCyə xx.xx.2022-ci il tarixdən müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi barədə məktub göndərilərək, müqaviləyə bir tərəfli qaydada xitam verilmiş və qeyri-yaşayış sahəsi başqa hüquqi şəxsə verilmişdir və hazırda da həmin hüquqi şəxsin faktiki sahibliyində və istifadəsindədir.

21. Bundan əlavə iş materialları ilə təsdiq edilmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi olan əri X3 tərəfindən MMC-dən dekor metlax Avario 1200*600 qiyməti 5875,2 manat, X6 LLR 1200*600 qiyməti 4320 manat, X6 LLR 600*600 qiyməti 5587,2 manat, X8 Beige 1200*295 qiyməti 3964,8 manat olmaqla, ümumi məbləğ 19747 manat təşkil etməklə məmulatlar MMC-dən götürülmüş və hazıra kimi həmin məbləğ ödənilməmiş, nümayəndənin bildirdiyinə görə icarə haqqı borcuna silinmişdir. Bu fakt iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında etiraf edilmişdir.

22. Birinci instansiya məhkəməsi işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirərək, belə qənaətə gəlmiş dir ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi daşınmaz əmlakla bağlı bağlansa da, notariat qaydasında təsdiqlənmədiyindən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə etibarsız olduğu üçün ilkin iddia tələbi əsassız oduğu üçün təmin edilməməlidir.

23. Bununla yanaşı birinci instansiya məhkəməsi hesab etmişdir ki, eyni əsasa görə qarşılıqlı iddia tələbləri də “icarə müqaviləsində nəzərdə tutulmuş şərtləri pozduğuna görə 202500 manatın tutulması” hissəsində əsassız olduğu üçün təmin edilməməlidir.

24. Eyni zamanda birinci instansiya məhkəməsinin mövqeyinə görə xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən məhrum olunduğundan onun tərəfindən həmin qeyri-yaşayış sahəsinin təmir-tikintisinə sərf edilmiş pul vəsaiti iddia çıdan tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə qeyri-yaşayış sahəsində MMC-nin faktiki sahibliyində və istifadəsində olduğu müddətdə çəkilmiş təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 133250,44 manat məbləğində müəyyən edilmişdir. Həmçinin MMC-nin göndərdiyi dekor metlaxa görə 19747 manat məbləğində pul vəsaitinin xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə borca görə silinməsi təsdiq edilmiş və iddiaçının nümayəndəsi tərəfindən etiraf edilmişdir.

25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən pul vəsaitlərinin iddiaçıdan tutulmaması iddiaçının əsassız varlanmasına səbəb ola biləcəyindən 133250,44 manat və 19747 manat pul vəsaitlərinin iddiaçıdan MMC-nin xeyrinə tutulması ədalətli o lmaqla yanaşı, tərəflərin mənafeyinə uyğundur.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 144, 146, 337, 393, 404, 439, 700, 1091, 1092, 1093-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

27. İddiaçı (qarşılıqlı cavabdeh) apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayət i onunla əsaslandırılmışdır ki, MMC icarəyə verənin razılığı ilə tikinti işləri apardığını sübut edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan da MMC “İcarə haqqında” Qanunun tələblərinə əsasən, apardığı tikinti işlərini öz hesabına sökməli olduğu halda bunun tamamilə əksini edərək iddiaçıya qarşı iddia qaldırmışdır. Məhkəmə xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin etibarsızlığı qənaətinə gəlsə də, iddia müddəti ilə bağlı nüansları nəzərə almamışdır. Belə ki, müqavilənin etibarsızlığının nəticələri ilə bağlı tələblərin irəli sürülməsi üçün iddia müddəti keçdiyindən və iddiaçı da MMC-nin iddia tələbinin rədd edilməsi barədə ərizə verməyinə baxmayaraq, qanunsuz olaraq MMC-nin xeyrinə qərar çıxarılmışdır. MMC icarə obyektindən 10 ay müddətində istifadə etməsinə baxma yaraq, müqavilənin şərtlərini pozaraq ödəməli olduğu 48600 manat məbləğində icarə haqqını ödəməmiş, bununla da əsassız olaraq varlanmışdır.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4693/2024 nömrəli mülki iş üzrə 2 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamənin çıxarılmış, ilk iddianın qismən təmin olunması, iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin xx.xx.2022-ci ildə vaxtından əvvəl ləğv edilmiş (xitam verilmiş) hesab edilməsi, cavabdeh MMC-dən İddiaçı xeyrinə 20753 manat pul vəsaitinin tutulması, ilkin iddianın qal an hissədə və qarşılıqlı iddianın apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı 133250,44 manat və 19747 manat pul vəsaitlərinin MMC-nin xeyrinə tutulması hissəsində təmin edilməməsi qət edilmişdir (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli).

30. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq ilk növbədə məhkəmənin əqdi etibarsız sayarkən istinad etdiyi halın, yəni daşınmaz əmlakın (qeyri-yaşayış sahəsinin) icarə müqaviləsinin notariat qaydasında təsdiqinin zəruri olub-olmaması ilə bağlı mülki qanunvericiliyin tələblərini diqqətə çatdırmağı məqsədəmüvafiq saymışdır.

31. Mülki Məcəllədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsinə dair (MM-in 228.2-ci maddəsi), servitutun verilməsinə dair (MM-in 256.2-ci maddəsi), ipotekanın yaranmasına dair (MM-in 307.7-ci maddəsi), renta ödənilməsinə dair (MM-in 865.2) müqavilələrdən fərqli olaraq daşınmaz əmlakın kirayəyə və ya icarəyə verilməsi barədə müqavilələrin notariat qaydasında təsdiq edilməsini müəyyən edən xüsusi norma mövcud deyil. Digər normativ hüquqi aktlarda da belə qayda müəyyən edilməmişdir. Yalnız “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsində və Torpaq Məcəlləsinin 56-cı maddəsində müəyyən edilmişdir ki, xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsi notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Həmin müddəalar isə torpaqların icarəyə verilməsi barədə müqavilələrə aiddir.

32. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllən in 139 və 144cü maddələri icarə və ya kirayə müqavilələrinə aid deyil. Belə ki, həmin maddələr Mülki Məcəllənin 5-ci fəslinə aid “Əşya hüququnun əsas anlayışları” adlı 1-ci paraqrafına aiddir. Daşınmaz əmlakın icarə və kirayə müqavilələri əsasında yaranan hüquqlar isə əşya hüquqlarına aid deyil.

33. Bundan əlavə, Mülki Məcəllənin 144.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

34. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun anlayışı isə Mülki Məcəllənin 152.4-cü maddəsində göstərilmişdir. Həmin maddənin tələbinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

35. Lakin əmlakın kirayə və ya i carəyə verilməsi onun hüquqi müqəddəratını təyin etmək anlamına gəlmir. Çünki əmlakın kirayə və ya icarəyə verilməsi yalnız ona sahiblik və istifadə edən şəxsin tam və ya qismən dəyişməsinə səbəb olur, bilavasitə əmlakın hüquqi müqəddəratı isə dəyişməz qalır.

36. Mülki Məcəllənin 394-cü maddəsi də daşınmaz əmlakın icarə və ya kirayə verilməsi müqavilələrinə aid deyil. Belə ki, həmin maddənin tələbinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin maddədə əşyaya mülkiyyətin və ya digər əşya hüquqlarının verilməsi məsələləri tənzimlənir. Lakin qeyd olunduğu kimi, daşınmaz əmlakın icarə və kirayə müqavilələri əsasında yaranan hüquqlar əşya hüquqlarına aid deyil.

37. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış və onların özlərinin də mübahisələndirmədikləri icarə müqaviləsini etibarsız saymaqla iş üzrə yanlış nəticəyə gəlmişdir. Bu müqavilə etibarlıdır və tərəflər arasında etibarlı icarə müqaviləsindən irəli gələn münasibətlər və bu münasibətdən doğan mübahisə vardır və bu mübahisəyə müqavilənin və qanunun tələbləri rəhbər tutulmaqla qiymət verilməlidir.

38. Apellyasiya instansiya məhkəməsi tərəflər arasında bağlanmış icarə müqaviləsinin qanuna zidd olmadığını və tərəflərin sərbəst iradə ifadəsini əks etdirdiyini nəzərə alaraq həm ilk, həm də qarşılıqlı iddia üzrə tələblərə ilk növbədə həmin müqavilənin tələbləri (şərtləri) baxımı ndan qiymət verilməsini düzgün saymışdır.

39. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 7.1.6-cı bəndində obyektin icarəçi tərəfindən təmir edilməsi icarəçinin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Müqavilədə təmir xərcinin icarəyə verəndən tutulması barədə qeyd yoxdur. Əksinə, icarə müqaviləsinin 1.5-ci bəndində göstərilmişdir ki, icarəçinin apardığı təmir və yenidənqurma işlərinin nəticəsində yaranmış və ayrılması sahəni zədələnmədən mümkün olmayan dəyişikliklər və quraşdırılmış avadanlıqlar sahənin ayrılmaz hissəsi hesab olunur və bu halda Müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra İcarəçi həmin dəyişiklikləri aradan qaldırmağa, İcarəyə verən isə onların dəyərini icarəçiyə ödəməyə borclu deyil.

40. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə icarə müqaviləsi nin 10 illik müqavilə müddəti bitmədən vaxtından əvvəl xitam verilməsinin səbəbkarı MMC-dir. Belə ki, məhz icarə haqqı ödənmədiyinə görə iddiaçı cavabdeh MMCyə pretenziya (xəbərdarlıq) göndərmiş və xx.xx.2022-ci il tarixli həmin xəbərdarlıqda 10 aya görə ödənməmiş 40500 manat icarə haqqının ödənilməsini tələb etməklə yanaşı, icarə müqaviləsinə xx.xx.2022-ci il tarixdən etibarən bir tərəfli qaydada vaxtından əvvəl xitam veriləcəyini bildirmişdir.

41. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, xəbərdarlıqdan sonra da icarə haqqı ödənilməmiş və müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verilmişdir. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsində MMC-nin təqsirli olması mübahisəsizdir və bu səbəbdən də təmir xərci iddiaçıdan tutula bilməz.

42. Cavabdeh qarşılıqlı iddia ərizəsin də icarə haqqını ödəmədiyini özü də etiraf etmiş və bunun səbəbini Vergi xidməti ilə problemi olması, ona mənfəət vergisi üzrə kameral qaydada əlavə vergi hesablanması, həmin məbləğin dövlət büdcəsinə ödənilməsinin təmin edilməsinin tələb olunması və mübahisənin yalnız xx.xx.2022-ci ildə öz həllini tapdığı ilə izah etmişdir.

43. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə əvvəla, cavabdehin vergi xidməti ilə, yaxud hər hansı digər orqanla mübahisəsinin olması onu iddiaçı qarşısında icarə müqaviləsindən irəli gələn öhdəliklərin icrasından azad etmir. Digər tərəfdən, işdən, o cümlədən ekspert rəyindən göründüyü kimi, icarə müqaviləsinin bağlandığı xx.xx.2019-cu il tarixdən müqaviləyə birtərəfli qaydada xitam verildiyi xx.xx.2022-ci ilədək cəmi 68540 manat icarə haqqı ödənilmişdir ki, bu da aylıq icarə haqqının 4050 manat olduğu nəzərə alınmaqla cəmi 17 ayın icarə haqqını təşkil edir. Halbuki, xx.xx.2019-cu ildən 2022-ci ilin sentyabr ayınadək 34 təqvim ayı olub və belə olan halda 17 ay üzrə ödənilməmiş icarə haqqı qalıb. İddiaçı isə 17 ay üçün deyil, cəmi 10 ay üzrə 48600 manat icarə haqqının ödənilməsini tələb etmişdir. Buna görə də işə irəli sürülən tələb həcmində baxılmalıdır (MPM-in 218.3-cü maddəsi).

44. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, aylıq icarə haqqı müqavilədə 4050 manat nəzərdə tutulduğundan və iddiaçı da yalnız 10 ay üçün ödənilməmiş icarə haqqını tələb etdiyindən 10 ay üzrə ödənilməmiş icarə haqqı 48600 manat deyil, 40500 manat təşkil edir. İddiaçı özü də MMC-yə göndərdiyi xx.xx.2022-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubunda MMC-d ən məhz 40500 manat icarə haqqının ödənilməsini tələb etmişdir. Həmçinin, iş materialları ilə təsdiq edilmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi olan əri X3 tərəfindən MMC-dən dekor metlax Avario 1200*600 qiyməti 5875,2 manat, X6 LLR 1200*600 qiyməti 4320 manat, X6 LLR 600*600 qiyməti 5587,2 manat, X8 Beige 1200*295 qiyməti 3964,8 manat olmaqla, ümumi məbləğ 19747 manat təşkil etməklə məmulatlar MMC-dən götürülmüş və bu vaxta qədər həmin məbləğ ödənilməmiş, nümayəndənin bildirdiyinə görə icarə haqqı borcuna silinmişdir. Bu fakt iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında etiraf edilmişdir.

45. Birinci instansiya məhkəməsi özü də iddiaçının cavabdeh MMC-dən götürdüyü 19747 manat dəyərində məmulatların dəyərinin icarə haqlarına görə yığılmış borcdan silindiyini müəyyən et mişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi həmin məbləğin yekunda iddiaçıdan tutulması barədə nəticəyə gəlmişdir.

46. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, icarə haqqının ödənilməmiş hissəsi tələbə əsasən 10 aydır. Aylıq icarə haqqı 4050 manat olduğundan, 10 ay üçün bu rəqəm 40500 manat təşkil edir. Bu məbləğdən iddiaçının cavabdeh MMC-dən götürdüyü 19747 manat dəyərində məmulatların dəyəri çıxıldıqda qalan məbləğ 20753 manat təşkil edir. Bu baxımdan, cavabdehin müqavilə öhdəliyini yerinə yetirməməsi nəticəsində iddiaçının uğradığı zərər olaraq məhz bu məbləğ, yəni 20753 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

47. İddiaçının sonuncu tələbinə münasibətdə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, həmin tələb öz əhəmiyyətini artıq itirmişdir. Belə ki, işdən mübahisəsiz qaydada müəyyən edilmişdir ki, MMC mübahisəli obyekti 2022-ci ilin sentyabrında tərk etmiş, obyekt başqa hüquqi şəxsin istifadəsinə verilmişdir. Ona görə də iddiaçının sözügedən tələbi əsassız olmaqla, qeyri-yaşayış sahəsinin boşaldılması və MMC-nin qeyri-yaşayış sahəsindən çıxarılaraq, əmlakın iddiaçıya təhvil verilməsi hissəsində iddia rədd edilməlidir.

48. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq qarşılıqlı iddianı da apellyasiya baxışının predmeti olan hissədə əsassız saymış və göstərmişdir ki, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilk növbədə icarə müqaviləsinin etibarsız olması qənaətinə əsaslandığından və hazırda bu qənaətin əsassız olduğu, müqavilənin etibarlı olduğu müəyyən edildiyindən qarşılıqlı idd ia göstərilən hissədə də rədd olunmalıdır.

49. Apellyasiya instansiya məhkəməsi göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mübahisəyə həmin hissədə Mülki Məcəllənin 1091-ci maddəsini tətbiq etməsini də əsassız saymışdır. Belə ki, tərəflər arasında müqavilə münasibətinin mövcudluğu öz təsdiqini tapdığından hər hansı əsassız varlanmadan da söhbət gedə bilməz.

50. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 144, 337, 700, 1091 və 1092-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

51. Cavabdeh (qarşılıqlı iddiaçı) MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

52. Kassasiya şikayətində qarşılıqlı iddia ərizəsində qeyd edilən dəli llər təkrar göstərilərək əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış hərtərəfli və obyektiv araşdırma nəticəsində tərəflər arasında bağlanmış icarə müqaviləsinin notariat qaydasında təsdiq olunmadığı, buna görə də hüquqi qüvvəsinin olmadığı, iddiaçının həmin müqavilə üzrə tələblər irəli sürmək hüququ olmadığı müəyyən edilmişdir. Əmlakı icarəyə verən şəxs hazırda cavabdeh şirkəti həmin əmlakın istifadə hüququndan məhrum buraxdığı üçün həmin əmlakla bağlı cavabdeh tərəfindən aparılmış yaxşılaşdırmaların dəyəri ilk iddiaçı tərəfindən ödənilməli idi. Bu məbləğ ödənilmədiyi halda ilk iddiaçı əsassız varlanmış hesab olunur. Lakin apellyasiya intansiyası cavabdehin hesabına aparılmış yaxşılaşdırmaları nəzərə almamışdır və birinci instansiya məhkəməsinin bu h issədə qəbul etdiyi əsaslı və qanuni qətnaməni ləğv etmişdir.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3859/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MMC-nin İddiaçı qarşı 133250,44 manat pulun tutulmasına dair qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə ləğv olunmuş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

54. Kassasiya instansiya məhkəməsinin mövqeyi belə olmuşdur: - işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 4 noyabr 2019-cu il tarixdə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin 10 il müddətinə icarəyə veri lməsi barədə sadə yazılı formada icarə müqaviləsi bağlanmış, icarəçi tərəfindən icarə haqqı 10 aydan uzun müddət üçün ödənilmədiyindən icarəyəverən tərəfindən xx.xx.2022-ci il tarixdə müqaviləyə birtərəfli qaydada xitam verilmişdir; - tərəflər arasında sadə yazılı formada bağlanmış (notarial qaydada təsdiq edilməmiş) icarə müqaviləsinin etibarlı müqavilə olduğuna dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmiş əsaslandırma düzgün olmuşdur və apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edərək, ilk iddianı qismən təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir; - Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə ş ərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir; - MMC-nin iddiaçıya qarşı təmir xərcləri ilə bağlı qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair hissədə gəldiyi nəticə isə əsaslı olmayıb; - belə ki, apellyasiya instansiyası məhkəməsi icarəçinin təmir xərcləri ilə bağlı qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müqavilə öhdəliklərinin yerinə yetirilməməsində cavabdehin təqsirli olması mübahisəsiz olduğundan təmir xərci iddiaçıdan tutula bilməz. Eyni zamanda məhkəmə qeyd et mişdir ki, müqavilədə təmir xərcinin icarəyəverəndən tutulması barədə qeyd olmamış, əksinə, icarə müqaviləsinin 1.5-ci bəndində göstərilmişdir ki, icarəçinin apardığı təmir və yenidənqurma işlərinin nəticəsində yaranmış və ayrılması sahəni zədələnmədən mümkün olmayan dəyişikliklər və quraşdırılmış avadanlıqlar sahənin ayrılmaz hissəsi hesab olunur və bu halda müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra icarəçi həmin dəyişiklikləri aradan qaldırmağa, icarəyə verən isə onların dəyərini icarəçiyə ödəməyə borclu deyildir; - ilk öncə qeyd edilməlidir ki, icarə müqaviləsindən irəli gələn münasibətlər yalnız Mülki Məcəllə ilə deyil, eyni zamanda icarə münasibətlərini tənzimləyən xüsusi normalar – “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcarə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçinin icarəyə götürülmüş əmlakın yaxşılaşdırılması ilə bağlı çəkdiyi xərcləri tələb etmək hüququ, bu tələbin hansı şərtlərlə təmin edilməli olduğu qeyd edilən Qanunla tənzimləndiyi halda apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən mübahisə üzrə maddi hüquq norması kimi tətbiq edilməli olan “İcarə haqqında” Qanunu ümumiyyətlə tətbiq etməmişdir; - Mülki Məcəllənin 700.3-cü maddəsinin tələbinə görə torpaq icarəsi istisna olmaqla, icarə ilə bağlı münasibətlərə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları “İcarə” haqqında fəslin müddəalarından ayrı qayda irəli gəlmirsə müvafiq surətdə tətbiq edilməlidir. Kirayə və icarə müqaviləsindən irəli gələn öhdəliklər ikitərəfli öhdəliklər olduğundan bu münasibətlərdə hər iki tərəfin müqavilədən irəli gələn hüquq və vəzifələri vardır. Mülki Məcəllənin 676.0.1-ci maddəsində kirayəyə verənin kirayəyə verilən əşyanı kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə təqdim etmək öhdəliyi müəyyən edilmişdir. Bu norma icarə ilə əlaqədar münasibətlərə də tətbiq edilməli olduğundan, icarə müqaviləsində ayrı qayda nəzərdə tutulmamışsa, icarəçiyə onun istifadəsi üçün icarəyə verilən əmlakı yararlı vəziyyətdə təqdim etmək icarəyə verənin vəzifəsidir; - icarəyəverən icarəçiyə əmlakın istifadəyə yararlı vəziyyətdə təhvil verilməsi ilə bağlı vəzifəsini icra etmədikdə və əmlak icarəçinin vəsaiti hesabına yaxşılaşdırıldıqda, icarəçinin çəkdiyi xərclərlə bağlı tələb hüququnun yaranma əsasları “İcarə haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinin dispozisiya şərtlərinə əsasən icarəçi nin bu xərclərlə bağlı tələb hüququnun yaranması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əmlak icarəçinin vəsaiti hesabına yaxşılaşdırılmalı; müqavilənin qüvvədə olma müddəti qurtarmalı və ya müqavilə vaxtından əvvəl pozulmuş olmalı; əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırılmalı; yaxşılaşdırmaların əvəzini tələb etmək hüququ qanun və ya müqavilə ilə istisna edilməməlidir; - Mülki Məcəllənin və adı çəkilən qanunun tələblərinə əsasən icarəçinin icarəyə götürülmüş əmlakın yaxılaşdırılması üçün çəkdiyi xərclərin əvəzini tələb etmək hüququ müqavilə hər hansı səbəbdən vaxtından əvvəl pozulduğu halda da yarandığından, apellyasiya instansiyası məhkəməsinin hazırkı halda icarəçinin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin pozulmasında təqsirli olmasına istinad etməklə qarşılıqlı iddianın tə mir xərcləri ilə bağlı hissədə rədd edilməli olduğuna dair mövqeyi əsassızdır; - eyni zamanda apellyasiya instansiya məhkəməsinin, müqavilədə təmir xərcinin icarəyəverən tərəfindən ödəniləcəyinə dair qeyd olmadığından icarəyə verənin həmin xərcləri ödəmək öhdəliyi daşımaması barədə mövqeyi də əsassızdır. Belə ki, icarəyəverənin bu öhdəliyi Mülki Məcəllənin və “İcarə haqqında” Qanunun yuxarıda istinad edilən normalarının tələbindən irəli gəldiyindən müqavilədə qeyd edilib-edilməməsindən asılı olmayaraq icarəçinin icarəyə götürdüyü obyektdə icarəyə verənin razılığı ilə həyata keçirilmiş yaxşılaşdırma işlərinin dəyərini tələb etmək hüququ o şərtlə yaranır ki, müqavilədə bu xərclərin icarəyəverən tərəfindən heç bir halda ödənilməyəcəyinə dair şərt nəzərdə tutulmasın. Hazırkı iş üzrə tərəflər a rasında bağlanmış icarə müqaviləsinin 1.5-ci bəndində icarəçinin apardığı təmir və yenidənqurma işlərinin dəyərinin müqavilənin qüvvədə olma müddəti bitdikdən - yəni on il keçdikdən sonra icarəyə verən tərəfindən ödənilməyəcəyi razılaşdırılmışdır. İşin hallarına əsasən hazırkı halda müqavilə münasibətlərinə on illik müddət başa çatmadan iki il səkkiz aydan sonra xitam verildiyindən məhkəmə tərəfindən yaxşılaşdırma xərcləri ilə bağlı tələbə Mülki Məcəllə və “İcarə haqqında” Qanunun müvafiq normaları əsasında hüquqi qiymət verilməli idi; - işdən görünür ki, ilk iddia üzrə iddiaçı (icarəyəverən) icarə obyektinin icarəçinin vəsaiti hesabına təmir edildiyini mübahisələndirməmiş, yalnız tələb edilən təmir xərclərinin məbləğini mübahisələndirərək təqdim etdiyi mütəxəssis rəyinə əsasən bu xərcləri n cəmi 56.237,76 manat təşkil etdiyini göstərmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2026-9/2215 saylı, 15 avqust 2023-cü il tarixli ekspert rəyində isə obyektin təmir-tikinti işlərinin təqribi ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 133.250,44 manat məbləğində olduğu qeyd edilmişdir; - bununla bağlı qeyd edilməlidir ki, icarəçinin icarə obyektinin yaxılaşdırılmasına çəkdiyi xərclərin dəyəri ilə bağlı mübahisə məhkəmə tərəfindən Mülki Məcəllənin 680.1-ci maddəsinin tələbi nəzərə alınmaqla həll edilməlidir. Həmin normaya əsasən kirayə hüquq münasibətlərində kirayəyə verənin kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borclu olduğu nəzərdə tutulduğundan icarəyə verəndən də icarəyə verilmiş əmlakın yaxşılaşdırma xərcləri olaraq yalnız həmin əmlakın istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün çəkilmiş zəruri xərclərin ödənilməsi tələb edilə bilər. Məsələn: əsaslı təmir edilmiş vəziyyətdə icarəyə verilmiş obyekti icarəçi öz zövqünə uyğun yenidən əsaslı təmir edirsə və ya obyektdə öz fəaliyyəti ilə əlaqədar, sonradan icarəyə verənə lazım olmayan müəyyən avadanlıqlar və qurğular quraşdırılırsa bu xərclər icarəyə verənin ödəməli olduğu zəruri xərclər kimi qiymətləndirilə bilməz. Beləliklə, icarəyə verilmiş əmlakın yaxşılaşdırma xərcləri dedikdə elə zəruri xərclər nəzərə alınmalıdır ki, bu xərclər çəkildikdən sonra əmlakın əvvəlki əmtəə dəyəri artmış olsun. Nəzərə alınmalıdır ki, həyata keçirilmiş yaxşılaşdırmanın zəruri olmadığını və ya daha aşağı qi ymətlə həyata keçirilməsinin mümkün olduğunu sübut etmə yükü bu işlərin dəyərini ödəməkdən imtina edən icarəyəverənin üzərinə düşür; - qanunda icarəyə verilmiş əmlakın yaxşılaşdırılmasının 2 növü müəyyən edilmişdir: ayrıla bilən və ayrıla bilməyən yaxşılaşdırmalar. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, yaxşılaşdırmalar icarəyə verənin razılığı alınmadan həyata keçirildiyi halda müqavilə münasibətlərinə xitam verildikdən sonra “İcarə haqqında” Qanunun 9-cu maddəsinin 7-ci hissəsinə əsasən icarəçinin yalnız ayrıla bilən yaxşılaşdırmaları geri götürmək hüququ olduğu halda, icarəyə verənin razılığı ilə həyata keçirildiyi halda həmin normanın 5-ci hissəsinə əsasən icarəçinin hər ikisinin dəyərini tələb etmək hüququ yaranır; - buna görə də mübahisələndirilən qətnamə yaxşılaşdırma xərclərin ə dair qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilərək həmin hissədə yeni baxışa qaytarılmalı, işə qeyd edilən hissədə yenidən baxılarkən MMC-nin yaxşılaşdırma xərclərinin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə yuxarıda istinad edilən maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla hüquqi qiymət veriıməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

55. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2401/2025 nömrəli mülki iş üzrə 18 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə, yəni İddiaçı MMC-nin xeyrinə 133250,44 manat tutulmasına aid olan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Namiq Cəfərov (sədrlik ed ən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov).

56. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qətnamə yoxlanılan hissədə, yəni 133250,44 manat pulun icarəyə verəndən icarəçinin xeyrinə tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Belə ki, qeyri-yaşayış sahəsinin icarədə olduğu müddətdə icarəçi tərəfindən orada təmir-tikinti işləri aparılıb, yəni daşınmaz əmlak yaxşılaşdırılıb. İcarə münasibəti vaxtından əvvəl pozulduqdan sonra həmin işlərin nəticəsi icarəyə verənə qalıb. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə, qeyri-yaşayış sahəsinin icarəçinin faktiki sahibliyində və istifadəsində olduğu müddətdə çəkilmiş təmirtikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 133250,44 manat m əbləğində müəyyən olunur. Ekspert rəyi kifayət qədər əsaslandırılıb, əlavə və ya təkrar ekspertizanın təyin edilməsi üçün əsas yoxdur.

58. İcarəyə verən yaxşılaşdırmanın əvəzini ödəməkdən imtina edərkən icarə müqaviləsinin 1.5-ci bəndinə istinad etmişdir. Həmin bənddə qeyd olunub ki, icarəçinin apardığı təmir və yenidənqurma işlərinin nəticəsində yaranmış və ayrılması sahə zədələnmədən mümkün olmayan dəyişikliklər və quraşdırılmış avadanlıqlar sahənin ayrılmaz hissəsi hesab olunur və bu halda müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra icarəçi həmin dəyişiklikləri aradan qaldırmağa, icarəyə verən isə onların dəyərini icarəçiyə ödəməyə borclu deyildir. Göründüyü kimi, bu şərt o halda tətbiq olunur ki, müqavilənin qüvvədə olma müddəti bitsin. Lakin icarə müqaviləsinə onun qüvvədə olma m üddəti bitmədən, yəni vaxtından əvvəl birtərəfli qaydada icarəyə verən tərəfindən xitam verilib. Eyni zamanda nəzərə alınmalıdır ki, müqavilənin 3.1.6-cı bəndinə görə, icarəyə verən 10 il ərzində icarəçini obyektdən çıxarmaq hüququna malik deyil, əks halda icarəyə verən icarə haqqının 50 mislini ödəməlidir. Həmin şərtin mənası ondan ibarətdir ki, icarəçi həyata keçirdiyi yaxşılaşdırma işlərinin nəticəsindən 10 il ərzində istifadə edəcək və bu müddət bitəndək həmin yaxşılaşdırma aşınmaya məruz qalaraq köhnələcək. Lakin müqaviləyə vaxtından əvvəl – müqavilə bağlandıqdan 2 il 11 ay sonra xitam verildiyinə görə, yaxşılaşdırma işlərinin nəticəsi yeni vəziyyətə icarəyə verənə qalıb.

59. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəlləsinin 157.7, 680.2 və 1090.1-ci maddələrinin, “İcar ə haqqında” Qanunun 9-cu maddəsinin 5-ci hissəsinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi 133.250,44 manat pulun icarəyə verəndən icarəçinin xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

60. İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

61. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi “İcarə haqqında” Qanunun 7 v ə 9-cu maddələrini düzgün tətbiq etməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Maddə 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Maddə 700.1. İcarə müqa viləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. İcarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. M addə 9 (5). İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edil məsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməsi bağlı hissəsi olub. Bu səbəbdən qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.

65. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Qarşılıqlı iddia tələbi icarəyə götürülmüş qeyri-yaşayış sahəsinə çəkilmiş təmir xərclərinin tutulması barədədir.

68. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi və iddiaçının (qarşılıqlı cavabdehin) apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

69. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi üzrə düzgün hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

70. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

71. Kassasiya şikayətinin “İcarə haqqında” Qanunun 7 və 9-cu maddələrini düzgün tətbiq edilməməsi barədə dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında göstərilənlər baxımından əsaslı sayıla bilməz.

72. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2401/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar