Məhkəmə qərarları › İş №2(102)-2353/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2353/2023

05.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2353/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1inə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ Açar sözlər: tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər və Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1430/2023 nömrəli mülki iş üzrə 28 fevral 2023-cü il tarixli qətnaməsindən Cava bdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 5 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İddiaçı ilə 2010-cu ildən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır.

3. Sonuncu dəfə İddiaçı ilə Cavabdeh1i arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi əsasında İddiaçı baş direktorun müşaviri vəzifəsinə təyin olunmuşdur.

4. Həmin müqavilənin 2.3-cü bəndində əmək müqaviləsinin 3 ay müddətinə bağlanııldığı qeyd olunmuşdur.

5. Cavabdeh1inin 11 yanvar 2021-ci il tarixli, K-002 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən - əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh1inə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış 05 iyul 2018- ci il tarixli əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən 2.3-cü bəndin etibarsız hesab edilməsi; Cavabdeh1inin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı əmrinin ləğv edilməsi; İddiaçı Cavabdeh1inin baş direk torunun müşaviri vəzifəsi üzrə işə bərpa edilməsi; İddiaçı işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı uzun müddət Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində məsul vəzifələrdə işləmişdir. 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə həmin Komitə ləğv edilmişdir. Bundan sonra 05 iyul 2018-ci ildən iddiaçının geniş təcrübəsi nəzərə alınmaqla “ Azərbaycan Metrologiya İnstitutu" X6ində baş direktorun müşaviri vəzifəsi üzrə işə qəbul olunmuşdur. Əmək müqaviləsi bağlanılarkən həmin müqaviləni oxumamış və yalnız sonradan iddiaçıya məlum olmuşdur ki, qeyd olunan müqavilə 3 aylıq olmuşdur. Bu müddət bitdikdən sonra isə hər dəfə eyni müddətə uzadılmışdır. 2020-ci ilin iyun ayından sonra Cavabdeh1inin rəhbərliyində dəyişiklik baş vermişdir. Yeni rəhbərlik gəldikdən sonra iddiaçıya inventarizasiyanın aparılması işi tapşırılmışdir. Bu tapşırığın icrası başa çatdıqdan sonra iddiaçı sağlamlıq və riskli yaş qrupuna aid olmağı ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada məzuniyyət hüququndan istifadə etmək üçün müraciət etmiş və iddiaçıya əmək məzuniyyəti verilmişdir. Əmək məzuniyyətindən qayıtdıqdan bir neçə gün sonra isə rəhbərlik id diaçıya onunla olan əmək müqaviləsinə müddətin bitməsi ilə xitam veriləcəyini bildirmişdir. İddiaçı buna etiraz edərək, işinin xüsusiyyətinin müddətli olmamasını, işin hüquqi tərəflərindən başqa vəzifənin öhdəsindən kifayət qədər gəldiyini, heç bir əmək intizamsızlığına yol vermədiyini bildirdi. Lakin müsbət cavab ala bilmədi. Beləliklə, iddiaçı da məsələnin hüquqi qaydada həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2378/2021 nömrəli iş üzrə 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifənin icra sı əvvəlcədən daimi xarakterli olduğu bəlli olduğundan iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması qanuni hesab edilə bilməz. Bu əsasla Cavabdeh1inin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı əmri ləğv edilməli, İddiaçı Cavabdeh1inin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsi müddətsiz hesab edilməklə işə bərpa edilməli, İddiaçı işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqı ödənilməlidir.

10. Məhkəmə öz mövqeyininə, Azərbaycan Respublikası Konstitusiyasının 12 və 35-ci maddələrinə, Əmək Məcəlləsinin 2, 7, 16, 45, 46-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv e dilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1430/2023 nömrəli iş üzrə 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması, Cavabdeh1inin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı əmrinin ləğv edilməsi, İddiaçı ilə bağlanmış 05 iyul 2018-ci il tarixli əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən 2.3-cü bəndin etibarsız hesab edilməsi, İddiaçı Cavabdeh1inin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi qət edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən müddətsiz mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən gör ünmür.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. 2013-cü ildən eyni struktruda iş stajına malik kifayət qədər ixtisaslı işçi ilə 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafey inə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.

15. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, məhkəmə kollegiyası cavabdeh tərəfin mövqeyini Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə əsaslandırmasını əsaslı saymır.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-cı il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmadığı, eləcə də hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan har hansı halların müəyyən edilmədiyindən iddia tələbləri təmin edilməlidir.

17. Bundan əlavə, məhkəmə k ollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edildiyi üçün onun qəbulundan sonra qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardad apellyasiya qaydasında mübahisələndirilməsə də artıq hüquqi əhəmiyyət kəsb etmir. Sözügedən qərardadla həll edilən məsələ hazırki iddianın tələblərindən biridir və yeni qəbül edilmiş qətnamə ilə Cavabdeh1inin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı əmri ləğv edilməklə və iddiaçının Cavabdeh1inin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməsi ilə yanaşı həmçinin İddiaçı ilə bağlanmış 05 iyul 2018-ci il tarixli əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən 2.3-cü bəndi də etibarsız hesab edilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ və İV dəndlərinə, Əmək Məcəlləsinin 3.5, 45.1, 45.4, 47.1, 73.1, 300.1-ci maddələrinə, MPM-nin 14.2, 77.1, 80, 88, 106.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya məhkəməsi Əmək Məcəlləsinin 35, 42, 45-ci maddələrinin, həmçinin 47-ci maddəsinin bir vahid sistem kimi və onun strukturunda “f” bəndinin təfsir və tətbiqində yanlışlığa yol vermiş, 47-ci maddə nin “f” bəndini həmin maddənin digər bəndləri ilə və həmçinin Əmək Məcəlləsinin digər maddələri ilə sistsemli şəkildə şərh etmək əvəzinə “f” bəndini “ayrımış” bu bəndi Məcəllənin 45-ci maddəsinin 4-cü bəndi ilə qarşılaşdıraraq, üstəlik həmin bənddəki istisnanı nəzərə almadan məhdudlaşdırıcı təfsir yolu ilə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin heç bir halda müddətli bağlana bilməyəcəyi nəticəsinə gəlməsi düzgün sayıla bilməz. məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçının işə qəbul edildiyi “müşavir” vəziffəsi nəinki əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olmammış, ümumiyyətlə, cavabdeh təşkiltın strukturunda belə ştat və və zifə mövcud olmamışdır. Belə ki, “Standartlaşdırma,metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edən Cavabdeh1i yaradılmışdır. Daha sonra, “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan RespublikasıPrezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv olunmuş və İnstitutun təsisçi səlahiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilmişdir. Azərbaycan RespublikasıPrezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 10-cuhissəsinə əsasən İqtisadiyyat Nazirliyinin tabeliyindəki İnstitut Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilmişdir. Azərbaycan RespublikasıPrezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”sinin 5.5.5-ci yarımbəndinə uyğun olaraq, iqtisadiyyat naziri müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyatNazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətXidmətinin Əsasnaməsi”sinin 5.5.4-cü yarımbəndinə əsasən Xidmətin rəisi müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin Aparatının, strukturuna daxil olan qurumların və struktu runa daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq üçün Nazirliyə təqdim edir. Lakin iş materiallarında olan sənədlərdən də göründüyü kimi ştat cədvəlində “baş müşavir” vəzifəsi olmadığı halda, iddiaçı həmin vəzifəyə müddətli əmək müqaviləsi bağlanılmaqla işə qəbul edilmiş ( 05 iyul 2018-ci il tarixli, 053-K saylı əmrlə), məhz 28 avqustda **********68 saylı əmrlə) iddiaçı olmayan vəzifəyə təyin edildikdən sonra heç bir yuxari tabelikdə olan qurumla razılaşma aparılmadan (yuxarıda sadalanan qanunvericilik tələblərini pozaraq) sonradan “baş müşavir” ştatı“yaradılmışdır”. Göründüyü kimi, iddiaçının tutduğu vəzifə, yəni işə qəbul edildiyi iş yeri əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarak terə malik olmamış, ümumiyyətlə, cavabdeh təşkiltın strukturunda qanuni əsasla yaradılmış bu cür iş yeri olmamış, məhz buna görə də iddiaçı sovet dövründən qalma və müstəqil Azərbaycanın qanunvericiliyində qarşılığı olmayan “ştatdankənar” işə müddətli əmək müqaviləsi bağlanılmaqla qəbul edilmişdir. Bu isə o deməkdir ki, apellyasiya instansiyası məhkəməsinin müvafiq situasiyada Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə istiad edərək iddiaçı ilə əmək müqaviləsinin yalnız “müddətsiz” bağlana biləcəyinə dair gəldiyi nəticə doğru olmamış, məhkəmə hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

22. Maddə 2, hissə

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

23. Maddə 45, hissə

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

24. Maddə 45, hissə

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

25. Maddə 45, hissə

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

26. Maddə 45, hissə

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

27. Maddə 47, bənd f). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

28. Maddə 68, hissə 2, bənd b). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması hall arı müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini əsaslı saymır ona görə ki, İddiaçı 2010-cu ildən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə, 2018-ci ildən isə Cavabdeh1inin baş direktorunun müşaviri vəzifəsində işləməsi məhkəmələr tərəfindən müəyyən edilmişdir. Bununla belə, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin 3 ay müddətinə bağlanııldığı qeyd olunmuşdur.

37. Məlum olduğu kimi, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən ed ilmədən bağlanmalıdır (§ 23, 25).

38. Kassasiya kollegiyası qeyd edir ki, müddətsiz işçinin işlədiyi təşkilatda aparılan struktur dəyişikliyi, yaxud həmin təşkilatın bazasında yeni qurumun yaradılması ilə əlaqədar 3 aylıq müddətə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri, habelə 47-ci maddəsinin “f” bəndinin tələbləri ilə uzlaşmır.

39. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təziyindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

40. Bu sə bəbdəndir ki, ƏM-nin 47-ci maddəsinin “f” bəndi tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanması üçün “hüquq bərabərliyi prinsipinə əməl edilməsi” şərtini nəzərdə tutur (§ 27).

41. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işçinin irədəsi ilə bağlanması inandırıcı görünmür.

42. O na görə də ƏM-nin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına ƏMnin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri (§ 22) əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır.

43. Hazırkı mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu nəticəyə gəlmişlər ki, tərəflər arasında əmək müqaviləsinin müddətli bağlanması Əmək Məcəlləsinin 47-ci maddəsinə uyğun olmamışdır.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayə ti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1430/2023 nömrəli iş üzrə 28 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar