Məhkəmə qərarları › İş №2(102)-2353/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2353/2024

23.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2353/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər):əmək münasibətlərindən irəli gələn münasibətlər, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsaslarla, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, işçi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1777/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 15.03.1999-cu il tarixli, ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.2014-cü il tarixli, K-23 nömrəli əmrlə xx.xx.2014-cü il tarixdə Cavabdehndə X8 baş mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli, NK-12 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tu tuduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

2. Cavabdeh X8 baş mütəxəssisi İddiaçı tərəfindən əmək intizamının pozulması ilə bağlı aparılan xidməti araşdırmanın nəticələri barədə tərtib edilmiş arayışa əsasən Cavabdeh direktorunun xx.xx.2023-cü il tarixli, 9-6/3-2- 28/1/2023 nömrəli tapşırığının icrası ilə bağlı xidməti araşdırma aparılmış, X8 baş mütəxəssisi İddiaçı tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulmasının müəyyən edilməsi məqsədilə müvafiq sənədlər və digər məlumatlar təmin edilmiş, Daxili nəzarət və İnsan resursları şöbələrinin əməkdaşlarından izahatlar alınmışdır. Araşdırmanın nəticələrinə əsasən məlum olmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixində bilavasitə rəhbəri olduğu X8 müdirini və Mərkəzin daxili intizam və etik-da vranış qaydalarının icrasına məsul olan X4 müdirini məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməyərək işdən yayınmışdır. X8 yeganə baş mütəxəssisi olan İddiaçı heç bir üzürlü səbəb olmadan və xəbərdar etmədən işə gəlməməsi Cavabdehnə insanların qapılardan keçidinin təmin edilməsində, Mərkəzin daxilində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində işin ahənginin pozulması ilə nəticələnmiş, işin növbəliyi və nizamı təmin edilməmişdir. İddiaçı işdən yayınma faktı İnsan resursları şöbəsi tərəfindən təqdim olunan əməkdaşların işə davamiyyətinə dair elekton sistemdən çıxarışla, eləcə də X8 mütəxəssisləri Rauf Qədirli, Nicat Əzizov və İnsan resursları şöbələrinin baş mütəxəssisi Nərgiz Rüstəmovanın müvafiq izahatları ilə öz təsdiqini tapmışdır. Eyni zamanda Z.X9 Mərkəzində xx.xx.2023-cü il tarixində keçirilmiş Fərhad Bədəlbəyli rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti zamanı iş yerini icazəsiz tərk etmişdir. İddiaçı iş yerini icazəsiz tərk etməsi nəticəsində qonaqların Mərkəzə daxil olmasının təmin edilməsində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində çətinliklər yaranmış, işin nizamı pozulmuşdur. İddiaçı iş yerini özbaşına tərk etməsi X8 mütəxəssisləri Nicat Əzizov, Rauf Qədirli və Elniz Salmanovun izahatları ilə öz təsdiqini tapmışdır. İddiaçı qeyd olunan hallara dair izahat yazmaqdan imtina etmişdir. Bu cür davranışları ilə İddiaçı Əmək Məcəlləsinin, “Cavabdeh daxili xidməti intizam Qaydaları”nın və “Cavabdeh işçilərinin etik davranış Qaydaları”nın tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı tərəfindən yol verilmiş pozuntuların xarakterini, habelə qeyd olunan hallara dair izahat yazmaqdan imtina etməsini, əvvəllər də tabeçilik göstərməyib rəhbərliyin göstərişlərini icrasız qoyduğunu nəzərə alaraq, gələcəkdə analoji halların təkrarlanmaması məqsədilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi Cavabdeh X8 müdiri Elçin Raştiyev tərəfindən məqsədəmüvafiq hesab edilmişdir.

3. Cavabdeh X8 mütəxəssisi X12, X7, X13 və Cavabdeh X4 baş mütəxəssisi X5 tərəfindən verilmiş izahatlarda İddiaçı xx.xx.2023-cü il tarixdə icazə almadan və üzürlü səbəb olmadan işə gəlmədiyi, Cavabdehndə xx.xx.2023cü il tarixində keçirilmiş Fərhad Bədəlbəylinin rəhbərliyi altında Üz eyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti zamanı iş yerini icazəsiz tərk etdiyi və həmin gün ərzində iş yerinə qayıtmadığı qeyd olunur.

4. Cavabdeh X2 Komitəsi Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli iclasının protokolu üzrə qəbul edilmiş qərara əsasən X6 Əliyev Mərkəzinin direktoru və İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” və 72-ci maddəsinin “a” bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tar ixli, K-12 saylı əmrin, əmək qanunvericiliyinin kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Mərkəzin rəhbərliyinin şifahi göstərişi ilə xx.xx.2023-cü il tarixdə Şuşa şəhərinə göndərilmişdir. Oradan xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə qayıtmışdır. Şuşa şəhərində ezamiyyətdə olarkən ezamiyyətə göndərilməyi barədə əmr verilməmişdir. Mərkəzin X8 müdiri Elçin Raştıyev onu Şuşa şəhərində olan Xalça Muzeyində nəzarətçi vəzifəsini yerinə yetirməyə göstəriş vermişdir. E.Raştıyevin şifahi göstərişi əmək müqaviləsi ilə tutduğu vəzifəyə uyğun olmadığı üçün onun tapşırığına narazılığını bildirmişdir. O, hər zama n Mərkəzdə ümumi nəzarət funksiyasını yerinə yetirdiyi halda Xalça Muzeyində nəzarətçi işinə göndərilməyi ilə razılaşmamışdır. Bu səbəbdən də E.Raştıyevlə aralarında ixtilaf yaranmışdır. Ona Şuşa şəhərinə ezam olunmuş “whatsapp” qrupunun bütün nəzarətçilərinə xx.xx.2023-cii il tarixdə istirahət verildiyi məlum olmuşdur. O isə aralarında yaranmış mübahisənin həlli məqsədi ilə Bakı şəhərinə, Cavabdehnə çağırılmışdır. O, mübahisənin hüquqi müstəvidə həll olunması üçün xx.xx.2023-cü il tarixdə, saat 09:00-da Mərkəzdə işdə olmuşdur. Həmin günün sonunadək mübahisənin araşdırılması aparılmamışdır. xx.xx.2023-cü il tarixdə istirahət edə bilmədiyi üçün öz istirahətini xx.xx.2023-cü il tarixdə keçirmiş və bu barədə 1 gün qabaqcadan, yəni xx.xx.2023-cü il tarixdə Mərkəzin şöbə rəisi E.Raşdıyevin qoyd uğu qaydaya əsasən şöbənin mütəxəssisi Rauf Qədirliyə xx.xx.2023-cü ildə istirahət edəcəyi barədə məlumat vermişdir. O da onun yanında şöbənin mütəxəssisi Elniz Salmanova tapşırmışdır ki, xx.xx.2023-cü il tarixdə işə gələn zaman X10 şöbəsinin müdiri Şəlalə Əhmədovaya bu barədə desin. Qeyd edilənlərə əsaslanaraq o, xx.xx.2023-cü il tarixdə öz qanuni istirahətini keçirmişdir. X16 Qədirlinin tapşırığını Şəlalə Əhmədovaya çatdırmamışdır. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə Şəlalə Əhmədova ona zəng edərək, niyə işdə olmadığını soruşmuş, o da öz növbəsində işdə olmayacağı barədə şöbə üzrə məsul şəxs olan Rauf Qədirliyə bildirdiyini demişdir. Şəlalə Əhmədova məsələni araşdıracağını ona bildirmişdir. Qeyd olunan tarixdə, yəni xx.xx.2023-cü il tarixdə Şəlalə Əhmədovaya mesaj yazaraq “Şəlal ə xanım, onun istirahətdə olacağı deyildimi Sizə Rauf tərəfindən?” Ş.Əhmədova isə cavabında bildirdi ki, “Sizlə danışandan sonra deyildi. Ok”. Qeyd etdiklərini “whatsapp” yazışmaları təsdiq edə bilər. O, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər Mərkəzdə işdə olmuş və onun xx.xx.2023-cü il tarixdə işdə olmamağının səbəbi barədə ondan izahat tələb edilməmişdir. xx.xx.2023-cü il tarixdə Şəlalə xanım işdə olan zaman ona mesaj yazaraq bildirmişdir ki, tapşırığa əsasən ondan xx.xx.2023-cü il tarixdən işdən azad olunmağı barədə ərizə almalıdır. O da ərizə yazmaqdan imtina etmişdir. Bundan sonra ondan binadan (H.Əliyev Mərkəzi) çıxmaq tələb edilmişdir. O da binadan çıxmışdır. Beləliklə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, K-12 saylı əmr əmək qanunver iciliyinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. bu səbəbdən iddiası təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər Şuşa şəhərində keçirilən tədbirlərlə əlaqədar rəhbərliyin şifahi göstərişinə əsasən daimi iş yerindən kənarda, yəni Şuşa şəhərində olmuşdur. xx.xx.2023cü il tarixdə istirahət günü olmasına baxmayaraq o, mühafizə xidməti işini icra etmişdir.

7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz (münasibət) təqdim edərək bildirmişdir ki, Cavabdeh X8 baş mütəxəssisi İddiaçı xx.xx.2023-cü il tarixində aidiyyəti üzrə məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. X8 yeganə baş mütəxəssisi olan İddiaçı heç bir üzürlü səbəb olmadan və xəbərdar etmədən işə gəlməməsi Cavabdehnə insanların qapılardan keçidinin təmin edilməsi məsələsində, Mərkəzin daxilində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində işin ahənginin pozulması ilə nəticələnmişdir. İşin növbəliliyi və nizamı təmin edilməmişdir. Bundan əlavə, İddiaçı 25 may və 2 iyun 2023-cü il tarixlərdə Mərkəzdə keçirilmiş tədbirlər zamanı iş yerini icazəsiz tərk etmişdir. Z. Mustafayevin tədbirlər zamanı müvafiq iş bölgüsü aparılmasına baxmayaraq, iş yerini icazəsiz tərk etməsi nəticəsində qonaqların Mərkəzə daxil olmasının təmin edilməsi məsələsində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində çətinliklər yaranmış, işin nizamı pozulmuşdur. xx.xx.2023-cü il tarixində iddiaçının birbaşa rəhbəri olan X8 müdiri Elçin Raştiyev xidməti məruzə ilə Mərkəzin Direktorunun birinci müavininə müraciət edərə k, İddiaçı xx.xx.2023-cü il tarixində nə birbaşa rəhbərini, nədə ki İnsan resursları şöbəsini aidiyyəti üzrə məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi və bu səbəbdən Mərkəzə insanların qapılardan keçidinin təmin edilməsində, Mərkəzin daxilində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində işin ahənginin pozulması ilə nəticələnməsi, işin növbəliliyi və nizamının təmin edilməməsini bildirmişdir. Bundan əlavə, İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti zamanı iş yerini heç kimə məlumat vermədən icazəsiz tərk etməsini bildirmişdir. X8 baş mütəxəssisi olan İddiaçı bu əməlləri nəticəsində tədbir zaman ı qonaqların Mərkəzə daxil olmasının təmin edilməsində, xüsusi mühafizə olan yerlərdə və postlarda xidmətin xx.xx.2023-cü il tarixində Mərkəzin Direktorunun birinci müavini X4 rəisi Şəlalə Əhmədovaya müvafiq məsəlinin araşdırılmasını tapşırmışdır. Sözügedən məsələyə Şəlalə Əhmədova tərəfindən baxılmış və bu barədə həmin gün Mərkəzin Direktoruna yazılı şəkildə məruzə təqdim edilmişdir. Məruzədə yuxarıda qeyd edilən əməllər təsdiqlənmiş, habelə İddiaçı xx.xx.2023-cü il tarixdə bütün günü işə gəlməməsi barədə Mərkəzin əməkdaşlarının işə davamiyyətinə dair elektron sistemdən çıxarış və işə gəlməməsi barədə akt da təqdim edilmişdir. Qeyd edilən məlumatlar əsasında Mərkəzin Direktoru xidməti araşdırmanın aparılmasını və nəticəsi barədə arayışın ona təqdim etməsini tapşırmışdır. Aparılmış araşdır ma nəticəsində xx.xx.2023-cü il tarixdə Mərkəzin Direktoruna müvafiq arayış və təsdiqedici sənədlər, o cümlədən X11 və X4 əməkdaşlarının izahatları və İddiaçı izahat verməkdən açıq şəkildə imtina etməsi barədə aktı təqdim edilmişdir. Xidməti araşdırmanın nəticəsi olaraq bir daha təsdiq edilmişdir ki, İddiaçı birbaşa rəhbəri olduğu X8 müdirini və daxili intizam və etikdavranış qaydalarının icrasına məsul olan X4 müdirini məlumatlandırmadan bütün iş günü işə gəlməyərək işdən yayınmış, vəzifə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən işin ahəngi pozulmuş, işin növbəliyi və nizamı təmin edilməmişdir. Həmçinin, növbəti gün Mərkəzdə keçirilən konsertdə X8 yeganə baş mütəxəssisi olan İddiaçı iş yerini özbaşına tərk etməsi həmin şöbənin əməkdaşlarının yazılı izahatları ilə də təsdiq edilmişdi r. Bundan əlavə İddiaçı qeyd edilən hallar barədə izahat verməkdən açıq şəkildə imtina etmişdir. Araşdırmanın nəticəsi olaraq İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiqliyi bildirilmişdir. Belə ki, işçi vəzifə öhdəliklərindən yayınma hallarına yol verməməli və bilavasitə rəhbərin icazəsi olmadan iş yerini tərk etməməlidir. Yuxarıda sadalanan öhdəliklər iddiaçının əmək funksiyalarına aid edilmişdir. İşəgötürən kimi cavabdeh qurumun da əmək qanunvericiliyində nəzərdə tutulmuş intizam tənbehlərindən hər hansı birini seçmək hüququ var. Bu səbəbdən işçinin işdən azad edilmə prosesi əmək qanunvericiliyinə uyğun aparılmışdır. Cavabdeh etirazda həmçinin, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halına toxunmuş və iddiaçının əmək qanunvericiliyi ilə nəzərdə tutulmu ş 1 aylıq iddia müddətini ötürməklə iddia irəli sürməsinə istinad edərək, iddianın bu əsasla rədd edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)3806/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

9. Məhkəmə iddiaya hüquqi qiymət verərkən qeyd etmişdir ki, işin materiallarından və tərəflərin izahatlarından xx.xx.2023-cü il tarixli, K-12 saylı əmrin qanuni və əsaslı olduğu aydın olur ki, iddiaçı heç bir üzürlü səbəb olmadan xx.xx.2023-cü il tarixdə bütün iş günü işə gəlməmiş, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Bununla da iddiaçı Əmək Məcəlləsin in 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik ol ur. İş materiallarından və iddiaçının öz izahatlarından onun xx.xx.2023-cü il tarixdə barəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verildiyindən məlumatlı olduğu, mediasiya tətbiqi barədə təklifi isə xx.xx.2023-cü il tarixdə verdiyi aydın olur.

11. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki iddia tələbləri ilə hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan 1 ay müddətində məhkəməyə müraciət etməli olduğu halda bu müddəti ötürmüşdür. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətb iq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir.

12. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 42, 43, 68, 70, 71, 72, 287, 288, 292, 296-cı maddələrinə, Mülki Məcəlləsinin 375, 377-ci maddələrinə, Mülki Prossesual Məcəlləsinin 77-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarlarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarına istinadla əsaslan dırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, rəhbərliyi məlumatlandırmaqla yalnız xx.xx.2023-cü ildə işdə olmamışdır. Bunu xx.xx.2023-cü il tarixli, 01 saylı akt təsdiq edir. Onun xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə işdə olmadığını təsdiq edən hər hansı bir sübut (akt, izahat və s.) cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə verilən iddia ərizəsində həmin günü rəhbərliyi xəbərdar etməklə işdə olmadığı barədə “whatsapp” yazışmalarını təqdim etmişdir. Lakin məhkəmə bunu araşdır mamışdır. Həmin yazışmalar təsdiq edir ki, o, işdə olmadığı barədə rəhbərliyə məlumat vermişdir. Həmçinin əvvəlki günlər o, Şuşa şəhərində ezamiyyətdə olmuşdur (həftənin istirahət günü). Buna görə də digər işçilər kimi ona da icazə verilmişdir (əvəzgün). Ona işdən çıxma əmri və əmək kitabçası xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Məhkəmə hesab etmişdir ki, onun əmri verildiyindən xx.xx.2023-cü il tarixdə məlumatı olduğu halda, müddəti buraxmaqla Mediasiya Təklifini xx.xx.2023-cü il tarixdə vermişdir. Məhkəmə onun hansı izahatına əsasən onun K-12 saylı əmrdən xəbərdar olduğunu göstərmişdir. Halbuki qətnamədə qeyd edilib ki, o, izahat verməkdən imtina etmişdir. Belə ki, o, əmək kitabçasını aldıqdan sonra K-12 saylı əmrlə işdən çıxmağı və onun səbəbini (hansı maddə ilə) bilmişdir. Bun dan sonra Mediasiya Təklifi ilə cavabdehə müraciət etmişdir. O, Həmkarlar İttifaqının üzvü olsa da, X1 Heyətinin xx.xx.2023-cü il tarixli iclasına dəvət olunmamışdır. Buna baxmayaraq, məhkəmə Əmək Məcəlləsinin 9-cu maddəsinin “k” bəndinin tələblərinin pozulmasına aydınlıq gətirməmişdir. Beləliklə yuxarıda göstərilən 3 hala məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə ƏM-nin 296.3-cü və MM-nin 377.1 və 375.2-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd edilən maddənin məzmunundan da görünür ki, əmrin, əmək kitabçasının verildiyi gündən işçi hüququnun pozulmasını aşkar edir. Məhkəmə bu iş üzrə qətnamə qəbul edərkən MM-nin 377.1, 375.2, ƏM-nin 296.3, 87.3,9-cu maddəsinin “k” bəndi, 71.2-ci və 296.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Şuşa şəhərində yaranmış narazılıq səbəbindən iş yeri üzrə rəhbərlik ona öz xahişi ilə işdən çıxmağı təklif etmişdir. O, buna etiraz etdiyindən rəhbərlik ondan qisas almaq məqsədilə xx.xx.2023-cü il tarixdə k-12 saylı əmrlə onu işdən azad edilmişdir. O, Şuşa şəhərində həftənin istirahət günündə ezamiyyətdə olmuşdur (xx.xx.2023-cü il tarixdə). Buna görə də növbəti günlərdə ona həmin günün əvəzinə əlavə istirahət verilməli idi. O, iddia ərizəsində bu faktı qeyd etsə də, məhkəmə bu hala heç bir hüquqi qiymət verməmişdir. Halbuki o, bu barədə iş yeri üzrə rəhbərliyə məlumat vermişdir və işdə olmayacağı barədə rəhbərliyə məlumat verməyini təsdiq edən disk yazısını məhkəməyə təqdim etmişdir. Lakin iş yeri üzrə rəhbərlik ondan xilas olmaq üçün əsassız əmr verməklə onun əmək hüququnu pozmuşdur. Məhkəmə bu faktı qərəzli olaraq araş dırmamış, ona hüquqi qiymət verməmişdir. Məhkəmə əsassız nəticəyə gələrək hesab etmişdir ki, işə gəlməməklə o, Mərkəzdə keçirilən tədbirlərin pozulmasına səbəb olmuşdur. Əslində belə bir hal olmamışdır. Cavabdeh İSO 9001 Keyfiyyət Sertifikatlarının şərtlərinə əməl etməklə işini qurmuşdur. Həmin iş prinsipinə əsasən işlər tapşırılarkən xüsusi blanklardan istifadə edilməklə rəhbərlik tərəfindən təsdiq edilməlidir. Cavabdeh göstərir ki, guya iddiaçıya xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə iş tapşırığı verilmişdir. Əslində belə bir tapşırıq olmamışdır və rəhbərlik həmin günlərdə ona hər hansı bir tapşırıq verməmişdir. Qətnamədə qeyd edilmişdir ki, guya İddiaçı xx.xx.2023-ci il və xx.xx.2023-cü il tarixdə Mərkəzdə keçirilmiş tədbirlər zamanı iş yerini icazəsiz tərk etmişdir. Halbuki, həm in günlər o, axşam saat 18:00-dək işdə olsa da iş yeri üzrə rəhbərlik ona hər hansı bir tapşırıq verməmişdir. Bunu həmin tarixlərdə işlərin tapşırılmasını xüsusi blanklar təsdiq edə bilərlər. Həmin blanklar cavabdehdədir və o, məhkəmə araşdırmaları zamanı qeyd edilənləri məhkəmənin nəzərinə çatdırmışdır. Tələb etmişdir ki, həmin sənədlər yoxdur (yəni ona iş tapşırılmamışdır). Qeyd edilənlər bir daha təsdiq edir ki, onun əmək kitabçası dəfələrlə müraciətindən sonra, işdən azad edilməyi barədə əmrin verilməsindən 1 ay 15 gün sonra verilmişdir. Əslində yuxarıda adı çəkilən hüquq normalarının tələblərini işəgötürən qəsdən pozmaqla onun əmək kitabçasını qaytarmamışdır. Hesab etmişdir ki, verdiyi əmr əsaslı deyil, müddətin keçməsi ilə mübahisəyə son qoymaq olar. Mübahisəni araşdıran məhkəmə isə bu məsələdə cavabdehin qeyri-qanuni əməllərinə göz yumaraq qətnamə qəbul etmişdir. Məhkəmə ƏM-nin 296.3-cü maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Məhkəmə qətnamədə qeyd etsə də, hüququn pozulduğunun hansı gündə baş verdiyinə aydınlıq gətirməmişdir. Ona işdən çıxarılmağının səbəbi yalnız əmək kitabçasını aldığı zaman məlum olmuşdur. O, həmin vaxt bu barədə verilmiş əmri də tələb etmişdir. Lakin cavabdeh əmrin surətini ona verməmişdir. İddia müddətinin tətbiqi ilə əlaqədar məhkəmənin gəldiyi nəticə əsassızdır. Ona əmək kitabçası təqdim ediləndən sonra işdən çıxmağının səbəblərini bilmişdir və dərhal Mediasiya Təklifi ilə cavabdehə müraciət etmişdir. Mediasiya Prosessini keçəndən sonra məhkəməyə müraciət etmişdir. O, əmək kitabçasını xx.xx.2023-cü il tarixdə almışdır, mediasiya təkl ifini isə xx.xx.2023-cü ildə göndərmişdir. İddia müddəti ötürülməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiya məhkəməsi) 2(103)-1777/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə bütün iş günü işə gəlməməsi, habelə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Mərkəzdə keçirilən tədbirlər zamanı iş yerini icazəsiz tərk etməsi işin mübahisəsiz halıdır. İddiaçı xx.xx.2023-cü il tarixdə digər əməkdaşlar kimi ist irahət edə bilmədiyindən istirahətini xx.xx.2023-cü il tarixdə keçirdiyini, bu barədə səlahiyyətli şəxsləri məlumatlandırdığını bildirir və bu halın təsdiqi olaraq “whatsapp” yazışmalarını təqdim edir.

17. Məhkəmə kollegiyası iş materiallarına istinadən iddiaçının bu arqumentinə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə işə gəlməyəcəyi (bu gündən istirahət günü kimi istifadə edəcəyini) barədə buna səlahiyyətli olan Mərkəzin X8 müdiri Elçin Rəştiyeva və X4 müdiri Şəlalə Əhmədovanı məlumatlandırmış, nədə ki, öz qərarını onlarla razılaşdırmış, bu barədə xəbər verməyi vəzifə baxımdan ondan aşağı olan və onun işə gəlməməsinin həlli məsələsində hər hansı səlahiyyətə malik olmayan şöbənin mütəxəssisi Rauf Qədirliyə tapşırmışdır. Halbuki, həmin gün (xx.xx.2023-cü il) Rauf Qədi rlinin də istirahət günü olmuşdur. İddiaçının mövqeyinə əsasən Rauf Qədirli də öz növbəsində bu barədə xəbər verməyi digər mütəxəssis Elniz Salmanova tapşırmışdır. Halbuki, bu zəncirvari tapşırıqlar əvəzinə Rauf Qədirli kimi (izahatında göstərmişdir) iddiaçı da öz şöbəsinin müdirindən ən azı öz aralarında geniş istifadə etdikləri “whatsapp” sosial şəbəkə vasitəsi ilə ismarıc göndərməklə icazə ala bilərdi. Digər tərəfdən Mərkəzin səlahiyyətli şəxslərinin iddiaçının xx.xx.2023-cü il tarixdə iş yerində olmamasının səbəbləri barədə məlumatlı olmaması onun özünün təqdim etdiyi “whatsapp” yazışması ilə də öz təsdiqini tapır. Belə ki, xx.xx.2023-cü il tarixə aid yazışmada iddiaçı onun bu gün istirahətdə olacağı barədə Rauf tərəfindən ona deyilib deyilmədiyini Şəlalə Əhmədovadan soruşur. Sonuncu i sə onunla danışandan sonra deyildiyini bildirir. Bundan sonra iddiaçının “Elnizin, onun yadından çıxıb sizə vaxtında demek” ismarıcına cavab olaraq, sadəcə “ok” yazır ki, bu da onun həmin günü işə gəlməməsinə Şəlalə Əhmədovanın razılıq verməsi kimi qiymətləndirilməsi üçün əsas yaratmır. Sadəcə olaraq Elniz adlı işçi tərəfindən ona bu barədə məlumatın verilməsini təsdiq etməsi anlamına gəlir. Qeyd edilənlər, habelə təqdim edilmiş “whatsapp” yazışmasında olan digər ismarıclarla müraciət baxımından Şəlalə Əhmədovanın iddiaçı üçün əlçatımlı olmasını, xx.xx.2023-cü il tarixdə birbaşa onun özünə də müraciət etmək imkanının mövcudluğunu və nəhayət bu məsələlərin məhz icazə əsasında həll edildiyini təsdiq edir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Şəlalə Əhmədovaya müraciət edərək, növbəti gü n, yəni xx.xx.2023-cü il tarixdə Mərkəzdə işin olub-olmayacağnı soruşur. xx.xx.2023-cü il tarixdə isə ona müraciət edərək, notariat kontorunda işinin olduğunu bildirir və saat 14:15-də notariat kontoruna getməsinə icazə istəyir.

18. Məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, ümumiyyətlə Mərkəzdə istirahət günü ilə bağlı məsələnin bu qaydada həll edilməsi (işçilərin özü tərəfindən və məhz hər hansı əməkdaşa bir gün əvvəl məlumat verməklə, növbəti gün də “whatsapp” proqram tətbiqi vasitəsi ilə İnsan resursları şöbəsi ilə məlumatın onlara çatdırılıb-çatdırılmadığını dəqiqləşdirməklə işə gəlməmək) öz təsdiqini tapmır. Ona bu günün istirahət günü kimi verilməsini təsdiq edən hər hansı rəsmi sənəd mövcud deyil. İddiaçı özü də əvvəllər (bir dəfə olsun belə) bu qaydada hər hansı gündən istirah ət günün kimi istifadə etməsini bildirmir.

19. Bununla belə, iddiaçı özünün müəyyən etdiyi qaydaya uyğun olaraq, xx.xx.2023cü il tarixini özünə istirahət günü elan etmiş və hüquqi nəticə etibarı ilə heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. Bu səbəbdən həm Mərkəzin X8 müdiri Elçin Rəştiyev, həm də X4 müdiri Şəlalə Əhmədova iddiaçının xx.xx.2023-cü il tarixdə işə gəlmədiyini yalnız həmin tarixdə bilmişdilər. İddiaçının xx.xx.2023-cü il tarixdə işə gəlməməsi barədə xidməti məruzə ilə çıxış edən, habelə öz izahatlarında iddiaçının həmin tarixdə icazə almadan və hər hansı üzürlü səbəb göstərmədən işə gəlməməsini təsdiq edən şəxslərin məhz iddiaçının (iddiaçı onun işə gəlməməsinin səbəbləri barədə bu şəxslərin məlumatlı olduğunu bildirir) istinad etdiyi şəxslər olması birmən alı şəkildə onun bu dəlillərinin əsassız olduğunu təsdiq edir. Göstərilən bu hal da Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin iddiaçı tərəfindən pozulması anlamı daşıyır. İddiaçı xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə Mərkəzdə keçirilmiş tədbirlər zamanı iş yerini məlumat vermədən icazəsiz tərk etməsinə münasibətdə isə həmin gün işdə olduğunu və iş saatı bitdikdən sonra, yəni 18:00-da iş yerini tərk etdiyini bildirmişdir.

20. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçı tutduğu vəzifəyə görə Şöbənin müdirindən sonrakı şəxsdir. Bu baxımdan həmin günlərdə ona hər hansı xüsusi tapşırığın verilməməsi onu ümumi nəzarəti həyata keçirmək vəzifəsindən nə azad edir, nədə ki, onun bu vəzifəsini istisna edir. İddiaçı əvvəllərdə Mərkəzdə tədbirlər olan za man sərbəst şəkildə saat 18:00-da iş vaxtının bitməsi əsası ilə işdən getdiyini bildirmir. Ümumiyyətlə 25 may və 02 iyun tarixlərdə iddiaçıdan başqa həmin şöbənin hər hansı əməkdaşının saat 18:00-da iş vaxtının bitməsi əsası ilə işdən getdiyi göstərilmir. Cavabdeh direktorunun xx.xx.2021-ci il tarixli əmri ilə təsdiq edilmiş X8 Baş Mütəxəssisinin vəzifə təlimatlarınının 2.2.5 və 2.2.7-ci bəndlərinə əsasən “mühafizə olunan yerlərdə mühafizə cihazlarına və sistemlərin tətbiqlərinə nəzarət etmək və Mərkəzdə müxtəlif tədbirlərin (konfrans, sammit, forum, sərgi və s.) keçirilməsi zamanı təşkilat daxili təhlükəsizlik tədbirlərini həyata keçirmək” iddiaçının əsas vəzifələrinə aid edilmişdir. İddiaçının Mərkəzdə tədbir davam etdiyi müddətdə heç kimə məlumat vermədən iş yerini tərk etməsi onun vəzi fə təlimatlarında nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməkdən boyun qaçırması mənasını daşıyır.

21. Nəzərə alınmalıdır ki, Mərkəzin direktoru tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş şöbənin əsasnaməsinə əsasən şöbənin Mərkəzin inzibati binasında və mühafizə olunan yerlərdə buraxılış qaydalarına riayət olunmasına nəzarəti həyata keçirmək, habelə mühafizə işini təşkil etmək şöbənin fəaliyyət istiqamətlərinə və vəzifələrinə aid edilmişdir. Qeyd edilənlər iddiaçının iş vaxtının normalaşdırılmış olmadığını, Mərkəzdə keçirilən tədbirlərdən (onların başlama və bitmə saatları nəzərə alınmaqla) asılı olaraq müəyyən edildiyini təsdiq edir. Bu baxımdan iddiaçı 2023-cü ilin 25 may və 02 iyun tarixlərdə 18:00dan sonra Mərkəzdə tədbirlərin keçirilməsinə baxmayaraq, 18:00-da bu barədə hər hansı məlumat vermədən, o cümlədən icazə almadan iş yerini tərk etməsi onun vəzifə öhdəliklərinin icrası bitmədən iş yerini tərk etməsi, bununla da özünün əmək funksiyasını yerinə yetirməməsi kimi qiymətləndirilməlidir.

22. Məhkəmə kollegiyası Mərkəzin fəaliyyət istiqamətlərini, xüsusilə də 25 may və 02 iyun tarixlərində Mərkəzdə geniş tədbirlərin keçirildiyini, habelə əsasnaməsinə əsasən Mərkəzin inzibati binasına və mühafizə olunan digər yerlərə buraxılış qaydalarına riayət olunmasına nəzarətin və təhlükəsizlik tədbirlərinin məhz Daxili nəzarət şöbəsi tərəfindən həyata keçirilməsini, mühafizə işinin təşkilinin təmin edilməsi vəzifəsinin də şöbənin üzərinə qoyulmasını nəzərə alıb, belə qənaətə gəlmişdir ki, 2023-cü ilin 24 may tarixində heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlm əməklə, habelə 25 may və 2 iyun tarixlərdə iş vaxtı bitmədən iş yerini tərk etməklə etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməmiş nəticədə həmin günlər, xüsusilə də tədbirlərin keçirildiyi 25 may və 2 iyun tarixlərdə nəinki əməkdaşı olduğu şöbədə, ümumiyyətlə bütün Mərkəzdə mövcud olan əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Qeyd edilənlər onun bu hərəkətlərini özünün əmək funksiyasını yerinə yetirməməsi və Əmək Məcəllənin 72-ci maddəsinin “a” bəndinin tələblərinin pozulması kimi qiymətləndirilməsi üçün əsas yaradır və hüquqi nəticə etibarı ilə onunla bağlanmış əmək müqaviləsinin həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsini şərtləndirir.

23. Nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixdə “whatsapp” proqram tətbiqi üzərində n Şəlalə Əhmədovaya göndərdiyi ismarıcla iddiaçı ona verilmiş tapşırıqları icra etmədiyini dolayısı ilə etiraf etmişdir. Belə ki, iddiaçı sonuncuya “Birdə Şəlalə xanım məni işimə bərpa eləsələr, hər şeyi unutmağa, verilən tapşırıqları qeyri şərtsiz icra etməyə hazıram” məzmunlu ismarıc göndərimişdir.

24. Məhkəmə kollegiyası iddiaçının ondan izahatın alınmaması və bununla da əmək qanunvericiliyinin tələblərinin pozulması barədə fikirləri ilə bağlı qeyd etmişdir ki, 187-ci maddənin 1-ci hissəsində intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahatın verilməsinin tələb edilməsi imperativ qaydada təsbit edilmişdir. İşçinin yazılı izahatı intizam xətasına yol verilməsinin səbəb və şəraitin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, tətbiq olunacaq intizam tənbehinin hüquqauyğun hesab edilməsinin təminatlarından biri qismində çıxış edir. Yazılı izahatın olması gələcəkdə tərəflərdən hər hansı biri düşünülmüş və qərəzli şəkildə izahatın yazılmasına səbəb olmuş hadisəni reallığa uyğun təsvir edilməməsinin bilavasitə qarşısını alır. Lakin işçinin yazılı izahat verməkdən imtina etməsi də istisna deyil ki, bu hal intizam tənbehinin verilməməsi üçün əsas deyil. Sadəcə olaraq bu imtinanın işəgötürən tərəfindən rəsmiləşdirilməsi tələb edilir ki, cavabdeh tərəfindən də bu prosedura riayət edilmiş və 26 may 2023-cü il tarixdə Mərkəzin X8 müdirinin, X4 müdirinin və şöbənin baş mütəxəssisinin imzası ilə təsdiq edilmiş akt tərtib edilmişdir. Həmin aktdan da görünür ki, xx.xx.2023-cü il tarixdə h eç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməməsi və xx.xx.2023-cü il tarixdə Mərkəzdə keçirilmiş proqram zamanı iş yerini heç kimə məlumat vermədən özbaşına tərk etməsinə dair iddiaçıdan izahatın yazılması tələb edilmiş, lakin o, izahat verməkdən imtina etmişdir. Bu aktın mövcudluğu artıq iddiaçının dəlillərini əsassız edir.

25. Məhkəmə kollegiyası o halı da qeyd etmişdir ki, iddiaçının Mərkəzin X2 Komitəsinin Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli iclasına dəvət edilməməsi və nəticə etibarı ilə həmin iclasda iştirak etməməsi Əmək Məcəlləsinin 9-cu maddəsinin “k” bəndinin tələblərinin pozulması kimi qiymətləndirilə və xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin qurumun bu qəbildən olan iclaslarında barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ b “ və ya “ç” bəndinin tətbiq edilməsi məsələsi qaldırılan işçinin imperativ qaydada iştirak etməsi nəzərdə tutulmamış və onun bu iclasda iştirak etməməsinin həmin iclas üzrə qərarın qanunsuz və ya etibarsız hesab edilməsinin əsaslarından biri kimi müəyyən edilməmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli iclasda məhz iddiaçının məsələsinə baxılmış və bu baxımdan həmin iclas iddiaçının istinad etdiyi Əmək Məcəlləsinin 9-cu maddəsinin “k” bəndində göstərilən kütləvi tədbir hesab edilə bilməz.

26. Cavabdeh tərəfindən həmin quruma iddiaçı ilə bağlı məsələ üzrə əsaslandrıma sənədləri də əlavə etməklə əsaslandırılmış yazılı təqdimatla müraciət edilməsi, bu qurum tərəfindən həmin təqdimata müəyyən edilmiş müddətlər çərçivəsində baxılması və əsaslandırılmış yazılı qərar qəbul edilməklə cavabdehə g öndərilməsi hüquqi nəticə etibarı ilə bu məsələni tənzimləyən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə riayət edildiyini təsdiq edir.

27. Hazırki əmrin Şuşa şəhərində olan zaman şöbənin müdiri ilə aralarında yaranmış ixtilafın nəticəsi olaraq verilməsi barədə iddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçıya onun əməkdaşı olduğu şöbənin müdiri tərəfindən Şuşa Xalça muzeyində nəzarətçi vəzifəsinin yerinə yetirilməsi tapşırılsa da, o, bu işin onun tutduğu vəzifəyə uyğun olmamasını bildirmiş və həmin tapşırığı yerinə yetirməkdən imtina etmişdir. Halbuki, vəzifəsi barədə təlimatın 2.2.15-ci yarımbəndinə əsasən Mərkəzin rəhbərliyi və Şöbə müdiri tərəfindən həvalə edilmiş digər vəzifələrin həyata keçirilməsi də onun vəzifələrinə aid edilmişdir. Bununla belə, iddiaçı Şöbənin müdirinin qeyd edilən tapşırığını icra etməkdən imtina etməklə hüquqi nəticə etibarı ilə özünün əmək funksiyasını yerinə yetirməkdən imtina etmişdir. Halbuki, iddiaçı özü də məhkəmə iclası zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, şöbədəki əməkdaşlar hər hansı fors-major səbəblərdən öz vəzifələrini icra edə bilmədikdə onların əvəzinə o Xalça muzeyində nəzarətçi vəzifəsini yerinə yetirərdi. Başqa sözlə, əmək qanunvericiliyinin tələbləri Şöbənin müdiri tərəfindən qeyd edilən tapşırığın verilməsi ilə deyil, iddiaçının bu tapşırığı yerinə yetirməməsi ilə pozulmuşdur.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı mediasiya təşkilatına əmək qanunvericiliyində bu qəbildən olan mübahisələr üçün nəzərdə tutulmuş iddia müddəti ni ötürmədən (iddiaçı əmək kitabçasını xx.xx.2023-cü il tarixdə almış və bundan 11 gün sonra - xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. “Whatsapp” proqram tətbiqi vasitəsi ilə onun tərəfindən xx.xx.2023-cü il tarixdə Şəlalə Əhmədovaya göndərilmiş ismarıcdan da onun hansı səbəbdən işdən çıxarılması barədə məlumatlı olmadığı təsdiq edilir) müraciət etmişdir. Bu səbəbdən hazırki iddia iddia müddəti tətbiq edilməklə rədd edilə bilməz. Lakin buna baxmayaraq, yuxarıda göstərilən halların mövcudluğu birmənalı şəkildə iddianın rədd edilməsini şərtləndirir.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki,, iddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdehndə X8 baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli əmrlə həmin işdən qanunsuz olaraq azad edilənədək on il müddətində əmək funksiyalarını vicdanla yerinə yetirmiş bu müddət ərzində bir dəfə də olsun xəbərdarlıq və intizam tənbehi almamışdır. Lakin Apellyasiya məhkəməsi iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndində göstərilən vəzifələri yerinə yetirməsinə qiymət verməmişdir.

32. Cavabdeh X2Komitəsi Rəyasət Heyətinin 05 iyun 2023-cü il tarixli iclas keçirmişdir. HİK-nin iclasının gündəliyi Cavabdeh X2 Komitəsinə daxil olmuş 30.xx.xx.2023-cü il tarixli, 9-6/2/02-163/1/2023 saylı və xx.xx.2023-cü il tarixli, 9-6/2/02185/1/2023 saylı müraciətlərinə, yəni baş mütəxəssis İddiaçı əmək müqaviləsi məsələsinə münasibət bildirilməsi olmuşdur. İclas protokolundan görünür ki, iclasa İddiaçı özü dəvət olunmamaışdır. Yəni bu iclas onun iştirakı olmadan aparılmışdır. Bununla da iddiaçının əmək hüququ pozulmuş və ona həmin iclasda fikir bildirmək və qanuni mənafeini müdafiə etmək imkanı verilməmişdir.

33. İşdən görünür ki, İddiaçı rəhbərliyi məlumatlandırmaqla yalnız xx.xx.2023-cü ildə işdə olmamışdır. Bunu xx.xx.2023-cü il tarixli, 01 saylı akt təsdiq edir. İddiaçının xx.xx.2 023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə işdə olmadığını təsdiq edən hər hansı bir sübut (akt, izahat və s.) cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddiaçı rəhbərliyi xəbərdar etməklə işdə olmadığı barədə “whatsapp” yazışmalarını təqdim etmişdir. Həmin yazışmalar təsdiq edir ki, o, işdə olmadığı barədə rəhbərliyə məlumat vermişdir. Həmçinin əvvəlki günlər o, Şuşa şəhərində ezamiyyətdə olmuşdur (həftənin istirahət günü). Buna görə də digər işçilər kimi ona da icazə verilmişdir (əvəzgün). (xx.xx.2023-cü il tarixdə). Məhkəmə kollegiyası iş materiallarına istinadən iddiaçının bu arqumentinə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2023- cü il tarixdə işə gəlməyəcəyi (bu gündən istirahət günü kimi istifadə edəcəyini) barədə buna səlahiyyətli olan Mərkəzin X8 müdiri Elçin Rəş tiyeva və X4 müdiri Şəlalə Əhmədovanı məlumatlandırmış, nə də ki, öz qərarını onlarla razılaşdırmış, bu barədə xəbər verməyi vəzifə baxımdan ondan aşağı olan və onun işə gəlməməsinin həlli məsələsində hər hansı səlahiyyətə malik olmayan şöbənin mütəxəssisi Rauf Qədirliyə tapşırmışdır. Halbuki, həmin gün (xx.xx.2023-cü il) Rauf Qədirlinin də istirahət günü olmuşdur. İddiaçının mövqeyinə əsasən Rauf Qədirli də öz növbəsində bu barədə xəbər verməyi digər mütəxəssis Elniz Salmanova tapşırmışdır. Halbuki, bu zəncirvari tapşırıqlar əvəzinə Rauf Qədirli kimi (izahatında göstərmişdir) iddiaçı da öz şöbəsinin müdirindən ən azı öz aralarında geniş istifadə etdikləri “whatsapp” sosial şəbəkə vasitəsi ilə ismarıc göndərməklə icazə ala bilərdi.” Göründüyü kimi, iddiaçının xx.xx.2023-cü il tarixdə işdə olmaması barədə bir gün əvvəldən cavabdeh rəhbərlik məlumatlandırılmışdır. Hesab edir ki, nəticə etibarı ilə bu məlumat vermənin “zəncirvari” və ya birbaşa olmasının iş üçün hər hansı bir fərqi yoxdur. Əsas olan odur ki, iddiaçı öz şöbəsinin müdiri ilə əlaqə saxladıqda onun bu barədə məlumatlı olduğu ona məlum olmuşdur. Bundan başqa, işdən görünür ki, Şuşa şəhərində yaranmış narazılıq səbəbindən iş yeri üzrə rəhbərlik iddiaçıya öz xahişi ilə işdən çıxmağı təklif etmişdir. Şöbə rəisi Ş.Əhmədova öz şəxsi telefonu ilə xx.xx.2023 il tarixdı saat 16:07 radələrində iddiaçıya “ Salam Zamin, mənə tapşırıq verildi ki, səndən 05 iyun tarixindən işdən azad olunmağın barədə ərizə alım. Seymur müəllim otaqdadır. Yaxınlaş ərizəni yaz zəhmət olmasa.” Bu barədə sübut iş materiallarında vardır. Bu onu gö stərir ki, cavabdeh iddiaçını heç bir səbəb olmadan işdən azad etmək istəyib. Əvvəlcə ona öz xoşu ilə işdən getməsi təklif olunmuşdur. İddiaçı bunu etmədikdə heç bir əsas olmadan o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur. Bu hal özlüyündə onu ehtifa edir ki, işçinin işdən azad olunması qanunsuz və əsassız olmuşdur.

34. İşdən də göründüyü ki, Cavabdeh direkotrunun xx.xx.2021-ci il tarixli əmri ilə təsdiq edilmiş X8 Baş Mütəxəssisinin vəzifə təlimatlarınının 2.2.5 və 2.2.7-ci bəndlərinə əsasən “mühafizə olunan yerlərdə mühafizə cihazlarına və sistemlərin tətbiqlərinə nəzarət etmək və Mərkəzdə müxtəlif tədbirlərin (konfrans, sammit, forum, sərgi və s.) keçirilməsi zamanı təşkilatdaxili təhlükəsizlik tədbirlərini həyata keçirmək” vəzifələrini iddiaçı yerinə yeti rmiş və həmin təhlükəsizlik tədbirlərinin iddiaçı tərəfindən yerinə yetirilməməsinə dair cavabdeh tərəfindən hər hansı bir hal və ya sübut məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə iddiaçı tərəfindən işin intizamının pozulması və ya “mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində çətinliklərin yaranması”nı təsdiq edən hər hansı sübut və işçinin-iddiaçının vəzifə təlimatında nəzərdə tutulan hansı vəzifələrin icra olunmaması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdeh tərəf iddiaçının 25 may və 02 iyun tarixlərində iş yerini özbaşına tərk etməsinə dair hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Lakin işdən də görünür ki, iddiaçı həmin tarixlərdə iş vaxtının sonunadək iş yerində öz vəzifəsini icra etmiş və “turnekidə” barmaq izləri vardır. Lakin apellyasiya məhkəm əsi qeyd edilən maddi normaları tətbiq etsə də onları işin hallarına və sübutlara uyğun olaraq düzgün tədqiq etməmiş

35. Lakin göründüyü kimi, işəgötürən qeyd (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 1,2 və 3-cü hissələri) edilən maddi normaların tələblərini pozaraq heç bir əsas olmadan işçiyə Məcəllənin 70-ci maddəsinin “ç” bəndini vermişdir. İşdən məlum olduğu kimi, iddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdehndə X8 baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Yəni iddiaçı həmin işdən qanunsuz olaraq xx.xx.2023-cü il tarixli əmrlə azad edilənədək keçən on il müddətində əmək funksiyalarını vicdanla yerinə yetirmiş bu müddət ərzində bir dəfə də olsun ona hər hansı intizam tənbehi verilməmişdir. Hesab edirəm ki, İşəgötürən iddiaçının uzun müddət müəssisədə qüsursuz i şləməsini, işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, nəzərə almamış və birdən birə ona ən sonuncu intizam tənbehi verərək işdən azad olunmuşdur. Halbuki, buna qədər a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; Apellyasiya məhkəməsi -186-cı maddənin 3-cü maddəsini tətbiq etməli olduğu halda bunu etməmişdir. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.Hesab edir ki, yuxarıda qeyd edilən maddi normalar ın düzgün tətbiq edilməməsinə görə qətnamə qüvvəsində qala bilməz, o ləğv edilərək iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir.

36. İddiaçı iddia tələbinin təmin olunması üçün məhkəməyə sübutlar təqdim etmiş, lakin məhkəmə qətnamə qəbul etdikdə həmin sübutlara əsalanmamış və qiymət verməmişdir.

37. Apellyasiya məhkəməsi MPM-in 218.1-maddəsinə əməl etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən qətnamə qəbul etmişdir.

38. Apellyasiya məhkəməsi sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq olaraq qiymət verməmiş, prosessual normaların tələbini pozmuşdur.

39. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 19-cu maddələrinə, 70-ci maddə sinin “ç” bəndinə, 71-ci maddəsinin 2 və 3-cü hissələrinə, 80-ci maddəsinin 1 və 2-ci hissələriunə, 186-cı maddəsinin 1, 2 və 3-cü hissələrinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Cavabdeh tərəfindən yazili etiraz göndərilmişdir. Lakin etiraz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyinə görə nəzərə alınmamışdır.Belə ki Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənəd lərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

41. Maddə 10. (“a” bəndi.) Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir;

42. Maddə 19.

1. İşçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər.

2. Həmkarlar ittifaqlarının hüquqları, vəzif ələri və səlahiyyətləri «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir.

43. Maddə 70.("ç" bəndi.) Əmək müqaviləsi işəgötürən tərəfindən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər;

44. Maddə 71.(2-ci hissə.) Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun;

45. Maddə 71.(3-cü hissə). Bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır;

46. Maddə 72.(“a” bəndi.) Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir;

47. Maddə 80.(1-ci hissə.) Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkila tının qabaqcadan razılığı alınmaqla ləğv edilir;

48. Maddə 80. (2-ci hissə.) Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir;

49. Maddə 83. (2-ci hissə.) Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haq q-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir;

50. Maddə 186. (2-ci hissə.) İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

51. Maddə 187. (1-ci hiss ə.) İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

52. Maddə 296.(2-ci hissə) Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

53. Maddə 296.(3-cü hissə) Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozu lduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

63. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya sə hv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

70. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “29” fevral 2024-cü il tarixli 2(103)-1777/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar