Məhkəmə qərarları › İş №2(102)-2353/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2353/2025

01.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2353/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18 və Cavabdeh19, habelə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “müvəqqəti təminat tədbiri nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti təminat tədbiri nəticəsində zərər tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzə çi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2025-ci il tarixli, 2(103)2435/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2017-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh13, Cavabdeh5, Cavabdeh3, Cavabdeh16, Cavabdeh12, Cavabdeh8, Cavabdeh15, Cavabdeh9, Cavabdeh2, X1, X6, Cavabdeh4, Cavabdeh17, Cavabdeh14, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, Cavabdeh11, Cavabdeh10, Cavabdeh18 və Cavabdeh19 cavabdeh "xxxx" MMC-yə qarşı “avtomobillərin yuma məntəqəsinin fəal iyyətinin dayandırılması və zirzəmiyə giriş qapısının açılması” tələbinə dair iddia ərizəsi üzrə ərizələri təmin edilərək, ünvan 1 ünvanda yerləşən avtomobillərin yuyulma məntəqəsində blokun zirzəmisində giriş qapısının üzərində yerləşən yardımçı otaqda fəaliyyətin aparılmasına dair mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək qadağan edilməsi qərara alınmışdır.

2. Qeyd olunan avtoyuma məntəqəsinin yerləşdiyi ünvan 2 ünvanındakı ümumi sahəsi 32,6 kv.m olan qeyri-yaşayış binası üzərinə İddiaçı mülkiyyət hüququ 30 oktyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" MMC-nin Zahid Xəlilov küçəsində yerləşən 26 nömrəli ünvanda yerləşən avtomobil lərin yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikilinin "xxxx" MMC-nin hesabına sökülməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 sentyabr 2020-ci il tarixli qərarı ilə həmin iş üzrə cavabdeh "xxxx" MMC və üçüncü şəxs İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 avqust 2019-cu il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni baxışa göndərilmişdir.

6. Bakı Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının həddi olan ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. 7. 29 noyabr 2023-cü il tarixdə icarə müqaviləsi ilə İddiaçı ünvan 3 ünvanında yerləşən 32,6 kv.m həcmində əsas sahəsini X3 hər ay 150 manat müqabilində icarəyə vermişdir. Həmin icarə müqaviləsinə 01 dekabr 2023-cü il tarixli əlavə razılaşmaya əsasən X2 hər 3 aydan bir icarəyə götürülmüş obyektin işlətməsi nəticəsində əldə etdiyi gəlirin 70%-ni İddiaçı ödəməsini öhdəsinə götürmüşdür.

8. Bakı şəhəri Nərimanov Rayon M əhkəməsinin 05 dekabr 2023-cü il tarixli qərardadı ilə ünvan 4 ünvanında yerləşən avtomobillərin yuyulma məntəqəsində və İİ blokun zirzəmisinə giriş qapısının üzərində yerləşən yardımçı otaqda fəaliyyətin aparılmasına dair qadağan edilməsi barədə müvəqqəti təminat tədbirləri ləğv edilmişdir.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən verilmiş X3 məxsus ********** nömrəli VÖEN üzrə vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatlara əsasən 2023-cü ilin 4-cü rübü VÖEN üzrə gəlirlər 5594 manat olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabd eh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18 və Cavabdeh19 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 134107 manat məbləğində vurulmuş zərərin əvəzi və 424,11 manat məbləğində ödənilmiş dövlət rüsumunun məbləği olmaqla, ümumilikdə 134531 manat məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərin hərəkətlərinə görə 2023-cü ilin dekabr ayına qədər ona məxsus obyektdən istifadə edib qazanc əldə etməkdən məhrum olmuşdur. Belə ki, cavabdehlər 2017-ci ildə "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “avtomobillərin yu ma məntəqəsinin sökülməsi” barədə qətnamə, eyni zamanda iddianı təmin etmə tədbiri barədə ərizə verərək, ünvan 4 ünvanında yerləşən avtomobillərin yuma məntəqəsinin fəaliyyətinə məhkəmə prosesi başa çatanadək müvəqqəti qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2017-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh13 və qeyrilərinin cavabdeh "xxxx" MMC-yə qarşı “avtomobillərin yuma məntəqəsinin sökülməsi” barədə iddia tələbi təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra, iddiaçı və "xxxx" MMC məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2017-ci il t arixli qərardadının ləğv edilməsini xahiş etmiş, ərizə təmin olunmuş və sözügedən qərardad Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qərardadı ilə ləğv olunmuşdur. Cavabdehlər yuxarıda qeyd edilən əsas iddia üzrə icraatın uzadılması (icraatı dayandırmaqla) yolu ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2017-ci il tarixli qərardadını qüvvədə saxlamaq üçün müxtəlif əsassız iddialarla məhkəmələrə müraciət etmişlər. Lakin bütün bu iddialar məhkəmələr tərəfindən təmin olunmamışdır. Beləliklə, 6 ildən sonra, yəni 2023-cü ilin dekabr ayından sözügedən avtoyuma məntəqəsinin fəaliyyəti bərpa olunmuş və iddiaçı nəhayət ona məxsus olan obyektdən təyinat üzrə istifadə edib gəlir əldə etməyə başlamışdır. Belə ki, iddiaçı X5 ilə 29 noyabr 2023-cü il tarixdə icarə müqaviləsini bağlamışdır. Bu müqaviləyə görə iddiaçı avtomobillərin yuma məntəqəsini icarə haqqı 150 manat olmaqla X2 icarəsinə vermişdir. Həmin müqavilənin 01 dekabr 2023-cü il tarixli əlavə razılaşmasına əsasən X5 iddiaçıya hər 3 aydan bir sözügedən avtoyuma məntəqəsinin işlətməsi nəticəsində əldə olunmuş gəlirin 70%-ni ödəyir. Halbuki, 03 avqust 2017-ci il tarixli qərardad olmasaydı, iddiaçı daha əvvəl başlayaraq gəlir əldə edə bilərdi. 2024-cü ilin 1-ci rüb (yanvar, fevral, mart ayları) avtoyuma məntəqəsinin işlətməsi nəticəsində əldə olunmuş gəlirin məbləği 9100 manat olmuşdur. Bu gəlirdən iddiaçı 70%, yəni 6370 manat məbləğində vəsait almış, əlavə olaraq 2024-cü ilin yanvar-mart ayları üzrə hər ay 150 manat olmaqla, cəmi 450 manat icarə haqqını almışdır. Halbuki, iddiaçı ona məxsus avtoyuma məntəqəsini 2019-cu ildən icarəyə vermiş olsaydı və ondan istifadə edə bilsəydi, o 2019-cu ilin yanvar ayından 2023cü ilin noyabr ayına qədər aşağıdakı məbləğdə gəlir əldə edə bilərdi: 59 ay x 150 = 8850 manat (icarə haqqı); 59 x 2123 (orta aylıq gəlir) = 125257 manat (avtoyuma məntəqəsinin işlətməsi nəticəsində əldə olunmuş gəlir). Beləliklə, iddiaçı bu müddət ərzində cəmi 134107 (8850+125257) manat məbləğində olan gəlirdən məhrum olmuşdur. İddiaçı həmin məbləğinin ödənilməsinin cavabdehlərdən tələb etmək hüququna malikdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(004)-163/2025 nömrəli qətnaməsi ilə (hakim Ü.Xəlil) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, zərərin əvəzinin ödənilməsi zamanı zə rərin mövcudluğu və həcmi, dəymiş zərərlə zərər vuranın hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu faktı sübut edilməlidir. Həmin faktları sübut etmək vəzifəsi zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin üzərinə düşür.

14. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2017-ci il tarixli qərardadı ilə cavabdehlər İddiaçı qarşı deyil, "xxxx" MMC-yə qarşı müvəqqəti təminat tədbiri ilə bağlı müraciət etmiş, qaldırdıqları iddia üzrə də cavabdeh məhz "xxxx" MMC olmuşdur. İddiaçı 30 oktyabr 2018-ci il tarixdə, yəni hazırkı iş üzrə cavabdehlərlə "xxxx" MMC arasında məhkəmə çəkişmələrinin davam etdiyi müddətdə ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə çıxarış almaqla mülkiyyət hüquqlarını təsdiq etdirmişdir. Belə ki, İddiaçı 30 oktyabr 2018-ci il t arixdə mülkiyyət hüquqlarını qeydiyyata aldırarkən artıq həmin qeyri-yaşayış sahəsi üzərində qadağa olduğundan məlumatlı olmuş, daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsindən işdə iştiraka cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunan şəxs kimi şikayətlər vermişdir. Göründüyü kimi hazırkı iş üzrə cavabdehlərin tələbi İddiaçı qarşı deyil, "xxxx" MMC-yə qarşı yönəlmişdir. Belə olan halda, vurulmuş zərərlə zərər vuranın hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu sübut edilməmişdir.

15. Hazırkı iş üzrə cavabdehlər müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərkən onların hüquqdan sui-istifadə məqsədi ilə davranması, vicdanlılıq prinsipinə zidd davranması müəyyən edilməmişdir.

16. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Bu hüquqlarından istifadə edən cavabdehlər də əsas iddiaları ilə birbaşa əlaqəsi olan avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin müvəqqəti qadağan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə də iddianı təmini tədbiri barədə qoyulan məsələ həll edilməzsə, qəbul edilmiş qətnamənin ic rasının çətinləşmə ehtimalını nəzərə alaraq ərizələrini təmin etmişdir. Cavabdehlərin "xxxx" MMC-yə qarşı iddia tələbinin əsası da məhz avtomobillərin yuma məntəqəsinin sökülməsi tələbi olmuşdur.

17. Digər tərəfdən məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmiş X5 məhkəmə iclasında verdiyi izahatında İddiaçı 2005-ci ildən tanıdığını, sonuncu ilə aralarında bağlanmış icarə müqaviləsində icarə haqqının 150 manat müəyyənləşdirildiyini, müqaviləyə əlavə razılaşmada isə icarə obyektinin fəaliyyətindən əldə olunan gəlirlərin 70%-ni icarəyə verənə verilməsi barədə razılaşdıqlarını, əldə etdiyi gəlirlərin böyük hissəsini iddiaçıya verdiyini, iddiaçının isə ona müəyyən məbləğdə pul verdiyini qeyd etmişdir. Əlavə olaraq, müvəqqəti təminat tədb irinin qüvvədə olduğu dövrdə də binanın zirzəmisində kimyəvi təmizləmə işlərini həyata keçirdiklərini bildirmişdir.

18. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, avtomobillərin yuma məntəqəsində hər hansı fəaliyyətin göstərilməsinə məhkəmənin qərardadı ilə qadağa qoyulmasına baxmayaraq, X5 həmin dövrdə də fəaliyyət göstərdiklərini bildirmişdir. Belə olan halda, iddiaçıya hansı zərərin dəyməsi sübut olunmamışdır.

19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, Mülki Prosessual Məcəllənin 164.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 28 fevral tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2025-ci il tarixli, 2(103)-2435/2025 nömrəli qətnaməsi ilə (hakim E.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Şirinov və N.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, hazırkı iş üzrə cavabdehlərin müvəqqəti (iddianın təmin tədbiri) təminat tədbiri qoyulan digər işdə avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin dərhal dayandırılması və sökülməsi barədə iddia ilə məhkəməyə ona görə müraciət ediblər ki, yaşadıqları mənzillərlə binanın həyətində, yəni bir neçə addımlığında yerləşən avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi nəticəsində səs-küyün və normal yaşayışa mane olan digər mənfi təsirlərin olması qaçılmaz idi və bu hallar da istər-istəməz onların normal yaşamasına maneə olmaya və hüquqlarını pozmaya bilməzdi. Məhz qeyd olunan səbəblə rə görə, əslində həmin işdə iddiaçıların niyyəti əvvəlcədən də bu cür fəaliyyətin qadağan olunmasına nail olmaq olmuşdur. Düzdür, həmin iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək, avtomobil yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikili kimi MMC-nin hesabına sökülməsi qət edilmişdir. İlk dəfə həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılsa da, kassasiya instansiyası məhkəməsi bununla razılaşmayıb, ikinci dəfə işə baxan apellyasiya instansiyası məhkəməsi isə təmin edilən hissədə yəni, avtoyuma məntəqəsinin sökülməsi hissəsində qətnaməni ləğv edərək, həmin hissədə də iddianı rədd etmiş və yekun olaraq kassasiya instansiyası məhkəməsi bu nəticə ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilm ədən saxlanılması barədə qərar qəbul etmişdir.

23. Apellyasiya kollegiyası qeyd etmişdir ki, digər iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilənləri yaxud edilməyənlərin yenidən yoxlanılması hazırkı iddianın və icraatın predmeti olmasa da, qeyri-yaşayış sahəsinin sökülməsi deyil, məhz avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsinin qadağan edilməsi bəlkə də düzgün nəticə ola bilərdi. Çünki, hazırda iddiaçının xüsusi mülkiyyətində olan bu qeyri-yaşayış sahəsi bir tikinti obyektidir və təyinatı istənilən vaxt dəyişdirilərək başqa məqsədlə istifadə oluna bilər. Avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsə idi, yəqin ki, digər işdə iddiaçıların da, belə bir iddiası da olmazdı. Hazırkı iş üzrə cavabdehlərin digər işdə iddiaçılar kimi məqsədi avtoyuma məntəqəsindən səs-küyün v ə digər mənfi qanunsuz təsirlərin qarşısını almağa nail olmaq olmuşdur. Çünki, analoji işlərdə də dövlət orqanlarının verdiyi rəylərlə avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən sənaye tipli bu cür obyektlərin çoxmənzilli yaşayış binalarında, üstəlik onların həyətində yerləşdirilməsinə yol verilmədiyi, eləcə də həm binanın həyətində, həm də mənzillərdə səs-küyün yol verilən hədd səviyyəsindən artıq olduğu, həmçinin avtoyuma nəticəsində götürülmüş su nümunəsi üzərində aparılmış eko-toksikoloji təhlillərin nəticəsinə görə nümunələrin zəhərli təsirə malik olduğu təsdiq olunmuşdur. Məhz bu hallara görə də, hazırkı iş üzrə cavabdehlərin digər işdə olan iddia ilə məhkəməyə müraciət etməkdə haqsız olmalarını bəyan etmək ədalətli yanaşma və vicdanlılığın tələb etdiyi tərz deyildir.

24. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, hətta cavabdehlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2017-ci il tarixli qərardadını qüvvədə saxlamaq üçün müxtəlif ayrı-ayrı iddialarla məhkəmələrə müraciət etməsi, nəticədə sözügedən qərardad çıxarılan iddia üzrə işin icraatı dayandırılması, lakin cavabdehlərin bütün iddialarının rədd edilməsi belə yuxarıda qeyd olunan səbəblərə görə hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz. Əvvəla ona görə çoxsaylı bina sakini olan cavabdehlərin hamısının eyni anda hüquqdan iddiaçıya zərər vurmaq məqsədi ilə sui-istifadə etmələri inandırıcı və ağlabatan deyildir. İkincisi, avtoyuma məntəqəsinin bir tikinti obyekti kimi fəaliyyətinin dayandırılması deyil, sökülməsinin rədd edilməsi faktı heç bir halda hüquq dan sui-istifadənin sübuta yetirildiyini təsdiq edə bilməz. Qərardadın uzun müddət qüvvədə qalması nəticəsində iddiaçının avtoyuma məntəqəsindən istifadə edə bilməməsi və ondan gəlir əldə etməkdən məhrum olması belə hazırkı iddianı irəli sürməkdə ona haqq qazandırmır. Başqa sözlə avtoyuma məntəqəsinin fəaliyyəti dayandırıldığı dövrdə iddiaçı öz mülkiyyətindən həmin yerdə qanunla qadağan olunmayan başqa məqsədlə istifadə edib qazanc əldə edə bilərdi.

25. Beləliklə, apellyasiya baxışı zamanı da işin halları və tərəflərin qarşılıqlı münasibətlərinə əsasən müəyyən edilmişdir ki, cavabdehlərin digər işdə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəni heç də mülki prosesin uzadılması və hüquqdan suiistifadə məqsədi ilə verməyib, mülki proses iştirakçıları kimi mülki hüququn təməl prinsipl ərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranmadıqları təsdiq olunmur, ona görə də hazırkı iş üzrə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb də təmin edilə bilməz.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

27. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2025-ci il tarixli, 2(103)-2435/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinin, habelə “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 28 fevral tarixli Qərarının tələbləri pozulmuşdur. Belə ki, cavabdehlərin çoxsaylı əsassız iddialarının hamısının məhkəmələr tərəfindən rədd edilməsi faktı özü cavabdehlərin hüquqdan suiistifadəsinin sübutu olduğu halda, apellyasiya instansiyası məhkəməsi bu halı gözardı etmişdir. Çünki, cavabdehlər “çıxarışın ləğvi”, “istismara icazənin ləğvi” və s. kimi iddialarla inzibati məhkəməyə müraciət etmişlər. Bu isə öz növbəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2017-ci il tarixli qərardadı üzrə çıxarılan mülki işin icraatının dayandırılmasına və bu qərardadın qüvvədə saxlanılmasına gətirib çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi faktiki olaraq cavabdehlər adından hüquqi mövqe formalaşdırmağa cəhd etmişdir. Bu isə iş üzrə baxılan mübahisənin predmetindən kənara çıxmaqla yanaşı, həm də məhkəmənin qərəzsizliyi və obyektivliyi prinsiplərinin pozulmasına dəlalət edir.

29. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

30. Cavabde hlər Cavabdeh13, Cavabdeh3, Cavabdeh10 və Cavabdeh19 birgə kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

31. Etiraz belə əsaslandırılmışdır ki, iddia cavabdehlərdən qisas almaq, onları cəzalandırmaq məqsədi ilə verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi düzgün və ədalətlidir. Kassasiya baxışının hədləri:

32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

33. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassatorun dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzini n ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini tə min etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları il ə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 164.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildik də, lakin iddia ərizəsi bu Məcəllənin 157.4cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəs inə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində təqdim olunan sübutları qiymətləndirilmiş və yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə ümumən razılaşır.

38. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ple numunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 fevral 2023-cü il tarixli Qərarında izah olunduğu kimi, müvəqqəti təminat tədbirinin tətbiqini tələb edən şəxsin bu hərəkəti nəticəsində vurulmuş ziyana görə daşıdığı öhdəlik qanundan irəli gələn öhdəlik olmaqla, müvafiq olaraq maraqlı şəxs də təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin qarşılanmasını yalnız məhkəməyə Mülki Məcəllənin 21-ci maddəsinin dispozisiyasının şərtlərinə uyğun olaraq pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi v ə ya çəkməli olduğu xərclər barədə, real zərərin dəyməsi və ya əldən çıxmış faydaya dair mötəbər sübutları təqdim etməklə tələb edə bilər. Zərərin əvəzinin ödənilməsi zamanı zərərin mövcudluğu və həcmi, dəymiş zərərlə zərər vuranın hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu faktı sübut edilməlidir. Həmin faktları sübut etmək vəzifəsi zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin üzərinə düşür.

39. Həmin Qərarda həmçinin göstərilmişdir ki, məhkəmələr tərəfindən Mülki Prosessual Məcəllənin 164-cü maddəsi üzrə işlərə baxılarkən, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizənin mülki prosesin uzadılması, ilkin iddianın hüquqdan suiistifadə məqsədi ilə verilib-verilməməsi, mülki proses iştirakçılarının mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində dav ranıb-davranmaması kimi hallar araşdırılmalı, işin hallarından asılı olaraq zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcmi ağlabatanlıq meyarlarına cavab verməklə mütənasiblik və ədalətlilik prinsipləri əsasında müəyyənləşdirilməlidir.

40. Məhkəmə kollegiyası iddiaçının müvəqqəti təminat təbirinin tətbiqi nəticəsində ona vurulmuş zərərin əvəzini tələb etmək hüququnu tanımaqla, hesab edir ki, bu zərərin mövcudluğu və həcmi qanuna uyğun olaraq sübut olunmalıdır.

41. Lakin, bununla bağlı iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmənin topladığı sübutlara həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən hüquqi qiymət verilmiş, bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1-ci maddələrinin ) pozulması müəyyən olunmamışdır.

42. O cümlədən, nəzərə alınmalıdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2017-ci il tarixli qərardadı ilə mübahisəli qeyri-yaşayış sahəsində avtomobillərin yuyulma məntəqəsi kimi fəaliyyətin aparılmasına mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək qadağan edilmişdir. Yəni, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ yarandığı zaman ondan avtoyuma məntəqəsi kimi istifadəsinə artıq məhdudiyyət qoyulmuşdur. Həmçinin, iddiaçının bu sahədən başqa məqsədlərlə istifadə hüququ məhdudlaşdırılmamışdır.

43. Belə olan halda, iddiaçının məhdudiyyət götürüldükdən sonra üçüncü şəxslə bağlanmış müqaviləyə istinad etməklə, zərər tələb etməsi hüquqdan sui-istifadədir. Çünki, qeyd olunan əsasla zərəri tələb etmək üçün iddiaçı məhz müvəqq əti təminat tədbirinin qüvvədə olduğu dövrdə zərərə uğramasını və bu zərərin həcmini sübut etməlidir.

44. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatını n baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2025-ci il tarixli, 2(103)-2435/2025 nömrəli qətnaməsi dəyişdirilmə dən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar