Məhkəmə qərarları › İş №2(102)-2354/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2354/2021

16.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2354/2021 16.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh a nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “işdən azad olma və başqa işə keçmə barədə və təhvil-təslim barədə əmrlərin ləğv edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X1, cavabdehin vəkili X3 iştirakları ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5501/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kass asiya şikayəti üzrə işə 16 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 08.01.2020-ci il tarixli xxxxxxx000206 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişlə müəyyən olunur ki, İddiaçı əmək müqaviləsi üzrə müəllim vəzifəsində işlədiyi qeyd olunmuşdur. a nin 19.12.2019-cu il tarixli 195 nömrəli əmrində dərs hissə müdiri vəzifəsi və əmrdə qeyd edilən digər vəzifələr 07 yanvar 2020-ci il tarixdən ştat cədvəlindən ixtisar edilməsi qeyd edilmişdir. a nin 30.01.2020-ci il tarixli 40 nömrəli əmri ilə18 nəfər şagird müntəzəm olaraq dərslərdə iştirak etmədiklərini nəzərə alaraq 30 yanvar 2020-ci il tarixndən “Şagirdlərin adlar kitabı”ndan çıxarılmışdır. 8 saylı Peşə Liseyinin direktoru Fü zuli Talıbov tərəfindən verilmiş 24.02.2020-ci il tarixli məlumat məktubunun məzmunundan görünür ki, 8 saylı Bakı Peşə Liseyində 20192020-ci tədris ili üçün 18 dekabr 2019-cu il tarixinədək tələbə sayı 222 nəfər olmuş, onlardan 39 nəfəri 14 saylı cəzaçəkmə müəssisəsində, 183 nəfəri isə bir illik, iki illik və üç illik qruplarda təhsil almışdır. Hal hazırda 8 saylı Bakı Peşə Liseyində 218 nəfər tələbə təhsil alır. a nin 07.01.2020-ci il tarixli 04 nömrəli təhvil-təslim barədə əmri ilə müəyyən olunur ki, İddiaçı dərs hissə müdiri vəzifəsi ixtisara düşdüyü üçün 07 yanvar 2020-ci il tarixindən tutduğu vəzifədən tarifikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçdiyi üçün o səlahiyyətində olan bütün tədris plan-proqramları tədrisə aid olan sənədləri tədris istehsalat işləri üzrə direktor müa vini X2 təhvil verilməsi qərara alınmışdır. a nin 07.01.2020-ci il tarixli 03 nömrəli işdən azad olma və başqa işə keçmə barədə əmri ilə müəyyən olunur ki, dərs hissə müdiri vəzifəsi ixtisara düşdüyü üçün İddiaçı 07 yanvar 2020-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə müvafiq dəyişikliklər edilməklə tarifikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh a nə qarşı “işdən azad olma və başqa işə keçmə barədə və təhviltəslim barədə əmrlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, a nin direktoru X6 tərəfindən verilmiş işdən azad olma və başqa işə keçmə barədə 07 yanvar 2020-ci il tarixli 03 saylı əmrin ona aid olan hissədə və təhvil-təslim barədə 07 yanvar 2020-ci il tarixli 04 saylı əmrin ləğv edilməsinə və onu dərs hissə müdiri vəzifəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 8 nömrəli Bakı Peşə Təhsil Liseyin direktoru Fizuli Talıbovun 07 noyabr 2020-ci il tarixli 03 saylı əmri ilə dərs hissə müdiri vəzifəsi ixtisara düşdüyü üçün o 07 yanvar 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsində müvafiq dəyişikliklər edilməklə tarifikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçirilmişdir. 8 nömrəli Bakı Peşə Təhsil Liseyi direktoru Fizuli Talıbovun 07 yanvar 2020-ci il tarixli 04 saylı əmri ilə dərs hissə müdiri vəzifəsi ixtisara düşdüyü üçün o, 0 7 yanvar 2020-ci il tarixdən tutduğu vəzifədən tarifikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçirildiyi üçün səlahiyyətində olan bütün tədris plan proqramları, tədrisə aid olan sənədləri tədris istehsalat işləri üzrə direktor müavini X2 təhvil vermişdir. O, hesab edir ki, onunla əmək müqaviləsinə bu əsasla xitam verilərkən əmək qanunvericliyinin tələbləri pozulmuşdur. Ona görə də onun işdən azad edilməsini qanunsuz hesab edir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əhmədova, iş № 2(002) -648/2020) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müvafiq Qərarın icrası ilə bağlı əməyin təş kilində dəyişikliklər edilməsi zərurəti yarandığından dərs hissə müdiri ştat vahidi ixtisar edildiyindən, iddiaçı həmin vəzifədən azad edilmiş, onun ixtisası, peşəsi saxlanılmaqla, həmin peşə liseyində müəllim vəzifəsinə keçirilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının verdiyi izahatından aydın olur ki, o, peşə liseylərin nümunəvi ştat cədvəllərinə dair müvafiq Qərarın məzmunu ilə tanış olmaqla, bu barədə məlumatlı olmuşdur, bu faktı hər iki tərəf təsdiq etməklə, bu hal işin mübahisəsiz halı hesab edilir. İşəgötürən qismində çıxış edən cavabdeh tərəfindən müvafiq Əmrdə iddiaçının işdən azad edilməsinin, həmin ştat vahidinin ixtisar edilməsinin zəruriliyi əsaslandırılmış, habelə işçi qismində çıxış edən iddiaçının ixtisası, peşəsinə uyğun başqa işə keçirilməsi ilə bağlı bütün zəruri tədbirlər görülmüşdür. Həmçinin, həmin ştat vahidinin ixtisar edilməsi məhz əməyin təşkilində müvafiq Qərarın icrası ilə bağlı dəyişikliyin edilməsi zərurətindən irəli gəlmişdir. Bununla da, məhkəmə araşdırması zamanı işəgötürən qismində çıxış edən cavabdehin iddiaçı ilə ştat vahidinin ixtisar edilməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları aşkar edilməmişdir Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək Qaradağ Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, ona dərs hissə müdiri ştatına dair təyin edilmiş aylıq əmək haqqının 07 yanvar 2020-ci il tarixdən başlayaraq ödənilməmiş əmək haqqının hesablanmaqla ödənilməsi vəzifəsinin cavabehə həvalə edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, peşə liseyinin nümunəvi ştat cədvəllərinə dair müvafiq qərarın məzmunu və 8 saylı Bakı Peşə Təhsil Liseyin direktoru Fizuli Talıbovun 07 yanvar 2020-ci il tarixli, 03 saylı «işdən azad olma və başqa işə keçmə barədə» əmri barədə qəbul edildiyi gündə məlumatı olub. Bununla yanaşı, iddiaçı 2014-cü ildən şəkərli diabet xəstəsidir, həm də ikinci qrup əlildir. İddiaçı 8 №-li Bakı Peşə Liseyindən 2008-ci ildən hal-hazırdakı dövrədək işləyir. İşlədiyi dövrdə rəhbərlik tərəfindən 2 Fəxri Fərmanla mükafatlandırılmıdır. 8 №-li Bakı Peşə Liseyinin direktoru Fizuli Talıbov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli 64 növrəli qərarına və Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 7 yanva r 2020-ci il tarixli, 3 saylı işdən azad olma və başqa işə keçmə barədə əmri qanunsuz və əsassız əmr qəbul etmişdir. X10 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinin qanuni tələblərin pozaraq dərs hissə müdiri vəzifəsinin ixtisara düşdüyü üçün iddiaçını azad etməsindən və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsində müvafiq dəyişikliklər edilməklə trafikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçirilməsindən azı iki ay əvvəl onu xəbərdar etməmişdir, ona görə ki, həmin liseyin direktor vəzifəsinə F.Talıbov 18 noyabr 2019-cu il tarixdə təyin olunmuşdur. Odur ki, o, əmək qanunvericiliyinə əsasən ştatın ixtisara dair əmri ilə iddiaçını 19 noyabr 2019-cu il tarixdə xəbərdar etməklə, iddiaçının peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olduğunu və yaxud olmadığını müəyyən etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.1994-cü il tarixli, 185 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks proqramının 5-ci bəndinə əsasən iddiaçının 2-ci qrup əlil kimi dərs hissə müdiri üzrə işdə qalmaq hüququna üstünlük verilməsinə əhəmiyyət verməklə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinin qanuni tələblərinə riayət edərək Bakı 8 nömrəli X7 İttifaqının üzvü olduğu halda liseydə fəaliyyət göstərən həmkarlar təşkilatının qabaqcadan razılığını almaqla əmr qəbul etməli idi. Lakin 8 nömrəli Peşə Liseyin direktoru F.Talıbov qeyd olunan qanunları pozaraq ixtisara dair 07 yanvar 2020-ci il tarixdə öz başınalıqla q anunsuz əmr qəbul etmişdir. Bundan başqa, Nazirlər Kabinetinin 1996-cı il 29 may, 64 saylı Qərarı ilə Peşə məktəblərinin və Peşə Liseylərinin nümunəvi ştatları təsdiq olunmuşdur. Ancaq nədənsə 8 saylı Bakı Peşə Liseyin direktoru Füzuli Talıbov bunu, yəni dərs-hissə müdirini ixtisar edərək, işdən azad etməsinin səbəbini Nazirlər Kabinetinin Qərarı kimi göstərmişdir. 8 saylı Bakı Peşə Liseyinin Nizamnaməsinə əsasən, Peşə Liseyinin bütün məsələləri özü həll edir, yəni ştat cədvəlini də özü tərtib edir, ona görə də, istənilən ştatı da saxlamaq hüququna malikdir. 2019-cu ildə də şagird sayı 250 nəfərdən az olduğu halda ştat cədvəlində dərs-hissə müdiri vəzifəsi vacib olduğu üçün ixtisar edilməmişdir. 8 saylı Bakı Peşə Liseyinin direktoru Füzuli Talıbovun məqsədi iddiaçını dərs-hissə müdiri vəzi fəsindən kənarlaşdırmaq olub. Digər işçiləri isə direktor ixtisar etməyərək öz vəzifələrində saxlamışdır. Təsərrüfat müdiri vəzifəsi nədənsə ixtisar edilməmişdir. İstehsalat təlimi ustaları ixtisardan kənarda qalmışlar. Peşə məktəblərində heç vaxt işləməyən, heç bir pedaqoji stajı olmayan, ixtisasca həkim stomatoloq olan Füzuli Talıbov 6, 7 saylı Bakı Peşə Məktəblərinin və 8 saylı Bakı Peşə Liseyinin direktor vəzifəsinə təyin olunmuşdur. Laborant ştatı avadanlıqlarla təchiz edilmiş fizika, kimya kabineti olduqda ştat cədvəlinə daxil edilə bilər. 8 saylı Bakı Peşə Liseyində avadanlıqlarla təchiz edilmiş fizika və kimya kabinetləri yoxdur, amma laborant ştatı direktor Füzuli Talıbov tərəfindən saxlanılıb. Mexanik ştatı da saxlanılıb, ancaq bu ştat kənd təsərrüfatı profilli peşə məktəblərinə aiddir. 20 ədəddən artıq işləyən avadanlıq - maşın, traktor, avtomobil, dəzgah, kombayn olduqda bu ştat Peşə Liseyin ştat cədvəlinə daxil edilə bilər. 8 saylı Bakı Peşə Liseyində isə 4 ədəd avtomobil var, ondan başqa heç bir texnika yoxdur və Lisey tikinti profillidir. Ambardar ştatı kənd təsərrüfatı profilli məktəblərində ola bilər. Lakin nədənsə bu ştat 8 saylı Bakı Peşə Liseyində saxlanılmışdır. Bundan başqa operator ştatı da əsassız saxlanılmışdır. Məhkəmə ixtisarla bağlı araşdırma aparmamış, 8 saylı Bakı Peşə Liseyinin ştat cədvəlini direktordan məhkəməyə göndərməyi tələb etməmişdir. Liseyin ştat cədvəlində olan ştatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may, 64 saylı Qərarı ilə təsdiq edilmiş peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştat cədvəli ilə uy ğunsuzluq təşkil edir. 8 saylı Bakı Peşə Liseyinin direktoru Füzuli Talıbovun məqsədi göstərilənlərə əsasən qəsdlə səciyyələnir. Direktorun məqsədi ştat cədvəlində dəyişikliklər etməklə ancaq dərs-hissə müdirini işdən kənarlaşdırmaq olub. Ştat cədvəlində müəllim ştatı olmadığı halda direktorun hansı əsasla iddiaçını ərizəsi olmadan müəllim keçirdiyi başa düşülən deyil. Direktorun özbaşına xəbəri olmadan, iddiaçını müəllim təyin etməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin qanuni tələblərinə ziddir. Direktorun işdən azad olma və başqa işə keçmə barədə 07 yanvar 2020ci il tarixli, 03 saylı əmrində iddiaçının hansı dərs ştatı ilə müəllim təyin olunması göstərilməmiş, iddiaçı ilə əmək müqaviləsi bağlanmamış və əmək haqqı barədə heç nə göstərilməmişdir. Direktorun verdiyi iddiaçının ixtis ar edilməyim barədə əmri heç bir sənədlə əsaslandırılmamış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmaqla qanunsuzdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Məmmədova və X.Sarıyevdən ibarət tərkibdə, iş № 2(103)-5501/2020) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-648/2020 saylı, 12 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinin və onun başqa vəzifəyə işə keçirilməsinin əsası həmin vəzifənin-dərs hissə müdiri ştat vahidinin ixtsar edilməsidir. İddiaçının tutduğu əvvəlki vəzifə olan dərs hissə müdiri ştat vahidinin ixtisar edilməsi məhz həmin peşə liseyinin ştat cədvəlinin müvafiq qərarla təsdiq edilmiş peşə məktəbləri və liseylərində nümunəvi ştat cədvəlinə uyğunlaşıdırlmasının nəticəsində baş vermişdir. Bundan əlavə, dərs hissə müdiri ştat vahidi ixtisar edildiyindən, iddiaçı həmin vəzfidən azad edilmiş, onun ixtisası, peşəsi saxlanılmaqla, həmin peşə liseyində müəllim vəzifəsinə keçirilmişdir. Həmçinin, birinci instansiya məhkəməsində iddiaçının verdiyi izahata əsasən, o, peşə liseylərin nümunəvi ştat cədvəllərinə dair müvafiq qərarın məzmunu ilə tanış olmaqla, bu barədə məlumatlı olmuşdur və bu faktı hər iki tərəf təsdiq edir. Kollegiya hesab etmişdir ki, ştat vahidinin ixtisar edilməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları aşkar e dilmədiyindən iddianın təmin edilməməsi barədə qətnamə qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli 2(103)-5501/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X4 izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsaslıdır. Ona görə də, şikayətin təmin olunaraq iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş edir. Cavabdehin vəkili X5 izahatında göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə k i, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsa slanır. 11-ci maddəsinin ə bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin malik olduğu hüquqlardan biridir. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmə əsaslarından biri də tərəflərin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi əsasıdır. 70-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçi nin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır 76.1-ci və 76-2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 80.1-ci maddəsinə əsasən bu Məcəll ənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi akt lara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərmişdir ki, peşə liseyinin nümunəvi ştat cədvəllərinə dair müvafiq qərarın məzmunu və 8 saylı Bakı Peşə Təhsil Liseyin direktoru Fizuli Talıbovun 07 yanvar 2020-ci il tarixli, 03 saylı «işdən azad olma və başqa işə keçmə barədə» əmri barədə qəbul edildiyi gü ndə məlumatı olub. X10 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinin qanuni tələblərin pozaraq dərs hissə müdiri vəzifəsinin ixtisara düşdüyü üçün iddiaçını azad etməsindən və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsində müvafiq dəyişikliklər edilməklə trafikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçirilməsindən azı iki ay əvvəl onu xəbərdar etməmişdir, ona görə ki, həmin liseyin direktor vəzifəsinə F.Talıbov 18 noyabr 2019-cu il tarixdə təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinin qanuni tələblərinə riayət edərək Bakı 8 nömrəli X7 İttifaqının üzvü olduğu halda liseydə fəaliyyət göstərən həmkarlar təşkilatının qabaqcadan razılığını almaqla əmr qəbul etməli idi. Lakin 8 nömrəli Peşə Liseyin direk toru F.Talıbov qeyd olunan qanunları pozaraq ixtisara dair 07 yanvar 2020-ci il tarixdə öz başınalıqla qanunsuz əmr qəbul etmişdir.Onun ixtisar edilməsi barədə əmri heç bir sənədlə əsaslandırılmamış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmaqla qəbul olunmuşdur. İddiaçı ştat ixtisarının aparılması, belə ixtisar aparılmalı idisə bununla bağlı ona xəbərdarlıq edilməməsi və həmkarlar ittifaqının üzvü olmasına baxmayaraq barəsində əmr verilərkən belə razılığın alınmaması qeyd etmiş və həmin tələblərə əməl edilmədiyindən işəgötürənin əmrinin əsassız və Əmək Məcəlləsinin tələblərinə uyğun qəbul olunmadığını qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi iddiaçının dəlilləri ilə bağlı qeyd etmişdir ki, qətnamənin ləğv edilməsinə və iddianın təmin edilməsinə dair iddiaçının də lilləri işin halları və qanunvericiliyin tələblərinə əsasən təkzib olunur və ştat vahidinin ixtisar edilməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları aşkar edilməmişir. Bu zaman məhkəmə ştat ixtisarının qanuna uyğun aparılıbaparılmaması, iddiaçıya həmin vaxt xəbərdarlıq göndərilib-göndərilməməsi, həmin vaxt isə həmkarlar ittifaqının razılığının alınmasının mütləq olmasına baxmayaraq belə razılığın olub-olmaması araşdırılmamış və apellyasiya şikayətində sadalanan və onları təkzib edən hər hansı sübutun mövcud olmaması nəzərə almamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün təfsir olunmamışdur. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual h üquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5501/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar