Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2355/2020 29.06.2020 ALİ MƏHKƏMƏ İddiaçılar: İddiaçı1 və İddiaçı2 Cavabdeh: Cavabdeh İddia tələbi: evə köçürülmə (Açar sözlər: evə köçürülmə, məhkəmənin prosessual vəzifələri, çəkişmə prinsipi, əlavə iddiaçının cəlb olunması, şahid ifadələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-3159/2019 nömrəli iş üzrə 26 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: İddiaçı1 Cavabdeh (bundan sonra – cavabdeh) ilə 2000-ci ildə faktiki ər-arvad münasibətlərinə daxil olmaqla Balakən rayonu XXX kəndində yerləşən cavabdehin də yaşadığı bir mərtəbəli üç otaqdan ibarət evə (bundan sonra – mübahisəli ev) gəlin köçmüşdür. Qeyd olunan şəxslər nikahlarını 26 fevral 2002-ci il tarixdə rəsmiləşdirmiş, onların 21 avqust 2001-ci il təvəllüdlü İddiaçı2 adlı və 31 oktyabr 2002-ci il təvəllüdlü Səlimov Ömər Eyvaz oğlu adlı övladları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(019)-178/2019 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, uşaqları Qönçə və Ömərin anası İddiaçı1 yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanm aları üçün cavabdehdən hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: 17 iyul 2019-cu il tarixdə İddiaçı1 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayonu XXX kəndində yerləşən mərhum x2 məxsus 1 mərtəbəli, 3 otaqdan ibarət olan evə uşaqları ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə ərə gedərkən onun anası, mərhum x2 məxsus mübahisəli evə gəlin köçmüş, uşaqları da həmin evdə doğulmuşlar. Xasiyyətləri uyğun gəlmədiyindən 2018-ci ilin sentyabr ayında cavabdehlə ayrılmışdır, uşaqlar özünün himayəsindədir. Cavabdeh onu və uşaqları mübahisəli evdən qovmuşdur. Hazırda atasının yaşadığı Balakən rayonu Şambul kəndindəki evində azyaşlı övladları ilə birlikdə yaşayır. Uşaqlarla birlikdə atası evində yaşamaq mümkün deyildir, çünki şərait pisdir, başqa yaşayış yeri də yoxdur. Uşaqlarla birlikdə daimi yaşadığı və pasport qeydiyyatında olduğu evə köçüb orada yaşamaq istəyir. Lakin cavabdeh buna imkan vermir, həmin evdə yaşamaq hüququ vardır. Məhkəmənin hazırlıq iclasında İddiaçı1 və cavabdeh iştirak etmiş, məhkəmə işi məhkəmə baxışına kifayət qədər hazır hesab edərək məhkəmə baxışına təyin etmişdir. 15.08.2019-cu il tarixli ilk baxış iclasında yalnız İddiaçı1 iştirak etmiş, onun izahatı dinlənilməmiş, cavabdehin iştirakının təmin olunması üçün məhkəmə iclası təxirə salınmışdır. Növbəti iclasadək İddiaçı1 məhkəməyə yazılı ərizə göndərərək qızının təhsili ilə bağlı Bakı şəhərində olacağı nı, məhkəməyə gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. 11.09.2019-cu il tarixə təyin edilmiş məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilmiş və bununla bağlı təxirə salınmışdır. 25.09.2019-cu il tarixinə təyin edilmiş məhkəmə iclasınadək İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq Bakı şəhərində olduğuna görə məhkəməyə gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı2 23.09.2019-cu il tarixdə məhkəməyə teleqram ünvanlayaraq mülki prosessual və fəaliyyət qabiliyyətinə malik olduğu üçün iş üzrə iddiaçı qismində tanınmasını, Bakı şəhərində təhsil aldığı üçün məhkəməyə gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) protokol qərardadı ilə iş üzrə tərəflərin övladı İddiaçı2 18 yaşı tamam olduğu və tam prosessual hüquq və fəaliyyət qabiliyyətinə çatdığı üçün iş üzrə iddiaçı qismində tanınmışdır. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Tərəflərin iştirak etmədiyi sonuncu məhkəmə iclasında birinci instansiya məhkəməsi cavabdehin bacısı Şahid öz təşəbbüsü ilə şahid qismində dindirmiş və 2(019)-718/2019 nömrəli iş üzrə 25 sentyabr 2019-cu il tarixli qətnamə ilə (hakim H.Səlimov) iddianı təmin etmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 azyaşlı Ömər Səlimovla birlikdə mübahisəli evə köçürülməsini qət etmişdir. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı1 2000-ci ildə cavabdehin anasına məxsus mübahisəli evə gəlin köçmüş, sonradan iki uşaqları doğulmuş və 2018-ci ilim sentyabr ayına kimi ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. Cehiz əşyaları həmin evdə yerləşdirilmiş, hal-hazırda da oradadır. Aralarında baş vermiş narazılıqla əlaqədar cavabdeh onu evdən qovmuşdur, hal-hazırda evə buraxmır. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, mübahisəli ev heç kimin mülkiyyətində olmamışdır və hazırda da heç kimin mülkiyyətində deyildir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında mübahisəli evdən istifadə edilməsi ilə bağlı münasibətlər 01.09.2000-ci ildən sonra yaranmışdır. Ona görə də mübahisəyə qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Lakin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından evə heç kəsin mülkiyyət hüququ yaranmamışdır. Bu baxımdan birbaşa tətbiq edilməli olan hüquq norması olmadığı üçün mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri tətbiq edilməlidir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev anasına məxsus olmuş, anası evinə məxsus evdə uzun müddət yaşaması üçün iddiaçıya razılıq verməmişdir. Anası öldükdən sonra 2019-cu ilin avqust ayında vərəsəlik işi açdıraraq, evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almış, 09.09.2019-cu il tarixdə mübahisəli evə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Lakin birinci instansiya məhkəməsi işin bu hallarını araşdırmamış, hüquq münasibətlərini tənzimləyən hüquq norması olduğu halda qanunun analogiyasına müraciət etmişdir. Cavabd eh apelyasiya şikayətinə mübahisəli evə mülkiyyət hüququnun 09 sentyabr 2019-cu il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeyd alınması barədə çıxarışın və evin texniki pasportunun notariat qaydada təsdiq olunmuş surətini təqdim etmişdir. Apelyasiya baxışı iclası 26 noyabr 2019-cu il tarixinə təyin edilmiş, tərəflər səbəbi barədə məlumat vermədən məhkəmə iclasında iştirak etməmişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(107)-3159/2019 nömrəli iş üzrə 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), A.Mahmudov və V.Məlikov) birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin işin faktiki halları və tətbiq edilməli hüquqla bağlı gəldiyi nəticələrlə razılaşmış, həmçinin müəyyən etmişdir ki, mübahisəli ev ilk dəfə 09.09.2019-cu il tarixdə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçılar mübahisəli evdən orada yaşayan cavabdehlə bərabər istifadə hüququ əldə etmişlər, ev iddiaçının istifadə hüququ ilə yüklü vəziyyətdə həmin tarixdə cavabdehin adına qeydə alınmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Cavabdehkassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci, həm də apelyasiya instansiyası məhkəmələri maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, işi tam, hərtərəfli və qərəzsiz araşdırmamış, yanlış qətnamə qəbul etmişlər. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədikləri və bunun səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və y axud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə İddiaçı1 mübahisəli evə köçürülməsini tələb edir. O, 2000-ci ildən evə köçərək orada yaşadığı üçün evə istifadə hüququnun yarandığına i stinad etmişdir. Eyni zamanda iddiaçı 2000-ci ildə köçdüyü mübahisəli evin cavabdehin anası Zeycan Səlimovaya məxsus olduğunu bildirmişdir. Məhkəmə hazırlıq iclasında hər iki tərəfin iştirak etməsinə baxmayaraq, məhkəmə mübahisə ilə bağlı tərəflərin mövqelərini öyrənmədən, işin məhkəmə baxışına təyin olunması üçün zəruri prosessual hərəkətləri yerinə yetirmədən işi məhkəmə baxışına təyin etmişdir. Halbuki MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianı n uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Bununla yanaşı, mülki prosessual qanunvericilik işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün məhkəmənin göstərməli olduğu fəallığın bir sıra mühüm şərtlərini və hədlərini müəyyənləşdirmişdir. Bu prosessual hərəkətlərə: işdə iştirak edən şəxslərin iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etmək; cavabdeh tərəfin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almaq, cavabdeh tərəfindən edilə biləcək etirazları araş dırmaq, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etmək, prosessual hüquq və vəzifələrini ona izah etmək; cavabdehi çağırmaq, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat almaq, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmaq, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif etmək, ona prosessual hüquq və vəzifələrini izah etmək kimi mühüm hərəkətlər aiddir (MPM-in 67-ci maddəsi). 15.08.2019-cu il tarixli ilk baxış iclasında yalnız İddiaçı1 iştirak etmiş birinci instansiya məhkəməsi yenə də onun izahatını dinləmədən, prosessual qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əməl etmədən, cava bdehin iştirakının təmin olunması üçün məhkəmə iclasını təxirə salmışdır. Sonrakı məhkəmə iclaslarında tərəflər iştirak etməmişlər. Məhkəmə, həmçinin İddiaçı2 adından məhkəməyə ünvanlanmış 23.09.2019-cu il tarixli teleqram əsasında onun özünün və tərəflərin iştirakı olmadan 25.09.2019-cu il tarixli sonuncu məhkəmə baxışı iclasında qeyd olunan şəxsi protokola yazılmaqla qəbul edilmiş qərardad əsasında iş üzrə iddiaçı qismində tanımışdır. Halbuki, MPM işə məhkəmədə baxıldığı dövrdə əlavə iddiaçının cəlb olunması qaydasını nəzərdə tutmamışdır. MPM iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə iddiaçının razılığı ilə ilk iddiaçının əsl iddiaçı ilə əvəz olunması (maddə 54.1), yaxud mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin işə qoşulması (maddə 55) qaydaları nı müəyyən etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs isə məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilər. Lakin birinci instansiya məhkəməsi ümumiyyətlə mülki prosessual qanunvericiliyə istinad etmədən İddiaçı2 adından məhkəməyə göndərilmiş teleqram əsasında onu iddiaçı qismində tanımışdır. Bununla yanaşı, sonuncu baxış iclasında tərəflərin iştirak etməməsinə baxmayaraq, məhkəmə öz təşəbbüsü isə məhkəmə iclas zalına gəlmiş işdə iştirak etməyən şəxsi şahid qismində dindirmişdir. Halbuki MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sə nədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.03.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmə k imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır....hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutla r əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki prosesə əsasən sübut növlərindən biri də şahid ifadələridir. Bu baxımdan şahidin dindirilməsi yalnız tərəflərin vəsatəti əsasında mümkündür. Məhkəmənin öz təşəbbüsü ilə şahid dindirməsi isə sübut etmə yükünü öz üzərinə götürməsi deməkdir və bu, çəkişmə və dispozitivlik prinsipləri ilə bir araya sığmır. Digər tərəfdən şahidin dindirilməsi prosesinin ən vacib hissəsi tərəflərin şahidə öz suallarını vermək və onlara cavab almaq imkanına malik olmasıdır. Lakin baxılan iş üzrə birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə işdə iştirak edən şəxslərin iştirakı olmadan şahid dindirməklə yuxarıda sadalanan prinsip və müddəalarını kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəmə si müəyyən etmişdir ki, İddiaçı1 2000-ci ildə cavabdehin anasına məxsus mübahisəli evə gəlin köçmüş, cehiz əşyalarını həmin evdə yerləşdirmişdir, əşyalar hal-hazırda da oradadır. Mübahisəli ev heç kimin mülkiyyətində olmamışdır və hazırda da heç kimin mülkiyyətində deyildir. Halbuki iddia ərizəsində İddiaçı1 2000-ci ildə cavabdehin anası Zeycan Səlimovaya məxsus evə gəlin köçdüyü qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı özü yazılı ərizəsində evdə yaşamağa başladığı zaman evin cavabdehin anasına məxsus olduğunu təsdiq etmişdir. Evin hüquqi vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Digər tərəfdən işin halları ilə bağlı məhkəmənin gəldiyi qənaət ziddiyyətli olmuşdur. Çünki birinci instansiya məhkəməsi bir tərəfdən iddiaçının 2000-ci ildə cavabdehin anasına məxsus mübahisəli evə gəlin köçdüyünü müəyyən etmiş, digər tərəfdən isə mübahisəli evin heç kimin mülkiyyətində olmadığı nəticəsinə gəlmişdir. Eyni zamanda İddiaçı1 mübahisəli evə 2000-ci ildə köçdüyünü bildirsə də, həmin ilin hansı ayında köçdüyünü qeyd etməmiş, işə baxan məhkəmə hazırlıq və ilkin baxış iclasında bu məsələni tərəflərlə müzakirə etməmişdir. Halbuki Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsi 2000-ci ilin sentyabr ayında qüvvəyə mindiyi üçün İddiaçı1 konkret hansı tarixdə mübahisə evə köçərək orada yaşamağa başlaması tətbiq olunmalı olan hüquq normasının tapılması baxımından vacib əhəmiyyət daşımışdır. Bu baxımdan birinci instansiya məhkəməsi MPM-in sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda sadalanan prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu hal düzgün olmayan məhkəmə qətnaməsinin qəbul olunması ilə nəticələnmişdir. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi qətnaməni qanuni və əsaslı hesab edərək, dəyişdirilmədən saxlamışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması birinci instansiyası məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə MPM-in 387-ci maddəsində birinci insta nsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in həmin maddəsində nəzərdə tutulmuş prosessual pozuntuları iki qrupa bölmək olar. Birinci qrupa birinci instansiya məhkəməsinin qətnaməsinin hər bir halda ləğv olunmasına əsas olmuş prosessual pozuntular aiddir. Belə pozuntular kobud pozuntular adlandırılır. Həmin pozuntular MPM-in 387.2.1-387.2.7-ci maddələrində göstərilmiş və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə şərtsiz əsasdır. İkinci qrupa elə prosessual pozuntuları aid etmək olar ki, onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmaya da bilər. Belə pozuntuları şərtli pozuntular da adlandırmaq olar. MPM-in 387.1-ci maddəsinə əsasən prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə onlar qətnamənin ləğvi üçün əsas deyildir. Onu da nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələr ə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci maddəsi). Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən apelyasiya instansiyası məhkəməsi öz qərarını MPMin 9, 14, 54, 55, 88-ci maddələrinə uyğun olaraq yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver məlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-3159/2019 nömrəli iş üzrə 26 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2355/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2355/2020
29.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver