Məhkəmə qərarları › İş №2(102)-2356/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2356/2020

23.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2356/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahələrindən istifadə və sahiblik etməyə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və cavabdehlərin zəbt etdikləri həmin torpaq sahələrindən çıxarılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-3177/2019 saylı, 03 dekabr 2019-cu il tarixli q ətnaməsindən Cavabdeh1 və vəkili Daanov Ceyhun Rauf oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2(019)-509/2019 nömrəli qətnaməsi ilə (hаkim H.Q.Səlimov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahələrindən istifadə və sahiblik etməyə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və cavabdehlərin zəbt etdikləri həmin torpaq sahələrindən çıxarılması tələbinə dair iddiаsı təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan X. ünvanında yerləşən yerləşən 0,0566 ha həyətyanı və 0,023860 m² kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılmaları, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı öz mülkiyyətində olan həmin torpaq sahələrindən istifa də və sahiblik hüququnu həyata keçirməsinə qarşı qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 225,70 mаnаt torpaq sahəsinin inventarlaşdırılması xərcinin tutulub Kаpitаlbаnkın 1 sаylı Xətаi filiаlı, Kоd 200071, VÖEN (bаnk) **********, Müxbir hesаb АZ37NАBZ ********************, SWİFT:АİİBАZ2X, Kаdаstr və Yerquruluşu LаyihəTədqiqаt Mərkəzi MMC VÖEN: **********, АZ23АİİB******************** №li hesаbа, 100 manat tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-3177/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.R.Hüseynov (sədrlik edən və məruzəçi), G.Q.Abbasov, R.R.Rəfiyev) Balakən Rayon Məhkəməsinin 23 sentyabr 2018-ci il tarixli, 2(019)-509/2019 nömrəli qətnaməsi Cavabdeh1 münаsibətdə dəyişdirilmədən, оnun apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X3 və Cavabdeh2 RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan X. ünvanında yerləşən yerləşən 0,0566 ha həyətyanı və 0,023860 m² kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (torpaq sahəsinə daxil olmağa qoymamaq) son qoyulması və cavabdehlərin zəbt etdikləri həmin torpaq sahələrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan Balakən şəhəri F.Əmirov küçəsində (keçmiş Balakən rayonu, Gərəkli kəndi) 0,0566 ha həyətyanı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi üzərində hüquqları 14 fevral 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd olunan torpaq sahəsini zəbt etməklə onun bu torpaq sahələrindən istifadəsinə maneçilik törədirlər. Mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində cavabdehlər tərəfindən toyuq hini quraşdırılmış, bir hissəsi isə beton dam örtüyü vasitəsi ilə hasara alınmışdır. Cavabdehlər Ca vabdeh1 və Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsini boşaltmalarını, torpaq sahəsindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (torpaq sahəsinə daxil olmasına qoymamaq) son qoymalarını və zəbt etdikləri həmin torpaq sahəsindən çıxmalarını tələb etməyinə baxmayaraq sonuncular bundan qərəzli olaraq imtina edirlər. Cavabdehlərin qanunsuz hərəkətlərinə görə Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsin in Balakən şəhəri, F.Əmirov küçəsində yerləşən 0,0566 ha həyətyanı torpaq sahəsinin 0,0233 ha hissəsində qismən ləğv edilib iddianın həmin hissədə təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili Daanov Ceyhun Rauf oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası hüququn tətbiqində səhvə yol vermiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmi şdir. İddiaçı teleqramla müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Ə mlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 10 iyul 2019cu il tarixdə verilmiş **********30 nömrəli mütəxəssis rəyindən və Məhkəmə Ekspertizası Mərkəzinin 16.08.2019-cu il tarixli, 14295 nömrəli ekspert rəylərindən görünür ki, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 09.08.2009-cu il tarixdə 7480 nömrə ilə qeydə alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Cavabdeh1 verilmiş 1763,76 kv.m. torpaq sahəsi ilə RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan X. ünvanında yerləşən yerləşən 0.0566 ha həyətyanı torpaq sahələri bütövlükdə üst-üstə düşür. RX seriyalı, ******* nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın D övlət reyestrindən çıxarış»a əsasən İddiaçı mülkiyyətində olan X. ünvanında yerləşən yerləşən 0.0566 ha həyətyanı torpaq sahəsinin 0.0333 ha hissəsini və 0,023860 m² kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunur. (Torpaq sahəsinin inventarlaşdırma xərci 225.70 (iki yüz iyirmi beş manat 70 qəpik) manat təşkil edir). Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X. ünvanında yerləşən yerləşən 0,0566 ha həyətyanı və 0,023860 m² kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçının mülkiyyətindədir. Cavabdehlərin torpaq sahələri qeyd edilən torpaq sahələrinin qonşuluğunda yerləşməklə mübahisə predmeti olan torpaq sahələrinə cavabdehlərin hər hansı bir aidiyyəti yoxdur. Buna baxmayaraq, iddiaçının mülkiyyətində ola n X. ünvanında yerləşən yerləşən 0.0566 ha həyətyanı torpaq sahəsinin 0.0333 ha hissəsi və 0,023860 m² kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbayca n Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsində müəyyən edilmişdir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanuns uz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan X. ünvanında yerləşən yerləşən 0,0566 ha həyətyanı və 0,023860 m² kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı öz mülkiyyətində olan həmin torpaq sahələrindən istifadə və sahiblik hüququnu həyata keçirməsinə qarşı qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 apelyаsiyа şikаyətində qeyd etdiyi mübahisə predmeti olan torpaq sahəsində ona məxsus tikililərin olması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya məxsusdur və bütün bunlar ona əsas vermir ki, mülkiyyətçilərin hüquqları pozulsun. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası m əhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməs i üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-3177/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar