Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2356/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2356/2023 (Açar sözlər: evə köçürlmə; özbaşına tikili) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X18 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən məcburi çıxarılma və istifadə hüququ tanınmaqla mənzilə köçürülmə” tələbinə dair iddiası ilə bağ lı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1040/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-382/2006 nömrəli, 09 yanvar 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə hüququnun tanınması və İddiaçı Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə pasport qeydiyyatına alınması, İddiaçı Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə pasport qeydiyyatına alınmasının Yasamal rayonu Polis idarəsi, Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir.
2. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-460/2016 nömrəli, 17 fevral 2016-cı il tarixli qətnaməsi ilə X5 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-382/2006 nömrəli, 09 yanvar 2006-cı il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması və İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə qarşı - Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə pasport qeydiyyatına alınması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
3. X7 tərəfindən Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon pasport və qeydiyyat şöbəsinə ünvanlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli ərizədə qeyd olunmuşdur ki, X7 Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən fər di yaşayış evinə Cavabdeh2 qeydiyyata düşməsinə etiraz etməmişdir.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışa əsasən, Bakı şəhəri, ünvan 10 ünvanında Cavabdeh2 10 dekabr 2016-cı il tarixdən qeydiyyatdadır.
5. Bakı Şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin 20 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə bağlı izahatı alınmış X8 izahatında bildirmişdir ki, qeydiyyatda olduğu Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 2/30 ünvanında yerləşən torpaq sahəsi və mənzili dəqiq bilmədiyi tarixdə, dayısı və onun arvadı Nəzakət tərəfindən Salyan rayonunda yerləşən mənzillərini sataraq almışlar. Bir müddət sonra dayısı Mahmud ilə Nəzakət rəsmi boş andıqlarından, Nəzakətin adına ev olmaması və qohumlarını həmin evə qeydiyyatda sala bilməməsindən ötrü, Mahmudun evi X5 adına sənədləşdirmişdir. O, həmin ünvanda yaşamır və orada digər dayısı Cavabdeh1 yaşayır. İzahatı alınmış Cavabdeh1 bildirmişdir ki, Mahmud Sadıqovun keçmiş arvadı İddiaçı ilə evlənib Salyan rayonunda yaşamış, bir neçə ildən sonra oradakı evlərini satıb Bakı şəhəri, Yasamal rayonu D.Bünyadzadə küçəsində 2/30 ünvanında torpaq sahəsini almışlar. Bir müddət sonra X16 Respublikasına getmiş, sonradan İddiaçı da Avstriya Respublikasına getmişdir. Təxminən 2000-ci ildən təqaüddə olan və heç bir gəliri olmayan X2 Avstriya Respublikasından göndərdikləri pulların hesabına həmin torpaq sahəsində ev tikmişdir. Tam dəqiq bilmədiyi tarixdə X16 Respublikasından geri qayıtmış, İddiaçı üç uşağı ilə birlikdə Avstriya Respublikasında qalmışdır. İddiaçı Avstriya Respublikasından Yasamal Rayon Məhkəməsinə müraciət edərək boşanmışdır. O, 2009cu ildən 2012-ci il müddətində həbsdə olmuş və həbsdən azad olduqdan sonra Mahmud Sadıqovun evində yaşamış, 2016-cı ildə Emilya ilə evlənmişdir. 2021-ci ilin may ayında anası Balaxanım vəfat etmişdir. Bundan sonra o, arvadı ilə qardaşı Mahmud və onun ailəsinə məxsus evdə tək yaşayır. Mənzil anasının adına olduğu üçün bacısı qızı Cavabdeh2 qeydiyyata salmışdır. Nəzakətin cehizləri uzun müddət baxımsız olduğu üçün yararsız hala düşmüşdür.
6. Bakı Şəhəri Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli protokollardan görünür ki, X3 xx.xx.2022-ci il tarixli 29-cu Polis Şöbəsinə etdiyi müraciətinə əsasən, ünvan 4 ünvanında pasport rejimi yoxlanılmış, ünvan 5 ünvanında qeydiyyat və yaşama qaydalarını pozduğuna görə Cavabdeh1 və həyat yoldaşı Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşlar. 7. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə xx.xx.2009-cu il tarixində vətəndaş İddiaçı ilə 10295520 nömrəli müqavilə bağlanaraq **********005 saylı abonent kodu açılmışdır. Müqavilə bağlanan tarixdən hesabat ailə tərkibi 6 nəfər olmaqla aparılmışdır. Qeyd olunan fərdi yaşayış evinin hesabatı xx.xx.2014-cü il tarix indən su xətti üzərində quraşdırılmış 49783055 nömrəli “Alfasu-20” markalı smart tipli su sayğacının balans yükləmələrinə əsasən aparılmaqdadır. 8. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı dalanda yerləşən 36 saylı evdə abonent olaraq kimin qeydiyyata alınmasına dair məlumatın təqdim edilməsi ilə bağlı 30 avqust 2022-ci il tarixli, 19VB-280/22 nömrəli müraciətinə "xxxx" ASC-də aidiyyəti üzrə baxılmış və səhmdar cəmiyyətin elektron bazasında qeyd olunan evin 040001200D20036 nömrəli abunə kodu ilə İddiaçı Məmməd qızının adına qeydiyyata alınmasına dair məlumat vardır.
9. X15 ilə İddiaçı arasında bağlanmış nikaha Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.201 9-cu il tarixində xitam verilmişdir. 10. 14 iyul 2000-ci il tarixli müqavilə ilə İddiaçı ona məxsus olan Salyan şəhəri, Ə.Hüseynov küçəsi, 66/27 də yerləşən evi X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızı Cavabdeh1 qarşı “mənzildən məcburi çıxarılma və istifadə hüququ tanınmaqla mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 özünə aid əşyalarla birlikdə ona məxsus ünvan 7 ünvanında yerləşən torpaq sahəsindən, orada mövcud olan evdən və digər yaşayış sahələrindən məcburi çıxarılması, onun həmin mənzilə istifadə hüququ tanınmaqla, köçürülməyi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Daha sonra, iddiaçı Əhmədova (Sadıqo va) Nəzakət Məmmədəli qızının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 və Cavabdeh2nə əlavə cavabdehlər kimi qeyd etməklə iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçı X3 Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən mənzildən məcburi çıxarılması və Cavabdeh2 həmin mənzilə dair qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbi və iddia ərizəsinə əlavə işin yuxarıda qeyd olunan halları nəzərə alınmaqla onunla əsaslandırılmışdır ki, ünvan 8 ünvan hal-hazırda ünvan 9 torpaq sahəsi, 1993-cü ildə anası X9 tərəfindən, heç bir hüquqi sənədi olmadan, içərisində bir otaqdan ibarət kiçik bir evlə birlikdə alınmışdır. O, 1998-ci ildən 2001-ci ilə qədər keçmiş həyat yoldaşı X15 və Hikmət adlı övladı ilə birgə Salyan rayonunda yaşamışdır. Həmin ərəfələrdə Mahmud Sadıqov xarici ölkəyə getməyi və orada yaşamağı planlaşdırmışdır. Bu səbəbdən də, həyat yoldaşı, hələ ailə qurmamışdan əvvəl, mülkiyyət hüquqları ona məxsus olan və həmin vaxt birgə yaşadıqları 2 otaqlı evi satmış və həmin pulun müəyyən bir hissəsini götürüb xarici ölkəyə köçmüşdür. O, isə uşaqla birlikdə anasının Salyan rayonunda olan evinə köçmüşdür. Bir müddət anasıgildə yaşadıqdan sonra belə qərara gəlmişlər ki, Bakıya köçsünlər. Belə də etmiş və Bakıda anasının aldığı evdə yaşamağa başlamışlar. Anası isə bazarda işləməyə başlamışdır. Yaşadıqları ev çox kiçik və şəraitsiz olduğundan satılan mənzilinin onda qalan pulu ilə və anasının da maddi dəstəyi sayəsində həmin torpaqda bir mərtəbəli, 3 otaq, bir zaldan ibarət hazırkı mübahisəli evi tikmişlər. Bundan başqa, həyətdə bir neçə kiçik evlər də tikmişlər. Bu evləri tikməkdə məqsəd, onları kirayə verib həmin pul ilə normal yaşayışlarını təmin etmək olmuşdur. O, həmin evdə uşağı və anası ilə birgə yaşamışdır. Elə həmin ilin, yəni, 2004-cü ilin sonlarına yaxın keçmiş həyat yoldaşı onun da xaricə köçməyini və orada onunla birgə yaşamağını istəmişdir. Bundan sonra, o, 2021-ci ilin avqust ayının sonlarında uşaqlarının təhsili ilə əlaqədar xaricə Mahmudun yanına köçmüşdür. Həmin vaxt qaynanası Balaxanım Sadıqova öz evlərini satmış və qalmağa yeri olmadığından qızının evində yaşamışdır. O, köçəndən az sonra 2004-cü ildə qaynanası onların evinə köçmüş və anası ilə birgə yaşamağa başlamışlar. O, həyat yo ldaşının yanına getdikdən sonra bir müddət normal ailə kimi yaşamışlar. Lakin az sonra, ailə münasibətləri Mahmudun ucbatından korlanmış və dözülməz bir hala gəlmişdir. Nəhayət, vəziyyət o qədər çıxılmaz olmuşdur ki, o, 2014-cü ildə yaşadıqları yerin məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə Mahmudun barəsində “uzaqlaşma” qərarı vermişdir. Yəni, məhkəmənin qərarına əsasən, Mahmud nə ona, nə də uşaqlara yaxınlaşa bilməzdi. Bu qərar Mahmudun uşaqlarının yanında ona qarşı hədsiz dərəcədə şiddət göstərməsi, söyüş söyməsi, döyməsi və daima onları qorxu altında yaşamağa məcbur etməsi ilə bağlı idi. Bundan sonra, qaynanası Sadıqova Balaxanım və onun ailə üzvləri Mahmudun tapşırığı ilə onun evini əlindən almaq, bununla da sanki, ondan qisas almaq istəmişlər. Evlərində yer verdikləri qaynanası bir gün onun anası ilə dalaşmış və ondan polisə şikayət vermişdir. Bu hadisədən anası çox əsəbiləşmiş və bir gün sonra “infarkt”dan dünyasını dəyişmişdir. Anasından sonra Balaxanım hansısa şübhəli yollarla onun evinə qeydiyyata düşmüşdür. Baxmayaraq ki, Balaxanımın onun evinə heç bir aidiyyəti olmamışdır. Orada 2006-cı il tarixindən yalnız o, qeydiyyatda olmuşdur. Belə ki, məhkəmənin qətnaməsi əsas götürülməklə onu öz evinə qeydiyyata almışlar. Bütün kommunal ödənişlər də onun adına olub. Balaxanım isə 2016-cı ildə onu məhkəməyə verərək guya, bu evin ona məxsus olduğunu və onun gizlin olaraq evinə qeydiyyatla düşdüyünü bildirərək, Azərbaycanda olmadığından istifadə edərək qeydiyyatını ləğv etdirmişdir. Kommunal ödənişlərin bəzilərini öz adına keçirmişdir. Lakin hələ də elektrik ödənişləri onun adındadır. Bütün əşyaları, cehiz əmlakı həmin evdədir. 2021-ci ilin may ayında Balaxanım da dünyasını dəyişmişdir. Lakin, hal-hazırda da Balaxanımın oğlu Qurban onun evini zəbt edib. Bütün əşyalarının bir çoxunu oğurlayıb, satıb. Amma yenə də onun əşyalarının bir hissəsi həmin evdədir. Buna baxmayaraq, onu və uşaqlarını öz evinə buraxmırlar. Hətta söyüb təhqir də edirlər. Onun tikdiyi otaqları illərdir ki, kirayə verirlər və pulunu mənimsəyirlər. Bakı şəhəri Yasamal rayonu Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən 16 avqust 2022-ci il tarixində verilən məlumata əsasən ünvan 10 ünvanında pasport rejiminin yoxlanılması nəticəsində həmin ünvanda qeydiyyat və yaşama qaydalarını pozduğuna görə Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi nin 563.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Bununla bağlı xx.xx.2022-ci il tarixli. ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokollar Cavabdeh1 ona məxsus olan evləri qanunsuz olaraq kirayə verdiyini təsdiq edir. Eyni zamanda, ona məlum olmuşdur ki, keçmiş baldızının qızı Cavabdeh2 da həmin mənzilə onun xəbəri və razılğı olmadan qeydiyyata düşmüşdür. Bütün bunlardan xəbərdar olduqdan dərhal sonra 13 avqust 2021-ci ildə o, Yasamal rayon Prokurorluğuna müraciət edərək həmin mənzildə razılığı olmadan Cavabdeh1 və ailəsinin yaşaması və həmin mənzildə olan cehiz əmlakına dəymiş ziyanla bağlı tədbir görülməsini xahiş etmişdir. Həmin müraciəti ilə bağlı 20 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin “cin ayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. O, isə uşaqlarını yad ölkənin yardımı ilə, min bir çətinliklə dolandırır. Həmin vaxtdan sonra o, bir neçə dəfə Bakıya gəlsə də, onun evinə köçən qaynı Cavabdeh1 onu və uşaqlarını evə qoymayıb. Hətta onu tərbiyəsiz küçə söyüşləri ilə söyərək evdən qovub. Sonuncu dəfə 06 iyul 2022-ci il tarixində yenidən Azərbaycana qayıtmış və səhərə yaxın uşaqları ilə birgə evlərinə getmişdir. Lakin, onu hava limanından evinə gətirən taksi sürücüsünün yanında keçmiş qaynı Cavabdeh1 tərbiyəsiz söyüşlərlə söyərək, onları öz evlərinə buraxmamışdır. Bir saata qədər küçədə qaldıqdan sonra məcbur qalıb uşaqları ilə birgə, gəldikləri taksi ilə digər, keçmiş qaynının arvadının evinə getmə li olmuşdur. Halbuki, həmin ünvanda nə varsa, hamısı ona məxsusdur. Orada olan bütün tikililərin hər daşı, kərpici onun və mərhum anasının vəsaiti hesabına üst-üstə qoyulmuşdur. Onun evi keçmiş qaynı Cavabdeh1 və onun ailə üzvləri tərəfindən zəbt edilib. Onların həmin evə qeydiyyatları belə yoxdur. O, isə uzun illərdir ki, xarici ölkədə yaşayır. Orada yaşamağının yeganə səbəbi isə, yalnız uşaqlarının orada təhsil alması ilə bağlıdır. Uşaqlar orada əlaçı və nümunəvi şagird kimi qeydə alınıblar. Buna görə də, onların təhsil almasına mane olmamaq üçün illərdir ki, onların yanındadır. Lakin, onun evi ilə bağlı bütün bu olanlar əsəblərini pozmuş, artıq işləyə də bilmir. Halbuki, özü ali təhsilli müəllimədir və vaxtı ilə orada tərcüməçi kimi fəaliyyət göstərmişdir. O, artıq yad ölkədə yaşamaqdan yorulmuşdur. Öz vətənində, öz evində yaşamaq istəyir. Lakin, onu öz evinə yaxın qoymurlar, ona yad olan insanlar evində yaşayırlar. Onlardan evini boşaltmağı tələb etsə də, birmənalı olaraq imtina edirlər. Nə ona, nə də anasının ruhuna hörmət edirlər. Ondan və anasından qalan nə varsa məhv etmək, yox etmək istəyirlər. Əşyalarının çox hissəsi yoxdur, qalanları da bərbad vəziyyətdə, yararsız hala salınmışdır. Lakin, Cavabdeh1 ona məxsus evdən çıxmasını və mənzili onun faktiki sahibliyinə verməsini dəfələrlə tələb etsə də, cavabdeh çıxmaqdan imtina edir. Onlar həmin mənzildən bu gün də istifadə etdiyi üçün, o, özünə məxsus mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək kimi hüquqlarından istifadə edə bilmir. Cavabdehin qanunsuz hərəkətlərinin qarşısını almaq və ona məxsus əmlakın qanunsuz sahibliyindən və istifadəsindən alınaraq ona qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasından kənarda olduğu üçün hazırkı mübahisə ilə bağlı 2022-ci ilin iyul ayında Azərbaycana gəldiyi zaman məhkəməyə müraciət etmək imkanına malik olmuşdur. Qeyd etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Cavabdeh2 izahatında hazırda qeydiyyatda olduğu Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 2/30 ünvanında yerləşən torpaq sahəsi və mənzili dəqiq bilmədiyi tarixdə, iddiaçı və keçmiş həyat yoldaşı tərəfindən Salyan rayonunda yerləşən mənzillərini sataraq aldığını qeyd etmişdir. Eyni zamanda o izahatında qeyd etmişdir ki, həmin mənzil onun adına qeydiyyatının olmaması və qohumlarını həmin mənzilə qeydiyyata salmamağ ı üçün həmin mənzil Mahmud Sadıqov tərəfindən onun anası Balaxanım Sadıqovanın adına sənədləşdirdiyini qeyd etmişdir. Bu hissədə qeyd olunmalıdır ki, Cavabdeh2 verdiyi izahatdan da göründüyü kimi, başda keçmiş həyat yoldaşı olan X15 olmaqla cavabdehlərin bütün bu qanunsuz hərəkətlərinin məqsədi onun və övladlarının həmin mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdırmaq, onu öz vəsaiti hesabına tikdirdiyi mənzilindən məhrum etmək olmuşdur. Bununla yanaşı, həmin qərarda göstərilir ki, Cavabdeh1 öz izahatında bildirmişdir ki, qardaşı Sadıqov Mahmud onunla ailə quraraq Salyanda yaşamış, daha sonra Salyan rayonunda yerləşən evlərini sataraq ünvan 11 ünvanında torpaq sahəsi almışdır. Bir müddət sonra X14 Respublikasına gedərək orada yaşadığını, oradan göndərdikləri pullarla burada həmin mənzil i tikdirdiklərini qeyd etmişdir. Göründüyü kimi, hər iki cavabdeh öz izahatlarında həmin mənzilə dair heç bir hüquqları olmadığını, mənzilin mülkiyyət hüquqları ilə ona məxsus olan Salyan rayonunda yerləşən mənzilin satılmasından əldə olunan gəlir hesabına tikildiyini qeyd etmişlər. İddia ərizəsinə əlavə etdiyi 06 oktyabr 1998-ci il tarixli və 14 iyul 2000-ci il tarixli alqı-satqı müqavilələrinin təsdiq edilmiş surəti də cavabdehlərin özləri tərəfindən verilən izahatda göstərilənlərdən mübahisəli mənzilin iddiaçının mülkiyyətində olan Salyan rayonundakı torpaq sahəsinin satılmasından əldə olunan vəsait hesabına tikildiyini təsdiq edərək həmin mənzilin ona məxsus olmasını sübut edir. "xxxx" ASC tərəfindən verilmiş “ətraflı abonent kartında” ünvan 12 ünvanındakı mənzildə su sayğacının iddiaç ının adına olduğu qeyd edilmişdir. Bundan əlavə, "xxxx" ASC tərəfindən verilən abonent məlumatlarından da görünür ki, həmin mənzil üzrə işıq sərfiyyatı ilə bağlı ödənişlər onun tərəfindən olunmuşdur və bu məlumata əsasən həmin mənzildə işıq sayğacı da onun adına qeydiyyatdadır. Yuxarıda qeyd edilən hallardan da göründüyü kimi, mübahisə predmeti olan həmin mənzil onun sahiblik və istifadəsində olmuşdur. Buna baxmayaraq, hal-hazırda Cavabdeh1 digər Cavabdeh3 ilə birlikdə mənzilə dair heç bir hüququ olmadığı halda onun vəsaiti hesabına tikilmiş mənzildə yaşayaraq sahiblik və istifadə hüquqlarını pozur. Bununla yanaşı, heç bir qanuni əsas olmadan digər Cavabdeh2 da həmin mənzildə qeydiyyatdadır. Mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın döv lət reyestrində qeydiyyata alındığı andan əmələ gəlir. Hal-hazırda həmin əmlakla bağlı mülkiyyət hüququ dövlət tərəfindən tanınmasa belə, həmin mənzilin onun vəsaiti hesabına əldə edilməsi, eyni zamanda həmin mənzilin uzun illər onun istifadəsində olması əsas verir ki, bu mənzilə onun sahiblik və istifadə hüququ məhkəmə qaydasında tanınsın. Qeyd edilən mənzilə dair mülkiyyət hüququ olmasa belə, uzun illər ərzində həmin mənzilə sahiblik etmiş, mənzillə bağlı tam təsərrüfat səlahiyyətinə malik olduğu üçün hesab edir ki, cavabdehlərin qanunsuz sahibliyindən mənzili geri tələb etmək hüququ vardır.
14. Cavabdeh2 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, mübahisə predmetinə çevrilmiş ev onun sahibliyində və istifadədədir, orada qeydiyyatdadır. Nə iddiaçı nın, nə də cavabdehin həmin evə dair hər hansı bir iddia irəli sürməsinə subyektiv hüquqi yoxdur. İddiaçının ərizəsində göstərdikləri hər hansı bir sübuta əsaslanmayan boş sözlərdən ibarətdir. İddiaçının əsas arqument kimi göstərdiyi bütün kommunal ödənişlərin onun adına olması faktı yalandır və həqiqəti əks etdirmir. Belə ki, Bakı Elektrik şəbəkə tərəfindən tərtib edilmiş məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2008-ci il tarixli, 347075 saylı protokolunda həmin evin qaz sayğacının iddiaçının adına qeydə alınması göstərilir. Eyni zamanda, "xxxx" tərəfindən verilmiş xx.xx.2022-ci ildən abunə haqqında cədvəldə sayğacın iddiaçının adına oluması qeyd edilir. Ancaq digər kommunal xidmətlərin qaz, su və onun adına olması barədə hər hans ı bir məlumat yoxdur. Qaz sayğacının iddiaçının adına olması da qeyri-müəyyəndir. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, 2004-cü ildən xarici dövlətdə yaşayırsa 2008-ci ildən qaz sayğacı onun adına necə ola bilər və istifadə olunan qaza görə pulu kim ödəyib. Bundan əlavə, 2006-cı ildən mübahisəli qeydiyyata məhkəmə qaydasında alınıbsa da, sonradan məhkəmə qaydasında da qeydiyyatı ləğv edilib. Belə ki, Yasamal Rayonu Məhkəməsinin 2-382/2006 nömrəli, 09iyun 2006-cı il tarixli qətnaməsi ilə iddiaçının qeyd edilən evə qeydiyyata alınması qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-460/2016 nömrıli, 17 fevral 2016-cı il tarixli qətnaməsi ilə Yasamal Rayonu Məhkəməsinin qətnaməsi ləğv edilmiş İddiaçı pasport qeydiyyatına alınması tələbi təmin edilməmişdir. İddiaçının Bakı Apellyasiy a Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-460/2016 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. İstinad olunan məhkəmə qərarlarından tam aydın olur ki, iddiaçı qeyd edilən evdə pasport qeydiyyatında olmamışdır və bu qanunsuz olduğuna görə ləğv edilmişdir. Azərbaycan Respublikasını Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, istənilən iddia tələbi ilə əlaqədar -məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Yasamal rayonu MKTB-nin 32 saylı MKİS-nin xx.xx.2016-cı il tarixli, 005 saylı Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı arayışdan görünü r ki, qeyd edilən evdə X7 (nənəsı) pasport qeydiyyatındadır və təkdir. Həmin evin kim tərəfindən inşa edilməsi, kimə məxsus olması haqqında heç bir hüquqi sənəd yoxdur və özbaşına tikilidir. Bütün yuxarıda qeyd edilənlərdən tam aydın olunur ki, ev özbaşına tikilidir. İddiaçı həmin evi anası tərəfindən inşa edilməsini, kommunal ödənişlərin onun adına olmasını, 2006-cı ildən yalnız onun qeydiyyatda olmasını qeyd etsə də, qeyd edilən halları sübut edən müvafiq sənəd, sübut təqdim etmədiyinə görə iddiaçının tələbi təmin edilə bilməz və belə bir iddia qaldırmağa obyektiv hüquqi yoxdur.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4144/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın qismən təmin edilməsi, iddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədə li qızının Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
16. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni özbaşına tikiliyə istifadə hüquqlarının tanınmasını və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasın ın mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur.
17. Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən mənzil dövlət reyestrində qeydiyyatdan keçməmişdir və statusu etibarilə özbaşına tikilidir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının həmin evə münasibətdə sahiblik və istifadə hüququ tanına bilməz. Həmçinin iddiaçının həmin evə mülkiyyət hüququ, eləcə də sahiblik hüququ olmadığından cavabdehlər Cavabdeh1 və Cavabdeh3 fərdi yaşayış evindən məcburi şəkildə çıxarılması, həmçinin digər Cavabdeh2 qeydiyyatdan çıxarılması üçün hüquqi əsas yoxdur.
18. Həmçinin məhkəmə hesab etmişdir ki, iddia tələbinin iddiaçının mənzilə köçürülməsi hissəsində təmin edil məlidir. Belə ki, məhkəmə araşdırması zamanı, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qanuni qüvvəyə minmiş qərara əsasən cavabdehlərin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı xarici ölkəyə köçənə qədər bir müddət daimi olaraq ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, həmçinin onun cehiz əmlakları da həmin fərdi yaşayış evində olmuşdur. Bundan başqa, kommunal xidmətlərin iddiaçının adına olması da onun həmin evdə yaşadığını təsdiq edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə 2012-ci ildən sonra orada yaşamış, digər Cavabdeh2 isə ümumiyyətlə orada yaşamamışdır. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə ba xılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) m əhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, Azərbaycan Respublikasına qayıtdıqdan sonra, Cavabdeh1 onun həmin evdə yaşamasına buna imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə b uraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar. Pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır. Əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir.
19. Məhkəmə həmçinin hesab etmişdir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi ki mi istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşağı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə almışdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamala rını birbaşa qadağan edən göstəriş yoxdur.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 157.2, 157.8, 180.1, 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
21. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni evə köçürülmə hissəsində ləğv edilməsin i və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın cavabdehlərin mənzildə çıxarılma, qeydiyyatın ləğv edilməsi, sahiblik və istifadə hüquqlarının tanınması hissəsində iddianı rədd edərkən düzgün nəticəyə gəlsə də, evə köçürülmə hissəsində tamamilə maddi hüquq normalarının tələbini pozmaqla tamamilə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı bir gündə olsun mübahisəli evdə yaşamayıb. (öz izahatında anası tərəfindən tikildiyini qeyd edir) Cehiz əşyaları isə o, Avstriyaya köçərkən əşyalarını saxlamağa yeri olmadığına görə onlarda saxlanmışdır. İkinci hala görə isə iddiaçını evdən məhrum edilməyib. Çünkü, o, orada yaşamadığına və hüququ olmadığına görə belə məsələ irəli sürülməyib. Üçüncü hala görə isə iddiaçı evdə yaşamadığına görə hansı əsasla evdən məhrum edilməsi qanuni və ya qanunsuz ola bilər. Məhkəmə bu halların hansı əsaslara görə mövcud olmasını əsaslandırmamışdır. Məhkəmənin belə bir qənaətə gəlməsi heç bir sübut, fakt olmadan iddiaçının dediklərinə əsaslanmışdır. Beləliklə, məhkəmə istinad etdiyi 3 halı qadağanedici norma hesab etmişdir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə istinad edərək “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” istinad etməsi də, mövcud mübahisəyə görə tətbiq edilə bilməz. Çünki, istinad olunan Qanun yalnız qanuni əsaslarla əldə edilmiş mənzil olduğu halda tətbiq edilə bilər. Mübahisəli ev isə özbaşına tikilidir və bu hər hansı bir hüquq və vəzifə yaratmır. Məhz, məhkəmənin göstərdiyi 3 hal isə mə nzilin (evin) qanuni əsaslarla əldə edildiyi halda aydınlaşdırılmalıdır. Yəni özbaşına tikili dövlət tərəfindən tanınmır və müdafiə olunmur. Əgər özbaşına tikili tanınmırsa onda hansı hüquqdan söhbət gedə bilər. Belə olan halda, məhkəmənin belə nəticəyə gəlməsi tam qanunsuz olmaqla əsassızdır və maddi hüquq normalarının düzgün tətbiq edilməməsidir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası 180-cı maddəsinə əsasən şəxslərin özbaşına tikilidə yaşamalarını birbaşa qadağan edən göstəriş yoxdur qənaətinə gəlməsi də əsassızdır. İstinad olunan maddi hüquq normasında belə bir qadağa olmasaydı məhkəmənin özbaşına tikiliyə köçürülmə barədə məcburedici qərar qəbul etməyə də hüququ (səlahiyyəti) yoxdur. Həmçinin məhkəmə iddianı, qismən təmin edərkən iddiaçı tərəfindən Kommunal xidmətlərə görə sayğa cların onun adına olmasında əsas kimi hüququ qiymət vermişdir. Hansı ki, özünün ərizəsində və etiraz ərizəsində qeyd edilmişdir ki, həmin sayğaclar iddiaçının adına necə ola bilər ki, o, 2004-cü ildən indiyə kimi Avstriyada yaşadığı halda sayğaclar 2008-ci ildə onun adına rəsmiləşdirilib, bəs ödənişləri kim edib. Qeyd olunanlardan aydın olur ki, tətbiq edilməməli maddi hüquq normalarını normativ hüquqi aktları tətbiq etmiş, qanunları şərh etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1040/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) Fuad Talışınski və Qürbət Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə birinci insta nsiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının həmin evdə ümumiyyətlə yaşamadığını qeyd etsə də, iş materialları, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qanuni qüvvəyə minmiş qərardan (cavabdehlərin izahatı ilə) müəyyən edilmişdir ki, iddiaçı xarici ölkəyə köçənə qədər bir müddət daimi olaraq ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, həmçinin onun cehiz əmlakları da həmin fərdi yaşayış evində olmuşdur. Bundan başqa, kommunal xidmətlərin iddiaçının adına olması da onun həmin evdə yaşadığını təsdiq edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə 2012-ci ildən sonra orada yaşamış, digər Cavabdeh2 isə ümumiyyətlə orada yaşamamışdır.
25. Azərbaycan Respublikasının MPM-nin 8 2.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
26. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçür ülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
27. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, Azərbaycan Respublikasına qayıtdıqdan sonra, Cavabdeh1 onun həmin evdə yaşamasına imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsu z sayılır. Cavabdehlərin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur.
28. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir.
29. Məhkəmə həmçinin haqlı olaraq hesab etmişdir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestri ndə qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşağı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və mtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Nəzərə alnmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını birbaşa qadağan edən göstəriş yoxdur.
30. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
31. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 139.1, 146.1, 157.2, 157.8, 180.1,180.2-ci, MPM-in 14.2, 77.1, 82.4 372.6, 384.0.1, 385.2ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
32. Qətnamədən Cavabdeh2 (Vəkil2) kassasiya şikati verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sənədləri, verilən izahatları hərtərəfli və obyektiv araşdırmamış, onlara düzgün qiymət verə bilməmiş, nəticədə tətbiq edilməməli maddi hüquq normalarını tətbiq etmiş, tətbiq edərkən hansı əsaslara görə tətbiq etdiyini əsaslandırmamış, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni olduğu kimi köçürmüş, tətbiq olunmalı maddi hüquq normasını tətbiq etsə də onun tələ blərinə uyğun nəticəyə gəlməmiş, nəticədə tam əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 146.1, 157.2, 157.8-ci maddələri daşınar və daşınmaz əmlak hüququnun əmələ gəlməsindən sahiblik hüququndan bəhs edir. Tərəflər arasındaki mübahisə predimenti isə özbaşına tikilidir. Belə olan halda məhkəmənin bu maddi hüquq normalarına istinad etməsi başa düşülən deyil. Göründüyü kimi məhkəmə görünüş üçün bu maddi hüquq normalarına istinad etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1, 180.2-ci maddəsinə istinad etməklə maddi hüquq normasına düzgün tətbiq etsədə onun tələblərinə uyğun hüquqi qiymət verməmişdir. Özbaşına tikinti dövlət tərəfindən tanınmır və müdafiə edilmir. Məhkəmənin Azərbaycan Respublikası M ülki Prosessual Məcəllənin 82.4-cü maddəsinı istinad etməsidə tam əsassızdır. Həmin maddəyə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisə-sinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin maddədə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olduğunu ehtiva edir. Tərəflər arasındakı mübahisədə isə özbaşına tikilinin iddiaçının anası tərəfindən tikilməsinə görə köçürülməsidir. Özbaşına tikinti isə vərəsəlik hüququnun predmeti ola bilməz və mirasın kütləsinə daxil deyil. Yəni istinad olunanlara əsasən tikintinin özbaşına-qanunsuz tikili olduğuna görə həmin tikiliyə münasibətdə hər hansı hüquq yaramır. Hansı k i, özbaşına tikinti dövlət tərəfindən tanınmır və müdafiə olunmur. Belə olan halda məhkəmənin mülkiyyət, sahiblik və istifadə hüququnu özündə ehtiva edən Azərbaycan Respublikası MM-nin 139, 146, 157-ci maddələrinə istinad etməsi tam əsassızdır. İddiaçı irəli sürdüyü tələbləri sübut edə bilmədiyi və hər hansı bir dəlil göstərmədiyi halda apellyasiya instansiyası məhkəməsi irəli sürülən tələbi əsaslı hesab etmişdir. Bundan əlavə məhkəmənin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə istinad etməsi tam qanunsuz olmaqla Kanstitusiyanın maddəsini şərh edir. Həmin maddədə yalnız qanuni əsaslarla əldə edilmiş mənzildən, evdən bəhs edir. Əgər mənzil, ev özbaşına tikilidirsə və dövlət tərəfindən tanınmırsa və hüquqlar qorunmursa onda konstitusiyanın bu maddəsinə istinad olunması han sı məntiqə uyğundur. Buna şərh verilməsi yalnız Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir. Konstitusiya Məhkəməsinin isə belə bir şərhi yoxdur. Göründüyü kimi hər iki məhkəmə Konstitusiya Məhkəməsinin səlahiyyətini mənimsəmişdir. Məhkəmə eyni zamanda iddiaçının 19 il Avstriya Respublikasında yaşamasını, vətəndaşı olmasını və ünvan 15 ünvanda qeydiyyatda olmaqla yaşamasını, yəni daimi yaşayış yerinin olmasını nəinki nəzərə almamış hətta hər hansı bir hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
34. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək etirazı iddia ərizəsi və iddia ərizəsinə əlavədə qeyd olunmuş hallarla əsaslandırmış, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya i nstansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
35. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
38. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qur ğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
39. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesa b olunur.
43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
56. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. La kin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır. 57. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxsl ərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan iddiaçı mübahisəli yaşayış evi ilə bağlı onun hüquqlarının olmasına dair sübutu təqdim etməlidir.
58. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xarici ölkəyə köçənə qədər bir müddət daimi olaraq ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, həmçinin onun cehiz əmlakları da həmin fərdi yaşayış evində olmuşdur. Bundan başqa, kommunal xidmətlərin iddiaçının adına olması da onun həmin evdə yaşadığını təsdiq edir. Cava bdehlər Cavabdeh1 və Cavabdeh3 isə 2012-ci ildən sonra orada yaşamış, digər Cavabdeh2 isə ümumiyyətlə orada yaşamamışdır.
59. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş qeyd olunan hallar işdə olan mötəbər sübutlarla təsdiqini tapmışdır.
60. Qeyd olunmalıdır ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
61. Mülki Prosessual Məcəl lənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
62. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
63. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyas ı tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
64. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
65. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütü n məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehlər qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır. Əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər müba hisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşağı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
66. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh2 kassasi ya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
67. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mö təbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
68. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
69. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
71. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ca vabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1040/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsii dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.