Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2356/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aldatma nəticəsində verilmiş ərizənin etibarsız sayılması, əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2045/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. M übahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı xx.xx.2014-cü il tarixdə X3 Xidmətinin 14 saylı X5 MMC-də texnik-mexanik vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2016-cı il tarixdə həmin MMC-nin “Daşımaların tənzimlənməsi şöbəsi”nə texnik-mexanik vəzifəsinə keçirilmiş, 37/K saylı xx.xx.2018-ci il tarixli əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə xitam verilmiş, 2028/K saylı xx.xx.2018-ci il tarixli əmrlə "xxxx" MMC-yə müddətli əmək müqaviləsi əsasında “Regional bölmələrin əlaqələndirilməsi şöbəsi”nin Sumqayıt regional bölməsinə aparıcı-mütəxəssis vəzifəsinə işə götürülmüşdür; 3. “X3 Xidməti”nin 89/K saylı xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə xitam verilmiş, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 91/K saylı xx.xx.2022-ci il tarixli əmri ilə isə o, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 2 ay müddətinə əmək müqaviləsi bağlanmaqla Agentliyin Şamaxı regional idarəsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin olunmuşdur;
4. İddiaçı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədrinə ünvanladığı 25 iyun 2023-cü il tarixli ərizəsində öz istəyi ilə tutduğu vəzifədən azad edilməyini, həmin tarixdən baş mütəxəssis vəzifəsinə təyin olunmasını xahiş etmişdir;
5. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 212/K saylı xx.xx.2023-cü il tarixli əmri ilə Agentliyin Şamaxı regional idarəsinin aparıcı mütəxəssisi İddiaçıla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Əmr Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 83-cü maddəsinin 2-ci hissəsi, 84-cü maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 4.11.5-ci və 4.11.10-cu yarımbəndləri ilə əsaslandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi, sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, aldadılma nəticəsində imzaladığı 25 iyun 2023-cü il tarixli işdən çıxmasına dair ərizəsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2023-cü il tarixli 212/k nömrəli əmrinin etibarsız hesab olunması və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, nəqliyyatın idarə edilməsi sahəsində əmək fəaliyyətinə xx.xx.2014-cü il tarixdə X3 Xidmətinin 14 saylı X5 MMC-də texnik-mexanik vəzifəsində başlamış, 25 iyun 2023-cü il tarixədək də Şamaxı rayonunda bir-birini əvəz edən və bir-birinin hüquqi varisi olan idarələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Hər dəfə vəzifəsi dəyişiləndə ondan iki ərizə - biri əmək müqaviləsinə xitam verilməsi barədə, digəri isə vəzifəyə təyin edilmə barədə - almışlar. Əmək kitabçasına baxdıqda bunu görmək mümkündür. Eyni qaydada xx.xx.2023-cü il tarixdə də ona iki ərizə yazdırılıb - biri əmək müqaviləsinə xitam verilməsi barədə, digəri isə X2 İdarəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilməyi barədə olmuşdur. Hər dəfə vəzifəyə təyinat üçün bu qaydadan istifadə olunduğu üçün deyiləni etmişdir. Lakin bu dəfə ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, amma vəzifəyə təyin edilməyi barədə ərizəsi təmin edilməmişdir. Yəni aldadılaraq işdən azad edilmişdir. Bir müddət onu aldatmağa davam etmiş, vəzifəyə təyin olunacağını bildirmişlər, lakin xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubunu alandan sonra aldadıldığını anlamışdır. Əmək Məcəllə sinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən, ərizəsinin etibarsız hesab edilməsini bildirsə də, əmək müqaviləsinə dərhal xitam verildiyi üçün bu istəyi yerinə yetirilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 212/k nömrəli əmr Əmək Məcəlləsinin 83-cü və 84-cü maddəsinə uyğun verilməmişdir. Belə ki, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası ilə əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmişdir. Ona görə də, həmin əmr etibarsız hesab olunmalıdır. xx.xx.2023-cü il tarixli 212/k nömrəli əmrə nəzər yetirdikdə görünür ki, əmr iki hissədən təsviri (giriş) hissədən və qərar hissədən ibarətdir. Əmək müqaviləsinin ləğv edilməsinin əsası ilə əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə t utulmuş Əmək Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi qərar hissəsində göstərilməmişdir. Təsviri (giriş) hissədə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi və digər maddələri rəhbər tutularaq əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin kobud pozuntusudur. Məhkəməyə müraciət edilməmişdən əvvəl mediasiya prosesinin tətbiqi barədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə xx.xx.2023-cü il tarixdə təklif göndərmişdir. Lakin cavabdeh tərəfindən təklifə münasibət bildirilməmiş və xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya prosesində iştirak edilməmişdir.
8. Cavabdehin nümayəndəsi tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz ərizəsi, həmçinin iddia müddətinin tətbiq olunmasına da ir ərizə verilmiş, ərizələrdə göstərilmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı iddia müddətini ötürmüşdür. İş materiallarından göründüyü kimi, əmrin verildiyi xx.xx.2023-cü il tarixdən 36 gün sonra, yəni xx.xx.2023-cü il tarixində İddiaçı mediasiya prosesinin tətbiqi barədə təkliflə Xidmətə müraciət etmiş, 08 sentyabr 2023-cü il tarixdə isə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Baxmayaraq ki, əmək münasibətlərinin xitamına dair əmr xx.xx.2023-cü il tarixində verilmişdir, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 18 sentyabr 2023-cü ildə, yəni 85 gün sonra müraciət etmişdir. Göründüyü kimi, mediasiya prosesi ümumilikdə 39 gün ərzində davam etmiş və bu müddət mediatorun iddiaçıya verdiyi arayışla başa çatığı ndan iddia müddətinin axımı davam etmişdir. İddiaçının iddia ərizəsi məhkəməyə 18 sentyabr 2023-cü ildə daxil olmuşdur. İddiaçı mediasiyanın tətbiqi müddətini 39 gün uzatmaqla “Mediasiya haqqında” Qanunun 24.7-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, həmin maddəyə əsasən mediasiyanın ümumi müddəti 30 gündən artıq olmamalı (ilkin mediasiya sessiyası ən uzağı 30 avqust 2022-ci il tarixdə bitməli idi), bu müddət ancaq tərəflərin razılıqları ilə uzadıla bilər. Yuxarıda qeyd edilən pozuntular nəzərə alınsa belə (hal bu ki, bunun hərhansı bir qanuni əsası yoxdur) iddiaçı iddia müddətini 6 gün ötürmüşdür. Həmçinin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətinin bərpa edilməsi məqsədi ilə ərizə ilə verməmiş, həmin müddətin məhkəmə tərəfindən üzrlü hesab edilməsi üçün hərhansı bir sübut təqdim etməmişdir. İddiaçı tutduğu vəzifədən öz təşəbbüsü ilə azad olunması üçün 25 iyun 2023-cü il tarixli ərizə təqdim etmiş və ərizədə göstərilən gündə (xx.xx.2023) işdən azad olunmasını xahiş etmişdir. Həmin ərizə əsas götürülərək AYNAnın 25 iyun 2023-cü il tarixli 212/k nömrəli əmri ilə AYNA Şamaxı regional idarəsinin aparıcı mütəxissisi İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə 25 iyun 2023-cü il tarixindən öz təşəbbüsü ilə xitam verilmişdir. İddiaçının işdən azad olunması Əmək Məcəlləsinin (bundan sonra "Məcəllə”) tələblərinə uyğun olaraq rəsmiləşdirilmişdir. Müvafiq əmrdən də göründüyü kimi iddiaçı Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndində göstərilən əsaslarla öz təşəbbüsü ilə işdən azad olunmuşdur. İddiaçının əmrdə əmək müqavil əsinin ləğv edilməsinin əsası ilə əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi qərar hissəsində göstərilməməsi iddiası tam əsassızdır. Belə ki, iddiaçı ilə əmək müqaviləsinin xitam əsası onun öz təşəbbüsü, Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi isə 68-ci maddəsinin 2-ci hissəsinin "a” kimi əmrdə göstərilmişdir. Həmçinin iddiaçı iddia etmişdir ki, o işə qəbul ərizəsini AYNA-ya təqdim etmişdir, lakin AYNA tərəfindən qəbul olunmamışdır. İddiaçının müvafiq işə qəbul ərizəsi AYNA-ya təqdim edilməmişdir, bunu təsdiq edəcək hər-hansı bir sübut yoxdur. Onun bunun sübutu olaraq təqdim etdiyi ərizə sübut kimi qəbul edilə bilməz, qeyd edilən ərizə onun özü tərəfindən sonradan tərtib edilmişdir. Hətta belə bir ərizə ilə müraciət etsəydi belə və həmin ərizənin işəgötürən tərəfindən qəbul edilməsini təsdiq edəcək hər-hansı bir sübut olsaydı belə, həmin işə qəbul barədə ərizə AYNA üçün məcburi sayıla bilməz. Belə ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında tam azad, sərbəst və müstəqil bağlanılır, burada heç bir məcburiyyət nəzərdə tutula bilməz. Bundan əlavə iddiaçı qeyd etmişdir ki, işəgötürən bir təqvim ayını gözləməli və bir təqvim ayı bitdikdən sonra əmək müqaviləsini ləğv etməlidir. Lakin iddiaçı işdən çıxma ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü (xx.xx.2023-cü il) qeyd etmişdir, bu halda işəgötürən şəxsin həmin ərizədə göstərilən gündə şəxslə əmək müqaviləsinə xitam vermək hüququ vardır. Belə ki, Məcəllənin 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq i stədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Lakin hazırkı iş üzrə iddiaçı əmək münasibətlərini dayandırmaq istədiyi günü ərizəsində göstərimişdir ki, bu da bir aylıq müddətinin gözlənilməsi istisna edir. Bundan əlavə, iddianın həm də iddia müddətinin ötürülmüş olması əsası ilə rədd edilməli olduğunu bildirmişdir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 noyabr 2023-cü il tarixli 2(005)-3856/2023 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilərək, İddiaçı xx.xx.2023-cü il tarixli işdən çıxma barədə ərizəsinin etibarsız hesab edilməsi və həmin ərizə əsasında Cavabdeh X9 tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli 212/K saylı əmrin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət olunmuşdur.
10. Məhkəmənin mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı xx.xx.2023cü il tarixdə ərizə yazaraq insult keçirdiyini, işləməyə səhhətinin imkan vermədiyini qeyd etmiş, bu səbəbdən xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarından və məhkəmə iclasında iştirak edən tərəflərin izahatından görünür ki, iddiaçının işdən çıxmasının başlıca səbəbi iddiaçının əmək müqaviləsinə aldadılma nəticəsində xitam verilməsi olmuşdur. Bu hal iddiaçı tərəfindən verilmiş əmək kitabçasından, eləcə də X3 Xidmətinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əmrlərindən aydın olur.
11. Üstəlik də iddiaçının yazdığı işdə n çıxma barədə ərizədə əmək qanunvericiliyində nəzərdə tutulmuş hallardan (əmək pensiyasına çıxması, təhsilini davam etdirmək zərurətinin olması, başqa işə getməsi və s.) hər hansı birinə istinad olunmasa da, cavabdeh (işəgötürən) tərəfindən elə həmin gün iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Qeyd olunan hal bir daha onu göstərir ki, cavabdeh iddiaçını əmək müqaviləsinə xitam verilməsi, yəni onun işdən azad edilməsi məqsədilə aldatmışdır. Belə ki, qeyd olunan halın ayrılıqda mövcudluğu onu deməyə əsas vermir ki, işçi işəgötürən tərəfindən aldadılmışdır. Lakin hazırkı işin faktiki hallarına məcmu halda nəzər yetirdikdə, iddiaçının bu barədə iddia tələbinin dəlillərinin əsaslı olması öz təsdiqini tapır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən ləğv edilmişdir. Mülki iş materiallarında olan əmək kitabçasından görünür ki, iddiaçı müxtəlif vaxtlarda Əmək Məcəlləsinin eyni maddəsi ilə, yəni 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmiş, bir neçə gün sonra yenidən həmin vəzifəyə və yaxud digər vəzifəyə təyin olunmuşdur. İddiaçı sonuncu ərizəni yəni xx.xx.2023-cü il tarixli ərizəni aldadılma, Azərbaycan X1 işlə təmin edəcəyi vədinə inanaraq yazdığını bildirir. Qeyd olunmalıdır ki, bu hal birbaşa sübutlarla təsdiq olunmasa da, işin gedişatı, əvvəllər də bu cür halların olması, iddiaçının bir neçə dəfə işdən azad olunma barədə ərizə yazması, daha sonra həmin işəgötürənə məxsus digər müəssisələrdə yeni vəzifəyə işə qəbul olunması, daha sonra işdən çıxmaq barədə ərizə yazması, ərizədə elə həmin gün konkret səbəblər qeyd edilmədən əmək müqaviləsinə xitam verilməsini xahiş etməsi, həmin ərizənin formal qaydada tərtib edilməsi, habelə işəgötürənin işçinin hansı səbəbdən həmin gün işdən azad olunmaq barədə istəyinin olması zərurəti araşdırılmadan, elə həmin gün də əmr imzalaması kimi hallar diqqətçəkən məqamlardır.
13. Məhkəmə yuxarıda qeyd edilən halları və iddiaçının təqdim etdiyi sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab etmişdir ki, iddiaçı işdən çıxmaq barədə ərizəsini öz iradəsi əsasında deyil, baş vermiş hadisələrdən dolayı aldadılma nəticəsində iradəsi əleyhinə yazmağa məcbur qalmış və bu fakt məhkəmə gedişatında tədqiq edilmiş sübutlarla, işin halları ilə və məhkəmə iclası nda iddiaçının verdiyi izahatlarla öz təsdiqini tapmışdır. Göstərilən hallar tərəflər arasında qərəzli münasibətin mövcudluğunu, iddiaçının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinin pozulması ilə işdən çıxarıldığını, işdən çıxmaq barədə ərizəni könüllü olaraq, öz iradəsi əsasında deyil, öz iradəsi əleyhinə yazdığını bir daha təsdiq edir.
14. Qeyd olunanlardan əlavə məhkəmə işçi tərəfindən öz iradəsi əleyhinə, yəni aldatma nəticəsində yazmasını təsdiq edən birbaşa sübutun təqdim edilməsinin bir qayda olaraq mümkünsüzlüyünü nəzərə almışdır.
15. Məhkəmə iddiaçının 25 iyun 2023-cü il tarixli işdən çıxma barədə ərizəsinin etibarsız hesab edilməsi tələbi ilə əlaqədar qeyd etmişdir ki, hazırkı mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan, onun tərəfindən Azərbaycan Yerüs tü Nəqliyyat Agentliyi sədrinə ünvanlanan 25 iyun 2023-cü il tarixli ərizənin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbləri pozulduğundan, bu hal isə işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqlarının pozulması ilə nəticələndiyindən iddiaçının 25 iyun 2023-cü il tarixli işdən çıxma barədə ərizəsi, işəgötürənin əmri qanunsuz hesab olunmalı və o, əvvəllər tutduğu Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsininnaparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməli, eləcə də məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
16. Bundan başqa cavabdehin nümayəndəsi bildirmişdir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi y anında X4 Xidməti ləğv edilmiş, ləğvetmə komissiyası yaradılmışdır. AR Prezidentinin 1463 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaffvə Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi X9i yaradılmışdır. Lakin X3 Xidmətinin varisi deyillər, bu səbəbdən də, iddiaçının əvvəllər bir neçə dəfə əmək müqaviləsinin ləğv edilərək, yenidən işə bərpa olunmasının cavabdehə heç bir aidiyyəti olmamışdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, hazırda cavabdehin X3 Xidmətinin varisi olub-olmaması məsələsi o cümlədən də, üçüncü şəxslər qarşısında götürdüyü hər hansı öhdəliklərinə görə cavabdehlik məsələsi araşdırılmır. Məhkəmə hesab etmişdir ki, sonuncunun ləğv edilib yenidən təşkil olunması idddiaçıya münasibətdə işin hazırkı faktiki hallarını dəyişmir, yəni müəssisə ləğv edilib yenidən təşkil olunsa da iddiaçı əvvəlki kimi eyni vəzifədə eyni ixtisas üzrə işləməyə davam etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdehin nümayəndəsinin etirazının bu dəlili ilə razılaşmaq olmaz.
17. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin vediyi ərizəyə münasibətdə qeyd etmişdir ki, İddiaçı eyni zamanda ötürülmüş müddətin üzrlü hesab edilməsini xahiş edərək, bununla bağlı yazılı ərizəsini təqdim etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən belə bir iddia ilə məhkəməyə müraciət edilməsi üçün müddət ötürülmüşdür. Belə ki, iddiaçı onunla əmək müqaviləsi ləğv edildikdən sonra müddət ötürülməklə, məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı məhkəmə iclaslarındakı izahatlarında, o cümlədən iddia tələbinin dəlillərində, habelə ötürülmüş m üddətin üzrlü hesab edilməsi ilə bağlı məhkəməyə yazılı müraciətində iddia müddətinin ötürülməsinin üzrlü səbəblərdən yol verildiyini bildirmişdir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı eyni halla bir neçə dəfə qarşılaşdığına görə bu dəfə də gözləmə mövqeyində olmuş, onunla yeni əmək müqaviləsi bağlanacağına ümid etmişdir. Beləliklə də, məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmə hesab etmişdir ki, işin faktiki halları nəzərə alındıqda, iddiaçı tərəfindən ötürülmüş iddia müddəti üzrlü hesab edilərək, bərpa edilməlidir.
18. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 35ci, 71-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci, 10-cu, 68-ci, 69cu, 76-cı, 83.1-ci, 83.2-ci, 186-cı, 296-cı, 300-cü, 310-cu, “İnsan hüqu qları haqqında Ümumi Bəyannamə”nin 23-cü, Mülki Prosessual Məcəllənin 14.2-ci,, 77.1-ci, 88-ci, 106-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə” 31 yanvar 2006-cı il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq belə əsaslandırılmışdır ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamış, iddiaçının ötürdüyü iddia müddətini əsassız olaraq bərpa etmiş, fərziyyələr əsasında q anunsuz qətnamə qəbul etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2045/2024 nömrəli mülki iş üzrə 28 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov - sədrlik edən və məruzəçi, X.A.Mərdanova və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə təkibib birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, işin halları iddiaçının “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsini istəməsinin onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilməsinə imkan vermir. Başqa iş təklifi almayan, eləcə də Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində sadalanan digər hallara istinad etməyən işçinin bu cür davranışı ağlabatan bir səbəblə izah olunmadıqda, belə “istəyin” aldadılma, yaxud işəgötürənin təzyiqi altında yaranması daha inandırıcı görünür.
23. İddiaçının iddia müddətini ötürmüş olması dəlilinə münasibətdə kollegiya əlavə olaraq qeyd etmişdir ki, onun iddia müddətini ötürdüyü qənaətinə gəlinmiş olsa belə, ağlabatan mühakimə əsasında bunun üzrlü səbəblərlə bağlı olduğu qəbul edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının qanunvericiliklə təminat altına alınan subyektiv hüquqlarının pozulmuş olduğu müəyyən edildiyindən, iddia müddətinin ötürülmüş olması arqumentinin onun iddiasının rədd edilməsi üçün əsas hesab edilməsi ədalətsiz və lazımi əsasa söykənməmiş olardı.
24. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69, 296, 300-cü maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və idddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti cavabdehin etiraz ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinadən onunla əsaslandırılmışdır ki, iddiaçı öz iradə ifadəsini, yani işdən çıxma istəyini yazılı ərizə formasında cavabdeh AYNA-ya təqdim etmiş və AYNA iddiaçının həmin istədiyini əsas götürərək, iddiaçının ərizəsində qeyd olunmuş xx.xx.2023-cü il tarixində işdən azad olunmasına dair əmr vermişdir. Bu halın mövcudluğu iddiaçının işdənçıxma barədə ərizə ilə sübut olunur. Həmin ərizəni iddiaçı öz əlyazıması ilə yazmış və şəxsən imzalamışdır. Lakin məhkəmə bu sübutu iddiaçının iddia tələbinin rədd edilməsinin mötəbər sübutu kimi qiymətləndirməmişdir. Digər tərəfdən, iddiaçı onun aldıdalması və ya ona qarşı hər hansısa zor tətbiq edilməsinə dair heç bir hüquq mühafizə orqanlarına və ya əmək müfəttişliyinə müraciət etməmişdir. Bu da onu sübut edir ki, cavabdeh tərəfindən iddiaçıya heç bir qanunsuz hərəkət o cümlədən də hər-hansı bir formada təzyiq edilməmişdir.
27. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi özü etiraf edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Lakin bu zaman həmin faktı məhkəmə prosesi zamanı aşkar edilməyən və araşdırılmayan, o cümlədən də, məhkəmə tərəfindən qətnamədə göstərilməyən səbəbləri üzrlü hesab etmişdir. Digər tərəfdən də apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinə subyektiv hüququnun olmasını önə çıxardaraq iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsini ədalətsiz və lazımi əsaslara söykənməməsini qeyd etmişdir. Qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi “iddia müddəti” barədə mövcud olan qanunun tələblərini tətbiq etməməklə həm qanun pozuntusuna yol vermiş, həm də Konstitusiya Məhkəməsi Plenumunun qəbul edilmiş çoxsaylı qərarlarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, mübahisələndirilən qətnamə qanuni və əsaslıdır, ləğv edilməsinə əsas yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
32. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
33. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
34. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
35. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
36. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya y erinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
37. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
38. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
39. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
40. Maddə
382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
41. Maddə 68 (2-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü...
42. Maddə 69 (1-ci hissə). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
43. Maddə 69 (3-cü hissə). İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
44. Maddə 69 (7-ci hissə). İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
45. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
46. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydal arın tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüq uq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Belə ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (§ 29, 31, 32).
56. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı vəzifəsindən azad edilməsi barədə ərizəni aldatma nəticəsində vermişdir. İddiaçı ifadə etdiyi həmin birtərəfli iradə bəyanını qanunla müəyyən edilmiş müddətdə mübahisələndirdiyi üçün ərizə etibarsız hala gəlmiş, başqa sözlə onun hüquqi nəticəsi aradan qalxmışdır. Belə olan halda həmin ərizə əsasında iddiaçının işdən azad edilməsi barədə cavabdehin verdiyi əmr də qanuni sayıla bilməz. Bu səbəbdən iddia əsaslıdır.
57. Kollegiya bildirir ki, iddianın əsasında duran faktiki hallarla bağlı sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə (o cümlədən iddia müddətinin bərpası ilə bağlı dəlilə) qanunvericiliyə uyğ un hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən i ş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2045/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.