Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2357/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qаrşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədikdə, apellyasiya şikayəti imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qаrşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3458/2024 nömrəli 8 may 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 9 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-455 2/2023 nömrəli 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 18 saylı evin 18 saylı mənzilinə bitişik 14 nömrəli otaqdan çıxarılmaları qət edilmişdir. 2. 21 noyabr 2023-cü il tarixdə qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4552/2023 nömrəli 24 noyabr 2023-cü il tarixli qərardadına əsasən, apellyasiya şikayəti geri qaytarılmışdır. 4. 19 yanvar 2024-cü il tarixdə Cavabdeh1 nümayə ndəsi və vəkili Vəkil2 məhkəmənin 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4552/2023 nömrəli 23.1.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(001)-4552/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
6. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 1.2.2024-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin 23.1.2024-cü il tarixli qərardadından apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, həmçinin buraxılmış prosessual müddətin bərpasına dair ərizə də verilmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4552/2023 nömrəli 20 fevral 202 4-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-4552/2023 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2558/2024 nömrəli 28 mart 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4552/2023 nömrəli 23.1.2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsi ilə müəyyən edilmiş qayda da münasibət bildirilməsi üçün mülki işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4552/2023 nömrəli 23 aprel 2024cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.1.2024-cü il tarixli 2(001)-4552/2023 saylı qərardadından iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin olunmamış və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3458/2024 nömrəli 8 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və M.A.Məmmədov) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)4552/2023 nömrəli işi üzrə 23.1.2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki işin Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2, 10-1.3, 10.1.-7, 363.1, 361.1, 361.1.2, 363.1.3, 363.1.4, 361.1.5, 361.1.6, 361.1.7, 361.2, 361.3, 361.4, 363, 364.1, 366.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq formada elektron kabinet vasitəsilə (elektron ərizə formasında) təqdim edilməmiş, elektron imza ilə imzalanmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
12. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya insta nsiyası məhkəməsinin qərardadının ləğv edilməsi və mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti MPM-in 361 və 363-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsini Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələri ilə əsaslandırmışdır ki, bunu da işin faktiki halları baxımından qanunsuz və əsassız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərardadında qeyd etmişdir ki, məhkəmənin şikayət edilən qərardadı 4.10.2023-cü il tarixdə ona məxsus elektron kabinetdə yerləşdirilmiş, lakin tərəfindən yenidən 19.1.2024-cü il tarixdə elektron kabinet vasitəsilə yenidən apellyasiya şikayəti verilmişdir. MPM-in 360-cı maddəsi məhkəmə qətnamə sinin ilk dəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində şikayət verilməsini tənzimləyir. İkinci dəfə apellyasiya şikayəti verərkən, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilən müddət hər bir halda ötürülmüş olur və qanunverici elə bir məcburi norma qəbul etməmişdir ki, apellyasiya şikayəti geri qaytarıldıqdan sonra təkrar verilərkən qətnamədən şikayət yenə bir ay müddətində verilməlidir. Digər tərəfdən müddətin ötürülməsini üzrlü hesab edilməsinə dair tərəfindən ərizə verilmiş və ərizə məhkəmə tərəfindən təmin olunaraq, apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Eləcə də məhkəmənin diqqətinə onu da çatdırmışdır ki, apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə elektron ərizə formasında təqdim edi lmiş və elektron imza ilə də imzalanmışdır.
14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
17. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektr on məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
18. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
19. Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.
20. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfin dən qaytarılır.
21. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
22. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
23. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil o lduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
24. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
25. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pr osessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarı da göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3458/2024 nömrəli 8 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.