Məhkəmə qərarları › İş №2(102)-2358/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2358/2020

11.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2358/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər X1rşı intizam tənbehi haqqında əmrlərin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.İ.İsmayılov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Sumqayıt şəhər X3rşı intizam tənbehi haqqında əmrlərin ləğv edilməsi tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən L.Məmmədova, hakimlər F.Məmmədov və M.Rzayev) qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh Sumqayıt şəhər X1rşı intizam tənbehi haqqında əmrlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər X2 haqqında çaxırdığı xx.xx.2018-ci il tarixli intizam tənbehi barədə 26 saylı əmrin, xx.xx.2018-ci il tarixli intizam tənbehi barədə 49 saylı əmrin, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə ona xəbərdarlıq elan edilməsinə dair əmrlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı 2003-cü il tarixində Sumqayıt şəhər X14 Qarajda əmək müqaviləsi ilə sürücü vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin o da mübahisə edilmir ki, İddiaçı xx.xx.2018-ci il tarixli əmrlə töhmət və xx.xx.2018-ci il tarixli əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, Sumqayıt şəhər X14 Qarajının xx xxxxxxx 2018-ci il tarixli əmri ilə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Sumqayıt şəhər X14 Qarajına qarşı işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmi n edilməmişdir. İddiaçı bildirir ki, xx.xx.2003-cü il tarixindən əmək müqaviləsi bağlayaraq Sumqayıt şəhər X14 Qaraj üzrə təcili yardım maşınında sürücü vəzifəsində çalışmışdır. Çalışdığı dövrdə işini layiqincə yerinə yetirmişdir. Qanuna görə qarajın avtomobilləri Qarajın büdcəsi hesabına təmir olunmalı halda qarajın müdürü Kamran Əhmədov avtomobilləri Qarajın sürücülərinin şəxsi vəsaiti hesabına təmir etdirmişdir. Avtomobillərin texniki baxışdan keçirilməsi üçün ödənilən dövlət rüsumunun haqqını belə sürücülərdən tutmuşdur. Demək olar ki, avtomobilə sərf olunan yanacaqdan başqa bütün xərcləri sürücülər özləri çəkmişdir. Bütün sürücülər müdürün hərəkətlərindən narazı qalsalar da, işsiz qalmaqdan qorxub irad bildirməmişdirlər. Bu barədə o, Kamran Əhmədova müraciət edib, narazılığını bildirs ə də, müdür buna “nizam-intizam qaydalarının pozulması” deyə ad qoyaraq, haqqında xəbəri olmadan iki dəfə şiddətli töhmət vermişdir. Həmin şiddətli töhməti əsas götürüb, xx xxxxxxx 2018-ci il tarixdə əmr çıxararaq onun əmək müqaviləsinə xitam verilmişdir. Onun haqqında çıxarılan xx xxx 2018-ci il tarixli, xx xxxxxx 2018-ci il tarixli töhmət və ya şiddətli töhmət və xx xxxxxxx 2018-ci il tarixli əmr qanunsuz və əsassızdır. Həmin əmrlərin ona rəsmi qaydada verilməsini tələb etsə də, ona ünvanlanan məktubda bildirilmişdir ki, işlədiyi dövr ərzində iş yerində əmək və icra intizamını dəfələrlə kobud şəkildə pozmuşdur. Belə ki, xx.xx.2018-ci il tarixdə töhmət, xx.xx.2018-ci il tarixdə akt tərtib edilərək xəbərdarlıq edilmiş, xx.xx.2018-ci ildə xəbərdarlıq, xx.xx.2018-ci ildə yenidən əmək intizam ını və qarajın normal iş şəraitini pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət, xx.xx.2018-ci il tarixdə akt tərtib edilərək xəbərdarlıq elan edilmiş, xx.xx.2018-ci il tarixdə yuxarıda göstərilən intizam tənbehlərindən nəticə çıxarmayaraq yenidən intizam qaydalarını pozaraq idarənin normal iş şəraitini pozmuşdur. xx.xx.2018-ci il tarixində 174k saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. O, heç vaxt istər kobud, istərsə də qeyri- kobud şəkildə nizam-intizam qaydalarını pozmamışdır. Bu intizam tədbirləri ona qərəzli şəkildə tətbiq edilmişdir. Bundan başqa əmrlər çıxan vaxt onun iş günü olmamışdır. Qeyd edilənlərə əsasən o, iddianrn təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nüm ayəndəsi bildirir ki, mərkəzlədirilmiş qarajın X7 kalonunun sürücüsü X11 xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci tarixlərində Mərkəzləşdirilmiş qaraja gələrək kollektiv arasında etik və davranış qaydalarını pozmuş, dövlətin və onun yerlərdəki qurumları barədə təhqiramiz sözlər işlətmiş, müdiriyyətin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtan, təhqir, iftira xarakterli sözlər işlədərək şantaj etmiş, idarənin normal iş şəraitini əmək və icra intizamını kobud şəkildə dəfələrlə qəsdən pozmuşdur. Ona törətdiyi qanunvericiliyə zidd hərəkətlərinə görə dəfələrlə intizam tənbehi və xəbərdarlıq verilsə də iddiaçı bundan nəticə çıxarmamışdır. Yenidən xx.xx.2018-ci il tarixdə heç bir üzürlü səbəb olmadan işə gecikmiş və əmək qanunverciliyinin tələblərini bir daha pozmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin, yəni əmək funksiyasını pozduğuna görə əvvəllər verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün iddiaçı əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməsini, əmək və icra intizamına əməl etməməsini işin ahəngini qəsdən, dəfələrlə pozduğu üçün xx.xx.2018-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, intzam tənbehləri veriləndən dərhal sonra əmrlərlə iddiaçı rəsmən tanış edilmişdir. Lakin cavabdeh bu barədə tam məlumatı olsa da xx.xx.2019-cu il tarixli intizam tənbehi haqqında əmrdən 13 aydan sonra, xx.xx.2018-ci il tarixli intizam tənbehi haqqınd akı əmrdən 10 aydan sonra, yəni iyun 2019-cu il tarixdə məhkəməyə ərizə ilə müraciət etmiş və iddia müddətini ötürmüşdür. Bundan başqa iddiaçı iddia tələbində xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixdə ona xəbərdarlıq edilməsinə dair əmrlərin də ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Halbuki həmin tarixlərdə də müəssisədə baş vermiş hadisələr sənədləşsə də iddiaçı barəsində hər hansı bir intizam tədbiri barədə əmr qəbul edilməmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə işlədiyi müəssisədə əmək və icra intizamını, etik davranış qaydalarını pozmuş və bu hal müəssisənin digər əməkdaşlarının tərtib etdikləri aktla rəsmiləşdirilmiş, bundan sonra həmin pozuntularla bağlı iddiaçının mübahisələndirdiyi əmrlər qəbul edilmişdir. Məhkəmə iclasında da iddiaçı həmin günü işlədiyi qarajda olduğunu təsdiq etmişdir. İş materiallarında olan aktlardan görünür ki, iddiaçı əmrlərlə tanış olmaq üçün işlədiyi qaraja dəvət edilsə də o, bundan imtina etmişdir. Bununla da məhkəmə tərəfindən mübahisələndirilən əmrlər qəbul edilərkən, hər hansı bir qanun pozuntusuna yol verilməsi halı aşkar edilməmişdir. Bundan başqa iddiaçı xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixdə ona xəbərdarlıq edilməsinə dair əmrlərin də ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir, lakin həmin tarixlərdə iddiaçı barəsində hər hansı bir intizam tənbehi barədə əmr qəbul ed ilməmişdir Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı Sumqayıt şəhər X14 Qarajının xx xxxxxxx 2018-ci il tarixli əmri işdən azad edilmişdir. Həmin əmrin verilməsi üçün əsas xx.xx.2018-ci il tarixli intizam tənbehi barədə 26 saylı və xx.xx.2018-ci il tarixli intizam tənbehi barədə 49 saylı əmrlər olmuşdur. İddiaçı Sumqayıt şəhər X14 Qarajın a qarşı işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş lakin Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Ona görə də İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 2018-ci il tarixli işdən azad edilmə əmrinin əsası olan xx.xx.2018-ci il tarixli intizam tənbehi barədə 26 saylı və xx.xx.2018-ci il tarixli intizam tənbehi barədə 49 saylı əmrlərin ləğv edilməsini tələb edir. İddiaçının bununla bağlı birinci əsası ondan ibarətdir ki, cavabdeh müəssisənin əməkdaşları tərəfindən onun xx.xx.2018-ci il tarixində və xx.xx.2019-ci il tarixində müəssisəyə gələrək, orada əmək və icra intizamını, etik davranış qaydalarını pozması barədə aktlar tərtib edilmiş və bu aktlar əsasında ona xx.xx.2018-ci il tarixli və xx.xx.2018ci il tarixli əmrlərlə töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdeh müəssisənin əməkdaşları tərəfindən tərtib edilmiş aktın əsaslılığını bilavasitə araşdırmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı qeyd edilən aktları qəbul etməyərək, onların əsaslılığını mübahisələndirsə də apelyasiya instansiyası məhkəməsi onları tərtib edən şəxsləri şahid qismində dindirmədən həmin aktların əsaslılığını bilavasitə araşdırmamış və məhkəmə tərəfindən məhkəmə iclasında bilavasitə araşdırılmayan sənədi iddianın təmin edilməməsinə əsas verən sübut kimi qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının digər dəlili ondan ibarətdir ki, birinci töhmət verilərkən qrafik üzrə istirahət günü olmağına baxmayaraq işlədiyi müəssisəyə gəlmiş, qarajın müdiri X12 ilə mübahisə etsə də əmək icra və intizamını pozmamışdır. Belə ki, növbəli iş rejimində işləməklə onun üçün həmin gün istirahət günü olduğundan onun tərəfindən əmək icra və intizamının pozulması qeyri-mümkündür. Bundan başqa iddiaçının ikinci töhmətlə bağlı əsaslandırması ondan ibarət olmuşdur ki, ikinci töhmət verilərkən verilərkən qrafik üzrə istirahət günü olduğundan ümumiyyətlə işdə olmamışdır. Hazırkı iş üzrə mübahisə nin düzgün həlli üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi iddiaçının növbəli iş rejimində işləməsini, töhmətlər verilərkən qrafik üzrə istirahət günü olub-olmamasını, onun tərəfindən qeyd edilən günlərdə əmək icra intizamını pozub-pozmamasını, bu pozuntunun nədə ifadə edilməsini araşdırmamış, nəticədə mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.3-ci maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar