Məhkəmə qərarları › İş №2(102)-2359/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2359/2020

23.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2359/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə İddiaçı, vəkili Bədəlov Emil Nizami oğlunun, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Mirbabayeva Nigar Mirbaba qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə (qarşılıqlı iddia: yaşayış sahəsinə dair istifadə hüququna xitam verilməsi) tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının 2(105)-3863/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3688/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.M.Behbudova) iddia tələbi təmin edilərək, İddiaçı X. ünvanında yerləşən mənzilinə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3863/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi F.Ə.Məmmədov, L.M.Məmmədov və S.A.Qafari) ilkin iddia üzrə Cavabdeh vəkili və nümayəndəsi Mirbabayeva Nigar Mirbaba qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3688/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, İddiaçı X. ünvanında yerləşən mənzilinə köçürülməsi, Cavabdeh İddiaçı qarşı İddiaçı X. ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ünvan 1 ünvanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. Cavabdeh onun atasıdır. Onun 21 yaşı var, ailə qurmamışdır. Cavabde h mənzilin giriş-çıxış qapısının açarını dəyişərək onu mənzilə buraxmır. O, tələbədir, qiyabi təhsil alır, işi ilə əlaqədar tez-tez Türkiyə Respublikasına gedib-gəlir. Lakin qayıtdıqda onun yaşamağa yeri olmur, başqa mənzildə sığınacaq tapmalı olur. Bu vəziyyət ona pis təsir edir, o, atasının mülkiyyətində olan və daimi qeydiyyatı üzrə mübahisəli mənzildə yaşamaq istəyir. Qeyd olunanlara əsasən onun X. ünvanında yerləşən mənzilinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsi vermişdir. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Cavabdeh iştirakı olmadan işə baxmış və nəticədə cavabdehin mənafeyinə zidd qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad edərək iddia tələbini təmin etmişdir. Qeyd edilməlidir ki, mübahisəli mənzil ilə bağlı Cavabdeh ilə X8 arasında digər məhkəmə mübahisəsi davam edir. Məhz həmin məhkəmə mübahisəsi zamanı hazırki iş üzrə çıxarılmış qətnamənin mövcudluğu müəyyən olunmuşdur. Belə ki, Cavabdeh 2018-ci ildə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X4 X. ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi ilə bağlı aşağıda qeyd edilən qətnamələr qəbul edilmişdir: Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh X4 X. ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam ver ilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3094/2019 saylı, 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X4 apelyasiya şikayəti təmin edilməmiş, X4 X. ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən mülki işdən müəyyən olunur ki, X. ünvanında yerləşən evin 5 №-li mənzili Cavabdeh tam mülkiyyətindədir. Həmin mənzil ona vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinə əsasən keçmişdir. 2013-cü il tarixdə cavabdeh X8 ilə iddiaçının nikahına xitam verilmiş və boşandıqdan sonra cavabdeh S.Manaflı iddiaçı Cavabdeh mülkiyyətində olan mənzildən bütün əşyalarını evdən çıxarmış və evi tərk etmişdir. Cavabdeh S.Manaflı həmin vaxtdan qeyd edilən ünvanda yaşamadığına və formal olaraq pasport qeydiyyatında qaldığına görə Cavabdeh iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X4 X. ünvanında yerləşən mənzilinə dair istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Bundan əlavə, göstərilən mülki işdə X8 məhkəməyə bildirmişdir ki, «22.05.2013-cü ildə nikah pozulmuş, nikahı pozulduqdan sonra ona məxsus olan bütün cehiz əmlakını götürmüş və 2 qızı ilə birlikdə evi tərk edərək bacısının evinə sığınmışdır. Hal-hazırda mənzildə ona məxsus heç bir əşya qalmamışdır». Mənzildə 2013-cü ildən hal-hazıradək yaşayışın olmaması həmin qətnamələr ilə müəyyən olunmuşdur. Bundan əlavə müəyyən olunmuşdur ki, 22.06.2013-cü il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsi, 3 E saylı binanın 8 saylı mənzilinin X 4 adına keçirilməsi barədə «xxxx» MTK ilə müqavilə bağlanılmışdır. İş materialında olan və məhkəmə tərəfindən istinad edilən Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2013-cü il tarixli, 2(060)-1079/2013 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə Dadaşlı (Manafova) Sevil Adil qızı arasında 21 yanvar 1997-ci il tarixdə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.1998-ci il təvəllüdlü İddiaçı və 02.02.2005-ci il təvəllüdlü X2 anası X5 yanında qalması, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı və 02.02.2005- ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh 29.01.2013-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 76 manat olmaqla, 152 manat sabit pul məbləğində alimentin tutulub X6 verilməsi qət eilmişdir. Beləliklə, müəyyən olunur ki, X8 uşaqları ilə birgə (yəni ha zırki iş üzrə İddiaçı ilə) daimi yaşamaq üçün 2013-cü il tarixdən Sumqayıt şəhəri, 1- ci mikrorayon, Sülh küçəsi, 3 E saylı binanın 8 saylı mənzilinə köçmüş və hazırkı günədək orada yaşayırlar. İddiaçı Sumqayıt şəhəri, 1ci mikrorayon, Sülh küçəsi, 3E saylı binanın 8 saylı mənzilində 2013-cü ildən anası ilə birgə yaşamaqla məhz həmin mənzilə istifadə hüququ yaranmışdır. Cavabdeh mülkiyyətində olan X. ünvanında yerləşən evin 5 №-li mənzilinə isə İddiaçı pasport qeydiyyatı formal olaraq qalmışdır. Bundan əlavə qeyd etmək lazımdır ki, İddiaçı «mənzilə köçürülmə» barədə iddia tələbini məhz Cavabdeh tərəfindən «xxxx» MTK-dan arayış əldə edilməsi barədə (Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsi, 3E saylı binanın, 8 saylı mənzilin X4 adına keçirilməsinə dair «xxxx» MTK ilə müqavilənin bağla nması) məlumatı aldıqdan dərhal sonra vermişdir. İddiaçı mübahisəli mənzili anası ilə birgə 2013-cü ildə tərk etmiş və nədənsə yalnız 6 ildən sonra mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət edir. Həmçinin nəzərə almaq lazımdır ki X8 yuxarıda qeyd edilən mülki işdə cavabdeh qismində və hazırki iş üzrə İddiaçı nümayəndəsi qismində iştirak etmişdir. İddiaçı məhkəmə baxışında iştirak etməmişdir. İddiaçı yaşayış sahəsinə ehtiyacı aradan qalxdığına görə o, mübahisəli X. ünvanında yerləşən evin, 5 №-li mənzilindən istifadə hüququnu artıq 2013-cü ildən itirmişdir. Belə olan halda, İddiaçı cayabdeh Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddia tələbi tamamilə əsassız və qanunsuzdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İlkin iddia üzrə Cavabdeh və vəkili Mirbabayeva Nigar Mirbaba qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası Cavabdeh təqdim etdiyi sübutları, yəni “xxxx” MTK-nın arayışını, müqaviləni və sair sənədləri araşdırmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərin i pozmuş, işə qərəzli və qeyri-obyektiv yanaşmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Mirbabayeva Nigar Mirbaba qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı və vəkili Bədəlov Emil Nizami oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı bar ədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilkin iddia üzrə Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Mirbabayeva Nigar Mirbaba qızının, ilkin iddia üzrə İddiaçı və vəkili Bədəlov Emil Nizami oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə Cavabdeh kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququnun yaranması halı mübahisəsizdir. Belə ki, ilk iddia üzrə iddiaçı mübahisəli mənzilin 2005-ci il tarixdən mülkiyyətçisi olan ilk iddia üzrə cavabdehin qızı olmaqla onun ailə üzvüdür. İddiaçı mübahisəli mənzildə onunla birlikdə yaşamışdır. O, valideynləri 2013-cü il tarixdə boşanarkən yetkinlik yaşına çatmamış və məhkəmə qətnaməsinə əsasən anasının yanında qalmışdır. Hazırda yetkinlik yaşına çatmışdır və özünə yaşayış sahəsini seçmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hiss əsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququ olduğu üçün onun həmin mənzilə köçürülmə barədə tələbi əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinə qiymət verərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçini n məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2013-cü il tarixli, 2(060)- 1079/2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Dadaşlı (Manafova) Sevil Adil qızı arasında 21 yanvar 1997-ci il tarixdə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx xxxx 1998-ci təvəllüdlü İddiaçı və 02 fevral 2005-ci il təvəllüdlü X3 anası X5 yanında qalmışlar. Cavabdeh 2018-ci ildə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X4 X. ünvanında yerləşən mənzilinə dair istifadə hüququna xitam verilm əsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi ilə bağlı aşağıda qeyd edilən qətnamələr qəbul edilmişdir: -Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh X4 Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilinə dair istifadə hüququna xitam verilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4018/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X4 apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı Cavabdeh X7 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair iddia tələbi rədd edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(10 2)-3189/19 saylı, 13 may 2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4018/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3094/2019 saylı, 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X4 apelyasiya şikayəti təmin edilməmiş, X4 X. ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki iş üzrə müəyyən olunmuşdur ki, 22.06.2013-cü il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon Sülh küçəsi, 3 E saylı binanın 8 saylı mənzilinin X 4 adına keçirilməsi barədə «xxxx» MTK ilə müqavilə bağlanılmışdır. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, X8 uşaqları ilə birgə daimi yaşamaq üçün 2013-cü il tarixdən Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsi, 3 E saylı binanın 8 saylı mənzilinə köçmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarına əsasən “ 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər”. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarı ilə bağlı işin faktiki hallarını düzgün araşdırmamış, iddiaçının köçürülməsini tələb etdiyi mənzildə 2013-cü ildən yaşamamasına, həm in mənzildə ona aid heç bir əşyanın olmamasına, 2013-cü il tarixdən iddiaçının anasına məxsus mənzildə yaşamasına dair işin faktiki halları ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 88-ci məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İlkin iddia üzrə Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3863/2019 saylı, 27 noyabr 2019cu il t arixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar