Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2359/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmək müqaviləsinə xitam verilməsinin əsasları, işçilərin sayının və ştatların ixtisarı, ədalətli araşdırma hüququ,) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviçdən və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (hazırda "xxxx" MMC) qarşı (Azərbaycan Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və əmək haqqının gecikdirilməsinə görə ödənişin ödənilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2025-ci il tarixli 2(103)-2681/2025 saylı qətnaməsindən İddiaçı kassasiya şikayətinə 25 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2023-cü il tarixli 149/K saylı əmr ilə "xxxx" MMC-yə tərcüməçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixli 155/K saylı əmr ilə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bənd inə əsasən tutduğu vəzifədən azad edilmişdir.
2. İş materiallarında olan, Cavabdeh MMC-nin Müşahidə Şurasının xx.xx.2024cü il tarixli 15/MS/24 saylı iclas protokolu ilə müəyyən edilmişdir ki, cəmiyyətin struktur vahidlərində zəruri sənədlərin tərcümə edilməsi ilə bağlı iş yükünün azaldığını, müvafiq şöbələrdə ingilis dilini bilən kifayət qədər mütəxəssislərin olduğunu nəzərə alaraq Cəmiyyətdə iqtisadi baxımdan səmərəliyi (optimallaşdırma) təmin etmək məqsədilə, ştat cədvəlində mövcud olan “Təcrüməçi” vəzifəsinin (ştatı) ixtisar edilməsi qərara alınmışdır.
3. İş materiallarında olan, İddiaçı ştat ixtisarı ilə əlaqədar Əmək Müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində "xxxx" MMC ilə arasında qarşılıqlı razıl aşma əsasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən 2 təqvim həftəsi gözlənilməklə, orta aylıq əmək haqqının 1 misli miqdarında və ya 2 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.5 misli əlavə ödənilməklə müqavilə müddətinə xitam veriləcəkdir. Bununla əlaqədar olaraq xəbərdarlıq müddətini gözləmək və ya xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.5 misli əlavə ödənişi qəbul edərək işdən azad edilmək bərəsində seçimini bildirməyi xahiş olunur. Hesablanmış son haqq-hesab məbləği əmək haqqı hesabına köçürüləcəkdir. Əmək kitabçasının təhvil alınması üçün həmin tarixdə cəmiyyətin İnsan Resursları Departamentina yaxınlaşması xahiş olunmuşd ur.
4. İş materiallarında olan, İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi ilə müəyyən olunmuşdur ki, işçilərin ixtisarı ilə bağlı 02 iyul 2024-cü il tarixli bildirişi qəbul etmiş və tanış olmuşdur. Bununla bağlı, bildirişdə qeyd olunan xəbərdarlıq müddəti əvəzinə ona əmək qanunvericiliyi ilə müəyyən olunmuş məbləğdə ödəniş verilməsi şərti ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməsini xahiş etmişdir.
5. Cavabdeh MMC-nin 155/K saylı xx.xx.2024-cü il tarixli əmrinə əsasən "xxxx" MMC-də yeni sturukturun formalaşması və optimizasiya ilə əlaqədar olaraq, tərcüməçi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 03 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatların ixtisar edil məsi) xitam verilməsi, ştat sayının ixtisar olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, Cəmiyyət ilə işçi arasında bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdarlıq əvəzinə orta aylıq əmək haqqının 0,5 misli miqdarında kompensasiya ödənilməsi, eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin üçüncü hissəsini rəhbər tutaraq, Cəmiyyət ilə işçi arasında bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq orta aylıq əməkhaqqı miqdarında işdənçıxarma müavinəti ödənilməsi əmr edilmişdir. Əsas kimi yeni struktur və xəbərdarlıq müddəti əvəzinə kompensasiyanın ödənilməsinə dair işçinin ərizəsi göstərilmişdir.
6. Cavabde h MMC-nin Müşahidə Şurasının 02 sentyabr 2024-cü il tarixli 24/MS/24 saylı iclas protokolu ilə müəyyən olunur ki, protokola əlavə olunmuş siyahısı qeyd edilən vəzifələrin ixtisar edilməsi və istedadların idarə edilməsi üzrə menecer vəzifəsi üzrə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi qərara alınmışdır.
7. İş materiallarında olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 tərəfindən vəkil bürosuna ünvanlanmış 18 sentyabr 2024-cü il tarixli məktuba əsasən Cavabdeh MMC tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə İddiaçı əmək müqaviləsinə 3 iyul 2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi ilə bağlı məlumat daxil edilmişdir. Həmçinin Cavabdeh MMC tər əfindən İddiaçı ixtisar olunması ilə bağlı Agentliyə heç bir məlumat daxil olmamışdır.
8. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən vəkil bürosuna ünvanlanmış 30 avqust 2024-cü il tarixli məktuba əsasən Cavabdeh MMC-nin Müşahidə Şurasının üzvləri X15, X27, X11r.
9. Cavabdeh MMC-nin Müşahidə Şurasının 01 oktyabr 2024-cü il tarixli 28/MS/24 saylı iclas protokolu ilə müəyyən olunur ki, cəmiyyətin təşkilatı strukturunun təkmilləşdirilməsi məqsədilə protokola əlavə olunmuş yeni ştat cədvəlinin təsdiq edilməsi qərara alınmışdır.
10. İş materiallarında olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 xidməti tərəf indən məhkəməyə ünvanlanmış 24 dekabr 2024-cü il tarixli 3-17-5/2-96341/2024 saylı məktuba əsasən Cavabdeh MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş “administrativ assistent” vəzifəsi üzrə 1 (bir) əmək müqaviləsi bağlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilməyinə dair Cavabdeh MMC-nin 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməyi, məcburi işburaxma dövrü üçün əmək haqqı məbləğinin, həmçinin əmək haqqı ödənilməsinin hər gecikdirilmiş günü üçün əmək haqqının bir faizi məbləğində ödənşin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsasla ndırılmışdır ki, "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdən tərcüməçi kimi işləməyə başlamışdır. İşlədiyi dövr ərzində daim işinin öhdəsindən gəlmiş, cəmiyyətin müşahidə şurasının sədrinin və üzvlərdən birinin xarici vətəndaş olması səbəbindən rəhbərliyin bütün iclaslarında iştirak edəcək qədər etibarlı işçi olmuşdur. Vəzifə funksiyasına uyğun olaraq bütün sənədlərin, o cümlədən xarici şirkətlərlə bağlanacaq əhəmiyyətli müqavilələrin tərcüməsini həyata keçirmiş və verilən digər tapşıqların öhdəsindən gəlmişdir. Cəmiyyətin icra orqanın rəhbərinin dəyişməsindən sonra yeni rəhbər tərəfindən hər hansı əsas göstərilmədən işdən azad olunmağı barədə ərizə yazmağı tələb olundu və bununla razılaşmayacağı təqdirdə ixtisarla işdən çıxaracağı bildirildi. Təzyiqlərə boyun əyməmiş və ərizə yazmaqdan imtina etmişdir. Bundan sonra isə yeni rəhbərin göstərişi ilə “formal ixtisar” görüntüsü yaradılmaqla işdən azad edilmişdir. Köməkçisi də, Elnur Əli hansı ki, o, işə yeni başlamış və sınaq müddətində olmuşdur, onlara yazdığı pretenziyadan sonra görüntü yaratmaq xətrinə güya ixtisarla işdən azad edildi və başqa vəzifəyə keçirilməklə faktiki tərcüməçi fəaliyyətinə, yəni öz vəzifə funksiylarının icrası ona həvalə edildi. Belə ki, böyük işçi qüvvəsinə malik olan cavabdeh yalnız 2 sözlə “strukturun formalaşması və optimizasiyası ilə əlaqədar” deməklə onu ixtisara salmış və güya bununla qanunla üzərinə qoyulmuş “əsalandırma” öhdəliyini icra etmişdir. Lakin bu formalaşmanın zərurəriliyi, dəyişən hədəflərin mövcudluğu, 2 işçinin ixtisarı ilə hansı optimizasiyanın edilməsi kimi zərurəti, bunun cəmiyyətə verəcəyi fayda (qazanc) kimi məsələlər ümumiyyətlə qeyd edilməmişdir.
13. Bundan başqa Müşahidə Şurasının sədrinin və üzvlərdən birinin xarici vətəndaş olması və azərbaycan dilini bilməməsi tərcüməçi olmadan fəaliyyətin mümkünsüzlüyünü təsdiq edir. Yəni bu ştatın ümumiyyətlə ləğv edilməsi real deyil və bu “Formallıqdan” xəbər verir. Belə ki, işəgötürən formal olaraq qanunun normasına istinad etmiş, “Ştatın”, yoxsa “İşçilərin sayı”nın ixtisar edilməsini xüsusi qeyd etməmiş, bununla da göstərilən normaların tələblərini pozmuşdur. Məlumat üçün deyir ki, özü 3 dildə-ingilis, rus, türk dillərində mükəmməl bilir və həmin dillərdə şifahi və sinxron tərcüməçi fəaliyyətini həyata keçirmişdir. Digər tərcüməçi isə 2 dildə-ingilis, türk dillərində tərcüməçilik edirdi və şifahi və sinxron tərcüməçi f əaliyyətini həyata keçirməyi bacarmırdı. Bundan başqa özünün bu sahədə 15 ildən çox təcrübəsi var.
14. Cavabdehin nümayəndəsi X8 xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tələbində göstərmişdir ki, guya Cəmiyyətin icra orqanının rəhbərinin dəyişməsindən sonra heç bir əsas göstərilmədən ixtisar ilə əlaqədar onun əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının yuxarıda qeyd edilən dəlilinə münasibətdə bildirir ki, iş materiallarında mövcud olan cavabdeh təşkilatın Müşahidə Şurasının 15/MS/24 saylı, 01 iyul 2024-cü il tarixli qərarına əsasən, Cəmiyyətin struktur vahidlərində zəruri sənədlərin tərcümə edilməsi ilə bağlı iş yükünün azaldığını, müvafiq şöbələrdə ingilis dilini bilən kifayət qədər mütəxəssislərin olduğunu, eyni zamanda müəssisədə iqtis adi baxımdan səmərəliliyi (optimallaşdırma) təmin etmək məqsədilə, ştat cədvəlində mövcud olan “Tərcüməçi” vəzifəsi (ştat) ixtisar edilmişdir. Müşahidə Şurasının müvafiq qərarı rəhbər tutularaq, AR Əmək Məcəlləsinin 77.1-ci bəndində nəzərdə tutulmuş qaydada ştatın ixtisar edilməsi ilə əlaqədar 02 iyul 2024-cü il tarixdə cavabdehə rəsmi xəbərdarlıq edilmişdir. Bundan sonra, iddiaçının razılığı əsasında, ixtisar ilə bağlı xəbərdarlıq müddəti əvəzinə ona əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada kompensasiya verilmişdir. Eyni zamanda, tərəflər arasında mövcud olan əmək müqaviləsinə ştatın ixtisarı ilə bağlı xitam verilərkən, cavabdehə AR Əmək Məcəlləsinin 77.3-cü bəndinin tələblərinə görə müəyyən olunmuş əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilmişdir. Həmçinin, iddiaçı tələbində göstərmişdir ki, guya cavabdeh ixtisar faktını pərdələmək məqsədilə tərcüməçi vəzifəsində işləyən digər işçi X25 ilə də əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam vermişdir. İddiaçının dəlilinə münasibətdə bildirir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada bütün tələblərə digər işçi X17 əmək müqaviləsinə xitam verilərkən də riayət edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş müvafiq sənədlərdən müəyyən edilir ki, ştatın ixtisar edilməsi ilə əlaqədar 02 iyul 2024-cü il tarixdə digər işçi - X19 rəsmi xəbərdarlıq edilmişdir. Sonradan işçi - X17 rəsmi razılığına əsasən, 11 iyul 2024-cü il tarixdən etibarən ixtisar ilə bağlı xəbərdarlıq müddəti əvəzinə ona əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada kompensasiya verilməsi barədə razılıq əldə edilmişdir. Eyni zamanda, həmin işçiyə əmək qanunvericiliyin tələblərinə görə müəyyən olunmuş əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilmişdir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-430/2025 nömrəli, 07 fevral 2025-ci il tarixli qətanməsi ilə iddia tələbinin təmin edilməməsi qət etmişdir.(hakim Nuriyeva Səbinə)
16. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC-də təcüməçi vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" MMC-nin Baş ofisinin Müşahidə Şurasının 10 yanvar 2024-cü il tarixli 01MS2024 saylı protokolu ilə təsdiq olunmuş ştat cədvəlinə əsasən, qeyd olunan tarixdə cavabdeh şirkətdə 2 ədəd tərcüməçi ştatı olmaqla, cəmi 356 nəfər ştat vahidi olmuşdur (mülki iş v. 32). "xxxx" MMC-nin Baş ofisinin Müşahidə Şurasının protokolları ilə "xxxx" MMC-də ştat saylarında ixtisarlar aparılmış, "xxxx" MMCnin Baş ofisinin Müşahidə Şurasının 01 oktyabr 2024-cü il tarixli 28/MS/2024 saylı protokolu ilə təsdiq olunmuş ştat cədvəlinə əsasən Baş ofisdə tərcüməçi ştatı olmamış, ümumilikdə 343 nəfər ştat vahidi olmuşdur (mülki iş v. 68). Müəssisədə çalışan digər işçilərlə bağlanmış əmək müqavilələrinə eyni əsasla xitam verilməsinə dair əmək müqaviləsi bildirişləri cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuşdur – X12xx.xx.2024-cü il tarixdə, X4 xx.xx.2024-cü il tarixdə, X13 xx.xx.2024-cü il tarixdə X9 xx.xx.2024-cü il tarixdə, X5 xx.xx.2024-cü il tarixdə müəssisənin müvafiq əmrləri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuşdurlar. 1
7. Həmçinin məhkəmə sorğusuna əsasən xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş şəxslərin siyahısı məhkəməyə təqdim olunmuşdur. Müəyyən olunmuşdur ki, xx.xx.2024-xx.xx.2024-cü il müddəti ərzində müəssisənin işçisi olmuş müxtəlif vəzifələrdə (rəis, direktor müavini, baş usta, baş mühasib, mühasib, anbardar, mühəndis-texnoloq və s.) çalışan işçilərin əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi ştat vahidinin ixtisarı formal (yalnız iddiaçının işdən azad olması məqsədilə) xarakter daşımamış, “tərcüməçi” ştatı xx.xx.2024-cü il tarixdə ləğv olunmuş və iddiaçı işdən azad edildikdən sonra müəssisədə yenidən yaradılmamışdır. Bu müddət ərzində müəssisədə müxtəli ştat vahidləri azalmış, iddiaçı ilə yanaşı başqa şəxslərin də əmək müqavilələrinə eyni əsasla xitam verilmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi üzrə müəyyən olunmuş halların qanunvericiliklə müəyyən olunmuş tələblərlə uzlaşdırılması zamanı uyğunsuzluq aşkar olunmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh müəssisə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. İşçi – iddiaçı ilə əmək münasibətlərinə xitam veri lərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. İddiaçının Cavabdeh 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi“ barədə tələbi əsaslı deyildir və bu səbəbdən məhkəmə tərəfindən təmin edilə bilməz.
19. Məhkəmə, iddia tələbinin digər (işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəniş hissələri ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 11-ci maddəsinin b və a bəndinə, 42-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddənin 1-ci hissəsinə, 70-ci maddənin b bəndinə, 71-ci maddənin 1-ci hissəsinə, 77-ci maddənin 1-ci hissəsinə, 77-ci maddənin 4-cü hissəsinə, 78-ci madd ənin 1-ci hissəsinə, 172-ci maddənin 5-ci hissəsinə, 300-cü maddəsinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.2, 218.3-cü maddələrinə istinadla əsaslandırılmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırlıq iclası zamanı qarşı tərəfin nümayəndəsi əmrin əsası kimi istinad edilmiş “Yeni struktur”un mövcud olmadığını bildir miş və sözügedən sənədi məhkəməyə təqdim etməkdən imtina etmişdir. b) İxtisar barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 hər hansı məlumat təqdim edilməmişdir. Qeyd edilənlərdən aydın olur ki, ixtisar real olmamış, tamamilə formal hərəkətlərlə müşahidə edilməklə, bilavasitə İddiaçı ixtisar görüntüsü ilə işdən azad edilməsinə hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3211/2023 saylı qərarının 74-cü bəndində qeyd edilmişdir ki,..... İxtisar real olmalıdır. İxtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: İxtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd, Həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı, İxtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd, işçiyə ixtisar olunacağı barədə əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd, xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd), ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr. Göründüyü kimi, cavabdeh tərəfindən İddiaçı ixtisarı o qədər təcili və formal aparılmışdır ki, bu barədə əmrin əsası kimi ümumiyyətlə mövcud olmayan “yeni struktur”a istinad edilmiş, həmçinin bu barədə aidiyyəti dövlət orqanına məlumat belə verilməmişdir. Əmr əsaslandırılmamış, əsaslandırma “Saxta” protokol əsasında həyata keçirilmişdir. Qeyd edilənlərdən aydın olur ki, cavabdeh tərəfindən protokolda əsaslandırma tamamilə formal və ümumi sözlərdən istifadə edilməklə aparılmış, göstərilən halları təsdiq edən hər hansı sübut C. Paşayevə və ya məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdehin təqdim etmiş olduğu “Protokolların reyestri” adlı “excel” faylına nəzər saldığda görünür ki, prokolların nömrələnmə a rdıcıllığı ilə, tarixi arasında uyğunsuzluq mövcuddur. Bu isə heç şübhəsiz faylın mövqeyi saxtalıqla əsaslandırmaq üçün təcili və səriştəsiz hazırlanmasından qaynaqlanır. (Məsələn, 09/MS/24 nömrəsi xx.xx.2024-cü il tarixli protokola verilmiş, 10/MS/xx.xx.2024-cü il tarixli protokola verilmiş, 12/MS/24nömrəli xx.xx.2024-cü il tarixli protokola verilmiş, 15/MS/24 nömrəlixx.xx.2024-cü il tarixli protokola verilmiş, 17/MS/24 nömrəli xx.xx.2024-cüil tarixli protokola verilmiş, 19/MS/24 nömrəli xx.xx.2024-cü il tarixli protokola verilmiş, 21/MS/24 nömrəli xx.xx.2024-cü il tarixli protokola verilmişdir). O təxminən 10 aydır ki, sözügedən müəssisədə işləyir. Müəssisədə 2 tərcüməçi - O və həmin vaxt ay yarımlıq müddətdə işləyən digər tərcüməçi olmuşdur. O işdən azad edildikdən sonra işəgötürənə xəb ərdarlıq yazaraq işdən azad edilməyinin qanunsuz olmasını onun diqqətinə çatdırmış və bu barədə məktubunu o xx.xx.2024-cü il tarixdə almışdır. (Qaimə məhkəməyə təqdim edilib). Bundan sonra cavabdeh təlaşa düşərək hərəkətlərinə “hüquqi don” geyindirmək məqsədi ilə digər tərcüməçini məktubu aldığı gündən 1 gün sonrakı tarixlə ixtisara salmış və onu başqa bir vəzifəyə təyin etmişdir. Guya digər tərüməçi ona xx.xx.2024-cü il tairxdə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə ixtisara salınmasını xahiş etmişdir. Hərəkətlər açıq aşkar göstərir ki, o heç bir əsas olmadan işəgötürənin keyfi davranışları ilə işdən azad edilmişdir. Halbuki, o ona nisbətən peşəkar olmaqla daha uzun müddət həmin müəssisədə işləmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı bildirmişdir ki, guya onlar dig ər tərcüməçini keçirdikləri vəzifənin əmək haqqısı az olduğundan onun bəyənməyəcəyini düşünərək ona təklif etməmişlər. Məhkəmə isə qeyd etdiklərinə ümumiyyətlə münasibət bildirməmiş, sadəcə cavabdehin təqdim etmiş olduğu sənədlər əsasında formalaraşdırma aparmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
23. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş, etirazda qeyd edilmişdir ki, ddiaçının “yeni struktur”un mövcud olmaması barədə irəli sürdüyü arqument tamamilə əsassızdır. İddiaçı bu arqumentini Əmək Məcəlləsinin 84-cü maddəsi ilə əsaslandırmağa çalışıb. Qeyd etmək lazımdır ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 84-cü maddəsinə uyğun olan rəsmi sənədlər mövcuddur və məhkəməyə təqdim edilmişdir. Əgər b elə sənədlər olmasa idi, ümumiyyətlə iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Cavabdeh MMC-nin 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrdə həmin sənədlərə istinad olmazdı. Müşahidə Şurasının "Tərcüməçi" vəzifəsinin (ştat) ixtisar edilməsinə dair 15/MS/24 saylı, 01 iyul 2024-cü il tarixli qərarı rəhbər tutularaq, AR Əmək Məcəlləsinin 77.1-ci bəndində nəzərdə tutulmuş qaydada ştatın ixtisar edilməsi ilə əlaqədar 02 iyul 2024-cü il tarixdə iddiaçıya rəsmi xəbərdarlıq edilmişdir. Bundan sonra, iddiaçının razılığı əsasında, ixtisar ilə bağlı xəbərdarlıq müddəti əvəzinə ona əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada kompensasiya verilmişdir. Eyni zamanda, tərəflər arasında mövcud olan əmək müqaviləsinə ştatın ixtisarı ilə bağlı xitam verilərkən, cavabdehə AR Əmək Məcəlləs inin 77.3-cü bəndinin tələblərinə görə müəyyən olunmuş əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilmişdir. Cavabdeh təşkilat tərəfindən strukturun mütəmadi optimallaşdırılması işləri aparılır və iddiaçıya qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməmişdir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin 8-ci səhifəsinin 5-ci abzasında cavabdeh təşkilatda əvvəllər 356 nəfər işçi olduğu halda ixtisar nəticəsində 343 ştat vahidinin olması və məhkəməyə təqdim edilmiş sənədlərdə ixtisar edilmiş digər işçilərin də adları qətnamədə əksini tapmış və onların ixtisarla bağlı müvafiq sənədlərinin surətləri məhkəməyə təqdim edilmişdir. "xxxx" MMC-nin Müşahidə Şurasının 01 oktyabr 2024-cü il tarixli Müşahidə Şurasının iclasında yeni ştat cədvəlinin təsdiq edilməsi qərara al ınmışdır. 01 oktyabr 2024-cü il tarixli 28/MS/24 saylı iclas protokoluna əlavə edilmiş yeni ştat cədvəlinin təsdiq edilməsi ilə yeni struktur müəyyən olunmuşdur. Bu qərarda cəmiyyətin təşkilatı strukturunun təkmilləşdirilməsi məqsədilə müəssisədə aparılan struktur dəyişikliyi ilə əlaqədar yeni ştat cədvəli təsdiq edilmiş və bu cədvələ uyğun olaraq bəzi ştat vahidləri də ixtisar edilmişdir. İddiaçının qeyd etdiyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3211/2023 saylı işi ilə hazırki iş müqayisə edilə bilməz. Belə ki, qeyd edilən işdə ixtisarın əsası kimi «Yeni Azərbaycan Partiyası» sədrinin sərəncamına istinad edilmiş, lakin həmin sərəncam partiyanın yerli təşkilatlarında işçilərin vəzifə maaşlarının təsdiqi ilə bağlı olmuşdur. Sərəncamda işçilərin sayının və yaxud ştatların ixt isar edilməsi nəzərdə tutulmamışdır. Beləliklə Ali Məhkəmə işəgötürənin həmin sərəncama istinad edərək, ixtisarla bağlı prosedur başlamasını və bununla bağlı əmrlər tərtib etməsini, müvafiq olaraq həmkarlar ittifaqı təşkilatına təqdimat göndərməsini, işçiyə xəbərdarlıq edilməsini maddi hüquq normasının pozulması kimi qiymətləndirmişdir (həmin qərarın 65-68-ci bəndləri). Bundan əlavə, Ali Məhkəmənin qeyd edilən işində cavabdehin özlüyündə ixtisar aparması səlahiyyətinə malik olmaması, həmin səlahiyyətin yalnız partiyanın mərkəzi aparatına məxsus olması müəyyən edilmişdir. Bundan əlavə, xüsusi olaraq qeyd etmək lazımdır ki, Ali Məhkəmənin istinad edilən işində iddiaçı mübahisələndirilən əmrlə işdən azad edildikdən sonra “Yeni Azərbaycan Partiyası” Şirvan Şəhər Təşkilatı 06 iyul 2022-ci il ta rixli əmrlə aparatın mühasibi vəzifəsinə (yəni iddiaçının tutmuş olduğu vəzifəyə) başqa işçi işə götürmüş və ona verilən əmək haqqı 2022-ci ilin ştat cədvəlinə əsasən müəyyən olunmuşdur (qərarın 22-ci bəndi). Hazırkı işdə isə cavabdeh tərəfindən aparılan ixtisar real olmuş, iddiaçının tutduğu “tərcüməçi” ştatı Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun şəkildə ixtisar edilmişdir. İşçilərlə bağlanmış əmək müqavilələrinə xitam verildikdə onların təminatları, eləcə də işəgötürənin yerinə yetirməli olduğu vəzifələr Əmək Məcəlləsində aydın şəkildə əks olunmuşdur. Bundan başqa, qanunvericilikdə aidiyyəti orqana xəbər verməklə bağlı bir tələb mövcud olsa belə, bu fakt özlüyündə işdən çıxarmanın qanunsuzluğunu göstərmir. Bu tələb Məşğulluq haqqında Qanunda məşğulluğun təmin ed ilməsində işəgötürənlərin iştirakının təmin edilməsi adlı maddədə əks olunmuşdur. Bu norma işəgötürən və X6 arasında münasibətlərlə bağlı olaraq mövcuddur və işçiyə, işçinin işdən çıxarılması ilə bağlı qanun pozuntularına aidiyyəti yoxdur. Yalnız bu əsas işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsinə əsas ola bilməz. İddiaçı “saxta” protokol tərtib edildiyini və ixtisarın onunla əsaslandırılması arqumentini təqdim etsə də bu arqumenti sübutlarla təsdiqləyə bilməmişdir. Cavabdeh protokolları “Protokolların reyestri” adlı “excel” faylında uyğunsuzluq olduğunu bildirmiş amma bu uyğunsuzluğun nədən ibarət olmasını aydın şəkildə ifadə bilməmişdir. Protokol qanunvericilikdə tələb olunan qaydada tərtib olunmuş və ümumi yığıncağın iştirakçıları tərəfindən imzalanmışdır. İdd iaçının, ixtisar həyata keçirilərkən peşəkarlıq səviyyəsinin nəzərə alınmadığı arqumentlərinə münasibətdə qeyd etmək lazımdır ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır. Əmək Məcəlləsinin 78-ci maddəsində qeyd olunmuşdur ki, “İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisas ının artırılmasını nəzərə alır”. Göründüyü kimi işçilərin peşəkarlığının müəyyən edilməsi səlahiyyəti işəgötürənə verilmişdir. Bunun üçün xüsusi bir sənədin tərtib olunması tələbi nəzərdə tutulmamışdır. Bu da sözügedən arqumentin əsassız olduğunu göstərir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şirkətdə ümumilikdə tərcüməçi ştatının ixtisarı həyata keçirildiyi üçün həmin ştat üzrə çalışan bütün işçilərin əmək müqaviləsinə xitam verilib. Bu ştat üzrə saxlanılması nəzərdə tutulan işçilər olmadığı üçün işdə saxlanmağa üstünlüyü olan işçilərin müəyyən edilməsi məqsədilə işçilərin peşəkarlıq səviyyələrinin müqayisəli təhlilinin aparılması və bununla bağlı sənədləşmənin aparılmasına ehtiyac olmamışdır. Bunun əsasında iddiaçı ixtisarın real olmadığı arqumentini irəli sürüb amma işçilərin peşəkar lıq səviyyələrinin müqayisəli təhlilinin aparılmaması ixtisar prosedurunun reallığını və qanuniliyini şübhə altına ala bilməz. İddiaçının ixtisarın real olmaması ilə bağlı bütün arqumentlərinə qarşı olaraq həm də onu qeyd etmək lazımdır ki, müəssisədə iqtisadi baxımdan səmərəliliyi (optimallaşdırma) təmin etmək məqsədilə aparılan ixtisar sadəcə iddiaçını əhatə etməmişdir. Tərcüməçi vəzifəsində işləyən digər işçi - X25 ilə də əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam vermişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada bütün tələblərə digər işçi X17 əmək müqaviləsinə xitam verilərkən də riayət edilmişdir. Həmçinin məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş şəxslərin siyahısına görə müəyyən olunmuşdur ki, xx.xx.2024-xx.xx.2024-cü il müddəti ərzində müəssisənin işçisi olmuş müxtəlif vəzifələrdə (rəis, direktor müavini, baş usta, baş mühasib, mühasib, anbardar, mühəndis-texnoloq və s.) çalışan işçilərin əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bu müddət ərzində müəssisədə müxtəlif ştat vahidləri azalmış, iddiaçı ilə yanaşı başqa şəxslərin də əmək müqavilələrinə eyni əsasla xitam verilmişdir. Həyata keçirilən ixtisarlar real olub, ixtisarlar formal (yalnız iddiaçının işdən azad olması məqsədilə) xarakter daşımamışdır. İxtisar e dilən işçilərin heç 6 biri sonradan həmin işə bərpa edilməyib, yaxud ixtisar edilən vəzifələrə başqa işçilər işə götürülməmişdir. Tərcüməçi ştatına ehtiyac olmadığı üçün cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsində nəzərdə tutulan hüququna istinad edərək ləğv edib və iddiaçı işdən azad edildikdən sonra cavabdeh təşkilatda tərcüməçi ştatı təkrar yaradılmayıb. Beləliklə iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi əsası ilə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Yuxarıda şərh edilənlər bir daha sübut edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən Cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qan un pozuntusuna yol verilməmişdir. Əmək münasibətlərinə xitam verilməsi zamanı işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Şikayətin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. İddiaçının apelyasiya şikayəti qanuni və əsaslı deyildir və bu səbəbdən hesab edirik ki, məhkəmə tərəfindən şikayət təmin edilməməlidir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2025-ci il tarixli 2(103)-2681/2025 nömrəli qətnaməsi ilə İddiaçı oğunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-430/2025 nömrəli 07 fevral 2025-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət etmişdir. (hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X20 və X1 ibarət tərkibdə)
25. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının işdən çıxarılması barədə əmrinin qanunvericiliyin tələblərinə zidd olması ilə bağlı hər hansı fakt aşkar edilməmişdir. İddiaçı əmrin əsaslandırılmadığını, formal olaraq tərtib edildiyini iddia etsə də qeyd edilməlidir ki, əmrin əsası olan bütün rəsmi sənədlər mövcuddur, iddiaçının apellyasiya şikayətinin dəlillərindən biri kimi istinadən etdiyi “yeni strukturun“ iddiaçıya təqdim edilməməsi ilə bağlı arqumnetinə münasibətdə qeyd edilməlidir ki, bu sənədin iddia çıya təqdim edilməsi ilə bağlı qayda qanunvericlikdə nəzərdə tutulmamışdır. Digər tərəfdən iddiaçı protokolun saxta olduğunu, sonradan tərtib edildiyini iddia etsə də, məhkəmə kollegiyası hesab etmişdir ki, protokol qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Bundan əlavə iş materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi ilə müəyyən edilmişdir ki, iddiaçı özü ərizə yazaraq ixtisarla razılaşmış, ərizə və protokol mübahisələndirilmədiyindən tələbdən kənar müzakirə yolverilməzdir. İddiaçının apellyasiya şikayətinin digər dəlili olan ixtisar həyata keçirilərkən peşəkarlıq səviyyəsinin nəzərə alınmadığı arqumentlərinə münasibətdə qeyd etmək lazımdır ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslər in seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır. Digər tərəfdən hazırkı mübahisə üzrə qeyd edilməlidir ki, ümumiyyətlə cavabdeh təşkilatda tərcüməşi ştatı ləğv edilmişdir və həmin ştat üzrə çalışan bütün işçilərin əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının peşəsinə uyğun ştat mövcud deyildir ki, peşəkarlıq səviyyəsinə üstünlük verilsin.
26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 11, 56, 68-ci maddənin 1-ci və 2-ci hissələrinə, 69, 70, 73, 74, 75, 76, 77, 78.1, 79, 80.1, 84.1-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, əmrin əsası kimi istinad edilmiş sənəd mövcud olmamışdır və ixtisar barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 hər hansı məlumat təqdim edilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının ixtisarı o qədər təcili və formal aparılmışdır ki, bu barədə əmrin əsası kimi ümumiyyətlə mövcud olmayan “yeni struktur”a istinad edilmişdir. Bundan əlavə, əmr əsaslandırılmamış, əsaslandırma “Saxta” protokol əsasında həyata keçirilmişdir. Həmçinin, apellyasiyanın iddiaçının ixtisarla razılaşması ilə bağlı qeyd etdikləri isə ümumiyyətlə ağ labatan deyildir. Belə ki, ilkin olaraq şəxsin həmin ərizəni yazma niyyəti açıq-aşkardır. Ərizədən, şəxsin bildirişə qol çəkərək “bildirişi aldım” kimi qeyd etməsindən aydın olur ki, onun niyyəti sadəcə qanunvercilikdə nəzərdə tutulmuş hüququnu realizə edərək ixtisar müddətini gözləmədən, lüzumsuz xərclərin qarşısını almaqdan ibarət olmuşdur.
29. Bundan əlavə, apellyasiya məhkəməsi “İşdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizi aparılmaması” ilə bağlı həmin ştatın ümumiyyətlə mövcud olmamasını qeyd etsə də, başqa ştatın təklif edilməməsinə, digər daha az təcrübəli işçinin başqa işə keçirilməsinə münasibət bildirməmişdir. Apellyasiya məhkəməsi isə tərəfindən irəli sürulmüş məsələlərə ümumiyyətlə qiymət verməmişdir.
30. Kassasiya şikayəti Azərbaycan Respublikasının Əmək Məcəllənin 7 1.3, 77.1, 78, 84-cü, “Məşğulluq haqqında” AR Qanunun 18.2-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14, 201, 204, 309-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmiş, kassasiya şikayətinə etiraz apellyasiya şikayətinə etirazla eyni məzmunda əsaslandırılmışdır. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinin İ-İV hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vard ır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
33. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. 11-ci maddəsinin “ə” bəndinə əsasən, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ş tatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta ayl ıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəl dilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün h əll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. İddia rədd edildiyindən iddiaçının kassasiya şikayəti əsasında məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhk əmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Belə ki, iddiaçının tələbinin əsası ondan ibarət olmuşdur ki, işəgötürən müəssisədə işçilərin və ya ştatların ixtisarı həyata keçirilərkən qanunvericiliyin tələblərini pozmuş, ixtisar formal olmuş, əmrin əsaslandığı protokol mövcud olmamış, başqa ştat təklif edilməmiş, daha az təcrübəli işçi başqa işə keçirilmişdir.
40. Lakin həmin məsələlər aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və təqdim olunmuş sübutlar qiymətləndirilərkən belə nəticəyə gəlinmişdir ki, mübahisələndirilən əmr qəbul edilərkən işəgötürən tərəfindən həmkarlar ittifaqı təşkilatına müraciət edilməklə, iddiaçı ştatın ixtisarı səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajına uyğun şəkildə vaxtında xəbərdar edilmiş, işçinin özünün ərizəsi ilə ona xəbərdarlı müddəti əvəzinə müvafiq kompensasiya verilməklə əmək müqaviləsinə onun göstərdiyi xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.
41. Məhkəmələr əsaslı ola raq hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsində və ştatların ixtisarı zamanı cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir.
42. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
43. Kassasiya şikayətinin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinin və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunun 18.2-ci maddəsinin pozulması ilə bağlı dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq Cavabdeh MMC-nin 155/k n ömrəli, xx.xx.2024-cü il tarixli əmrdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün istinad etdiyi sənədlər göstərilmiş və onlar həmçinin iş materiallarına əlavə edilmişdir. İxtisar barədə protokolun saxtalaşdırılması barədə iddiaçının dəlilləri isə sübutları qiymətləndirmək səlahiyyəti olan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
44. Həmçinin ixtisarın formal olması barədə dəlillər öz təsdiqini tapmamış, cavabdeh təşkilatda əvvəllər 356 nəfər işçi olduğu halda ixtisar nəticəsində 343 ştat vahidinin olması və məhkəməyə təqdim edilmiş sənədlərdə ixtisar edilmiş digər işçilərin də adları qətnamədə əksini tapmış və onların ixtisarla bağlı müvafiq sənədlərinin surətləri məhkəməyə təqdim edilmişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə ştatların ixtisarı ba rədə Dövlət Məşğulluq Xidmətinə xəbər verməklə bağlı bir tələb mövcud olsa belə, norma işəgötürən və X6 arasında münasibətləri tənzimləyir və işçiyə, işçinin işdən çıxarılması ilə bağlı qanun pozuntularına aidiyyəti yoxdur və Cavabdeh MMC tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə İddiaçı əmək müqaviləsinə 3 iyul 2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi ilə bağlı məlumat daxil edilmişdir.
46. İddiaçının kassasiya şikayətinin ixtisar həyata keçirilərkən peşəkarlıq səviyyəsinin nəzərə alınmadığı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsində qeyd olunmuşdur ki, “İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələ r üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır”. Göründüyü kimi işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır. Şirkətdə ümumiyyətlə tərcüməçi ştatının ixtisarı həyata keçirildiyi üçün həmin ştat üzrə çalışan bütün işçilərin əmək müqaviləsinə xitam verildiyindən bu ştat üzrə işdə saxlanmağa üstünlüyü olan işçilərin müəyyən edilməsinə zərur ət olmamışdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2025-ci il tarixli 2(103)2681/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan