Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-236/2022 17.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər X1 X qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 2(107)-366/2021 nömrəli iş üzrə 12 avqust 2021-ci il tarixli qərardadından qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxx saylı evə istifadə hüququqlarının tanınması, ümumi istifadə qaydalarının müəyyən edilməsi və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
2. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 01 oktyabr 2020-ci il tаrixli, 2(075)1309/2020 saylı qətnаməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1, İddiaçı3 və İddiaçı2 xxx saylı evə istifadə hüququqları tanınması və onların Şxxx saylı evə köçürülmələri, iddia tələbinin qalan hissədə rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi qət edilmişdir.
3. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) 30 mart 2021-ci il tarixli, 2(107)366/2021 saylı qətnaməsi ilə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tаrixli, 2(075)-1309/2020 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Qətnamədən Maraqlı şəxs kassasiya şikayəti vermişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) 15 iyul 2021-ci il tarixli, 2(107)- 366/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
7. Qərardad onunla əsaslandırılmışdır ki, kassator hansı hüquq normalarının pozulmasını, bu pozuntunun nədən ibarət olmasını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur.
8. Həmin qərardaddan Maraqlı şəxs tərəfindən kassasiya şikayəti verilmişdir.
9. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-366/2021 nömrə li iş üzrə 12 avqust 2021-ci il tarixli qərardadı ilə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(107)-366/2021 saylı qərardadından verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, hazırki şikayətdə maddi hüquq normaları sadalanmamışdır. Bundan əlavə, həmin qərardadın işin hansı faktiki hallarına düzgün tətbiq edilməməsi göstərilməmişdir. Verilmiş kassasiya şikayətinin məzmunundan görünür ki, kassator hansı hüquq normalarının pozulmasını, bu pozuntunun nədən ibarət olmasını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələb lərini pozmuşdur.
11. Bundan əlavə kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti onu tərtib edən vəkil tərəfindən imzalansa da, kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı1 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
18. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı kassasiya şikayətində işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
21. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (maddə 4.1)
22. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. (maddə 9.3)
23. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülmə yəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. (maddə 14.1)
24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
25. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
26. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
27. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. (maddə 407.1.4)
28. Kasasiya m əhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. (maddə 417.1.4) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-366/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli və 12 avqust 2021-ci il tarixli qərardadları ləğv edilməli, Maraqlı şəxs Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(107)- 366/2021 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti mümkün hesab edilməlidir.
30. Apelyasiya instans iyası məhkəməsi 12 avqust 2021-ci il tarixli qərardadını onunla əsaslandırmışdır ki, hazırkı şikayətdə maddi hüquq normaları sadalanmamışdır. Bundan əlavə, həmin qərardadın işin hansı faktiki hallarına düzgün tətbiq edilməməsi göstərilməmişdir. Verilmiş kassasiya şikayətinin məzmunundan görünür ki, kassator hansı hüquq normalarının pozulmasını, bu pozuntunun nədən ibarət olmasını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur.
31. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi 12 avqust 2021-ci il tarixli qərardadı ilə Maraqlı şəxs tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadından verilmiş şikayətin mümkünlük məsləsinə baxdığı halda kassasiya şikayətində maddi hüquq normalaının sa dalanmamasına istinad etməklə iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir.
32. Belə ki, Mülki Prosessual Məcəllənin 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır.
33. Göründüyü kimi qərardad işin mahiyyəti üzrə həll edilməməsi ilə bağlı olmaqla prosessual məslələrin həlli zamanı çıxarılır. Bu isə onu deməyə əsas verir ki, qərardadla həll edilən məsələlər maddi hüquq normalarına deyil prosessual hüquq normalarına istinadla həll edilir.
34. Belə olan halda qeyd edilən qərardadıdan verilmiş şikayətdə maddi hüquq normalarının pozulmasına istinad edilməsi qeyri-mümükündür.
35. Eyni zamanda Maraqlı şəxs tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadından verilmiş şikayətdən görünür ki, Maraqlı şəxs ape lyasiya instansiyası məhkəməsi tərəfindən prosessual pozuntuya yol verildiyinə, yəni 15 iyul 2021ci il tarixli qərardadın onun iştirakı olmadan tərəflərin çəkişmə prinsipi pozulmaqla çıxarıldığına istinad etmişdir. Bu hal isə şikayətdə prosessual hüquq normalarının pozulmasının nədə ifadə olunduğunun göstərildiyini təsdiq edir.
36. Bundan başqa apelyasiya instansiyası məhkəməsi 12 avqust 2021-ci il tarixli qərardadını həmçinin onunla əsaslandırmışdır ki, kassasiya şikayəti onu tərtib edən vəkil tərəfindən imzalansa da, kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Maraqlı şəxs vəkili Vəkil tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə order əlavə edildiyini (iş v. 149) və Şəki Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti də eyni vəkil tərəfindən tərtib edildiyindən orderin yenidən verilməsinə zərurətin olmadığını nəzərə almamışdır.
38. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli və 12 avqust 2021-ci il tarixli qərardadları əlaqəli olduğundan, hər iki qərardadın mövcudluğu Maraqlı şəxs ədalət mühakiməsinə əlçatanlığının qarşısını aldığından Şəki Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadına da hüquqi qiymət verilməlidir.
39. Şəki Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadında qeyd edilmişdir ki, Maraqlı şəxs Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mar t 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətində hansı hüquq normalarının pozulmasını, bu pozuntunun nədən ibarət olmasını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur və ona görə də kassasiya şikayəti qeri qaytarılmalıdır.
40. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına istinad etməklə hansı hüquq normalaının pozulduğunu, pozuntu nun nədən ibarət olduğunu göstərmişdir.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-366/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli və 12 avqust 2021-ci il tarixli qərardadları ləğv edilməli, Maraqlı şəxs Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(107)- 366/2021 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti mümkün hesab edilməlidir.
42. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər
43. Şərh edilənləri və Azərbaycan Respublikası MPM- nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-366/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli və 12 avqust 2021-ci il tarixli qərardadları ləğv edilsin. Maraqlı şəxs Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(107)- 366/2021 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti mümkün hesab edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.