Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-236/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Yevlax Rayon Təhsil Şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Yevlax rayon Təhsil şöbəsinə qarşı Yevlax rayon “Aran qəsəbə 2 saylı Körpələr evi uşaq bağcası”nın müdiri vəzifəsindən azad edilməyinə dair Cavabdeh1 başçısı Anar Tağıyevin 28 sentyabr 2021-ci il tarixli 132 nömr əli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməyi və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-965/2022 saylı mülki iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AT-lV ******* saylı əmək kitabçasının surətinə əsasən İddiaçı 16 fevral 2015- ci il tarixli 21 saylı əmrlə Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. 28 sentyabr 2021-ci il tarixli 132 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq tutduğu vəzifədən azad edilmişdir. 2. 30 iyun 2021-ci il tarixli aktın surətinə əsasən Aran qəsəbə 2 saylı körpələr eviuşaq bağçasında işçilərin işə davamiyyəti araşdırılarkən Aynur Əmirova, Gülnar Şirinova və Gülbahar Cəmilova işdə olmaması müəyyən edilmişdir. Nihad Əliyev adlı azyaşlının adı jurnalda olmadığı halda bağçada olduğu aşkar edilmişdir. 3. 30 iyun 2021-ci il tarixli protokolun surətinə əsasən, Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı tutduğu vəzifədən azad edilməsi məqsədə müvafiq hesab edilməsi; iclas protokolu qanunvericiliyə əsasən müvafiq tədbirlərin görülməsi üçün Cavabdeh1 Başçısına göndərilməsi qərara alınmışdır. 4. 30 iyun 2021-ci il tarixli aktın surətinə əsasən 30 iyun 2021-ci il tarixində 03 may 2021-ci il tarixli akt ilə "xxxx" MMC Yevlax regional idarəsi tərəfindən Yevlax rayon Ar an qəsəbə 2 saylı uşaq bağçasına 726.02 manat dəyərində ərzaq təhvil verilmişdir. Bu ərzağın istifadə olunması heç bir sənəddə qeyd edilməmişdir. 5. 27 avqust 2021-ci il tarixli aktın surətinə əsasən Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı izahat verilməsi tələb olunarkən izahat verməkdən imtina etmişdir.
6. Yevlax rayon İHB-nın 30 avqust 2021-ci il tarixli əmrinin surətinə əsasən, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı töhmət verilmişdir. 7. 31 avqust 2021-ci il tarixli aktın surətinə əsasən, “Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçası”nda işçilərin işə davamiyyəti araşdırılarkən X2 işdə olmaması müəyyən edilmişdir. 8. 31 avqust 2021-ci il tarixli aktın surətinə əsasən, 31 avqust 2021-ci il tarixdə “Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçası”nda uşaqların davamiyyətinin çox zəif olduğu müəyyən edilmişdir. 9. 31 avqust 2021-ci il tarixli aktın surətinə əsasən 3 avqust 2021-ci il tarixində "xxxx" MMC Yevlax regional idarəsi tərəfindən Yevlax rayon Aran qəsəbə 2 saylı uşaq bağçasına 506.11 manat dəyərində ərzaq təhvil verilmişdir. Bu ərzağın istifadə olunması rəsmiləşdirilməmişdir. 10. 3 sentyabr 2021-ci il tarixli aktın surətinə əsasən 3 sentyabr 2021-ci il tarixində "xxxx" MMC Yevlax regional idarəsi tərəfindən Yevlax rayon Aran qəsəbə 2 saylı uşaq baxçasına 503.02 manat dəyərində ərzaq təhvil verilmişdir. Anbara baxış keçirilən zaman 12 kq un, 200 qr. çay, 2 litr süd əskik olduğu aşkarlanmışdır. Bundan əlavə olaraq menyu tələbnaməsi tələb olunsa da, olmadığı müəyyən edilmiş və menyu tələbnaməs i olmadan ambardan ərzaq çıxarılmışdır. Həmçinin ərzaq sənədləşdirilmədən istifadə olunmuşdur. 11. 6 sentyabr 2021-ci il tarixli izahatın surətinə əsasən, X12 körpələr evinin tərbiyəçisi X1 25 avqust 2021-ci il tarixindən heç bir icazəsi olmadan işə gəlməsi barədə izahat vermişdir. 12. 6 sentyabr 2021-ci il tarixli izahatın surətinə əsasən, X6 körpələr evinin tərbiyəçisi X1 25 avqust 2021-ci il tarixindən heç bir icazəsi olmadan işə gəlməsi barədə izahat vermişdir. 13. 6 sentyabr 2021-ci il tarixli aktın surətinə əsasən, Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasında işçilərin işə davamiyyəti araşdırılarkən X2 və İddiaçı işdə olmaması müəyyən edilmişdir. 14. 6 sentyabr 2021-ci il tarixli izahatın surətinə əsasən, X10 körpələr evinin tərbiyəçisi X1 25 avqust 2021-ci il tarixindən heç bi r icazəsi olmadan işə gəlməsi barədə izahat vermişdir. 15. 6 sentyabr 2021-ci il tarixli izahatın surətinə əsasən, X11 körpələr evinin tərbiyəçisi X1 25 avqust 2021-ci il tarixindən heç bir icazəsi olmadan işə gəlməsi barədə izahat vermişdir. 16. 6 sentyabr 2021-ci il tarixli aktın surətinə əsasən, 06 sentyabr 2021-ci il tarixdə Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasında uşaqların davamiyyətinin çox zəif olduğu, iki uşaq olması müəyyən edilmişdir. 17. 6 sentyabr 2021-ci il tarixli izahatın surətinə əsasən, X9 körpələr evinin müdiri İddiaçı baxçaya təhvil verilmiş ərzaqlardan 12 kq un, 2 litr süd, 200 qram çay götürməsi barədə izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 sentyabr 2021-ci il tarixli aktın surətindən məlum olur ki, Yevlax rayon Aran qə səbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı izahat verilməsi tələb olunarkən izahat verməkdən imtina etmişdir.
18. Yevlax rayon İHB-nın 08 sentyabr 2021-ci il tarixli əmrinin surətinə əsasən, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı şiddətli töhmət verilmişdir. Aran qəsəbəsində yerləşən 2 saylı körpələr evi-uşaq baxçasında yaranmış vəziyyətlə əlaqədar məsələ Pedoqoji şuranın müzakirəsinə çıxarılması qərara alınmışdır.
19. Yevlax rayon İHB-nın 28 sentyabr 2021-ci il tarixli əmrinin surətinə əsasən, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə müvafiq olaraq 28 sentyabr 2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir.
20. Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar Təşkilatının 24 sentyabr 2021-ci il tarixli iclas protokoluna əsasən, kollektivin təşəbbüsü ilə Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı tutduğu vəzifədən azad edilməsi məsələsinə baxılmışdır. Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı olduğu müəssisədə yol verdiyi ciddi nöqsanlara, əmək intizamı və əmək funksiyalarının kobud şəkildə pozduğuna görə səs çoxluğunu nəzərə alaraq tutduğu vəzifədən azad edilməsi; həmkarlar təşkilatı protokolu, tədbir görülməsi üçün Cavabdeh1nə göndərilməsi qərara alınmışdır.
21. Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının Pedoqoji Şurasının 22 sentyabr 2021-ci il tarixli iclas protokoluna əsasən Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr eviuşaq baxçasının müdiri İddiaçı yarıtmaz fəaliyyəti məsələsinə baxılmışdır. Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr eviuşaq baxçasının müdiri İddiaçı olduğu müəssisədə yol verdiyi ciddi nöqsanlara, yaratmaz rəhbərliyinə görə tutduğu vəzifədə qalması məqsədəmüvafiq hesab edilməməsi; Cavabdeh1 rəhbərliyindən Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı baxçaya yarıtmaz fəaliyyəti ilə əlaqədar lizimi tədbirlərin görülməsinin xahiş olunması; Pedoqoji Şuranın protokolu tədbir görülməsi üçün Cavabdeh1nə göndərilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
22. İddiaçı cavabdehlər Cavabdeh1 və Yevlax rayon Təhsil şöbəsinə qarşı məhkəməyə müraciət edərək, onun Yevlax rayon “Aran qəsəbə 2 saylı Körpələr evi – Uşaq bağçası”n ın müdiri vəzifəsindən azad edilməsinə dair Yevlax Şəhər İcra Hakimiyəti Başçısının 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün orta əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Başçısının 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə müvafiq olaraq 28 sentyabr 2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir.
24. Məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi İcra Hakimiyyətlərinin balansından çıxarılaraq Təhsil nazirliyinin tabeliyinə verildiyindən o ikinci cavabdeh olaraq Yevlax Rayon Təhsil Şöbəsinin işə cəlb edilm əsini məqsədə müvafiq hesab etmişdir. 28 sentyabr 2021-ci il tarixdə iddiaçı cavabdehin əmri ilə işdən azad edilmişdir. 19 oktyabr 2021-ci il tarixdə cavabdehə əmək mübahisəsinin mediasiya qaydasında həll edilməsi üçün Təklif göndərmişdir. 22 oktyabr 2021-ci il tarixdə cavabdeh poçt bildirişinin verilməsi haqqında xəbərnaməni almışdır. Təklifinə cavabdehin münasibət bildirməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddəti gözlədikdən sonra 01 noyabr 2021-ci il tarixdə Mediasiya Şurasına müraciət edərək mediatr təyin edilməsini xahiş etmişdir. 16 dekabr 2021-ci il tarixdə ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayış əldə etmişdir.
25. Yevlax Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 16 may 2022-ci il tarixli, 2(039)443/2022 nömrəli qətnaməsi (hakim R.Əlizadə) ilə iddia təmin edilərək İddiaçı Yevlax rayon “Aran qəsəbə 2 saylı Körpələr evi – Uşaq bağçası”nın müdiri vəzifəsindən azad edilməsinə dair Yevlax Şəhər İcra Hakimiyətinin Başçısı Anar Tağıyevin 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Yevlax rayon “Aran qəsəbə 2 saylı Körpələr evi – Uşaq bağçası”nın müdiri vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı işdən azad edilməsinə dair əmr verilərkən əmək qanunvericiliyin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, həmkarlar təşkilatının iclasının keçrilməsi barədə İddiaçı məlumat verilməmiş, X3 şəhər İcra Başçısı təqdimatla müraciət etməli olduğu halda Həmkarlar təşkilatı iclası kollektivin təşəbbüsü ilə keçirmişlər. Yəni iclaslar Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun keçirilməmişdir. Həmçinin iddiaçı işində olan nöqsanlara görə 8 sentyabr 2021-ci il tarixdə şiddətli töhmət verilmişdir. Həmin tarixdən sonra İddiaçı intizam xətası törətməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə biləcəyi halda, eyni intizam xətasına görə əmək müqaviləsinə xitam verlməsi intizam tənbehi tətbiq edilə bilməzdi.
27. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 70,71.2, 72, 74, 80.1, 80.2, 83.2, 84.2, 187.2, 189.1, 296.2, və 300.1-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88, 106.1 və 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli və “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutul muş əmək vəzifələrini kobud şəkildə pozduğu üçün o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Həmin pozuntular isə iş materiallarına əlavə edilmiş çoxsaylı sənədlər ilə sübut edilir. Lakin məhkəmə maddi hüquq normalarının tələblərini kobud şəkildə pozaraq iddia tələbinin təmin edilməsi barədə nəticəyə gəlmişdir. Ümumiyyətlə məhkəmə iddia tələbini təmin edərkən nə üçün bu nəticəyə gəlməsini əsaslandırmamışdır. Məhkəmənin əsaslandırma hissəsi yalnız aşağıdakılardan ibarətdir: “Məhkəmə qeyd edir ki, İddiaçı işdən azad edilməsinə dair əmr verilərkən əmək qanunvericiliyin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Həmkarlar Təşkilatının iclasının keçirilməsi barədə İddiaçı məlumat verilməmiş, Həmkarlar Təşkilatına Cavabdeh1 Başçısı t əqdimatla müraciət etməli olduğu halda Həmkarlar təşkilatı iclası kollektivin təşəbbüsü ilə keçirmişdir. Yəni iclaslar Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun keçirilməmişdir. Həmçinin iddiaçıya işində olan nöqsanlara görə 8 sentyabr 2021-ci il tarixdə şiddətli töhmət verilmişdir. Həmin tarixdən sonra İddiaçı intizam xətası törətməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189cu maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə biləcəyi halda, eyni intizam xətasına görə əmək müqaviləsinə xitam verilməsi intizam tənbehi tətbiq edilə bilməzdir.” Həmkarlar Təşkilatının iclasının keçirilməsi barədə İddiaçı məlumat verilsə də, o, iclasda iştirak etməmişdir. Həmçinin İddiaçı tərəfindən törədilən pozuntu 1 və ya 2 o lmamış, o, ardıcıl olaraq pozuntulara yol verdiyi üçün işdən azad edilmişdir. Belə ki, ona 8 sentyabr 2021-ci il tarixli 122 saylı Əmrlə şiddətli töhmət verilsə də o, işində dönüş yaratmamış, verilən inzibati cəzadan nəticə çıxarmamış və əvvəlki yarıtmaz fəaliyyətini davam etmişdir. Bununla bağlı olaraq müvafiq sənədləşmə aparılmışdır.
30. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-965/2022 mülki iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər sədrlik edən və məruzəçi A.Mahmudov, V.Məlikov və Ə.Məcidov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.
31. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaş mayaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, nöqsanlar əsasən həmin bağçanın işinin təşkilinin düzgün qurulmaması, nizam-intizamın aşağı olması, o cümlədən də rəhbərin (iddiaçının) özünün şəxsiyyəti ilə bağlı olmuşdur. Belə ki, işin təhlili nəticəsində müəyyən edilmişdir ki, Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasında işçilərin işə davamiyyəti yerində olmamış, tərbiyəçilərdən Aynur Əmirova, Gülnar Şirinova və Gülbahar Cəmilovanın işdə olmaması müəyyən edilmiş, Nihad Əliyev adlı azyaşlının adı jurnalda olmadığı halda bağçada olduğu aşkar edilmişdir. 30 iyun 2021-ci il tarixli aktın surətindən məlum olur ki, 30 iyun 2021-ci il tarixində 03 may 2021-ci il tarixli akt ilə "xxxx" MMC Yevlax regional idarəsi tərəfindən Yevlax rayon Aran qəsəbə 2 saylı uşaq bağçasına ayrı-ayrı vaxtlarda 726.02 manat dəyərində, 506.11 manat və 503.02 manat dəyərində ərzaq təhvil verilmişdir. Bu ərzağın istifadə olunması heç bir sənəddə qeyd edilməmişdir. Bu barədə iddiaçıdan izahat verilməsi tələb olunsa da, sonuncunun imtina etməsi müəyyən edilmişdir.
32. Bundan başqa məhkəmə qeyd etmişdir ki, bağçada monitorinq keçirilən zaman həm işçilərin, həm də uşaqların davamiyyətinin çox zəif olduğu müəyyən edilmişdir. Anbara baxış keçirilən zaman 12 kq un, 200 qr. çay, 2 litr süd əskik olduğu aşkarlanmışdır. Bundan əlavə olaraq menyu tələbnaməsi tələb olunsa da, olmadığı müəyyən edilmiş və menyu tələbnaməsi olmadan ambardan ərzaq çıxarılmışdır. Həmçinin ərzaq sənədləşdirilmədən istifadə olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sən ədlər araşdırılarkən yuxarıda sadalanan nöqsan və çatışmazlıqların mütəmadi olaraq davam etməsi, iddiaçı tərəfindən heç bir tədbir görülməyərək, işində müsbət dönüş yaratmaması müəyyən edilmişdir.
33. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki işin 1-ci cildinin 127-ci səhifəsindəki 20 sentyabr 2021-ci il tarixli, 2064 nömrəli məktubun məzmuna əsasən Yevlax şəhər İHBin müavini Nümayəndə tərəfindən Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar Təşkilatına təqdimat ünvanlanmışdır. Təqdimatda bağçanın müdiri İddiaçı vəzifədə qalıb-qalmamasına münasibət bildirilməsi xahiş olunmuşdur. (i/m 1- ci cild səh. 127). Həmin məktubun əsli, həmçinin Həmkarlar Təşkilatına göndərilməsini təsdiq edən poçt reyestri apellyasiya instansiya məhkəməsinin icraatı zamanı təqdim edilmişdi r (i/m 2- ci cild səh. 20-21). Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının Pedaqoji Şurasının 22 sentyabr 2021-ci il tarixli iclası keçirilmiş və bağçanın müdiri İddiaçı yarıtmaz fəaliyyəti məsələsinə baxılmışdır. İclasda İddiaçı müdir olduğu müəssisədə yol verdiyi ciddi nöqsanlara, yarıtmaz rəhbərliyinə görə tutduğu vəzifədə qalması məqsədəmüvafiq hesab edilməməsi, Cavabdeh1 rəhbərliyindən sonuncunun yarıtmaz fəaliyyəti ilə əlaqədar lazimi tədbirlərin görülməsinin xahiş olunması və Pedaqoji Şuranın protokolunun tədbir görülməsi üçün Cavabdeh1nə göndərilməsi qərara alınmışdır (i.m 1-ci cild, səh. 87)
34. Məhkəmə kollegiyası həmçinin müəyyən etmişdir ki, işində yol verdiyi çoxsaylı nöqsanlara görə iddiaçıya xx.xx.2021-ci il tarixli əmrlə töhmət, bundan sonra nöqsanlar dava m etdiyinə görə xx.xx.2021-ci il tarixli əmrlə şiddətli töhmət verilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının işdən azad olunması barədə verilmiş əmr heç də əvvəlki nöqsanlara görə deyil, sonuncu intizam tənbehindən sonra işində dönüş yaratmadığına və qeyd olunmuş nöqsanlar aradan qaldırılmadığına görə əmək müqaviləsinə xitam verilmişdir. Çünki iş materialları ilə təsdiq olunur ki, iddiaçıya xx.xx.2021-ci il tarixli əmrlə şiddətli töhmət verildikdən sonra, iddiaçının fəaliyyətində yenə də həmin nöqsan və çatışmazlığın olması müəyyən edilmiş, bu barədə də eyni xarakterli izahat və aktlar tərtib edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul e dilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80, 189-cu maddələri pozulmuşdur. Həmkarlar təşkilatının keçirilməsi barədə İddiaçı məlumat verilməmiş, X3 Şəhər İcra Başçısı təqdimatla müraciət etməli olduğu halda Həmkarlar təşkilatı iclası kollektivin təşəbbüsü ilə keçirilmişdir. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə biləcəyi halda, eyni intizam xətasına görə əmək müqaviləsinə xitam verilməsi - intizam tənbehi tətbiq edilə bilməz.
37. MPM-in 78-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh tərəf Cavabdeh1dir. Cavabdeh1 sifarişi ilə və məqsədli olaraq iş materiallarına sonradan, iddiaçını “ifşa” edən materiallar əlavə edilmişdir. Guya ki, işçilərin izahatları alınm ışdır. Əslində isə, işçilər bildirirlər ki, izahatda yazılmış ifadələr bizim iradəmizi ifadə etmir və işçilər bildirirlər ki, biz rəhbərlik tərəfindən işdən qovulmaqla hədələnirik. Əks təqdirdə, yəni, iddiaçı “ifşa” olunmazsa, sizlər də işdə qalmayacaqsınız. Apellyasiya məhkəməsinə təqdim edilmiş bütün sübutlar saxtadır. Poçt göndərişləri və sairə.İddiaçı tərəf olaraq Apellyasiya Məhkəməsinə vəsatət verərək xahiş edilmişdir ki, təqdim edilmiş sübutların mötəbərliyi araşdırılsın. Yəni, Şəhərin İcra Başçısı istənilən sübutu saxtalaşdıra bilər. Məhkəmənin vəzifəsi idi ki, vəsatət əsasında həmin sübutların mötəbərliyi bir daha yoxlanılsın. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
39. Maddə 68 ( 1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
40. Maddə 68 (2-ci hissə, “b” bəndi). Əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə xitam verilə bilər.
41. Maddə 70 (“ç” bəndi). işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürəntərəfindən ləğv edilə bilər.
42. Maddə 71 (2-ci hissə). Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehs alın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
43. Maddə 71 (3-cü hissə). işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
44. Maddə 72 (“e” bəndi). əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
45. Maddə 72 (“ə” bəndi). əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
46. Maddə 80 (1-ci hissə). bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
47. Maddə 80 (2-ci hissə).həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşk ilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
48. Maddə 186 (2-ci hissə). işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək
49. Maddə 189.1 bir intizam xətasına görə yalnız bir in tizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
50. Maddə 288. (“h” bəndi) fərdi əmək mübahisələrinin həlli zamanı həmçinin işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi məsələləri nizama salınır.
51. Maddə 290.3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv h allara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir
52. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
53. Maddən 300.1.əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməkl ə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnamə si qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərd ə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) m üəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Kassasiya şikayətinin dəlillərində qey d olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-965/2022 nömrəli mülki iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.