Məhkəmə qərarları › İş №2(102)-236/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-236/2025

23.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-236/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmək müqaviləsinə xitam verilməsinin əsasları, işçilərin sayının və ştatların ixtisarı, ədalətli araşdırma hüququ, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 17 sentyabr 2024-cü il tarixli, 2(103)4008/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı 27 sentyabr 2011-ci il tarixdən "xxxx" QSC-də müxtəlif vəzifələrdə işləmiş, 05 yanvar 2023-cü il tarixdən isə QSC-nin İnfrastuktur departamentinin Diaqnostika və monitorinq mərkəzinin X1 mühəndisi vəzifəsinə təyin edilmiş, onunla bir illik (05 yanvar 2024-cü il tarixədək) müddətli əmək müqaviləsi bağlanılmışdır.

2. İnfrastruktur Departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin Diaqnostika və Monitorinq mərkəzinin X1 mühəndisi ştat vahidləri ixtisar edilmiş və işəgötürənin 19 aprel 2023-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, işə bərpa olunması, müddətli əmək müqaviləsinin ləğv edilərək müddətsiz əmək müqaviləsi ilə əvəz edilməsi, 2022-ci il dekabr ayı və 2023-cü il fevral ayı işdə olmasına baxmayaraq qanunsuz heç bir əsas olmadan iş günlərinin yazılmadığına görə həmin günlərə görə ona pul ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 12 ildən artıq mühəndis vəzifəsində işləmişdir. Problemləri 2022-ci il dekabr ayında başlamışdır. Belə ki, ona bir illik əmək müqaviləsinin bağlaması tələb şəklində qoyulmuş, o, belə müqavilə bağlamaqdan imtina etmişdir. O, QSC-nin rəhbərinə yazılı qaydada bildirmişdir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə görə onlar böyük ölçüdə işçilərin hüquqlarını pozurlar. İnfrastruktur Departamentinin rəisi yeri boşdur. Öz namizədliyini departament rəisi vəzifəsinə irəli sürür. Əgər onu Departamentin rəisi edərlərsə bir ilə qədər ADY idarəsində qatarların sabit cərəyandan dəyişən cərəyana keçməsini təmin edə bilməz. İşlədiyi bir il ərzində Departamentin rəisinə hər verdiyi 10 manat paketlə verdiyi puldan imtina edir. Bu sabit cərəyandan dəyişən cərəyana keçməklə qatarların orta sürətini 130-140 -a çatdırır. Əgər bu dediklərini həyata keçirə bilməsə öz ərizə ilə işdən çıxar, hansı ki, bu günə qədər qatarların orta sürəti 100-dür. Sabit cərəyandan da dəyişən cərəyana keçə bilməyiblər. Bu ərizədən sonra iddiaçıya qarşı haqsızlıq daha da güclənmiş, 23 dekabr 2022-ci ildə QSCnin müavini Zaman müəllim tərəfindən məktub almış, həmin məktubda onun 15 dekabr 2022-ci il və 19 dekabr 2022-ci il tarixlərində bütün iş günləri ərzində iş yerində olmadığı, işə gəlməməyi ilə bağlı əsaslı səbəblər olmasa Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdə çıxarılacağı bildirilmişdir. O, həmin günlər işdə olmağı barədə kifayət qədər faktlar göstərmişdir. 15 dekabr 2022-ci il tarixdən 27 dekabr 2022-il tarixə qədər iş günləri tabeldə yazılmamış və iddiaçı QSC-nin sədrinə bununla bağlı 18 ərizə göndərsə də, cavab verilməlidir. Kadrların rəisi iddiaçıya bildirmişdir ki, 1 illik əmək müqaviləsinə qol çəkməsə, onun iş günləri istənilən vaxt yazılmayacaqdır. 05 yanvar 2023-cü ildə iddiaçı məcbur qalaraq bir illik əmək müqaviləsinə qol çəkmişdir. Bundan sonra, şöbə rəisi Teymur müəllim bildirmişdir ki, iddiaçının ezamiyyətə getməsinə qərar veriləcək, ona göstəriş verilib ki, orada iddiaçı barəsində təqdimat yazsın. Belə ki, təzə alınan avadanlıqların bir neçəsi ora aparılacaq, iddiaçı bu avadanlıqların iş mexanizmini haqlı olaraq bilmir. O, biləndə ki, həmin aparatların texpasportları rus dilinə tərcümə olunub, o, idarəni qabaqlayaraq şöbə rəisinin dediklərini QSC-nin sədri Rövşən müəllimə yazılı bildirmişdir. O ərizəsində göstərmişdir ki, şöbə rəisinin bildirdiyi kimi texpasportlar Azərbaycan dilinə tərcümə olunmalıdır. Dövlət dili Azərbaycan dili olduğuna görə, rus dilində hər hansı sənədlərin texpasportların olmağı qanunsuzluqdur, Azərbaycan dilinə hörmətsizlikdir. Həmin avadanlıqları gətirən şirkətlərin kurs keçməyini təmin etməlidirlər. Bundan sonra, bu avadanlıqlara icazə verən sertifikat təqdim olunmalıdır. Məhz bunları təmin etdikdən sonra, o, ezamiyyətə gedə bilər. Ezamiyyətə getməkdən imtina etmək ərizəsinin olmağına baxmayaraq, ərizədən bir həftə sonra onun ezamiyyə vərəqəsi yazılmışdır. İddiaçı ezamiyyətə getməmiş, səhər işə getmiş, ondan izahat alınmışdır. Departament rəisi Elçin müəllim iki dəfə planının baş tutmadığını görüb, onun mühəndis ştatını ləğv etməkdən ibarət üçüncü plana keçmişdir. İddiaçının işlədiyi Laboratoriya şöbəsində 4 eyni hüquqlu mü həndis ştatı, bir də şöbə rəisləri Teymur müəllimdir. Bu 4 mühəndisdən laboratoriyada 2011-ci ildən işləyən odur. Qalan 3 mühəndis 2017-ci şöbəyə gəliblər. Şöbə rəisi Teymur müəllim 2016-cı ildən gəlib. 2011-ci ildən 2016-cı ilə qədər 3 laboratoriya rəisi 6 mühəndis gəlib-gedib. Qalan 3 mühəndisdən birinin Rasim müəllimin 68 yaşı, o biri mühəndis Namiq müəllimin 63 yaşı var. 3-cü mühəndis isə Sevinc xanım analıq məzuniyyətindədir. İxtisara müharibə veteran olan iddiaçı, bir də 50 il Dəmir Yollarında iş stajı olan şöbə rəisi Teymur müəllim salınmışdır. İddiaçı Rasim müəllimdən, Namiq müəllimdən üstündür. X3 müharibəsi veteranı olmağı, hər iki eyni hüquqlu mühəndisdən - 2 il pensiya yaşına qalan Namiq müəllimdən 12 yaş, 32 il pensiya yaşına qalıb pensiyada olan Rasim müəllimdən isə 17 yaş ca van almağıdır. Həmçinin daha bir üstün cəhəti ondan ibarətdir ki, həmin şöbədə 2011-ci ildən mühəndis işlədiyi halda onların hər ikisi 2017-ci ildən gəliblər. Nədən o ixtisara düşür onlardan hər hansı biri yox? Baxmayaraq açıq şəkildə üstünlük onun tərəfindədir. Dəmir Yolları İdarəsində vakansiyada 30-dan artıq mühəndis vəzifəsi təklif edilir. İddiaçının ştatı ixtisara düşdükdən sonra Dəmir Yolları İdarəsinə kənardan mühəndis götürülür. İddiaçı 06 mart 2023-cü ildə sədrin müşaviri Aysel xanımın adına ərizə ilə müraciət edərək bildirmişdir ki, 2024-cü ilin yanvarında analıq məzuniyyətindən qayıdana qədər müvəqqəti olaraq onu həmin ştata keçirsinlər. Lakin, Aysel xanım məktubuna cavab verməmiş, əvəzinə ona elektromontyor vəzifəsi təklif edilmişdir.

5. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə 27 fevral 2024-cü il tarixli rəyinə əsasən, İddiaçı orta aylıq əmək haqqı nəzərə alınmaqla gündəlik əmək haqqı məbləği 2022-ci ilin dekabr ayı üzrə 23,25 manat, 2023cü ilin fevral ayı üzrə 41,89 manat təşkil etdiyi müəyyən edilmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(006)202/2024 nömrəli qətnaməsi ilə (hakim A.İbadzadə) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının digər işçilərə nisbətdə işdə saxlanması üçün üstünlükləri vardır: müharibə veteranı olması, iş stajı və s. Məhkəmə qeyd edilən üstünlükləri qanuna zidd hesab etməmişdir. Lakin iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş digər dəlillər iddiaçının qeyd etdiyi qədər də “qüsursuz” işçi olmadığını sübut edir. Həmçinin, İddiaçı işdən çıxarılma proseduru lazımınca yerinə yetirilmişdir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar İnfrastruktur departamentinin Diaqnostika və monitorinq mərkəzinin 14 fevral 2023-cü il tarixli 13-1/3-34-10226/2023 nömrəli ştat cədvəlinə əsasən dəyişikliklər edilərək, bir sıra ştat vahidləri, o cümlədən X1 mühəndisi ştat vahidi ixtisar edilmişdir. Bununla əlaqədar, X1 mühəndisi İddiaçı tutduğu ştat vahidinin ixtisar edilərək, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq bildirişi təqdim edilmiş, İd diaçı əmək müqaviləsinin ləğv edilməsini Həmkarlar İttifaqı Komitəsi tərəfindən razılıq verilmişdir. 19 aprel 2023-cü il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmiş və ona ödənilməli olan müvafiq ödənişlər edilmişdir.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyanın 25 və 35ci; Əmək Məcəlləsinin 10, 70, 72, 77, 78-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi, onun öz yerinə bərpa olunması, işdən çıxarıldığı tarixdən işə bərpa ediləcək tarixədək işdə olmadığı günlərinin əmək haqqının verilməsi, işdən çıxarıldığı dövrdə hər ay almadığı mükafat pulların, 950 manat məbləğində ona vurulmuş maddi zərərin, cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində sağlamlığına vurulmuş 5.000 manat məbləğində zərərin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi və onunla bərabər 10.000-dən artıq işçi ilə bağlanmış müddətli əmək müqaviləsinin ləğv edilməsi və onlarla müddətsiz əmək müqavilələrinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2024-cü il tarixli, 2(103)-4008/2024 nömrəli qətnaməsi ilə (hakim C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər F.Babayev və G.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan ap ellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisarı əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, ixtisarın məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırılmış, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisarı səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajına uyğun şəkildə vaxtında (doqquz təqvim həftəsindən əvvəl) xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmış, həmkarlar ittifaq ı təşkilatına təqdimatla müraciət edilmiş və iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmışdır. Bundan başqa QSC tərəfindən 19 aprel 2023-cü il tarixli əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, o cümlədən orta aylıq əmək haqqının azı 2 misli miqdarında işdənçıxarma müavinəti ödənilmiş, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir. Qeyd edilməlidir ki, iddiaçıya ixtisas səviyyəsinə uyğun başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilmiş, o, təklif edilmiş vəzifədən imtina etdiyindən əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

12. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının İnfrastruktur Departamentinin Diaqnostika və Monitorinq mərkəzinin X1 mühəndisi ştatı ləğv olunmuşdur. Belə olan halda, hazırda iddiaçının da işdə qalmaq üçün üstünlük hüququnu qiymətləndirməyə ehtiyac yoxdur. Bu qayda vəzifə bir və ya bir neçə ştat vahidini nəzərdə tutduğu təqdirdə tətbiq edilir.

13. Həmçinin, apellyasiya kollegiyası qeyd etmişdir ki, işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. İşçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. İddiaçının cavabdeh tərəfindən işçilərin sayı azaldılmadığına, tutduğu vəzifənin ixtisar edilmədiyinə və s. dair irəli sürdüyü dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilmə məklə əsassız və mülahizə xarakterli sayır.

15. Həmçinin məhkəmənin qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və s. məsələlərə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisarı əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması nəticəsində işəgötürən tərəfindən əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunduğu müəyyən edilmiş, bununla da tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin bərpa edilməsi üçün əsaslar yaranmamışdır. Belə qənaətə gəlinmişdir ki, hazırkı vəziyyətdə iddia çının onunla işəgötürən arasında bağlanmış müddətli əmək müqaviləsi mövcud deyildir, bu səbəbdən də sözügedən müqavilənin müddətsiz əmək müqaviləsi ilə əzəzləşdirilməsi də qeyri-mümkündür.

17. İddiaçı QSC-də işləyən 10.000-dən artıq işçi ilə bağlanmış müddətli əmək müqavilələrinin ləğv edilməsini və onlarla müddətsiz əmək müqavilələrinin bağlanmasını tələb etmək üzrə subyektiv hüquqa, müqavilə tərəfi olmadığı üçün, malik deyildir.

18. Apellyasiya kollegiyası iddiaçının apellyasiya şikayətində “işdən çıxarıldığı dövrdə hər ay almadığı mükafat pulların, 950 manat məbləğində ona vurulmuş maddi zərərin, cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində sağlamlığına vurulmuş 5.000 manat məbləğində zərərin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi”nə dair qətnamə çıxarılmasını tələb etməsi ilə əlaqədar qeyd etmişdir ki, həmin tələblərə, iddia ərizəsində irəli sürülmədiyindən və birinci instansiya məhkəməsinin baxış predmeti olmadığından, münasibət bildirilməməli və iddiaçıya mübahisəli məsələ ilə bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməlidir.

19. Apellyasiya instansiyası məhkəməsi qətnaməni Əmək Məcəlləsinin 2.1, 11-ci maddələri, 70-ci maddəsinin “b” bəndi, 71-ci maddəsinin 1-ci hissəsi, 77-ci maddəsi, 78-ci maddəsinin 1-ci hissəsi, 79-cu maddəsi, 300-cü maddəsinin 1-ci hissəsi, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

20. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2024-cü il ta rixli, 2(103)-4008/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, 78-ci maddəsinin 1-ci hissəsi, Mülki Prosessual Məcəllənin 9, 14, 217-ci maddələri pozulmuşdur.

22. Belə ki, məhkəmələr ştatların ixtisarını təsdiq edən sənədlərin mövcud olubolmadığını aydınlaşdırmamış, mübahisəli əmr qəbul edilərkən iddiaçının müharibə iştirakçısı olduğunu nəzərə almamış, peşəkarlıq səviyyəsi yoxlanılmamış, müvafiq işə keçirilməyi imkanı araşdırılmamışdır.

23. Kassasiya şikayətinə Azərba ycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarına riayət olunmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqs ədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işç ilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 78-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisə də istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;https://e-qanun.az/framework/46943 kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 29. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtlən dirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşd irdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. 30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən q ətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin h allarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən işçilərin sayının işçilərin sayı azaldılması və ya ştatların ixtisarı ilə bağlı əmək qanunvericiliyindən nəzərdə tutulan prosedurların (Əmək Məcəlləsinin 77-ci maddəsi) işəgötürən cavabdeh tərəfindən pozulmamasına, iddiaçının tutduğu X1 mühəndisi ştat vahidinin ləğv olunmasına, bunun işəgötürənin diskresion səlahiyyətinə aid olmasına istinad etmişdir.

33. Lakin, nəzərə alınmalıdır ki, iddiaçı tələbində onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən, işəgötürən tərəfindən prosedur qaydaların pozulması (qabaqcadan xəbərdar olunmaması, iş axtarmağa imkan yaradıl maması, işdənçıxarma müavinətinin ödənilməməsi, həmkarlar ittifaqı təşkilatının razılığının alınmamasına istinad etməmişdir.

34. İddiaçı barəsində qəbul edilən əmri iki əsasla mübahisələndirmişdir:

1. İşəgötürən ona qarşı qərəzli olmaqla, başqa qaydada işdən çıxara bilmədiyi üçün görüntü yaratmaqla ştatların ixtisarını həyata keçirmiş, faktiki ixtisar olmamışdır.

2. Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə (İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər) riayət olunmamışdır.

35. Kassasiya məhkəməsi ilk olaraq qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçının ikinci dəlilinə qısa olaraq münasibət bildirmiş və hesab etmişdir ki, iddiaçının tutduğu X1 mühəndisi ştatı ləğv olunduğundan, onun işdə qalmaq üçün üstünlük hüququnu qiymətləndirməyə ehtiyac yoxdur.

36. Məhkəmə ko llegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsi yalnız işçilərin sayının azaldılması zamanı deyil, həmçinin ştatların ixtisarı zamanı da tətbiq olunmalıdır. Bu həmin maddənin dispozisiyasında aşkar görünür.

37. İş materiallarında olan 14 fevral 2023-cü il tarixdə qeydiyyata alınmış "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Ştat cədvəlinə (cild 1, i.v. 49-53) əsasən, həmin departamentin Diaqnostika və monitorinq mərkəzinin Laboratoriyasında 1 Yol üzrə aparıcı mühəndis, 2 Elektrik təchizatı üzrə aparıcı mühəndis, 1 Rabitə və işarəetmə üzrə aparıcı mühəndis, 1 Rabitə və işarəetmə üzrə mühəndis, 4 Elektrik təchizatı üzrə mühəndis vəzifələri mövcuddur.

38. Həmçinin, iş materiallarında olan 31 mart 2022-ci il tarixd ə qeydiyyata alınmış "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Diaqnostika və monitorinq mərkəzinin Ştat cədvəlinə (cild 1, i.v. 211-212) əsasən, həmin mərkəzin X2 ixtisasları göstərilməməklə ümumilikdə 5 mühəndis vəzifəsi mövcud olmuşdur.

39. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi iddiaçının ixtisar olunmuş X1 mühəndisi vəzifəsinin yeni Ştat cədvəlində göstərilən ümumilikdə 9 mühəndis vəzifələrinin hansına uyğun gəlməsini araşdırmadan iddiaçının işdə saxlanılmağa üstünlük hüququnun olmaması nəticəsinə gəlməklə, Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərini pozmuşdur.

40. Digər tərəfdən, kassasiya kollegiyası hesab edir ki, iddiaçının digər dəlili üzrə də apellyasiya məhkəməsi tərəfindən lazımi araşdırma və hüquqi dəyərləndirmə aparılmamışdır. Bu dəli l isə yuxarıda qeyd olunan halların araşdırılması ilə sıx əlaqəlidir.

41. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının işlədiyi iş yerində əvvəl 5 mühəndis ştat vahidi (ixtisaslaşma olmadan) mövcud olduğu halda, 14 fevral 2023-cü il tarixli ştat cədvəli ilə mühəndis ştatları arasında ixtisaslaşma aparılmaqla, ümumi ştatların sayı 9-a çatdırılmışdır. Yəni, iddiaçının tutduğu ştat (sadə mühəndis) yeni ştatı cədvəlində qeyd olunmasa da, faktiki olaraq mühəndis ştatlarının sayında ixtisar deyil, artım olmuşdur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürənin effektiv iqtisadı fəaliyyətinin həyata keçirilməsi üçün kadr fəaliyyətini həyata keçirmək, o cümlədən işçiləri qəbul etmək, onları vəzifələrə təyin etmək və əmək müqavilələrinə xitam vermək hüququ vardır. Lakin, o, bu hüquqdan işçin in Əmək Məcəlləsi ilə müəyyən olunmuş təminatlarını gözləməklə istifadə etməlidir.

43. İşçilərinin sayının və ya ştatların ixtisarının aparılması müəssisədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir neçə ştat vahidinin ləğv edilməsi başa düşülür. Bu zaman konkret vəzifə ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılır, eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilər isə ixtisar olunur. Bu elə hallarda mümkün ola bilər ki, işəgötürənin fəaliyyətində baş verən dəyişikliklər nəticəsində mövcud olan vəzifəyə zərurət aradan qalxsın.

44. Ştat cədvəlində bir adla müəyyən olunan vəzifəni n çıxarılması, lakin eyni funksiyaları həyata keçirən ştatların başqa adla əlavə edilməsi (saxlanılması) ixtisarın real olmamasının göstəricisidir.

45. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının tutduğu vəzifə üzrə funksiyalarının nədən ibarət olmasını, işəgötürənin fəaliyyəti üçün həmin funksiyaların hazırda da zərurətin qalmasını, yeni ştat cədvəlində bu funksiyaları həyata keçirən başqa vəzifələrin mövcud olub-olmamasını araşdırmamış və iddiaçının tutduğu ştatın ixtisarının real olub-olmamasına hüquqi qiymət verməmişdir.

46. Qeyd olunmalıdır ki, iddiaçı birinci instansiya məhkəməsində verdiyi ərizədə ixtisarın real olmamasını, onun işdən azad olunduqdan qısa müddətdən sonra mühəndis ştatına başqa şəxsin işə götürülməsini qeyd etsə də (c. 1, i.v. 139-141), məhkəmələr tərəfindən bu istiqamətdə də araşdırma aparılmamışdır.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin 218.1, 392.1.5-ci maddələrinin tələblərinə də uyğun olmamış, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.

48. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahis ə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

50. İşin yuxarıda qeyd olunan faktiki halları nı və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

51. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

52. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

53. Şərh olunanlara əs asən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2024-cü il tarixli, 2(103)-4008/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar