Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2360/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) 13.08.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 mart 2024-cü il tarixli, 2(103)1059/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 13 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi, istifadədə olan 0.284 ha torpaq sahəsində yerləşən, 3 saylı evin ümumi sahəsi 86 kv.metr olan 10/11 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmış və bu barədə Reyestr Xidməti tərəfindən onun adına xx.xx.2006-cı il tarixli Çıxarış verilmişdir. 2. “Borc verən” “Kapital Bankın 2 saylı Nəsimi rayon filialı” ilə “Borc alan” Cavabdeh1 arasında bağlanmış 28 fevral 2008-ci il tarixli Kredit Müqaviləsinə əsasən “Borc verən” istehsal avadanlıqlarının alınması məqsədi ilə “Borc alan”-a 112.000 manat kredit verilməsini, “Borc alan” isə kredit xəttini qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri “Borc verən”-ə qaytarmağı öhdəsinə götürmüşdür. 3. 28 fevral 2008-ci il tarixli İpoteka Müqaviləsinə əsasən “İpoteka saxlayan” “Kapital Bankın 2 saylı Nəsimi rayon filialı” ilə “İpoteka verən” Cavabdeh1 arasında bağlanmış 28 fevral 2008-ci il tarixli 1830 saylı kredit Müqavilələrinə əsasən 112.000 manat məbləğində 1 il müddətinə verilən kredit xətti və hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsində istifadədə olan 0.284 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binada yerləşən 86 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 10/11 nömrəli mənzilin yüklü edilməsi ilə bağ lı razılığa gəlmişlər.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1097/2009 nömrəli, 23 aprel 2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 xx.xx.2008-ci il tarixli 1830 saylı kredit müqaviləsi üzrə 112.000 manat əsas, 18.461 manat faiz olmaqla, cəmi 130.461 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun "xxxx" ASC-nin xeyrinə tutulması, 130.461 manat və ödənilmiş 20 manat dövlət rüsumunun ipoteka qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsində istifadədə olan 0.284 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binada ümumi sahəsi (iki mənzilin birləşməsi nəticəsində) 200 kv.m və yaşayış sahəsi 86 kv.m olan 4 otaqlı 10 və 11 nömrəli mənzillərə yönəldilməsi, ipoteka predmetinin ixtisaslaşdırılmış açıq hərracdan satılaraq əldə olunmuş vəsaitdən bankın borcunun ödənilməsi, əldə edilmiş vəsait tələbin ödənilməsi üçün yetərli olmazsa, çatışmayan məbləğin Cavabdeh1 başqa əmlakına yönəldilməsi, Cavabdeh1 və X1 Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsində istifadədə olan 0.284 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binada ümumi sahəsi 200 kv.m və yaşayış sahəsi 86 kv.m olan 4 otaqlı 10 və 11 nömrəli mənzillərə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin yaşayış sahəsindən qeydiyyatdan və evdən çıxarılmaları qət edilmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəmə icraçıları şöbəsinin böyük məhkəmə icraçısı tərəfindən xx.xx.2009-cu il tarixdə “icraata başlamaq haqqında” qərara əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1097/2009 nömrəli, 23 aprel 2009-cu il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. 6. 2 sentyabr 2021-ci il tarixli, AN – İ seriyalı № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi”nə əsasən “Satıcı” "xxxx" ASC ünvan 3 evin ümumi sahəsi 86 kv.metr olan 10/11 saylı mənzili 73.400 manata “Alıcı” İddiaçı satmışdır.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 86 kv/m olan mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.
8. AR DİN tərəfindən xx.xx.2022-ci il tarixdə verilən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən İddiaçı 15 oktyabr 2021-ci il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır və qeydiyyatda başqa şəxslər y oxdur.
9. Bakı şəhəri Nərimanov bələdiyyəsinin AR Prezidenti yanında Vətəndaşlarla Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ünvanlanan 22 noyabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 3 ev, 10/11 saylı mənzil İddiaçı məxsusdur. Həmin ünvanda ev 3, mənzil 10 “A” saylı mənzil mövcud deyil və Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli, 04/628 saylı, xx.xx.2022-ci il tarixli, 04/630 və 04/631 saylı arayışlar yanlışdır və həmin arayışların etibarsız olması bildirilmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun müstəntiqi tərəfindən qəbul edilən 20 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə Qərarına əsasən X2 və Cavabdeh2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən onlar barəsində cinayət işinin başlanması rədd e dilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) “zəbt olunmuş mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzilin əvvəlki sahibi olmuş cavabdeh qeyd olunan mənzilin bir hissəsini zəbt etmiş və oranı boşaltmaqdan imtina etməkdədir. Bu gün faktiki olaraq mülkiyyətində olan mənzildən tam olaraq istifadə edə bilmir. Eyni zamanda, mənz ili aldıqdan və müvafiq çıxarışı əldə etdikdən bu günə qədər təxminən 1 ilə yaxın müddət keçməsinə baxmayaraq mülkiyyətində olan mənzilə texniki pasport ala bilmir.
13. Cavabdeh1 məhkəməyə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 qarşı “mənzilin boşaldılması” tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı şəhəri, N.Süleymanov küçəsi 3 saylı evin 86 kv.m ölçüsü olan 10/11 saylı mənzilinin əvvəlki mülkiyyətçisi Cavabdeh1 olmuşdur. Cavabdeh1 həmin mənzili 2008-ci ildə kredit müqaviləsi üzrə ipoteka qoymuş, kredit öhdəliklərini icra edə bilmədiyi üçün bank tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuş və məhkəmə borcu mənzilə yönəltmişdir. Qətnamə 2009-cu il tarix li icra sənədi əsasında icra edilmiş, Cavabdeh1 Bakı şəhəri, N.Süleymanov küçəsi 3 saylı evin 10/11 saylı mənzili təhvil vermiş, bank mənzili təhvil almış və mənzil üzərində bankın mülkiyyət hüququ qeydə alınmışdır. Həmin vaxtdan Cavabdeh1 həmin mənzillə əlaqəsi olmamışdır. O, 10/11 saylı mənzilə bitişik olan, lakin həmin mənzilin tərkib hissəsi olmayan əlavə inşa edilmiş başqa yaşayış sahəsinə köçüb yaşamağa başlamışdır. Bank 2021-ci ildə 86 kv.m. sahəsi olan Bakı şəhəri, N.Süleymanov küçəsi 3 saylı evin 11 saylı mənzili İddiaçı satıb. İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin İddiaçı Cavabdeh1 qarşı Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəs i ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsindən çıxarılmasına və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı mənzili 2021-ci ildə alqı-satqı müqaviləsi ilə almışdır və mənzil olan çıxarışa əsasən onun mülkiyyətindədir. Qeyd olunan mənzillə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Çıxarışa əsasən mənzilin ümumi sahəsi 86 kv.m-dir. Ancaq Cavabdeh1 tərəfindən mənzilin bir hissəsi zəbt edilmişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı mənzilə dair texniki pasportun tərtib edilməsi haqqında məlumat (sənəd) arxiv qovluğunda aşkar edilməmişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi ev 3, mənzil 10 ünvanına dair arxiv qovluğunda aşkar edilmiş cizginin surəti təqdim edilir. 11 nömrəli mənzilə dair arxiv qovluğunda cizgi aşkar edilməmişdir. İş üzrə Məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy alınmışdır. Həmin rəydə göstərilir ki, baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi, ev 3-də yerləşən 10/ 11 saylı mənzilin İddiaçı istifadəsində olan hissənin faktiki sahəsinin 77,9 kv.m, Cavabdeh1 istifadəsində olan hissənin faktiki sahəsinin 68,5 kv.m olduğu müəyyən edilmişdir. İş üzrə mütəxəssis rəyi də alınmışdır, həmin rəydə qeyd olunur ki, mübahisəli mənzil 10 və 11 saylı mənzillərin birləşməsi nəticəsində 4 yaşayış otağından, yaşayış və ümumi sahəsi 86 kv.m olmaqla İddiaçı mülkiyyətindədir. Arxivdə 10 saylı mənzilin ilkin özəlləşməsi zamanı 36 saylı MİS tərəfindən tərtib edilmiş plan (yaşayış sahəsi 43 kv.m, köməkçi sahə 12.3 kv.m olmaqla) aşkar edilsə elə, 11 saylı mənzilin planı aşkar olunmamışdır. Mənzillərin hər biri yaşayış sahəsi 43 kv.m olmaqla qeydiyyatdan keçmişdir. Sözügedən mənzildə yoxlama-ölçü işləri aparılmışdır. Müayinə zamanı məlum olmuşdur ki, mənzil daxilində bəzi ara kəsmələrin yerləri dəyişdirilmişdir, mövcud olmuş köməkçi sahələr genişləndirilərək yaşayış sahəsi kimi düzəldilmişdir (əlavə sahələr inşa edilmişdir), faktiki olaraq həmin mənzilin qeydiyyatdan keçmiş ümumi sahəsindən 63.1 kv.m və sahəsi 4.0 kv.m olan balkon İddiaçı istifadəsindədir. Bundan əlavə həmin hissəyə bitişik sonradan tikilmiş 6.7 kv.m köməkçi sahə və sahəsi 4.1 kv.m olan balkon aşkar edildi. Mübahisəli mənzilin qeydiyyatdan keçmiş ümumi sahəsindən 22.9 kv.m sahəsi, mövcud olmuş və sonradan genişləndirilmiş köməkçi sahələri, sonradan inşa olunmuş əlavə sahələrlə birlikdə hal-hazırda Cavabdeh1 istifadəsindədir. Qeyd edilir ki, 10/11 saylı mənzil üzərində hər üç mülkiyyətçinin Cavabdeh1 (2006-2009-cu illər), Bankın (2009-2021) və İddiaçı (2021-ci ildən hal-hazıra kimi) mülkiyyət hü ququ 86.0 kv.m ölçüdə ümumi sahəyə qeydiyyatdan keçib. Əgər İddiaçı mənzilin sahəsinin az olmasına dair iddiası var idisə, mənzili bu ölçüdə almaya bilərdi, yaxud mənzilin faktiki ölçüsü ilə sənəd üzrə ölçüsü arasında uyğunsuzluq var idisə, bu barədə Bankla məsələni həll edə bilərdi. İddiaçı Bankla alğı-satqı münasibətinə daxil olarkən mənzilin hazırki faktiki vəziyyətinə razılaşıb və həmin vəziyyətdə mənzili alıb. Yəni alğı-satqı predmeti olan mənzili hazırki vəziyyətdə Bank İddiaçı mülkiyyətinə verib, sonuncu da qəbul edib. İddiaçı cavabdehin onun mənzilini zəbt edilməsini qeyd etsə də, bu hadisənin nə vaxt baş verməsini yazmır. Cavabdeh iddiaçının mənzilini heç vaxt zəbt etməyib. 2021-ci ildən iddiaçı mənzili aldığı vaxtdan mənzilinə tam sahiblik edir, cavabdeh onun mənzilinə müdaxilə e tməyib, onun mənzilinin heç bir hissəsini zəbt etməyib. 2021-ci ildən əvvəl də zəbt faktı olmayıb, əgər zəbt faktı olsa idi, Bank Cavabdeh1 qarşı tələb irəli sürə bilərdi. Ekspert rəyinə görə 10/11 saylı mənzil faktiki olaraq 77.9 kv.m, sənəd üzrə 86.0 kv.m-dir. Lakin ekspert cavabdehin iddiaçının mənzilinin bir hissəsini zəbt etməsi qənaətinə gəlmir. Ancaq iş materiallarında olan mütəxəssis rəyində guya mənzilin 22.9 kv.m sahəsinin cavabdehin istifadəsində olması qeyd olunur. Mütəxəssis rəyi mötəbər deyil. Ona görə ki, mütəxəssis özü qeyd edir ki, mübahisəli mənzil 10 və 11 saylı mənzillərin birləşməsi nəticəsində 4 yaşayış otağından, yaşayış və ümumi sahəsi 86 kv.mdir. Mütəxəssisin istinad etdiyi Arxivdə 10 saylı mənzilin ilkin özəlləşməsi zamanı 36 saylı MİS tərəfindən tərtib edilmiş pl anda yaşayış sahəsi 43 kv.m, köməkçi sahə - 12.3 kv.m göstərilməsi barədə qeyd xx.xx.1997-ci il tarixlidir. Həmin vaxtdan sonra mənzildə dəyişikliklər olub, Cavabdeh1 2006-cı ildə mənzilə mülkiyyət hüququ əldə edəndə həmin cizgiyə uyğun otaqlar olmayıb. Yəni 1997-ci il cizgisindən sonra otaqlarda dəyişiklik olub, Cavabdeh1 mülkiyyət hüququ cizgiyə uyğun deyil, yeni dəyişikliyə uyğun qeydiyyatdan keçib. Odur ki, cizgi öz hüquqi əhəmiyyətini itirib. Cavabdehin iddiaçının 22.9 kv.m ölçüdə otağını istifadə etməsi doğru deyil, heç bir mötəbər sübutla təsdiq edilmir. Mütəxəssisin qeydlərinə görə mənzilin sahəsi 100.8 kv.m edir ki, belə ölçüdə mənzil qeydiyyatdan keçməyib. Sözügedən 10/11 saylı mənzilin dəqiq sahəsini müəyyən edən yeganə mötəbər sənəd texniki pasport 1 saylı Bakı Ərazi İdarəsin in arxiv qovluğundan aşkar edilmədiyindən mənzilin itkiyə məruz qalmış 8.1 kv.m sahəsinin kimin istifadəsində olmasını, yaxud da sökülüb-sökülməməsini müəyyən etmək mümkün deyil. 8.1 kv.m ölçünün az olması mənzil daxilində daxili arakəsmələrin inşası, yerdəyişməsi, tikinti-söküntü işlərinin aparılması nəticəsində itkiyə getmişdir. Əslində hesab edir ki, 86.0 kv.m ölçü pozulmayıb.
14. Məhkəmə tərəfindən mübahisəli mənzilə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, faktiki vəziyyətdə tərəflərin istifadəsində olan sahələr bir-birinə bitişik yerləşməklə qonşu sahələrdir. Həmin qonşu sahələrin arasında arakəsmə divar vardır, əvvəllər açıq olmuşdur, deyilənə görə sonradan Cavabdeh1 arakəsmə divarı hörmüşdür. Hazırda tərəflərin mənzillərinə giriş qapıları ayrı-ayrı olmaqla, hündür pilləkə ndən ibarətdir. Həmin ünvanda yerləşən mənzilə Cavabdeh1 girişi sol tərəfdən, İddiaçı mənzilinə giriş isə sağ tərəfdəndir. Baxış zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan hissədə girişdə zal (qonaq otağı), yataq otağı, bağlı balkon, açıq balkon mövcuddur. Cavabdehin istifadəsində olan hissədə qonaq otağı, yataq otağı, uşaq otağı, dəhliz (mətbəx), sanitar qovşağı mövcuddur. Baxış zamanı əldə olunmuş məlumatlara görə, ünvan 3 ünvanda İddiaçı istifadəsində olan faktiki sahəsinin 77,9 kv.m, Cavabdeh1 istifadəsində olan hissənin faktiki sahəsinin isə 68,5 kv.m olduğu müəyyən edilmişdir.
15. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2023-cü il tarixli, 10/7325 saylı ekspert rəyinə əsasən mübahisəli mənzilin 10 və 11 saylı mənzillərin birləşməsi nəticəsində yaranan 4 (dörd) yaşayış otağından, yaşayış və ümumi sahəsinin 86,0 kv.m olmaqla İddiaçı mülkiyyətində olduğu müəyyən edilir. Arxivdə 10 saylı mənzilin ilkin özəlləşmə zamanı 36 saylı MİS tərəfindən tərtib edilmiş plan (yaşayış sahəsi 43 kv.m, köməkçi sahə 12,3 kv.m olmaqla) aşkar edilsə də, 11 saylı mənzilin planı aşkar olunmadığı müəyyən edilmişdir. Mənzillərin hər biri yaşayış sahəsi 43,0 kv.m olmaqla qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Faktiki olaraq həmin mənzilin qeydiyyatdan keçmiş 63,1 kv.m və sahəsi 4,0 kv.m olan balkon, bundan əlavə həmin sahəyə bitişik sonradan tikilmiş 6,7 kv.m köməkçi sahə və sahəsi 4,1 kv.m olan balkon İddiaçı istifadəsində olduğu müəyyən edilir. Mübahisəli mənzilin qeydiyyatdan keçmiş ümumi sahəsindən 22,9 kv.m sahənin, mövcud olmuş və sonradan genişləndirilmiş k öməkçi sahələr, sonradan inşa olunmuş əlavə sahələrlə birlikdə hal-hazırda Cavabdeh1 istifadəsində olduğu müəyyən edilmişdir.
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-157/23 saylı iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin edilərək, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv.metr yaşayış sahəsi olan mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-157/2023 saylı mülki iş üzrə 23 noyabr 2023-cü il tarixli əlavə qətnaməsi ilə iddiaçının əlavə qətnamə çıxarılması barədə ərizəsi təmin edilərək, Cavabdeh2 və himayəsində olan azyaşlı uşaqla rla birlikdə əşyalarla Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv.metr yaşayış sahəsi olan mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
18. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, üçüncü şəxs "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş mübahisəli mənzil iki mənzilin birləşməsi nəticəsində yaranmışdır. Həmçinin, iki mənzilin birləşməsi yerli müayinə zamanı da əyani şəkildə müşahidə olunmuşdur.
19. Belə ki, yerli baxış zamanı mənzillərin arakəsmə divarlarının hörülməsi nəticəsində daxilindən gediş-gəlişin məhdudlaşdırılması (cavabdeh tərəfindən hörülmüşdür) açıq-aşkar görünür. Cavabdeh isə etirazında bildirmişdir ki, hüquqmüəyyənedici sənəddə əks olunmuş ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 86 kv/m olan mənzil hazırda iddiaçının faktiki istifadəsində olan sahədir. Lakin, yerli baxış zamanı iddiaçının hazırda faktiki istifadəsində olan sahənin iki mənzilin birləşməsi nəticəsində yaranması müəyyən edilməmişdir. Halbuki, ekspert rəyi ilə də iki mənzilin birləşməsi deyiləndə hazırda həm iddiaçının faktiki istifadəsində olan, həm də cavabdehin faktiki istifadəsində olan sahələrin birləşməsi nəzərdə tutulur. Bu hal mənzillərin daxilində hazırkı vəziyyətinə vizual baxış keçirərkən də müəyyən olunur. Üstəlik də iddiaçının mübahisələndirdiyi hal ekspertin rəyi ilə öz təsdiqini tapmışdır. Cavabdehin hazırkı vəziyyətdə iddiaçıya (mülkiyyətçiyə) məxsus yaşayış sahəsindən istifadə etməsi hər hansı hüquqi əsasa söykənməməklə, sonuncunun daşınmaz əmla k üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir.
20. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1, 152.5, 157.2, 157.4, 157.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
21. Cavabdehlər apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilin bir hissəsi dedikdə, çıxarışla ona məxsus olan 86 kv.m ölçüdən kənarda olan özbaşına tikili hesab olunan, hüquqları qeydiyyatdan keçməyən sahəni nəzərdə tutur. Məhkəmə isə öz qətnaməsi (həmçinin, əlavə qətnaməsi) ilə cavabdehlərin iddiaçıya məxsus 86 kv/m yaşayış sahəsi olan mənzildən çıxarılmasını, həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini qət edir. Lakin məhkəmə nəzərə almır ki, iddiaçının 86 kv.m. yalnız, yaşayış sahəsindən ibarət olan mənzili iddiaçının özünün istifadəsindədir. İddiaçı əslində binada olan cavabdehlərin yaşadığı iddiaçıya aid olmayan özbaşına tikili olan sahəyə iddia edir. Mənzillər Cavabdeh1 mülkiyyətində olduğu müddətdə Cavabdeh1 tərəfindən 1999-2000-ci illərdə mənzildə təmir-tikinti işləri aparılıb, mənzillər və otaqlar birləşdirilib, mənzilin “dranka” adlanan daxili arakəsmələri götürülüb, daşdan yeni, lakin mənzil daxilində başqa yerdən daş arakəsmələr inşa edilib. Mənzilin daxili vəziyyəti və otaqların vəziyyəti tamamilə dəyişdirilib. Bu hal ekspert rəyi və otaqların hazırkı quruluşu i lə də təsdiq olunur. İddianın əsassız olması həm də onunla təsdiq olunur ki, mənzilin dəqiq ölçülərini, sahəsini, sərhədlərini müəyyən edən, yeganə və mötəbər sənəd - texniki pasport yoxdur. Mənzilin texniki pasportu olmadığı üçün sübuta yetmir ki, Cavabdeh1 istifadəsində olan yaşayış sahəsi (yaxud onun bir hissəsi) İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış yaşayış sahəsinə daxildir. İddiaçı hazırda mülkiyyət hüququ qeydə alınmış mənzilin sahəsi dəqiq müəyyən edilmir. Nə qədər ki, texniki pasport yoxdur, iddiaçı deyə bilməz ki, məhz Cavabdeh1 istifadəsində olan hissə (yaxud onun bir hissəsi) onun mənzilinə daxildir. İddiaçı mənzilin boşaldılması tələbi təkrar tələbdir, 86 kv.m ölçüsü olan 10/11 saylı mənzil Bankın tələbi üzrə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi əsasında Nərimanov rayo n İcra şöbəsi tərəfindən icra edilmişdir. Eyni mənzilin təkrar boşaldılması mümkün deyil. Əgər Cavabdeh1 sonradan 10/11 saylı mənzili zəbt edibsə, onda İddiaçı Bankın hüquqi varisi kimi icra işinə qoşulmalı, həmin icra işi təzələnməli və Cavabdeh1 sahədən çıxarılmalıdır. Bunun üçün yeni qətnamə çıxarılmalı deyil. İşdə olan mütəxəssis rəyi isə mötəbər deyil, ona görə ki, mütəxəssis rəy verərkən heç bir mötəbər texniki sənədə istinad etməmişdir. Onun istinad etdiyi MİS-nin sxemi mənzillərin vəziyyətini tam əks etdirmir, həmin sxemdən köməkçi, yaxud yaşayış sahəsi bəlli olmur. Həmçinin, həmin sxemdən sonra mənzil daxili arakəsmələr dəyişdirildiyindən sxemdən mötəbər sənəd kimi istifadə oluna bilməz. Məhkəmədə ifadə verən mütəxəssis etiraf etdi ki, istinad edə biləcəyi texniki sənəd yoxdur, o, rəy verərkən öz təcrübəsinə əsaslanmışdır. Maysara Həsənovanın “biz bu sahəni sizə satırıq, digər sahəni məhkəməyə verib ala bilərsizsə alın” ifadəsi də bir daha təsdiq edir ki, İddiaçı hazırda istifadəsində olan sahəni alıb, razılaşıb. Şahidlərin hər üçü təsdiq etdi ki, İddiaçı hazırda istifadəsində olan sahə ilə Cavabdeh1 istifadəsində olan sahə bir-birindən təcrid olunmuş sahə olub.
23. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndələri məhkəmə kollegiyasının iclasında izahat verərkən bildirdilər ki, mübahisəli mənzil Cavabdeh1 tərəfindən Bank qarşısında ipoteka ilə yüklü edilmiş, məhkəmə qətnaməsi ilə həmin mənzilə tutma yönəldilmiş, mənzil Bank tərəfindən mülkiyyətinə qəbul edilmiş, Cavabdeh1 mənzili boşaldıb Bankın nümayəndəsinə təhvil vermiş və sonradan mənzil İddiaçı satılmışdır. Hüquqmüə yyənedici sənədlərdə mənzilin yaşayış sahəsinin 86 kv.m olduğu qeyd edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1059/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/23 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi və e-2(005)157/2023 saylı, 23 noyabr 2023-cü il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin cavabdehin iddiaçının alqı-satqı yolu ilə aldığı 86 kv.m yaşayış sahəsi olan mənzili zəbt etməmə si, onun yaşadığı sahənin, yəni əlavə tikililərin həmin mənzilə aidiyyətinin olmaması, bu əlavə tikililərin nə Bankın, nə də iddiaçının mülkiyyətinə verilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2023-cü il tarixli, 10/7325 saylı ekspert rəyi ilə də müəyyən olunduğu kimi mübahisəli mənzil 10 və 11 saylı mənzillərin birləşməsi nəticəsində yaranan 4 yaşayış otağından ibarət olmaqla iddiaçının mülkiyyətindədir. Faktiki olaraq həmin mənzilin qeydiyyatdan keçmiş 63,1 kv.m sahəsi hazırda İddiaçı istifadəsindədir. Mübahisəli mənzilin qeydiyyatdan keçmiş ümumi sahəsindən 22,9 kv.m olan sahəsi isə hal-hazırda Cavabdeh1 istifadəsindədir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin istifadəsində olan sahədən əlavə əvvəllər mövcud olmuş və s onradan genişləndirilmiş köməkçi sahələr, sonradan inşa olunmuş əlavə sahələrlə birlikdə cavabdehin istifadəsindədir. Ekspert rəyi kifayət qədər aydın olduğundan Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı əlavə ekspertiza təyin olunması və ekspertin dinlənilməsi barədə vəsatətləri təmin etməmişdir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka müqaviləsində ümumi sahənin qeyd olunmaması elə məhz bu səbəbdən, yəni mənzilə dair texniki pasportun mövcud olmaması ilə əlaqədar olmuşdur. Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilən əmlak 4 otaqlı 10/11 saylı mənzil olmuşdur. Bu isə o deməkdir ki, yüklülük mənzilin təkcə hüquqmüəyyənedici sənəddə göstərilən 86 kvm yaşayış sahəsini deyil, ümumi sahəni təşkil edən köməkçi sahələri də əhatə etmişdir.
28. Apellyasiya şikayətinin başqa bir dəli li hazırkı tələbə məhkəmədə baxılmalı olmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız saymış və qeyd etmişdir ki, hazırkı mübahisə İddiaçı və Cavabdeh1 arasında yaranmış münasibətdən doğan mübahisədir və ona görə də Bankın tələbi üzrə olan icra işi hazırkı mübahisəyə baxılmasına mane olmur.
29. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 (l hissə), 29-cu maddələri, habelə Mülki Məcəllənin 152, 157.2, 157.4, 157.6-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
30. Cavabdehlər (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.
31. Ka ssasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya baxışı zamanı Bankın nümayəndələrinin verdiyi izahatlarla bir daha təsdiq olunur ki, Cavabdeh1 yaşadığı hissənin onların satdığı sahəyə heç bir aidiyyəti yoxdur, onlar hazırda iddiaçının istifadəsində olan sahəni iddiaçıya göstəriblər, həmin sahə mülkiyyət hüququ ilə qeydiyyatdan keçən sahə kimi onlara məxsus olub, İddiaçı ona təqdim olunan sahəyə baxıb oranı bəyənib və alıb. Həmin vaxt Bank İddiaçı Cavabdeh1 yaşadığı sahəni göstərməyib və ona satmayıb. Həmçinin işdə olan mütəxəssisi və ekspert rəyləri də yanlışdır. Belə ki, mütəxəssis rəyi Cavabdeh1 1997, Kapital bankın 2015 və İddiaçı 2021-ci il tarixli Çıxarışları ilə ziddiyyət təşkil edir. Ekspert isə 8 kv.m ölçüdən çox sahəsi ol an açıq eyvanı mənzilin faktiki sahəsinə daxil etməyib. Halbuki həmin açıq eyvan iddiaçının mənzilinin ümumi sahəsinə aiddir, belə olan halda iddiaçının 86 kv.m ümumi sahəsinin özündə olması öz təsdiqini tam olaraq tapır. Bundan başqa, apellyasiya baxışı zamanı cavabdeh tərəfin irəli sürdüyü dəlillər (Bankın iddiaçıya hazırda iddiaçının istifadəsində olan sahəni satması, cavabdehin sahəsini satmaması, iddiaçının bankın ona satdığı sahənin bütün hissəsinin özündə olması, iddiaçının mülkiyyət hüququna müdaxilə edilməməsi və sair) öz təsdiqini tapmış, bu dəlillər Bankın nümayəndələrinin izahatı və iş materialları ilə tam təsdiq olunmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin də yişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
33. Maddə
13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
34. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgə ninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozm asın, yaxud hüquqdan sui-istifadə olmasın.
37. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
39. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Cavabdehlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.
51. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına, habelə qanuni qüvvəyə minmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1097/2009 saylı, 23 aprel 2009-cu il tarixli qətnaməsinə görə, cəmi 130.461 manat kredit borcunun və 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması üçün tutma borclu Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsində istifadədə olan 0.284 ha torpaq sahəsində yerləşən, 3 saylı, 2 mərtəbəli binanın ümumi sahəsi (iki mənzilin birləşməsi nəticəsində) 200 kv.m, yaşayış sahəsi 86 kv.m olan 4 otaqlı 10 və 11 saylı mənzillərə yönəldilmiş, sonradan həmin ipoteka predmeti hərrac vasitəsi ilə Bankın mülkiyyətinə keçmiş və bu barədə Bankın adına 10 noyabr 2015-ci il tarixli Çıxarış verilmişdir. Bundan sonra 13 oktyabr 2016-cı il tarixli aktla mənzil boşaldılaraq Banka təhvil verilmişdir. 02 sentyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Bank ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 86 kv.metr olan mənzili 73.400 manata iddiaçıya satmış və 10 sentyabr 2021-ci il tarixli Çıxarışa əsasən 10/11 saylı mənzil bütövlükdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır.
52. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırda cavabdehlər mübahisəli 10/11 saylı mənzilin bir hissəsini zəbt edərək orada yaşayırlar, iddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etsə də, cavabdehlərin mənzildə yaşaması səbəbindən oradan sərbəst istifadə edə bilmir. Cavabdehlərin mənzildən çıxarılmasını istisna edən hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır.
53. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, Mülki Məcəllənin 152.1, 157.2 və 157.4-cü maddələrinin mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
54. Hazırkı iş üzrə mübahisə predmeti olan 10/11 saylı mənzil iddiaçının mülkiyyətində olduğundan onun həmin mənzil üz ərində əmlak hüququ mövcuddur və bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrini tətbiq etməkdə haqlı olmuşdur.
55. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdehlər iddiaçının alqı-satqı yolu ilə aldığı 86 kvm yaşayış sahəsi olan mənzili zəbt etməmişlər və onların yaşadıqları sahənin, yəni əlavə tikililərin 10/11 saylı mənzilə aidiyyəti yoxdur, bu əlavə tikililər nə Bankın, nə də iddiaçının mülkiyyətinə verilməmişdir.
56. Apellyasiya instansiyası məhkəməsi bu dəlillə razılaşmayaraq qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2023-cü il tarixli, 10/7325 saylı ekspert rəyi ilə müəyyən olunduğu kimi mübahisəli mənzil 10 və 11 saylı mənzill ərin birləşməsi nəticəsində yaranan 4 (dörd) yaşayış otağından ibarət olmaqla iddiaçının mülkiyyətindədir. Faktiki olaraq həmin mənzilin qeydiyyatdan keçmiş 63,1 kv.m sahəsi hazırda İddiaçı istifadəsindədir. Mübahisəli mənzilin qeydiyyatdan keçmiş ümumi sahəsindən 22,9 kv.m olan sahəsi isə hal-hazırda Cavabdeh1 istifadəsindədir. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdehlərin istifadəsində olan sahədən əlavə əvvəllər mövcud olmuş və sonradan genişləndirilmiş köməkçi sahələr, sonradan inşa olunmuş əlavə sahələrlə birlikdə cavabdehin istifadəsindədir. Bundan əlavə, birinci instansiya məhkəməsində mübahisəli 10/11 saylı mənzilə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, sözügedən mənzillərin arakəsmə divarlarının hörülməsi nəticəsində daxilindən gediş-gəliş məhdudlaşdırılmışdır. İdd iaçının hazırda faktiki istifadəsində olan sahə iki mənzilin birləşməsi nəticəsində yaranmışdır.
57. Həmçinin Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 aprel 2009-cu il tarixli qətnaməsi ilə müəyyən olunur ki, 10/11 saylı mənzil 4 otaqlı, 2 mərtəbəli olmaqla, həmin mənzilin ümumi sahəsi 200 kv.metr, yaşayış sahəsi isə 86 kv.metrdən ibarətdir. Hərracın yekunları barədə tərtib olunmuş 15 mart 2012-ci il tarixli protokolda da Bankın hərrac vasitəsilə əldə etdiyi ipoteka predmeti olan 10/11 saylı mənzilin ümumi və yaşayış sahəsinin eyni ölçüdə olduğu göstərilmişdir.
58. Göründüyü kimi mübahisə predmeti olan 10/11 saylı mənzil 4 otaqlı iki mənzilin birləşdirilməsi nəticəsində yaranmışdır və bu hal Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sənədlə rlə də öz təsdiqini tapmışdır. Həmin sənədlərdən də görünür ki, Cavabdeh1 10 və 11 saylı mənzilləri 1997-ci ildə alqı-satqı müqavilələrinə əsasən digər şəxslərdən almışdır. Alqı-satqı müqavilələrində mənzillərin hər birinin yaşayış sahəsi 43 kvm göstərilmişdir. Mənzilin texniki pasportu yoxdur. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənzilin texniki pasportunun tərtib olunmasına cəhd edilsə də, cavabdeh buna imkan verməmişdir.
59. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka müqaviləsində ümumi sahənin qeyd olunmaması elə məhz bu səbəbdən, yəni mənzilə dair texniki pasportun mövcud olmaması ilə əlaqədar olmuşdur. Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilən əmlak 4 otaqlı 10/11 saylı mənzil olmuşdur. Bu isə o deməkdir ki, yüklülük mənzilin təkcə hüquqmüəyyənedici sənəddə göstərilən 86 kvm yaşayış sahəsini deyil, ümumi sahəni təşkil edən köməkçi sahələri də əhatə etmişdir.
60. Ona görə də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda cavabdehin faktiki istifadəsində olan köməkçi sahələr (əlavə tikililər) mübahisəli 10 və 11 saylı mənzillərə aiddir. Həmin tikililər mübahisəli mənzildən təcrid olunmuş sahə deyil, bilavasitə mənzilə bitişik olmaqla ona xidmət edən sahələrdir.
61. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehlərin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onların kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfində n araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin yenidən araşdırılmasına lüzum yoxdur. Ona görə də cavabdehlərin kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 mart 2024-cü il tarixli, 2(103)-1059/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.