Məhkəmə qərarları › İş №2(102)-2361/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2361/2020

24.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2361/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı1, Cavabdeh vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)4112/2019 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-214/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Z.C.Tahirov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabd eh və digərlərinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın bölünməsi” barədə iddiası təmin edilərək, iddiaçıların xx xxxxx 2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən mərhum X4 məxsus olan ünvan 1 ünvanda yerləşən, ümum sahəsi 0,6 kv.metr olan fərdi yaşayış evi və 0,02825 ha torpaq sahəsindən ibarət mirası faktiki qəbul etmələri faktının müəyyən edilməsi, iddiaçıların hər birinə mərhum X2 miras qalmış evin 1/6 hissəsinə məcburi payları, evin qalan 4/6 hissəsinə isə Cavabdeh vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi, həmçinin iddiaçıların hər birinə mərhum Paşayeva Əli Muxtar oğlundan miras qalmış 0,02825 ha torpaq sahəsinin 1/3 hissəsinə qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)4112/2019 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov sədrlik edən, məruzəçi, A.Ə.Abbasov və Z.İ.Məmmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçılar məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən mərhum Əli Paşayevə məxsus olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 0,**********9 ha olan torpaq sahəsindən və ümumi sahəsi 90,6 kv.metr olan fərdi yaşayış evindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin əmlaklardan məcburi pay hüququ üzrə onlara çatan payın ayrılması, miras əmlaklarda hər birinin payının 1/3 hissədə müəyyən edilməklə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı1 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı2, Cavabdeh, üçüncü şəxslər Quba rayon Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 05 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılma sını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh vəkili Vəkil izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli əmlakların mərhum Əli Paşayevdən miras qalmasına, sonuncunun ölməsi ilə ondan miras qalmış əmlaklara vərəsəliyin açılmasına, X9 miras evi qızı Cavabdeh vəsiyyət etməsinə və beləliklə də iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 1145, 1151.1, 1243.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol ver məyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflərin validenyləri X11 Paşayeva rəsmi nikah əsasında xx xxxxxxx 1940-cı ildə ailə qurublar və onların birgə nikahından Rasim, Ramiz, Cavahir və Solmaz adlı 4 uşaqları doğulub. Tərəflərin anası Atkə Paşayeva xx xxxxxx 1982-ci ildə, atası Əli Paşayev isə xx xxxx 2002-ci ildə ölüblər. Daha sonra, işə əlavə edilmiş sübutlardan görünür ki, xx xxxxxx 1994-cü il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən Əli Paşayev vəfat etdiyi günə özünə məxsus olan Quba rayonu, Tuti-Bikə küçəsində yerləşən 08 saylı evi qızı Cavabdeh vəsiyyət ed ib. xx xxxxx 2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən Quba şəhəri, TutiBikə küçəsində yerləşən, ümumi sahəsi 90,6 kv.metr olan 08 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,02825 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Əli Paşayevin adına qeydə alınıb. Bundan sonra, Quba rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə mərhum Əli Paşayevdən miras qalmış Quba şəhəri, Tuti-Bikə küçəsində yerləşən, ümumi sahəsi 90,6 kv.metr olan 08 saylı evə və evin yerləşdiyi 0,02825 ha torpaq sahəsinə dair Cavabdeh adına verilmiş xx xxxx 2016-cı il tarixli “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və həmin Şəhadətnaməyə əsasən Cavabdeh adına Reyestr Xidməti tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli çıxarışın ləğv edilməsi, həmçinin ondan miras qalmış ev və torpaq sahəsi üzərində İddiaçı1 və İddiaçı2 mirası qəbul etmələri faktının müəyyən edilməsi və mərhum Əli Paşayevdən miras qalmış sözügedən əmlaklar üzərində hər birinin payı 1/3 hissədə olmaqla vərəsələr Cavabdeh, İddiaçı1 və İddiaçı2 vərəsəlik üzrə paylarının bərabər müəyyən edilməsi qət edilib. Lakin sonradan Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Quba rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi qismən təmin edilib və notariat orqanı tərəfindən miras qoyan Əli Paşayevdən miras qalmış Quba şəhəri, Tuti-Bikə küçəsində yerləşən, ümumi sahəsi 90,6 kv.metr olan 08 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,02825 ha torpaq sahəsinə dair Cavabdeh adın a xx xxxx 2016-cı il tarixli “Vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən verilmiş xx xxxxxx 2016-cı il tarixli çıxarışın ləğv edilməsi və iddia ərizəsinin qalan hissədə rədd olunması qət edilib. Sözügedən Qətnamədə həmçinin göstərilmişdir ki, miras əmlakların qəbulu üçün əsas şərt mirasın vərəsələr tərəfindən qəbul edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi ba rədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini, o cümlədən işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, X9 ölməsi ilə ondan miras qalmış sözügedən əmlaklara vərəsəlik açılmış və sonunc u öz sağlığında mirasın kütləsinə aid olan evi qızı Cavabdeh vəsiyyət etdiyindən, həmin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq iddiaçıların sözügedən ev üzərində məcburi pay hüquqları əmələ gəlmişdir. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb müəyyən etmişdir ki, tərəflərin valideynləri X11 Paşayeva xx xxxxxxx 1940-cı ildə rəsmi nikah əsasında ailə qurmuşlar və onların birgə nikahından Ramiz, Cavahir, Rasim və Solmaz adlı 4 uşaqları doğulmuşdur. Tərəflərin anası Atkə Paşayeva xx xxxxxx 1982-ci ildə, atası Əli Paşayev isə xx xxx 2002-ci ildə ölmüşlər. X9 vərəsələrindən Solmaz Paşayeva xx xxxx 2008-ci il tarixdə ölmüş, onun da Aqil, Səbinə və Zaur adlı üç uşaqları doğulub, onlardan Aqil xx xxxx 2010-cu ildə ölmüş, Zaur isə anası So lmaz Hüseynovadan miras qalmış əmlakları qəbul etməmişdir. Ona görə də vəsiyyət edən X5 Paşayev və nəvəsi İddiaçı2 vəsiyyətnamənin məzmunundan asılı olmayaraq hər birinin payı 1/6 hissədə olmaqla miras evdən məcburi pay hüquqları vardır və bu pay qanun üzrə vərəsəlik zamanı vərəsələrə çatası payın yarısını təşkil edir. Evin qalan 4/6 hissəsinə isə vəsiyyətnamə üzrə Cavahir Paşayevinın vərəsəlik hüququ tanınmalıdır. Torpaq sahəsi isə vəsiyyətnamə üzrə vərəsəliyin predmeti ola bilməz və torpaq sahəsi ümumi əsaslarla, yəni qanun üzrə vərəsəlik qaydasında tərəflər arasında bölünməlidir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi miras torpaq sahəsində tərəflərin hər birinin payını 1/3 hissədə müəyyən etməklə düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Eyni zamanda işdən görünür ki, qanuni qüvvəyə minmiş Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 iddia tələblərinə əsasən, notariat orqanı tərəfindən mirası qoyan Əli Paşayevdən miras qalmış ünvan 1 ünvanda yerləşən 0,02825 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 90,6 kv.metr olan fərdi yaşayış evinə dair Cavabdeh adına verilmiş xx xxxx 2016-cı il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamə və həmin Şəhadətnamə əsasında onun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış ona görə ləğv edilib, mirasın qəbul edilməsi və miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi barədə iddia tələbl əri isə ona görə rədd edilib ki, X9 qanun üzrə digər vərəsələrinin olması Cavabdeh tərəfindən gizlədilib, sonuncunun adına notariat orqanı tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilərkən mülki qanunvericiliyin tələbləri pozulub. X7 və İddiaçı2 tərəfindən mirasın qəbul edilməsinə dair iddia irəli sürülməyib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi Cavabdeh kasasiya şikayətində iddiaçıların miras əmlakları nə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etmələrinə dair ərizə verməklə, nə də ki, miras əmlaklara sahiblik etməyə və ya həmin əmlakları idarə etməyə faktiki başlamaqla mirası qəbul etməmələrinə dair dəlillərini əsassız hesab edir. Bundan başqa, Cavabdeh kasasiya şikayətində iddiaçıların miras əmlakları nə mirasın açıldığı yer üzrə notariat orq anına mirası qəbul etmələrinə dair ərizə verməklə, nə də ki, miras əmlaklara sahiblik etməyə və ya həmin əmlakları idarə etməyə faktiki başlamaqla mirası qəbul etməmələrini, həmçinin şahid ifadələrinin məhkəmə iclas protokolunda düzgün yazılmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etm əlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kasasiya instansiyası məhkəməsi kasat orun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4112/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar